"Qeyri-hökumət təşkilatlarının orta məktəblərin fəaliyyətinə diqqət göstərməsi təqdirəlayiq haldır"

17/08/2019 [19:15] - Cəmiyyət (181)



Hər bir sahə kimi, təhsil sahəsi ilə də bağlı informasiyanın sürətli və rahat şəkildə cəmiyyətə çatdırılması dövrümüzün tələblərindən biridır
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" mövzusunda layihənin icrası davam edir. Layihənin məqsədi orta təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə, orta məktəb rəhbərlərinin və müəllimlərinin KİV haqqında qanunvericiliklə daha yaxından tanış olmasına, KİV-lə iş barədə bilik və bacarıqlarının artırılmasına, KİV-lə əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdən ibarətdir. 

Məlum olduğu kimi, "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" layihəsi çərçivəsində respublikamızın müxtəlif bölgələrində orta məktəblərin rəhbər heyəti və aparıcı pedaqoqlarının, həmçinin KİV təmsilçilərinin iştirakı ilə "İnformasiya açıqlığının təmin edilməsi" və "Media ilə iş bacarıqları" mövzularında seminarlar təşkil olunub. Respublikamızın – bölgələrdə və paytaxtda olmaq şərtilə, dörd məktəbində (Şəki şəhərində 5 nömrəli tam orta məktəb, Yevlax şəhərində 2 nömrəli tam orta məktəb, Bakının Suraxanı rayonundakı 279 və Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəblər) keçirilən bu seminarlar zamanı bir sıra təkliflər və maraqlı fikirlər səsləndirilib. 

Sonrakı mərhələdə isə layihəyə uyğun olaraq təhsil və media mütəxəssislərinin, məktəb direktorlarının və pedaqoji heyətin məsələyə münasibətinə dair yazılar silsiləsi davam etdirilir.
Məlumat üçün bildirək ki, bundan öncəki yazılarda layihəyə cəlb olunmuş ekspertlər, KİV təmsilçiləri, həmçinin pedaqoqların fikirlərinə yer verilib. Həmin silsilədən növbəti yazımızda isə layihə çərçivəsində seminarların baş tutduğu paytaxt məktəblərinin rəhbərlərinin keçirilən tədbirlərə, orada toxunulan məsələlərə münasibətlərini təqdim etməklə yanaşı, ümumiyyətlə, layihə barədə bəzi ümumiləşdirmələr aparmağa çalışmışıq. 

Beləliklə, sözügedən layihə çərçivəsində CASCFEN tərəfindən keçirilən seminarlara toxunan Bakı şəhəri Suraxanı rayonu 279 saylı tam orta məktəbin direktoru Südabə Abdullayevanın sözlərinə görə, bu tədbirlər ictimaiyyət tərəfindən məktəblərə diqqətin artırılması, müəllim və pedaqoji heyətin bəzi məsələlərlə bağlı maarifləndirilməsi baxımından əhəmiyyətli olub: "İyunun 4-də məktəbimizdə "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" mövzusunda keçirilən seminar öz aktuallığı ilə iştirakçıların diqqətini cəlb etdi. Seminar çərçivəsində belə bir ümumi qənaətə gəlindi ki, hər bir sahə kimi, təhsil sahəsi ilə də bağlı informasiyanın sürətli və rahat şəkildə cəmiyyətə çatdırılması dövrümüzün tələblərindən biridır". 
Son illərdə Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin səyi ilə orta məktəblərin saytlarının və sosial şəbəkələrdə səhifələrin yaradılması məsələsinə toxunan 279 saylı tam orta məktəbin direktoru indi istənilən şəxsin Bakı şəhərində yerləşən hər hansı bir məktəb haqqında çox qısa zamanda internet vasitəsilə ətraflı məlumat ala bildiyini diqqətə çatdırıb. 

Onun sözlərinə görə, keçirilmiş seminar da bu istiqamətdə məktəblər üçün əlavə dəstək rolunu oynadı: "Seminarda səslənən təklif və fikirlər məktəbimizin bundan sonrakı fəaliyyətinə, mətbuatla işin daha səmərəli qurulmasına müsbət təsir göstərəcək. Bir sözlə, "İnformasiya açıqlığının təmin edilməsi" və "Media ilə iş bacarıqları" mövzusundakı təqdimatlar ətrafında aparılan fikir mübadiləsi KİV-media əlaqələri istiqamətində bütün məqamlara aydınlıq gətirdi. Layihə çərçivəsində keçirilən seminarı məktəb kollektivi olaraq çox yüksək dəyərləndirir və belə maarifləndirici seminarların gələcəkdə bütün məktəblərdə keçirilməsini arzulayırıq. Yəni hesab edirik ki, bu layihə davam etdirilməli və gələcəkdə ümumilikdə rayonlar üzrə deyil, hətta ayrı-ayrı məktəblər üzrə keçirilməlidir".

Bu arada bir məqama da toxunmaq vacibdir. Belə ki, layihə çərçivəsində keçirilən seminarlarda qeyd olunduğu, habelə bu tədbirlərin mövzusu ilə bağlı fikirlərini öyrəndiyimiz media ekspertləri və təhsil sahəsində çalışan şəxslər tərəfindən vurğulandığı kimi, informasiya almaq adı altında məktəblərə müraciət edən bəzi qeyri-peşəkar və jurnalistikaya dəxli olmayan şəxslərin fəaliyyəti son nəticədə ümumilikdə məktəblə medianın münasibətlərinə mənfi təsir göstərir. 

Öz növbəsində medianın adına ləkə gətirən "reket jurnalistlər"in fəaliyyətinə münasibət bildirən Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin direktoru Esmira Muradova onlara qarşı mübarizədə məktəblərin də üzərinə böyük işlər düşdüyünü vurğulayıb: "Həmin "jurnalistlər" uzun illər məktəblərə, digər təhsil müəssisələrinə öz çirkin məqsədlərini həyata keçirmək üçün üz tuturdular. Eyni zamanda, hansısa xırda bir narazılığı olan bir valideyndən istfadə edərək məktəb rəhbərliyinin, ümumilikdə isə məktəbin fəaliyyətinə, onun nüfuzuna xələl gətirən yazılar dərc edirdilər".  
Onun sözlərinə görə, indi vəziyyət tamam dəyişib və bu sahədə daha da aktiv fəaliyyət, təhsil müəssisələrinin həyatındakı yeniliklərin, təhsil prosesinin ictimaiyyətə çatdırılması, informasiya açıqlığının gücləndirilməsi, o cümlədən məktəblərin fəaliyyətindəki şəffalıq həmin "jurnalistlər"in əlindən bütün bəhanələri alıb: "Onların "fəaliyyətinin" qarşısını almaq üçün mühüm işlər görüldü. Məsələn, təhsil qurumlarının rəhbərliyinin səyi ilə son illərdə məktəblərin fəaliyyətlərinin ənənəvi media ilə yanaşı, elektron media və sosial şəbəkələrdə işıqlandırılması, məktəblərin əksəriyyətinin sosial şəbəkələrdə səhifələrinin olması bu problemin aradan qalxması yönündə atılan əhəmiyyətli addımlardır". 
Yeri gəlmişkən, Esmira Muradova da məktəblərdə seminarların davam etdirilməsinin zəruri olduğunu bildirib, hətta ümumilikdə rayon məktəblərinin təmsilçiləri üçün keçirilən bu cür seminarların gələcəkdə ayrı-ayrı məktəblər üçün təşkil edilməsinin zəruri olduğunu deyib:" Bu cür layihələrin gələcəkdə bütün məktəblərdə, o cümlədən kənd məktəblərində də davam etdirilməsi aparılan təhsil islahatlarının, görülən işlərin, qazanılan uğurların ictimaiyyətə daha geniş çatdırılmasına kömək edə bilər. Eyni zamanda KİV sahəsində ortaya çıxan yeniliklərin, o cümlədən yeni iş metodlarının pedaqoji heyətə çatdırılması üçün bu cür seminarların davam etdirilməsi daha məqsədəuyğundur".
Beləliklə, layihə çərçivəsində təşkil edilən seminarların, qaldırılan problemlərin və görülən işlərin işıqlandırılması məqsədilə bu günə kimi hazırlanan yazılar nəticəsində aşağıdakı şəkildə ümumiləşdirilmə aparmaq olar: 

-Birmənalı şəkildə qeyd edək ki, layihə çərçivəsində keçirilən seminarlar həm məktəb direktorları, həm Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, həm də ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Onların qoyulan problemə yanaşmaları müxtəlif olsa da, ümumi fikir belə olub ki, Azərbaycanın gələcək nəslinin yetişdirilməsi işində aparıcı sahə olan təhsil müəssisələrinin, o cümlədən məktəblərin fəaliyyətinə qeyri-hökumət təşkilatlarının diqqət göstərməsi təqdirəlayiq haldır; 

-Təhsil sahəsində aparılan islahatlar, görülən işlər, orta məktəblərin fəaliyyəti barədə fikir mübadiləsinin aparıldığı, təkliflərin verildiyi tədbirlərin baş tutması, o cümlədən CASCFEN İctimai Birliyinin layihəsi çərçivəsində təhsil müəssisələrinin, ictimaiyyətin və media təmsilçilərinin iştirakı ilə məktəblərdə seminarların keçirilməsi mühüm əhəmiyyət kəsb edir; 

-Əldə edilən nəticələrdən biri isə odur ki, Təhsil Nazirliyinin rəhbərliyi real media orqanlarına qarşı açıq və şəffaf yanaşma sərgilənməsinin, həmçinin öz saytları vasitəsilə məktəblər haqqında məlumatların yenilənməsinin, habelə təhsil müəssisələrinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə orada aktivliyin artırılmasının tərəfdarıdır, hətta bu məsələ ilə bağlı məktəb direktorları təşviq edilir. 

Məqalə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" layihəsi çərçivəsində hazırlanıb.
Dövlətə məxsus müəssisələrdə şəffaflıq və səmərəliliyin təşviqi
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - sərəncam
Rusiya səfiri: “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir”
Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
Xəbər lenti
01/12/2020 [19:38]:
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib
01/12/2020 [18:46]:
Hərbçilərimiz Laçını bayraqla bəzədi
01/12/2020 [18:34]:
Fransa mükafatlarını almış Azərbaycanın elm və mədəniyyət xadimləri bəyanat imzalayıblar
01/12/2020 [18:13]:
Dövlətə məxsus müəssisələrdə şəffaflıq və səmərəliliyin təşviqi
01/12/2020 [18:07]:
Qırğızıstan işğaldan azad olunmuş ərazilərə investiya yatıra bilər
01/12/2020 [17:32]:
Azərbaycan qeyri-neft sektorunda ÜDM artıb
01/12/2020 [17:24]:
Azərbaycandakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq
01/12/2020 [16:53]:
Bakıda xüsusi hərəkət zolaqları yaradılır
01/12/2020 [16:11]:
“Kəpəz”in baş məşqçisi 5 oyunluq cəzalandırılıb
01/12/2020 [15:58]:
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - sərəncam
01/12/2020 [15:26]:
Rusiya səfiri: “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir”
01/12/2020 [14:44]:
Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub
01/12/2020 [14:42]:
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
01/12/2020 [14:31]:
Dekabrın 2-ə hava proqnozu
01/12/2020 [13:56]:
Post-müharibə dövrünün prioritetləri – qurculuq və sosial təminatın təşkili
01/12/2020 [13:48]:
Bu il 13 862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib
01/12/2020 [13:22]:
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
01/12/2020 [12:05]:
İlham Əliyev: Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub-yenilənib
01/12/2020 [11:48]:
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 1 il təxirə saldı
01/12/2020 [11:43]:
Türkiyə MN: Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb
01/12/2020 [11:29]:
Türkiyə Səfirliyi Azərbaycanı təbrik etdi
01/12/2020 [10:59]:
Azərbaycan humanitar yardım kimi Gürcüstana 100 ton maye tibbi oksigen göndərib
01/12/2020 [10:03]:
Tramp COVID-19 peyvəndinin lisenziya məsələsini ləngitməməyə çağırdı
01/12/2020 [09:11]:
NATO Qarabağda baş verən son hadisələri müzakirə edəcək
01/12/2020 [01:59]:
Türkiyənin Müdafiə Nazirliyi Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin