Əhməd Obalı: Dilimiz bütün millətimiz üçün azad olmalıdır

31/08/2019 [20:23] - Gündəm (124)



Yeni təhsil ilində İran Azərbaycanın bəzi məktəblərində eksperimental olaraq Azərbaycan türkcəsi tədris ediləcək. Bu haqda Şərqi Azərbaycan vilayətinin təhsil idarəsi açıqlama verib. Dərslərin ilk olaraq Təbrizdə başlanılacağı və daha sonra eksperimental tədrisin digər yerlərdə də tətbiq olunacağı bildirilir.

 Prezident Həsən Ruhani hər iki seçki kampaniyası zamanı ana dilində təhsil məsələsi ilə bağlı vədlər verib, lakin bu vədlər indiyə qədər yerinə yetirilməyib. Günaz televiziyasının təsisçisi Əhməd Obalı Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində İran Azərbaycanında ana dilində təhsil və Azərbaycan türkcəsinin tədrisinə dair yeni pilot layihəsinə reaksiyalar haqda danışıb.

Əhməd Obalı ana dilində tədrisə dair pilot proqramın müsbət hal kimi qəbul edildiyini bildirsə də, İran Azərbaycanında dil və mədəni hüquqlar uğrunda mübarizə aparan bir sıra fəalların həbsdə olduğunu xatırladıb.

“Təxminən 40 il bundan əvvəl İran İslam Cumhuriyyətinin ana yasası yazılanda xalqların tələbinə görə, həm də 15-ci maddədə ana dilində təhsil azad elan edilmişdi. 40 il üstündən keçsə də hələ 15-ci maddə icra olunmayıb. Əksinə, onun icrasını istəyənləri, o cümlədən Abbas Lisani kimi milli-mədəni fəallarımızı həbsə atırlar. Amma biz 15-ci maddənin icra olunmasının tələbkarıyıq, tərəfdarıyıq. Bu pilot proqramı xəbərdə xoşdur, amma əməldə nə olacağından heç kəsin xəbəri yoxdur“, o bildirib.

Əhməd Obalının sözlərinə görə, layihənin detalları haqda məlumatın olmaması ilə bağlı çox sayda suallar var.

“Elan olunan budur ki, iki məktəbdə həftədə iki gün hər gündə iki saat ana dlində bir məktəbdə 3-cü sinif, o biri məktəbdə 9-cu sinfə guya bu şərait yaranacaq. Amma bu şərait nədir heç o da bəlli deyil. Sual budur: 3-cü sinif həftədə iki saat ana dilmizdə dərs oxuyacaq və ya 3-cü sinfə həftədə iki saat ana dilimiz haqqında dərs verəcəklər? Yəni, bu da fərqlidir. Sonra kitab nədir, kim yazıbdı, kitabın mahiyyəti nədir, orada işlədilən ədəbiyyat nədir? Təbrizin radio və televisiyasında danışılan kimi 60 faizi fars və ərəb lüğətlərindən ibarət olan dil olacaq, yoxsa Azərbaycan türkcəsində olacaq? Heç kəs heç nə bilmir.”

Əhməd Obalı Azərbaycanda türkcəsində tədris layihəsinin hazırkı zamanda başlanılmasının əsas səbəbini İran rejiminin qarşılaşdığı beynəlxalq təzyiqlərlə əlaqədar olaraq ölkənin daxilində vəziyyəti nəzarətdə saxlamağa çalışmaq cəhdi ilə əlaqələndirib.

"Və belə görünür ki, bu, bizi sakitləşdirmək üçün və dünyada indi ağır vəziyyətdə qaldığından ötrü heç olmasa içərini, məmləkətin içərisini bir az sakit saxlamağa çalışmaq kimi bir addıma bənzəyir. Ciddi ciddi bir addım olsaydı, hər şey bəlli olardı. Heç nə bəlli deyil."

Əhməd Obalı pilot tədris layihəsinin prezident Həsən Ruhaninin ana dilində təhsillə bağlı verdiyi vədlərlə əlaqədar olduğuna inanmadığını bildirib. O, İran Azərbaycanında məktəbəqədər uşaqların fars dilini mükəmməl bilməsi üçün “yetərlilik testi“ kimi tanınan testin tətbiq edilməsinə xüsusi diqqət çəkib.

“Məncə, dövlət daha çox millət tərəfindən olan basqını, təzyiqi hiss edir. Bir növ azərbaycanlıları sakitləşdirməyə çalışır. Azərbaycanlılar İranın içində 100-ə 40-a yaxın, təxminən 100-ə 40 faizi deyirəm, icma təşkil edirlər. Bu, böyük bir cəmiyyətdir. Əgər onun əksəriyyəti qalxıb haqqını istərsə, dövlət tələf ola bilər. Məncə, sakitləşdirməyə çalışırlar. Heç bir ciddi bir plan yoxdur burada. Əsl ciddi plan dilimizi öldürməyə doğru gedən bir plandır. Yəni uşaqların 1-ci sinifdən fars dilini təkmil bilmələrini tələb etmək. Bu, bizim dilimizi öldürmək deməkdir. Əsl plan ordadır.”

Əhməd Obalı yeni pilot tədris proqramının “əməldə tətbiq olunub-olunmayacağının” yaxın zamanda bilinəcəyini deyib. “Məncə, dövlətin əgər səmimiyyətlə dilimizin azadlığı haqqında addım atması varsa, ona millət xoş baxacaq. Hələlik o görünmür. Əgər aldatmaq istəsə və sakitləşdirmək siyasəti ilə və ya xarici dövlətlər qarşısında daxildən bir basqının azalmasını istəyirsə, bu da müvəqqətidir. Yenə də bəlli olacaq. İran dövlətinin bu addımı bir-iki aya tamamən həyan olacaq. Ona tələsmirik. Biz də arzu edirik ki, dilimiz azad olsun. Amma həftədə iki saatla, bir də iki məktəbdə, üç məktəbdə bu yetməz. Dilimiz bütün millətimiz üçün azad olunmalıdır.”
Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir- Qüdrət Həsənquliyev
İlyas Hüseynovun deputatlığa namizədliyi qeydə alındı
Zahir Əzəmət: "DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir"
"Səs" qəzeti 29 yaşını qeyd edir
İranlı generalı öldürülməsinə niyə yas saxlamalıyıq?
Xəbər lenti
17/01/2020 [19:16]:
İsrail Həmas qruplaşmasının Qəzzadakı mövqelərinə hücum edib
17/01/2020 [18:44]:
Zahir Əzəmət: "Bu köhnə tərkiblə nə seçki, nə də islahat aparmaq olar"
17/01/2020 [18:41]:
Vurulmuş təyyarəyə görə beş ölkə İrandan kompensasiya tələb edib
17/01/2020 [17:31]:
“Windows”da aşkarlanan boşluq aradan qaldırılıb
17/01/2020 [16:44]:
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası təsdiqlənib
17/01/2020 [15:25]:
Suriyada partlayış törədilib, iki türk zabiti şəhid olub
17/01/2020 [14:48]:
Pentaqon ABŞ Silahlı Qüvvələrinin İraqdan çıxmaq planlarının olmadığını bildirib
17/01/2020 [14:22]:
Azərbaycanda uzunmüddətli qeyri-neft ixracı strategiyası hazırlanacaq
17/01/2020 [13:26]:
Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir- Qüdrət Həsənquliyev
17/01/2020 [13:22]:
Paşinyan mətbuatı qarabağlıların nəzarətindən çıxarmaq istəyir
17/01/2020 [12:52]:
OPEC-ə üzv olmayan ölkələr gündəlik neft tədarükünü artıracaq
17/01/2020 [12:20]:
UEFA Azərbaycan klublarının xalis borcunu açıqlayıb
17/01/2020 [11:51]:
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb
17/01/2020 [11:18]:
Efirdə uşaq hüquqlarının pozulması ilə bağlı məlumat yayılıb
17/01/2020 [10:49]:
Ölkəyə siqaret keçirilməsinin qarşısı alınıb
17/01/2020 [10:00]:
"Zirə" Rumıniya klubuna qalib gəlib
16/01/2020 [23:59]:
Əlilliyin müəyyən edilməsi qaydaları açıqlanıb
16/01/2020 [22:49]:
Hələb atəşə tutulub, 4 nəfər ölüb, 15-i yaralanıb
16/01/2020 [21:41]:
İlyas Hüseynovun deputatlığa namizədliyi qeydə alındı
16/01/2020 [21:33]:
Əli Əsədov Rusiyanın yeni baş nazirini təbrik edib
16/01/2020 [20:46]:
Saxta spirtli içkilər satan dəstə üzvləri saxlanılıb
16/01/2020 [19:31]:
Binəqədidə 30 km küçə və yol təmir edilir
16/01/2020 [18:46]:
Nazir və müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
16/01/2020 [17:24]:
32 cinayətin üstü “isti izlər”lə açılıb
16/01/2020 [16:53]:
“Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İşğalçıya daha bir aprel zərbəsi və... - ilin kritik gözləntisi
Koreyalı violonçel ifaçısı Ryo Meehaenin Bakıda konserti keçirilib
“Medeya. Sekvensiya 001” növbəti dəfə nümayiş olunacaq
Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
Yer kürəsinin ən qeyri-adi yerləri
Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq
Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
Neftin ucuzlaşması davam edir
Dünya bazarlarında təbii qaz bahalaşıb
Lozanna-2020: Azərbaycan idmançısı favoritlər qrupunda yer alıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin