Qüdrət Həsənquliyev: Feodallaşmış, böyük iddialara düşmüş məmurlar

03/09/2019 [20:56] - Siyasət (113)



Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:

- Qüdrət bəy, məzuniyyət dövrü başa çatdı, ölkənin siyasi həyatında baş verəcəklər barədə gözləntiləriniz nədən ibarətdir?

– Hər bir vətəndaş kimi mənim də gözləntilərim çoxdur. Çünki cəmiyyətimiz dəyişiklik istəyir. Bunu görməmək mümkün deyil. Yaranmış vəziyyəti bölgədə marağı olan güclər də görür. İslahatların gecikməsi iqtidarı xalqın böyük ictimai dəstəyindən məhrum edə bilər ki, bu da ölkəmizi təxribatlar qarşısında zəif edərdi. Hər hansı təxribatın arzuolunmaz ekstremist qüvvələrin hakimiyyətinə yol aça biləcəyindən əndişələnən xarici güclər, hətta daxildə ölkəni gücləndirəcək islahatların aparılmasında maraqlı olmasa da, Azərbaycanın daxili siyasətinə daha ciddi müdaxilə etmək barədə düşünər, iqtidar bu gün malik olduğu beynəlxalq dəstəyi itirərdi. Yalnız güc strukturlarının peşəkarlığına və sədaqətinə güvənmək aşırı arxayınçılıq olardı. İqtidar, nə qədər ki, güclüdür, prosesin ağrılı olmasına baxmayaraq, cəsarətli qərarlar qəbul etməlidir.

- Sizcə, hansı dəyişikliklər ilk növbədə həyata keçirilməlidir?

– İlk növbədə kadr islahatları davam etdirilməlidir. Onilliklər ərzində eyni yüksək vəzifəni tutan kadrların ən azından yeri dəyişdirilməlidir. Bu insanların bir qismi feodallaşmış, böyük iddialara düşməklə yanaşı, hətta adi insanlıq keyfiyyətlərini belə itirmişlər. İnsanları, onları istismar edib ev-eşiyindən didərgin salmış məmurlardan xilas etməklə, geniş xalq kütlələrinin rəğbətini qazanmaq olar. İqtisadi sferada zamanında sələflərindən dürüstlüyü ilə fərqlənməmiş şəxslərə daha böyük və strateji vəzifələrin verilməsi, onları təmiz işləməyə, qanunların aliliyinə hörmət etməyə sövq etməyəcəkdır. Yüksək vəzifələrə müsbət dəyişiklikləri təmin etməklə, hökumətə ictimai dəstəyi təmin edən, yaxud edə biləcək şəxslər təyin olunmalıdır. Bəzi strateji vəzifələrə zamanında müxtəlif səbəblərdən qabiliyyətsizliyinə görə təyin olunmuş şəxslərlə vidalaşmaq lazımdır. Hakimiyyət ölkənin ictimai-siyasi həyatında yaxşı mənada fərqlənmiş və iqtidarla əməkdaşlığa hazır olan kadrlarla gücləndirilməlidir.

Dövlət iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalı, tam bazar iqtisadiyyatına keçilməli, maliyyə-kredit islahatları həyata keçirilməli, xidmət sahələri, iri müəssisələr yubanmadan özəlləşdirilməyə çıxarılmalı, korrupsiyaya qarşı daha effektli mübarizə təşkil olunmalı, ciddi struktur və instusional islahatlar aparılmalı, qanunun aliliyinin təmin olunması istiqamətində ciddi qərarlar qəbul olunmalıdır. Ölkədə iqtisadiyyatın inkişafına təkan verəcək Naxçıvan və Ələt azad iqtisadi zonalarının fəaliyyətə başlaması üçün, nəhayət ki, konkret addımlar atılmalıdır.

Bunlarla yanaşı, xarici ermənipərəst dairələrin və korrupsioner məmurların fitilə hərəkət edən müxalifət və onların müttəfiqləri olub, xaricə miqrasiya edib, ictimai əxlaqı korlayan pozğun ünsürlər ifşa olunmalı, onların dövlətçiliyimiz üçün yaratdığı təhlükə barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılmalıdır. Konstruktiv müxalif qüvvələr isə bələdiyyə seçkilərindən daha güclü çıxmaları üçün fəaliyyətlərini gücləndirməli və koordinasiya etməlidirlər(Moderator.az).
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
22/09/2019 [12:34]:
İtaliya A Seriyası: Milan derbisində "İnter" qələbə qazanıb
22/09/2019 [12:18]:
400-dən çox reys təxirə salınıb
22/09/2019 [11:48]:
Sindzo Abe Nyu-Yorkda Tramp və Ruhani ilə görüşəcək
22/09/2019 [11:20]:
5,9 bal gücündə zəlzələ baş verib
22/09/2019 [11:19]:
Qubaya qar yağıb
22/09/2019 [10:50]:
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
22/09/2019 [10:36]:
Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq
22/09/2019 [10:00]:
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22/09/2019 [09:45]:
Saatlıda yanğın olub
22/09/2019 [09:39]:
Atəşkəs 24 dəfə pozub
21/09/2019 [23:58]:
Alma bağlarının hər hektarına görə fermerlərə subsidiya veriləcək
21/09/2019 [22:45]:
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
21/09/2019 [21:30]:
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
21/09/2019 [20:42]:
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
21/09/2019 [19:21]:
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
21/09/2019 [18:39]:
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
21/09/2019 [17:37]:
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
21/09/2019 [17:20]:
Azərbaycanın hərbi qulluqçusu həlak olub
21/09/2019 [17:14]:
Şamaxıda mağaza yanıb
21/09/2019 [16:44]:
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21/09/2019 [16:35]:
“Tapa” qasırğası Yaponiyanın cənubunda fəsadlar törədir
21/09/2019 [15:54]:
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21/09/2019 [15:37]:
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
21/09/2019 [15:25]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
Azərbaycanın hərbi qulluqçusu həlak olub
Şamaxıda mağaza yanıb
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
Alma bağlarının hər hektarına görə fermerlərə subsidiya veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin