Səfirlik: “Bu ayrı seçkiliyə yol verməyən, qərəz və haqsızlığın olmadığı bir prosesdir”

05/09/2019 [18:15] - Dünya (276)



“Milli Vətəndaşlıq Reyestrinin yenilənməsi hökümət qərarı yox, Hindistanın Ali Məhkəməsi tərəfindən qanunla müəyyən edilən qaydada həyata keçirilən, şəffaf, hüquqi bir prosesdir”.

İstiqlal.az xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətinin rəhbəri S.C Sinha, Hindistanın Assam ştatı üçün tərtib edilən Milli Vətəndaşlıq Reyestrinin yekun siyahısının dərc edilməsi ilə bağlı mətbuatda yayımlanan suallara cavab olaraq, Hindistan Hökümətinin Xarici İşlər Nazirliyinin 01 sentyabr 2019-cu il tarixində verdiyi açıqlamaya istinadən bildirib. Onun sözlərinə görə, Ali Məhkəmə tərəfindən prosesə birbaşa nəzarət edilir və hökumət məhkəmənin verdiyi göstərişlərə uyğun hərəkət edir. 

Onun sözlərinə görə, vətəndaşların Milli Reyestri elmi metodlara əsaslanan ədalətli bir prosesdir. Milli Reyestrinə daxil olmaq xüsusi bir hadisədir:“Assam ştatındakı hər hansı bir şəxs, 24 mart 1971-ci il tarixindən Assamın sakini olan bir şəxsin nəslindən olduğunu sübut edən sənədlərə əsaslanaraq siyahıya daxil ola bilər. Bu ayrıseçkiliyə yol verməyən, qərəz və haqsızlığın olmadığı bir prosesdir. Bu mərhələdə siyahıdan çıxarılan hər kəs çıxarılması barədə bildirişi əldə etdikdən sonra 120 gün ərzində təyin olunmuş məhkəməyə apellyasiya şikayəti vermək hüququna malikdir. Bütün müraciətlər və çıxarılma ilə bağlı işlər məhkəmə tərəfindən yoxlanılacaq, bu qərardan zərər çəkən hər kəs Assam ştatının Ali Məhkəməsinə və daha sonra Ali Məhkəməyə müraciət etmək hüququna sahib olacaq”. 

Mətbuat xidmətinin rəhbəri deyib ki, vətəndaşların Milli Reyestrindən xaric edilməsi Assamda yaşayan fərdi sakinlərin hüquqlarına heç bir təsir göstərmir. Yekun siyahıda olmayan insanlar göz altına alınmayacaq və qanuna zidd hərəkətlər etmədikləri halda əvvəlki kimi bütün hüquqlarından istifadə etməyə davam edəcəklər. Reyesterdən xaric edilmə insanı "dövlətsiz" etmir. Onlar əvvəllər istifadə etdikləri hüquq və səlahiyyətlərindən məhrum olmayacaqlar: “Assam ştatı siyahıdan çıxarılan və bu cür hüquqi yardım almağa imkanı çatmayan istənilən şəxsi pulsuz hüquqi yardımın göstərilməsi ilə təmin edib. Bununla da, insanlara, xüsusən dezavantajlı təbəqəyə mümkün olan ən yaxşı hüquqi yardımdan istifadə etmək imkanı yaradılır. Siyahıya daxil olmaq üçün verilən ərizələrin qəbul edilməsi prosesini sürətləndirmək üçün Ştat Hökuməti mövcud 100 məhkəməyə daha 200 məhkəmə heyəti əlavə edir. 2019-cu ilin dekabr ayına qədər Assam ştatı tərəfindən daha 200 məhkəmə təşkil ediləcək”. 

S.C.Sinha əlavə edib ki, dünyanın ən böyük demokratiyası kimi Hindistan Konstitusiyasında “hərkəs üçün bərabər hüquqlar” və “qanunun aliliyinə hörmət” qəti şəkildə mühafizə olunur. İnsan hüquqlarının müdafiəsi üçün çalışan müstəqil məhkəmə sistemi və tam şəkildə muxtariyyəti olan dövlət qurumları bizim siyasi quruluşumuzun və ənənələrimizin ayrılmaz hissəsidir. Vətəndaşların Milli Reyestrinin həyata keçirilməsi zamanı qəbul edilən hər hansı bir qərar Hindistan qanunlarının çərçivəsində olacaq və Hindistanın demokratik ənənələrinə uyğundur.


Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
11/07/2020 [22:35]:
Rəssamın “Zəfər tağı” əsəri 22,5 milyon dollara satılıb
11/07/2020 [21:29]:
Antonio Konte transferlərə ən azı 180 milyon avro xərclənməsini tələb edib
11/07/2020 [20:32]:
Fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadılıb
11/07/2020 [18:42]:
NASA və Yaponiya Ayı birgə tədqiq edəcək
11/07/2020 [17:57]:
ABŞ analoqundan 17 dəfə sürətli olan raket hazırlayır
11/07/2020 [16:41]:
İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
11/07/2020 [16:40]:
IEA ABŞ-da neft hasilatının artacağını proqnozlaşdırır
11/07/2020 [16:28]:
İsmayıllıda 1 tona yaxın narkotik vasitə məhv edilib
11/07/2020 [15:49]:
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan VİDEO
11/07/2020 [15:33]:
Yaş corab geyinməyin faydaları - VİDEO
11/07/2020 [15:02]:
Hindistan 123-dən çox ölkəni zəruri dərman preparatları ilə təmin edib
11/07/2020 [15:01]:
Prezident bu icra başçısını işdən çıxardı - Sərəncam
11/07/2020 [14:51]:
10 minə yaxın məhkum azad ediləcək
11/07/2020 [13:30]:
ABŞ-ın üç ştatları sahillərində qasırğa təhlükəsi elan edilib
11/07/2020 [12:46]:
FİFA DÇ-2022-nin seçmə mərhələsini təxirə salıb
11/07/2020 [12:14]:
Azərbaycan da Rusiya kimi maska rejimini ləğv edə bilərmi?
11/07/2020 [11:44]:
Liviya limanlarla neft ixracını bərpa edir
11/07/2020 [11:14]:
İMF: Dünyada dövlət borcları ÜDM-i üstələyir
11/07/2020 [10:47]:
Qüdsdəki Müqəddəs Məzar Kilsəsi yenidən bağlanıb
11/07/2020 [10:19]:
“Mayası xəyanətdən yoğrulmuşlar sadəlöhvcəsinə düşünürlər...”
11/07/2020 [10:00]:
Rusiya iyulun 15-dən beynəlxalq uçuşları tədricən bərpa edəcək
10/07/2020 [23:57]:
"Keşlə" anqolalı hücumçusu ilə müqaviləni yeniləyib
10/07/2020 [22:39]:
TAP kəmərinin İtaliya hissəsinə qazın vurulmasına avqustda başlanacaq
10/07/2020 [21:47]:
Notr-Dam kilsəsinin dam örtüyü bərpa olunacaq
10/07/2020 [21:38]:
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
DTX-nin XİN-də keçirdiyi əməliyyatın görüntüləri
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub - 8 nəfər vəfat edib
Bir neçə rayona yeni prokuror təyin olundu
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
Avropa Pakistanın Hava Yollarını bağlayır
3 ölkə arasında müasir və proqresiv ticarət sazişi (T-MEC) qüvvəyə minir
3 yaşlı oğlan uşaq terror hücumunda sağ qalıb
“Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb
Hazırlanmaqda olan koronavirus vaksininin əsas üstünlüyü açıqlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin