"Təhsil şöbələri rəhbərlərinin elektron vasitələrdən istifadə bacarığı lazımi səviyyədə deyil"

03/09/2019 [20:10] - Cəmiyyət (143)



Təhsil naziri Ceyhun Bayramov "2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında" əmr imzalayıb.

Nazirlikdən verilən məlumat görə, Təhsil Nazirliyinin qeyd olunan əmrində və Fəaliyyət Planında qarşıya qoyulan vəzifələrin icra vəziyyətini araşdırmaq məqsədilə ötən dərs ilinin sonunda respublikanın 34 rayon və şəhəri əhatə edilməklə 11 bölgədə 2500 nəfərdən artıq təhsil işçisinin iştirakı ilə keçirilən zona müşavirələrində yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin hesabatı dinlənilib, eyni zamanda digər bölgələrdən toplanmış aidiyyəti məlumatların təhlili aparılıb.

Hesabatların nəticələrinə görə, nazirliyin həmin əmrlərində təsbit edilmiş hədəflərin yerinə yetirilməsi Gəncə, Sumqayıt şəhərləri və Astara, Abşeron, Ağdaş, Quba, Qusar, Qəbələ, Şəki, Oğuz, Ucar, Şəmkir, Qazax, Masallı, Cəlilabad rayonlarında daha qənaətbəxş olub. Bütün bunlarla bərabər, dinlənmiş hesabatlar və aparılmış təhlillər yerli təhsili idarəetmə orqanlarının fəaliyyətindəki bir sıra boşluqları, eləcə də konkret olaraq Nazirliyin həmin əmrlərinin nümunəsində rəhbər təşkilatların sənədlərlə iş sahəsində yol verdikləri çatışmazlıqları aşkara çıxarıb.

Müəyyən edilib ki, təhsil şöbələrinin rəhbərlərinin bilavasitə hədəflərə yönəlmiş lakonik hesabat hazırlamaq və onu elektron vasitələrdən istifadə yolu ilə təqdim etmək bacarığı lazımi səviyyədə deyil, auditoriyanın maraq və diqqətini nəzərə almadan hesabatları üzündən oxumaq kimi köhnəlmiş və müasir tələblə uyğunlaşmayan təcrübədən hələ də kənarlaşa bilməyiblər. Hesabatlara mövzuya aid olmayan faktların daxil olunması, tədbirlərin keçirilməsindən əldə olunması gözlənilən nəticələri müəyyən etmədən onların sxematik təsvir edilməsi, bir sıra hallarda görülən işlərin mahiyyətcə bir-birini tamamlamaması və pərakəndə xarakter daşıması hesabatların təsir gücünü və əhəmiyyətini azaldan cəhətlər kimi biruzə verilib.

Həmçinin məlum olub ki, Nazirliyin həmin əmrlərində irəli sürülmüş bəzi vacib məsələlərlə, o cümlədən şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə baxılması, ibtidai siniflər üzrə pedaqoji kadrların tərkibinin təhlil edilməsi və dərs saatlarının bölüşdürülməsindəki uyğunsuzluqların aradan qaldırılması, istedadlı uşaqlarla iş sisteminin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin, xüsusilə buraxılış sinifləri üzrə imtahan nəticələrinin yaxşılaşdırılması ilə əlaqədar ilboyu görüləcək işlər nəticəyönümlü əsasda sistemli planlaşdırılmadığı üçün nəzərdə tutulan hədəflərə tam nail olunmayıb.
Fəaliyyət sahələri üzrə işlərin planlaşdırılmasında yol verilən nöqsanlar şagirdlərin tərbiyəolunması sisteminin təkmilləşdirilməsi sahəsində keçirilən tədbirlərdə də müşahidə edilib. Belə ki, ayrı-ayrı məktəblərdə təhsilalanlarda milli-mənəvi və bəşəri dəyərlərin, fəal həyat mövqeyinin, vətənpərvərlik tərbiyəsinin formalaşmasına, onların estetik və hissi-emosional bacarıqlarının inkişafına, ölkəmizdə aparılan sosial-iqtisadi siyasət və quruculuq işlərinə, Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında məlumatlılıq səviyyəsinin artırılmasına yönəlmiş tədbirlər icra olunsa da, bütün bunların nəticə baxımından şagirdlərin mənəviyyatında, həyata baxışlarında, ümumi dünyagörüşlərində hansı müsbət dəyişikliklərə səbəb olduğu bu sahədə müvafiq inkişafyönlü təkliflər hazırlamaq üçün pedaqoji-psixoloji cəhətdən öyrənilib ümumiləşdirilməyib. 

Eyni zamanda aşkara çıxarılan əsas nöqsanlardan biri də ondan ibarətdir ki, aidiyyəti üzrə həmin tədbirlərin sistemli şəkildə təşkilində heç də bütün məktəblərin iştirakı təmin edilməyib. 

Qeyd olunub ki, hazırkı dövrün tələblərinə uyğun olaraq, təlim-tərbiyə işlərinin təşkili və keyfiyyətinin getdikcə yaxşılaşdırılması ilə yanaşı, ümumtəhsil məktəblərində sağlam mənəvi-psixoloji və təhlükəsiz fəaliyyət mühitinin yaradılması, təhsilalanların fərdi xüsusiyyətlərini öyrənməklə risk qrupuna daxilolma ehtimalı müşahidə edilənlərin müəyyənləşdirilməsi və onlarla pedaqoji-psixoloji-sosioloji aspektdə tədbirlərin aparılması, məktəb-valideyn əlaqələrinin bilavasitə şagirdlərin mənafeyinin qorunmasına yönəldilməsi yerli təhsili idarəetmə orqanlarının və pedaqoji kollektivlərin ən ümdə vəzifələrindən biri hesab olunmalı və bu məsələlərlə əlaqədar Nazirliyin “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə” 2019-cu il 13 may tarixli əmri rəhbər tutulmalıdır.

Əmrdə bildirilir ki, müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsi vəziyyətinin öyrənilib qiymətləndirilməsi ilə bağlı hesabatların bilavasitə bölgələrdə dinlənilməsi yerli təhsil orqanları və müəssisələrində icra və məsuliyyət mədəniyyətinin müasir dövrün tələblərinə uyğun formalaşmasına müsbət təsir etdiyi üçün bu təcrübənin növbəti illərdə də tətbiqi məqsədəmüvafiq hesab olunsun, Nazirliyin əmrləri ilə müəyyən olunmuş hədəflər məzmun və mahiyyət baxımından ümumi təhsil sahəsində bilavasitə aktual problemlərin həllinə yönəldiyi və genişmiqyaslı xarakter daşıdığı üçün onların yerinə yetirilməsi istiqamətində əməli tədbirlər 2019-2020-ci dərs ilində də davam etdirilsin.

Əmrdə yerli təhsili idarəetmə orqanlarına dinlənilmiş hesabatların və fərdi qaydada aparılmış təhlillərin nəticələri əsasında verilmiş tövsiyələri, eləcə də bu əmrdə göstərilmiş iradları nəzərə almaq, yeni dərs ili üçün təkmilləşdirilmiş Fəaliyyət Planının yerinə yetirilməsini ciddi nəzarətdə saxlamaq tapşırılıb. Həmçinin dərs ili ərəfəsində ərazilər üzrə əqli və fiziki cəhətdən sağlam məktəbyaşlı uşaqlarla yanaşı, xüsusi təhsilə cəlb olunası uşaqların da müəyyənləşdirilməsi və onların adlı siyahısının tərtib edilməsi, ibtidai siniflərdə şagirdlərin oxu, yazı və riyazi bacarıqlarının səviyyəsinin öyrənilib müzakirə edilməsi və nəticələrdən asılı olaraq, sinif müəllimlərinin fəaliyyətinin qiymətləndirilməsi barədə müvafiq təkliflərin hazırlanması, ümumtəhsil məktəblərində xarici dillərin tədrisi ilə bağlı mövcud vəziyyətin araşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, xüsusilə də, IV, IX və XI siniflərdə şagirdlərin xarici dil bacarıqlarının proqram tələblərinə uyğunluğunun, eləcə də fənn müəllimlərinin elmi-nəzəri və metodiki cəhətdən peşəkarlıq səviyyəsinin qiymətləndirilməsini əhatə edən hesabatın hazırlanması, “İnformatika” fənninin maddi-texniki və tədris bazasının və pedaqoji kadr heyətinin, şagirdlərin İKT bacarıqlarının və rəqəmsal düşüncə tərzinin hazırkı durumunun təhlil edilməsi və müzakirə olunaraq əməli təkliflərin müəyyənləşdirilməsi, dərs ilinin birinci yarımilinin sonunda V və VI sinif şagirdlərinin tədris dili, xarici dil və riyaziyyat fənləri üzrə bilik və bacarıqlarının monitorinqinin aparılması, nəticələrə görə ibtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də bu fənlərdən zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması ilə bağlı davamlı tədbirləri əhatə edən səmərəli iş sisteminin yaradılması, şagirdlərin tibbi müayinədən və icbari dispanzerizasiyadan keçirilməsinə müntəzəm nəzarət edilməsi əmrdə əksini tapıb. 

Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
22/09/2019 [11:20]:
5,9 bal gücündə zəlzələ baş verib
22/09/2019 [11:19]:
Qubaya qar yağıb
22/09/2019 [10:50]:
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
22/09/2019 [10:36]:
Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq
22/09/2019 [10:00]:
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22/09/2019 [09:45]:
Saatlıda yanğın olub
22/09/2019 [09:39]:
Atəşkəs 24 dəfə pozub
21/09/2019 [23:58]:
Alma bağlarının hər hektarına görə fermerlərə subsidiya veriləcək
21/09/2019 [22:45]:
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
21/09/2019 [21:30]:
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
21/09/2019 [20:42]:
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
21/09/2019 [19:21]:
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
21/09/2019 [18:39]:
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
21/09/2019 [17:37]:
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
21/09/2019 [17:20]:
Azərbaycanın hərbi qulluqçusu həlak olub
21/09/2019 [17:14]:
Şamaxıda mağaza yanıb
21/09/2019 [16:44]:
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21/09/2019 [16:35]:
“Tapa” qasırğası Yaponiyanın cənubunda fəsadlar törədir
21/09/2019 [15:54]:
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21/09/2019 [15:37]:
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
21/09/2019 [15:25]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [14:52]:
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
21/09/2019 [14:34]:
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
21/09/2019 [14:19]:
Futbol matçı zamanı iki komanda arasında atışma olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
Şamaxıda mağaza yanıb
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin