Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir

21/08/2019 [13:37] - Gündəm (102)



Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində Dövlət Sərhəd Xidmətinin qüvvələrinin yeni mövqelər tutmasından sonra cəbhə xəttinin necə dəyişdiyi barədə hərbi ekspertlər səviyyəsində polemika davam edir.

Virtualaz.org xəbər verir ki, bu polemika Azərbaycan, Ermənistan və münaqişədə əsas maraqlı tərəf olan Rusiyanın ekspertləri səviyyəsində aparılır.

Rəsmi məqamlar cəbhə xəttinin bu istiqamətində baş verənlərin detallarını açıqlamır. Ancaq azərbaycanlı hərbi ekspertlər öz mənbələrinə istinad edib bildirirlər ki, Dövlət Sərhəd Xidmətinin qüvvələri Babakər dağında dörd yüksəklikdə möhkəmlənib. Nəticədə Qazax rayonunun təmas xəttinə ən yaxın  İkinci Şıxlı kəndinin əhalisi indi daha təhlükəsiz şəraitdə yaşamaq imkanı qazanıb.

Söhbət əlbətdə, Ermənistan ərazilərinin içərilərinə doğru irəliləməkdən getmir. Sərhədin Naxçıvan istiqamətində olduğu kimi burada da Azərbaycan qüvvələri neytral zonada, ölkənin suveren ərazilərinin hüdudları çərçivəsində irəliləyiblər. Lakin yeni mövqelər Ermənistan ordusunun həmin istiqamətdəki mövqelərinə və onlara aparan yollara, habelə Gürcüstan-Ermənistan qaz kəmərinin keçdiyi əraziyə nəzarət etmək imkanı verir.

Ermənistanda isə Müdafiə Nazirliyi və ona yaxın dairələr tərəfindən Azərbaycan sərhədçilərinin neytral zonada mövqelərini irəli çəkdiyi inkar olunmur. Amma əlavə edilir ki, erməni ordusu da “mövqelərini yaxşılaşdırıb”. Parlamentin spikeri Ararat Mirzoyan isə Facebook-da pafosla bildirmişdi ki, Ermənistan ordusunun “şücaəti” sayəsində indi Çinari kəndini atəşə tutmaq mümkün olmayacaq, üstəlik Gürcüstan-Ermənistan qaz kəmərinə təhlükə sovuşub.

Hərçənd hərbi xidmətdə olmayan və hərbi işlərdən başı çıxmayan Mirzoyanın bu dediklərini elə erməni hərbi ekspertlərdən biri boşboğazlıq və “şar üfürmək” adlandırmışdı. Bildirmişdi ki, Çinari kəndinin üstündəki hakim yüksəklik yenə də Azərbaycan ordusunun nəzarətindədir.

Erməni hərbi icmalçı Leonid Nersisyan “Kavkazskiy uzel”ə sərhədin həmin istiqamətində baş verənləri şərh edib deyir ki, Ermənistan hərbçiləri Çinari kəndi ətrafında yeni atəş nöqtələri tutublar. Bu da Azərbaycan ordusunun mövqelərinə cavab atəşi açmağa imkan verir. Hərçənd kəndin üstündəki hakim yüksəklik Azərbaycan ordusunun nəzarətində qalır.

Nersisyan deyir ki, indiyə qədər də postların irəli çəkilməsi və yeni müdafiə infrastrukturunun qurulması nadir hadisə olmayıb. Nəticədə bəzi sahələrdə tərəflərin postları arasında məsafə olduqca azalıb.

“Sərhədin elə sahələri var ki, tərəflər bir-birlərinə fantastik az məsafəyə qədər yaxınlaşıblar, məsələn, 30-40 metrə qədər”,-erməni hərbi ekspert deyib.

Digər erməni hərbi ekspert, “Orbeli” analitik-tədqiqat mərkəzinin rəhbəri Taron Ovanesyan isə təsdiq edir ki, Ermənistanın Tavuş vilayəti istiqamətində Azərbaycan qüvvələri Babakər dağı istiqamətində əhəmiyyətli şəkildə irəliləyiblər və möhkəmləniblər. Həmin dağ Azərbaycan-Ermənistan-Gürücüstan sərhəd üçbucağında yerləşir, dəniz səviyyəsindən 700 metr hündürlüyə malikdir.

Onun bildirdiyinə görə, mövqelərin irəli çəkilməsindən əvvəl (bu proses ötən ildən başlayıb) tərəflərin postları arasında məsafə 3.5 kilometrə çatırdı. İndi isə həmin məsafə 600 metrə qədər enib. “Azərbaycan öz mövqelərini sərhədə tərəf 500-600 metr irəli çəkib, erməni tərəfi isə bir kilometrə qədər irəli gedərək bilavasitə dövlət sərhədində möhkəmlənib”,-Ovanesyan deyib.

T.Ovanisyan Çinari kəndi istiqamətində də müəyyən dəyişikliklərin baş verdiyini deyir. Bildirir ki, həmin istiqamətdə Xoranaşat məbədi tərəfdə Ermənistan ordusu iki atəş nöqtəsi yaradıb. Azərbaycanın atəş nöqtləri isə əvvəlki mövqelərində, yəni hakim yüksəklikdə qalır. Nəticədə kənd yenə də atəş altına düşür. Hərçənd erməni mövqlərindən cavab atəşi açmaq imkanı yaranır.

Rusiya Dövlət Dumasının keçmiş deputatı, Çeçenistanın keçmiş hərbi komendantı, general-mayor İbrahim Süleymanov (milliyətcə çeçendir, Qazaxıstanda doğulub, 90-cı illərin əvvəllərində general Cövhər Dudayevin tərəfində ruslarla döyüşb, daha sonra rusların tərəfinə keçib və general rütbəsi alıb, Çeçenistanın hərbi komendantı, Dövlət Dumasının deputatı olub,-red.) isə Azərbaycan tərəfinin hərəkətlərini qınayaraq erməni tərəfinə dəstək verib.

İ.Süleymanov sərhədin həmin istiqamətində baş verənlər haqda danışarkən deyib ki, Azərbaycan qonşusu ilə münasibətlərini qaydaya salmaq əvəzinə vəziyyəti gərginləşdirir. Onun sözlərinə görə, Azərbaycan tərəfin neytral zonada irəliləməsi münaqişənin alovlanmasına gətirib çıxara bilər.

Rusiya güc strukturlarının əməkdaşı, ancaq adının (Arsen,-red.) çəkilməsinə icazə verən mənbə isə iddia edir ki, münaqişələrin yazılmamış qaydalarına görə neytral zonada bu və ya digər tərəfin irəliləməsi yolverilməzdir. Və neytral zona eyni dərəcədə hər iki tərəf üçün bağlı zona olmalıdır. Əgər tərəflərdən biri öz mövqelərini irəli çəkirsə qarşı tərəfi də buna təhrik etmiş olur.
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
21/09/2019 [15:25]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [14:34]:
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
21/09/2019 [14:19]:
Futbol matçı zamanı iki komanda arasında atışma olub
21/09/2019 [13:46]:
İngiltərədə iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib
21/09/2019 [13:32]:
Yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirilib
21/09/2019 [13:15]:
NASA-nın “Hubble” kosmik teleskopu parlaq qalaktika kəşf edib
21/09/2019 [12:51]:
Azərbaycanlı futbolçu rəmzi komandada
21/09/2019 [12:26]:
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
21/09/2019 [12:13]:
Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Traviata” operasında çıxış edəcək
21/09/2019 [11:46]:
“Göztəpə” Super Liqada ilk qələbəsini azlıqda qazanıb
21/09/2019 [11:27]:
Səudiyyə Ərəbistanına sərt mesaj: “İran səni məhv edər”
21/09/2019 [11:16]:
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb
21/09/2019 [10:50]:
Turist avtobusu qəzaya düşüb - Xeyli sayda ölənvə xəsarət alan var
21/09/2019 [10:37]:
“Solğun çiçəklər” Sumqayıt Dövlət Dram Teatrının səhnəsində
21/09/2019 [10:14]:
Bakıda 10 yaşlı oğlan uşağı itkin düşüb
21/09/2019 [09:51]:
Nazirlik: "Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq"
21/09/2019 [09:36]:
Texasda "İmelda" fırtınası qurbanlarının sayı dörd nəfərə çatıb
21/09/2019 [09:31]:
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
21/09/2019 [09:26]:
Atəşkəs 23 dəfə pozulub
20/09/2019 [23:58]:
Türkiyədə dəniz reysləri təxirə salındı
20/09/2019 [22:34]:
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20/09/2019 [21:48]:
Bakıda oğurluqla məşğul olan şəxslər saxlanılıb
20/09/2019 [20:23]:
11 saylı məktəbdə kütləvi zəhərlənmə olub
20/09/2019 [19:32]:
Azərbaycanda daha iki Data mərkəzi tikilir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda Data Jurnalistikası kursu keçirildi
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Səfir: “Azərbaycan hər zaman Əfqanıstana bütün sahələrdə dəstək verib”
Azərbaycan əhalisinin hazırkı sayı nə qədərdir?
Dizel bahalaşıb
Fuad Qəhrəmanlının qızı: "Hamısını özüm yazmışam"
Həbsxana rəisi rüşvətə görə həbs olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin