Cahangir Hacıyevin “bəraət” həyasızlığı və təbii sonu - şərh

03/09/2019 [15:31] - Gündəm (231)



Beynəlxalq Bankdan 4.7 milyard manatlıq məninmsəmə ilə bağlı 9 ay davam edən məhkəmə prosesi yekunlaşır. Dünən, sentyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev son sözünü deyib.

2015-ci il dekabrın 4-dən həbsdə olan və bundan əvvəlki cinayət işi üzrə 15 il azadlıqdan məhrum edilən C.Hacıyevə bu dəfə prokuror əvvəlki hökm də nəzərə alınmaqla, ümumilikdə 17 il cəza istəyib. Amma C.Hacıyev son sözündə təqsirsiz olduğunu, bankın pullarını mənimsəməsi barədə ittihamın həqiqətə uyğun olmadığını söyləyib:

“40-a yaxın məhkəmə iclası keçirildi, 100-dən çox şahid dindirildi. Hansı biri mənə və ya yaxınlarına nağd, yaxud da köçürmə yoluyla pul verilməsi barədə bir kəlmə dedi, bir sübut ortaya qoydu? 365 cildlik cinayət işidir, hansı birində mənə qarşı fakt var? Heç bir sübut yoxdur, amma mülki iddiada 4 milyard 700 milyonun mənim və yaxınlarımın əmlakına yönəldilməsi təklif olunub. 4,7 milyard bilirsiz neçə ton puldur? Hamısı boş fərziyyədir. Bankdan o qədər kredit verilməyib, bu rəqəmi hardan tapıb çıxarıblar, çox maraqlıdır".

Təbii ki, 14 il ölkənin ən iri bankına rəhbərlik edən Hacıyevin 4,7 milyard ın neçə ton olması barədə təsəvvürü yetərincə genişdir.  Şübhəsiz ki, 4,7 milyard birdən oğurlanmayıb. Ovşor hesablara köçürülüb, ordan separatçı Abxaziya rejininə “investisiya” adı ilə yatırılıb və oğurlanıb. Və yaxud da Qazaxıstanda neft yataqlarının alınmasına “”xərclənib”,  Londonda bahalı mülkkərin alınmasına xərclənib və s.

4,7 milyardın bir anda və nağd şəkildə oğurlanmasını heç kim iddia etmir. Mərhələli şəkildə, hesabdan hesaba köçürülmə yolu ilə mənimsənilib. Çoxsaylı oğurluq  faktını Böyük Britaniya hüquq-mühafizə orqanları təsdiqləib. Londonda Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya qarşı da cinayət işi açıb, müəyyən edilib ki, o və yaxınları 97 milyon dollar mənbəyi bəlli olmayan pul xərcləyib.

Bəlkə də Hacıyev müxtəlif mərhələlərdə bankdan oğurladığı pulları sonda nağd şəkildə toplayaraq fiziki çəkisini, neçə ton olduğunu da müəyyən edib? Adətən oğrularda qəribə hobbilər olur. Ancaq təbii ki, bu məhkəmə predmeti ola bilməz – ortada dövlətin milyardlarının oğurlanması ilə bağlı təkzib edilməz faktlar var.

C.Hacıyev ona qarşı irəli sürülən çirkli pulların yuyulması ittihamına da münasibət bildirib: "Çirkli pulların yuyulması odur ki, narkotik, silah alverindən əldə olunan pulları hansısa layihəyə yönəldib leqallaşdırırsan. Bu vəsaitlərin isə mənbəyi bankdır, hansı çirkli puldan söhbət gedir? Qərb banklarının belə bir proseduru var: "öz müştərini tanı". Əgər pulun mənbəyilə bağlı şübhə varsa, Qərb bankları heç bir halda onu qəbul etməzlər. Azərbaycan özü də çirkli pulların leqallaşdırılmasına qarşı beynəlxalq qurumun üzvüdür. Ölkədən 20 mindən artıq pul mütləq Mərkəzi Bankın xəbəri olur, rəsmi şəkildə məlumat verilir".

Hacıyev unudur ki, oğurlanmış pullar avtomatik çirkli pul sayılır. Məsələn, Hacıyev Levan Tujba adlı şəxslə 440 milyon ABŞ dollarlıq krediti qondarma “Abxaz Respublikasına” investisiya yatırmaq adı ilə mənimsəyib. Tanınmamış Abxaziyanın illik dövlət büdcəsinin xərcləri orta hesabla 150 milyon dollar təşkil edir. Bu kreditlə üç Abxaziya almaq olardı. Təbii ki, keçmiş bankirin “ustalıqla” həyata keçirdiyi bu əməliyyatın bir məqsədi var idi – bankın vəsaitini dağıdaraq özü pul qazansın. Həmin Levan Tujba bu mənimsəməyə görə Moskvada saxlanıb dindiriləndə dedi ki, bu puldan ancaq 130 milyon dolların “üzünü” görüb. Qalan 310 milyon dolları Cahangir onun ayağına yazıb, öz cibinə qoyub. Bax o, 310 milyon artıq çirkli puldur və sonra onun necə yuyulmasını da Cahangir Hacıyev gözəl bilir.

C.Hacıyev bildirib ki, Beynəlxalq Bank onun rəhbərliyi dövründə mənfəətlə işləyib, 2015-ci ilin martında o uzaqlaşandan sonra isə bankda vəziyyət pisləşib. Onun sözlərinə görə, 2014-cü ildə bankın xalis mənfəəti 40 milyon olduğu halda, 2015-ci ildə 823 milyon, 2016-cı ildə isə 1 milyard 900 milyon ziyanla işləyib: "İsrafçılıq varsa da, bizdən sonra olub. Bizdən sonra kapitalın həcmi də azalıb".

Ancaq  Hacıyev bir əsas məqamı unudur ki, bank ziyana ehtiyatları oğurlandığı üçün düşüb. Əgər ehtiyatlar oğulanmasaydı, nə 122 faizlik devalvasiya olacaqdı (olsaydı belə, aşağı faizli olacaqdı), nə də bank ziyana düşəcəkdi.

Çıxışının sonunda vəkillərinə təşəkkür edən C.Hacıyev Linkolndan sitat gətirərək deyib ki, bir nəfəri həmişə aldatmaq mümkün olar, amma xalqı yox: "Hər şey saf-çürük olacaq. Xalqı həmişə aldatmaq mümkün deyil".

Bu məsələdə Hacıyevlə razılaşmaq olar - Hər şey saf-çürük olacaq. Xalqı həmişə aldatmaq mümkün deyil. Hər şey saf-çürük olanda, oğrular türməyə yollanır. Hər əməlin təbii sonu olur. Oğrulara oğurladığını sağ-salamat yemək nəsib olmur! Necə ki Cahangir Hacıyevin sonu belə oldu!

Qsdir İBRAHİMLİ
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
22/09/2019 [12:34]:
İtaliya A Seriyası: Milan derbisində "İnter" qələbə qazanıb
22/09/2019 [12:18]:
400-dən çox reys təxirə salınıb
22/09/2019 [11:48]:
Sindzo Abe Nyu-Yorkda Tramp və Ruhani ilə görüşəcək
22/09/2019 [11:20]:
5,9 bal gücündə zəlzələ baş verib
22/09/2019 [11:19]:
Qubaya qar yağıb
22/09/2019 [10:50]:
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
22/09/2019 [10:36]:
Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq
22/09/2019 [10:00]:
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22/09/2019 [09:45]:
Saatlıda yanğın olub
22/09/2019 [09:39]:
Atəşkəs 24 dəfə pozub
21/09/2019 [23:58]:
Alma bağlarının hər hektarına görə fermerlərə subsidiya veriləcək
21/09/2019 [22:45]:
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
21/09/2019 [21:30]:
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
21/09/2019 [20:42]:
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
21/09/2019 [19:21]:
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
21/09/2019 [18:39]:
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
21/09/2019 [17:37]:
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
21/09/2019 [17:20]:
Azərbaycanın hərbi qulluqçusu həlak olub
21/09/2019 [17:14]:
Şamaxıda mağaza yanıb
21/09/2019 [16:44]:
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21/09/2019 [16:35]:
“Tapa” qasırğası Yaponiyanın cənubunda fəsadlar törədir
21/09/2019 [15:54]:
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21/09/2019 [15:37]:
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
21/09/2019 [15:25]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
Şamaxıda mağaza yanıb
Azərbaycanın hərbi qulluqçusu həlak olub
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin