Yardımlıda 5 min illik tarixi olan kurqanlar aşkarlanıb

03/09/2019 [15:21] - Mədəniyyət (52)



Yardımlı rayonunun Kürəkçi kəndi ərazisindəki kurqanlarda arxeoloji qazıntılar aparılır.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Yardımlı rayonu ərazisində kurqanların tədqiqatına son illərdə başlanılıb. Komanı, Sarıbulaq, Şahnişin yaylaqlarında yüzlərlə kurqan abidələri mövcuddur. Artıq ərazidə 5-dən artıq kurqan tədqiq olunub. Yarımköçəri maldar tayfalara məxsus bu kurqanlar Erkən Tunc dövründən başlayaraq tarixin müxtəlif mərhələlərini əks etdirir.

Komanı yaylağı deyilən, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən ərazidə Erkən Tunc dövrünə aid növbəti kurqan qazılır. Qazıntısı aparılan kurqan ortaölçülüdür, dərinliyi təxminən 2 metrə yaxındır. Kür-Araz mədəniyyətinə aid 5000 illik tarixi olan kurqandakı insan üzü cənub-qərb istiqamətinə az yarımbükülü vəziyyətdə dəfn edilib. Ümumiyyətlə araşdırılan fərqli ölçülü kurqanlarda müxtəlif dəfn adətlərinə rast gəlinir. O cümlədən, dəfn edilən insanın ətrafına qoyulmuş əşyalar da müxtəlifdir. Misal üçün, son tədqiq olunan kurqandan tapılan heyvan cəmdəyi  axirət dünyasına inamla bağlıdır.

Həmin dövrdə yaşayan insanlar ölən şəxsin o biri dünyada bununla qidalanacağına inanıblar. Yeni kurqanın qazıntısı zamanı həmçinin sümükdən hazırlanan iy başlığı tapılıb. Bu da məhz ipəyirmə sənətində istifadə olunan əşyadır və onun tapılması bir daha sübut edir ki, bölgədə maldarlıq təsərrüfatı geniş şəkildə yayılıb.  

Arxeoloji ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə APA-ya bildirib ki, bütün bu araşdırmalar bölgənin tarixinin çox qədim, zəngin olmasını deməyə əsas verir. Arxeoloji tədqiqatların əsas məqsədi erkən tunc dövründən başlayaraq yüksək dağlıq ərazilərdə insanların məskunlaşması və bu ərazilərin onlar tərəfindən necə mənimsənilməsi faktını ortaya qoymaqdır. Yardımlının dağlıq ərazilərindən sonra aran hissəsində olan abidələrin tədqiqinə başlanılacaq və çox güman ki, qədim maldar əhalinin düzən ərazilərdə yaşayış yerləri aşkar ediləcək.

Qeyd edək ki, son kurqandan aşkar edilmiş insan skeletinin bundan sonra antropoloji tədqiqatı aparılacaq. Antropoloqlar tərəfindən kurqanda dəfn edilənin cinsiyyəti və bölgədə yaşamış qədim insanların antropoloji tipi müəyyən ediləcək.

Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
21/09/2019 [23:58]:
Alma bağlarının hər hektarına görə fermerlərə subsidiya veriləcək
21/09/2019 [22:45]:
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
21/09/2019 [21:30]:
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
21/09/2019 [20:42]:
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
21/09/2019 [19:21]:
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
21/09/2019 [18:39]:
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
21/09/2019 [17:37]:
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
21/09/2019 [17:20]:
Azərbaycanın hərbi qulluqçusu həlak olub
21/09/2019 [17:14]:
Şamaxıda mağaza yanıb
21/09/2019 [16:44]:
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21/09/2019 [16:35]:
“Tapa” qasırğası Yaponiyanın cənubunda fəsadlar törədir
21/09/2019 [15:54]:
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21/09/2019 [15:37]:
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
21/09/2019 [15:25]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [14:52]:
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
21/09/2019 [14:34]:
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
21/09/2019 [14:19]:
Futbol matçı zamanı iki komanda arasında atışma olub
21/09/2019 [13:46]:
İngiltərədə iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib
21/09/2019 [13:32]:
Yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirilib
21/09/2019 [13:15]:
NASA-nın “Hubble” kosmik teleskopu parlaq qalaktika kəşf edib
21/09/2019 [12:51]:
Azərbaycanlı futbolçu rəmzi komandada
21/09/2019 [12:26]:
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
21/09/2019 [12:13]:
Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Traviata” operasında çıxış edəcək
21/09/2019 [11:46]:
“Göztəpə” Super Liqada ilk qələbəsini azlıqda qazanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
Futbol matçı zamanı iki komanda arasında atışma olub
Azərbaycanlı futbolçu rəmzi komandada
Messi özünün geyim brendini yaratdı
Şamaxıda mağaza yanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin