Əliməmməd Nuriyev: Ermənilərin avantürist təşəbbüsünün qarşısı alınmalıdır

22/08/2019 [19:23] - Gündəm (65)



Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qarabağ Respublikasında qondarma seçkilərin müşahidəsi üçün vətəndaş cəmiyyətinə təxminən 70 min dollar, 34 milyon dram vəsait ayırıb. Xəbərə görə, Beynəlxalq Şəffaflıq Təşkilatının Ermənistan Milli Bölməsi də bu vəsaiti alacaq və müşahidəni həyata keçirəcək təşkilatların sırasında yer alır.

Məsələ ilə bağlı  açıqlama verən Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsi - “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev bildirib ki, bu, qətiyyən yolverilməzdir və bu informasiyalar dorğudursa, Beynəlxalq Şəffaflıq Təşkilatı dərhal və qətiyyətli şəkildə bu avantürist təşəbbüsün qarşısını almalıdır: “Biz dərhal Beynəlxalq Şəffaflıq Təşkilatına müraciət edəcəyik, bu məsələnin dəqiqləşdirilməsinə çalışacağıq və Ermənistan Milli Bölməsinin bu addımının qarşısını alacağıq. Hesab edirik ki, Beynəlxalq Şəffaflıq Təşkilatı dərhal bu məsələ ilə bağı araşdırma aparmalıdır və əgər bu məlumatlar doğrudursa, Ermənistan Milli bölməsinə qarşı müvafiq tədbirlər görülməlidir”.

Ə.Nuriyev deyib ki, BMT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar, dünya ölkələri birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıblar: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir və Ermənistan tərəfindən işğal olunub. Qondarma Dağlıq Qarabağ Respublikası dünyada heç bir ölkə tərəfindən tanınmayıb və Beynəlxalq Şəffaflıq Təşkilatının Ermənistan Milli Bölməsinin bu addımı separatizmə, terrorçuluğa dəstək kimi qiymətləndirilə bilər. Beynəlxalq Şəffaflıq Təşkilatı bu cür təşəbbüsə dəstək verə bilməz, dözümlü yanaşa bilməz və beynəlxalq hüquq prinsiplərinə hər zaman hörmətlə yanaşan bu təşkilat öz mövqeyini ortaya qoymalıdır. Beynəlxalq Şəffaflıq 
Təşkilatı siyasi proseslərlə bağlı məsələlərdə iştirak etmir, seçki müşahidəçiliyi də bura daxildir. Beynəlxalq Şəffaflıq Təşkilatı seçki müşahidəçiliyini həyata keçirmir. Bunu nəzərə alaraq da Ermənistan Milli Bölməsinin bu addımı yolverilməzdir”.

Onun sözlərinə görə, əğər bu məlumatlar düzdürsə,  Ermənistan Milli Bölməsinə qarşı elə tədbirlər görülməlidir ki, separatizmi, terrorçuluğu təşviq edən, işğal faktına haqq qazandıran bu addım presedent yaratmasın: “Söhbət Beynəlxalq Şəffaflıq Təşkilatının mövqeyindən, reputasiyası və obyektivliyindən gedir və əminik ki, təşkilat öz qəti mövqeyini açıqlayacaq. Azərbaycan Milli Bölməsi olaraq prinsipial mövqeyimiz bundan ibarətdir və Ermənistan Milli Bölməsinə qarşı müvafiq tədbirlər görülənə qədər bu istiqamətdə səylərmiz davam edəcək. İstisna etmirik ki, ermənilər yenə öz ənənəvi tərz və siyasətlərinə sadiq qalaraq Beynəlxalq Şəffaflıq Təşkilatını da fakt qarşısında qoymağa, təxribata çəkməyə çalışırlar. İstənilən halda bu cəhdlər heç bir nəticə verməyəcək”.
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [14:34]:
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
21/09/2019 [14:19]:
Futbol matçı zamanı iki komanda arasında atışma olub
21/09/2019 [13:46]:
İngiltərədə iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib
21/09/2019 [13:32]:
Yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirilib
21/09/2019 [13:15]:
NASA-nın “Hubble” kosmik teleskopu parlaq qalaktika kəşf edib
21/09/2019 [12:51]:
Azərbaycanlı futbolçu rəmzi komandada
21/09/2019 [12:26]:
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
21/09/2019 [12:13]:
Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Traviata” operasında çıxış edəcək
21/09/2019 [11:46]:
“Göztəpə” Super Liqada ilk qələbəsini azlıqda qazanıb
21/09/2019 [11:27]:
Səudiyyə Ərəbistanına sərt mesaj: “İran səni məhv edər”
21/09/2019 [11:16]:
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb
21/09/2019 [10:50]:
Turist avtobusu qəzaya düşüb - Xeyli sayda ölənvə xəsarət alan var
21/09/2019 [10:37]:
“Solğun çiçəklər” Sumqayıt Dövlət Dram Teatrının səhnəsində
21/09/2019 [10:14]:
Bakıda 10 yaşlı oğlan uşağı itkin düşüb
21/09/2019 [09:51]:
Nazirlik: "Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq"
21/09/2019 [09:36]:
Texasda "İmelda" fırtınası qurbanlarının sayı dörd nəfərə çatıb
21/09/2019 [09:31]:
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
21/09/2019 [09:26]:
Atəşkəs 23 dəfə pozulub
20/09/2019 [23:58]:
Türkiyədə dəniz reysləri təxirə salındı
20/09/2019 [22:34]:
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20/09/2019 [21:48]:
Bakıda oğurluqla məşğul olan şəxslər saxlanılıb
20/09/2019 [20:23]:
11 saylı məktəbdə kütləvi zəhərlənmə olub
20/09/2019 [19:32]:
Azərbaycanda daha iki Data mərkəzi tikilir
20/09/2019 [18:49]:
Nazir Naftalan şəhəri və Samux rayonunda qəbul keçirib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda Data Jurnalistikası kursu keçirildi
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Səfir: “Azərbaycan hər zaman Əfqanıstana bütün sahələrdə dəstək verib”
Azərbaycan əhalisinin hazırkı sayı nə qədərdir?
Dizel bahalaşıb
Fuad Qəhrəmanlının qızı: "Hamısını özüm yazmışam"
Həbsxana rəisi rüşvətə görə həbs olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin