QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verib

27/08/2019 [14:28] - Gündəm (70)



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib.

Fətvada deyilir:

“Bismillahir-rəhmanir-rəhim!

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura bəyan edir ki, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edəcək.

Tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəmin onuncu günü olan Aşura əfsus ki, hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilmiş, ailələri əsir alınmışdır. Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir. Odur ki, İmam Hüseyn (ə) əzadarlığı ölkəmizdə də bədbinlik və ümidsizliyə deyil, Vətən və iman sevgisinə, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizəyə çağırış ruhunda olmalıdır.

Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Dindarlarımız müsəlman tarixində kədərli, lakin şərəf və qürur nümunəsi kimi yer alan Kərbəla faciəsinin, eləcə də İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsini ənənəvi olaraq bu gün də davam etdirirlər.

Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri İmam Hüseyn (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, vətən təəssübü və milli mənafelərimizin təbliğinə ciddi çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Qurşağadək soyunub zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir, İmamın (ə) və Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər Fətvada əks olunan tövsiyələrə əməl etməlidirlər. Din xadimləri isə Qazılar Şurasının və Elmi-Dini Şuranın Fətvasını məscidlərdə oxumalı və qeyd olunan tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.

QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn (ə) xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanmışdır. Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcəkdir. Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər. Ümid edirik ki, möminlər Allaha xoş gedən bu gözəl ənənəni yaşadacaqlar və Allah-Təala minlərlə xəstə insana İmam Hüseynə (ə) xatir şəfa bəxş edəcəkdir, inşallah!

Bu gün vətənimiz Azərbaycanda dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Ölkə müsəlmanları olaraq bu böyük nemətə görə Allah-Təalaya şükürlər edir, din xadimlərimizi və dindarlarımızı respublikadakı mövcud sabitliyin qorunmasına, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırırıq. Din xadimləri və dindarlar isə hər hansı təxribatın qarşısını almaq üçün asayiş keşikçilərinə yardımçı olmalıdırlar.

QMİ, məzhəbindən asılı olmayaraq ölkə müsəlmanlarına İmam Hüseyn (ə) mərasimlərində birgə iştirak etməyi, İmam (ə) və Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ və Xocalı şəhidlərinin də ruhlarına dualar etməyi tövsiyə edir.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Azərbaycan dövlətçiliyinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevə Allah-Təaladan rəhmət diləyir, dövlətimizin siyasi-iqtisadi və mənəvi inkişafı üçün misilsiz səylər göstərən, tolerantlığın və multikultural dəyərlərin təminatçısı və himayədarı olan, dünya miqyasında İslam həmrəyliyi ideyalarını müdafiə edən dövlət başçımız İlham Əliyev cənablarının fədakar fəaliyyətinə Uca Allahdan inayət arzulayır, xalqımızın əmin-amanlığı və rifahı üçün dualar edir. Allah köməyimiz olsun!

Vəssəlamu-əleykum və rəhmətullahi və bərəkətuhu!”


Türkiyənin təhsil naziri TUDİFAK-da olub
Pamukkale Universitetində Xocalı soyqırımı haqqında danışılıb
Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - araşdırma
30 il müharibə şəraitində yaşayan xalqın həyat eşqi- Əhalinin siyahıya alınması
Neft pulları necə xərclənməlidir? - təhlil
Xəbər lenti
13/10/2019 [23:59]:
Bakıda yanğın olub
13/10/2019 [22:09]:
“Mercedes”in pilotu Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub
13/10/2019 [21:58]:
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılıb
13/10/2019 [20:25]:
Yağış və daşqın İranda körpüləri dağıtdı
13/10/2019 [18:46]:
Bakıda 15 yaşlı qız itkin düşüb
13/10/2019 [17:41]:
İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəlib
13/10/2019 [16:33]:
İnsultdan qorunmaq üçün 7 METOD
13/10/2019 [15:31]:
Türkiyəyə silah ixracını dayandıracaq ölkə sayı 5-ə çatıb
13/10/2019 [14:44]:
Panama gəmisi Tokio körfəzində batıb
13/10/2019 [14:23]:
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
13/10/2019 [13:47]:
Şuşa Teatrı iki premyera ilə tamaşaçıların görüşünə gəlir
13/10/2019 [13:22]:
Azərbaycan futbol üzrə yığması Macarıstan komandası ilə qarşılaşacaq
13/10/2019 [12:35]:
Yaponiyada qasırğa nəticəsində ölənlərin sayi 18 nəfər çatıb
13/10/2019 [12:11]:
"Heç bir ölkə Türkiyə iqtisadiyyatını çökdürməyə qadir deyil"
13/10/2019 [12:07]:
Mehriban Əliyeva Aydın Süleymanlını dünya çempionu olması münasibətilə təbrik edib
13/10/2019 [12:05]:
Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib
13/10/2019 [11:56]:
Müsavat Partiyası qurultay keçirir
13/10/2019 [11:42]:
Kanadada fövqəladə vəziyyət rejimi tətbiq ediləcək
13/10/2019 [11:21]:
Bakıda yanğın olub
13/10/2019 [10:39]:
Xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
13/10/2019 [10:00]:
Çaylarda suyun səviyyəsi dəyişdi
13/10/2019 [09:35]:
Atəşkəs yenə pozuldu - 24 dəfə
12/10/2019 [23:59]:
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
12/10/2019 [22:47]:
NASA Yerin ion təbəqəsini tədqiq edəcək peyki orbitə buraxıb
12/10/2019 [21:14]:
Bakıda Rusiya folklor kollektivlərinin konserti olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Türkiyənin təhlükəsizliyinin qayğısına qalmaq hüququ var”
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
“Əli Əsədovun Baş Nazir təyin edilməsi ölkəmiz və xalqımız üçün uğurlu olacaq”
Ölkədə quş qripi ilə bağlı monitorinqlər keçiriləcək
Qəbələ sakinindən odlu silah götürülüb
Gəncədə mərmi aşkarlanıb
Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb
Bakı Dövlət Sirki mövsümü “Water land” proqramı ilə açacaq
Əfqan məhsulları Ticarət Sərgisi keçiriləcək
Səfir: “Azərbaycana böyük diqqət yetiririk”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin