Azərbaycanın xarici borcu son 1 ildə 680 milyon dollar azalıb - təhlil

23/08/2019 [16:02] - İqtisadiyyat (350)



Bu ilin birinci yarısında Azərbaycanın xarici dövlət borcu 8 milyard 920 milyon dollar olub.  Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19 faiz (2019-cu il üçün proqnozlaşdırılan 79 milyard 649 milyon manatlıq ÜDM-ə nisbətdə) təşkil edib. 

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Müqayisə üçün deyək ki, ötən ilin eyni dövründə analoji göstəricilər belə ölüb:  Azәrbaycan xarici dövlәt borcu 9,600.2 milyon ABŞ dolları ,  xarici  dövlәt  borcunun Ümumi Daxili Mәhsula (ÜDM)  olan  nisbәti  21.9 faiz (2018-ci il  üçün hesablanmış  74,646.9 milyon manatlıq ÜDM-ә  nisbәtdә)  tәşkil  edib

Beləliklə, son  1 ildə xaric borc 680 milyon dollar, ÜDM-ə nisbətdə  isə 3,8 faiz-bənd azalıb. Təbii ki, müsbət tensensiyadır və hökumətin xarici borclarla bağlı yeni strategiyasına adekvatdır.  Baxmayaraq ki, ölkənin valyuta ehtiyatı 45 milyard dollardır,  yəni xarici borclardan düz 5 dəfə çoxdur. Bununla belə, hökumətin konservativ büdcə siyasəti pozitiv tendensiyadır və daxili resurslardan daha effektiv istifadəyə hesablanıb.

Maliyyə naziri Samir Şərifovun  dövlət başçısı İlham Əliyevin yanında keçirilən müşavirədəki çıxışı da hökumətin dövlət borcları siyasətinin dəyişdiyini göstərir:“Borcun səviyyəsini endirməyə nail olmuşuq və indiki səviyyənin saxlanılmasını təmin edirik. Eyni zamanda, bəzi əhəmiyyətli layihələrə dövlət zəmanətləri verilir. O cümlədən, belə mühüm layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir. Sevindirici haldır, bu layihə üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac yaranmayıb, lakin xarici maliyyə qurumları ilə danışıqlar aparılmışdı, yəni onlar bu vəsaitləri ayırmağa hazır idilər. Amma birinci paket olaraq biz 2 milyardlıq borclanmadan imtina etdik, buna ehtiyac yaranmamışdı. İndi də əlavə sevindirici haldır ki, artıq Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi – MİGA ilə bizim Cənub Qaz Dəhlizi şirkəti kredit müqaviləsi bağlayıb – 750 milyon dollar məbləğində. İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur. Yəni, həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işə salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir”.

"Hökumətin dövlət borcu idarəçiliyi strategiyası və onun xarici valyuta ilə ifadə edilmiş borc öhdəliklərini azaltmaq niyyəti təqdirəlayiqdir. Hazırda hökumət Beynəlxalq Valyuta Fondundan borc almaqla bağlı hər hansı bir danışıqlar aparılmır."  Bunu Beynəlxalq Valyuta Fondunun  Azərbaycan üzrə missiyasının yeni rəhbəri Nataliya Tamirisa da təsdiqləyib.

Ötən il “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”, “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” və Yeni büdcə qaydası təsdiq edilib. Ötən ildən artıq dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın icrasına başlanılıb və görülən tədbirlər hesabına xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəki 22,8 faizdən 19,0 faizə enərək 3,8 faiz-bənd azalıb.

Hökumətin daxili resurslardan effektiv istifadə kursu davamlı olacaqsa, yaxın gələcəkdə xarici borclanmaya qətiyyən ehtiyac olmayacaq və daxili resurslar hesabına ən müxtəlif strateji əhəmiyyətli layihələrə maliyyə mənbələri  tapmaq mümkün olacaq. Bu baxımdan hökumətin xarici borclanmaya indiki münasibəti təqdirəlayiqdir.

Qadir İBRAHİMLİ

Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Macarıstandakı azərbaycanlılar İlham Əliyevdən yardım istəyir - müraciət
Korrupsiya birbaşa milli təhlükəsizliyimizə təhdiddir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
28/05/2020 [23:58]:
Ötən il Gürcüstanın qaz tələbatının 93%-ni Azərbaycan ödəyib
28/05/2020 [22:39]:
Avropa səhiyyəsi üçün 9,7 milyard avroluq proqram hazırlanıb
28/05/2020 [21:41]:
Azərbaycan ötən il Gürcüstanın əsas qaz təchizatçısı olub
28/05/2020 [20:32]:
"Qalatasaray" "Atletiko"nun müdafiəçisini istəyir
28/05/2020 [19:30]:
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu
28/05/2020 [18:54]:
Gürcüstan koronavirus testindən keçməyən turistləri ölkəyə buraxmayacaq
28/05/2020 [18:30]:
Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi
28/05/2020 [18:12]:
Vyetnam və Laos rəhbərləri Prezident İlham Əliyevi təbrik ediblər
28/05/2020 [17:50]:
Donald Tramp sosial medianı bağlayacaqlarını istisna etməyib
28/05/2020 [17:37]:
Ərdoğan Azərbaycan xalqını təbrik etdi
28/05/2020 [16:34]:
Əhali gəzintiyə qrafiklə çıxacaq
28/05/2020 [15:56]:
Pakistanın Baş Naziri İlham Əliyevə təşəkkür etdi
28/05/2020 [15:24]:
Fransada COVID-19 xəstələrinin sayı azalır
28/05/2020 [14:36]:
Azərbaycanda quraşdırılan elektron kassaların sayı 10%-dən çox artıb
28/05/2020 [13:42]:
Braziliyada bir gündə koronavirusa on minlərlə yoluxma qeydə alındı
28/05/2020 [13:40]:
Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi
28/05/2020 [13:20]:
La Liqa üçün yeni təqvim təsdiqləndi
28/05/2020 [13:09]:
Mayk Pompeo Azərbaycan xalqını təbrik edib
28/05/2020 [12:48]:
Xəstəxanalarda koronavirusa yoluxmuş xəstə qalmayıb
28/05/2020 [12:17]:
Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı
28/05/2020 [11:53]:
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
28/05/2020 [11:31]:
COVİD-19 pandemiyası: ümid hazırda bir dərmana qalıb
28/05/2020 [11:20]:
Prezident “İstiqlal abidəsi”ni ziyarət etdi
28/05/2020 [10:45]:
4 ayda banklardan 8 milyard dollar əmanət çıxarılıb
28/05/2020 [10:00]:
Aİ Belarusla viza rejiminin sadələşdirilməsi sazişini təsdiqləyib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Ramin Bayramlı: "Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir"
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
Sirli koronavirus insan orqanizmini necə məhv edir...
Bu Gün Beynəlxalq Çay günüdür
Oksford Universiteti koronavirusa qarşı peyvənd sınaqlarının ikinci mərhələsinə başlayıb
Aİ-nin turizm nazirləri videokonfrans keçiriblər
Məhəmməd Əmin Rəsulzadənin 1907-ci ildə çəkilmiş fotosu – Stalinlə dost olduğu, “Hümmət”ə üzv olduğu zamanlar
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə “açıq qapı” günləri təşkil olunacaq
Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin