"Ermənistan danışıqlara xələl gətirmək məqsədilə istənilən imkanı “hədər vermir”

03/09/2019 [09:15] - Siyasət (78)



Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejimin qeyd etdiyi “müstəqillik günü” ilə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda deyilir: "Ermənistan KIV-lərində yayılan məlumata əsasən, 2 sentyabr 2019-cu il tarixində Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejim “müstəqillik günü” adı altında növbəti təxribat xarakterli “tədbirlər” keçirməklə məşğuldur.

Cinayətkar hərbi xunta tərəfindən məsxərə xarakterli növbəti “müstəqillik günü tədbirlərinin” qeyd edilməsi bir daha təsdiq edir ki, Ermənistan və onun əlaltısı olan cinayətkar rejim münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı deyil və danışıqlara xələl gətirmək məqsədilə istənilən imkanı “hədər vermir”.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edir ki, Dağlıq Qarabağ və işğal edilmiş ərazilərdən qovulmuş yüzminlərlə azərbaycanlının qanı bahasına və etnik təmizləmə siyasəti nəticəsində əldə edilmiş qondarma “müstəqillik” heç bir gələcək vəd etmir:

"Beynəlxaq təşkilatlar və dünya ictimaiyyətinin işğalın nəticələrini tanımadığı və erməni təcavüzünü pislədiyi bir şəraitdə, qondarma cinayətkar xuntanın “müstəqillik günü” qeyd etməsi, onun çıxılmaz vəziyyətdə olduğunun təcəssümüdür. Qondarma rejimin əsarəti altında çabalayan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasından alət kimi istifadə etməklə, cinayətkar xuntanın və onun havadarı olan Ermənistanın hansı “müstəqillik” ideyalarını tərənnüm etməsi gülünc vəziyyət doğurur. Ermənistan öz işğalçı siyasəti ilə özünü iqtisadi, siyasi və s. cəhətlərdən regionda inkişafdan geri salmaqla və özünü uçuruma aparmaqla kifayətlənməyərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını aldadarq, öz məkrli siyasəti üçün istifadə etməkdə davam edir.

Erməni icması bu yalançı və saxta “matriksdən” azad olmalı və yeganə çıxış yolu olan - azərbaycanlı icma ilə bir yerdə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ədalətli və daimi sülhün bərqərar olması üçün addım atmalıdır.

Dünya ictimaiyyəti münaqişə üzrə danışıqlarda indiyə qədər daim konstruktiv mövqe göstərən regionun lider ölkəsi olan Azərbaycanın ədalətli mövqeyi ilə təcavüzkar Ermənistanın atdığı addımları yaxşı görür. Ermənistan və xüsusilə cinayətkar xunta rejimi vəziyyəti dəyərləndirərək nəticə cıxarmalı və hesablanmamış atılan addımlara görə məsuliyyət daşıdıqlarını dərk ertməlidir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini “möhkəmləndirmək” üçün atılan istənilən addım beynəlxalq hüquqa ziddir və heç bir fayda verməyəcək.

Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən qovulmuş yüzminlərlə azərbaycanlı geri döndükdən sonra iki icmanın sülh şəraitində birgə yaşayışını müzakirə etmək olar.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icmasına səslənirik və onları tez bir zamanda əsarəti altında yaşadıqları qanunsuz cinayətkar rejimin nəzarətindən qurtulmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın ədalətli və daimi sülh şəraitində birgə yaşaması üçün çağırışımızı qəbul etməyə dəvət edirik".

Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
22/09/2019 [11:48]:
Sindzo Abe Nyu-Yorkda Tramp və Ruhani ilə görüşəcək
22/09/2019 [11:20]:
5,9 bal gücündə zəlzələ baş verib
22/09/2019 [11:19]:
Qubaya qar yağıb
22/09/2019 [10:50]:
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
22/09/2019 [10:36]:
Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq
22/09/2019 [10:00]:
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22/09/2019 [09:45]:
Saatlıda yanğın olub
22/09/2019 [09:39]:
Atəşkəs 24 dəfə pozub
21/09/2019 [23:58]:
Alma bağlarının hər hektarına görə fermerlərə subsidiya veriləcək
21/09/2019 [22:45]:
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
21/09/2019 [21:30]:
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
21/09/2019 [20:42]:
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
21/09/2019 [19:21]:
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
21/09/2019 [18:39]:
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
21/09/2019 [17:37]:
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
21/09/2019 [17:20]:
Azərbaycanın hərbi qulluqçusu həlak olub
21/09/2019 [17:14]:
Şamaxıda mağaza yanıb
21/09/2019 [16:44]:
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21/09/2019 [16:35]:
“Tapa” qasırğası Yaponiyanın cənubunda fəsadlar törədir
21/09/2019 [15:54]:
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21/09/2019 [15:37]:
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
21/09/2019 [15:25]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [14:52]:
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
21/09/2019 [14:34]:
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
Şamaxıda mağaza yanıb
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
Azərbaycanın hərbi qulluqçusu həlak olub
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin