Rusiya ilə sərhəddə nə baş verib? - təfsilat

21/08/2019 [12:49] - Gündəm (87)



Ötən gün sosial şəbəkələrdə yayımlanan videoreportajda Azərbaycandan Rusiyaya sərnişin avtobusları ilə yük və sərnişin daşıyan bir qrup sürücü tərəfindən Dövlət Gömrük Komitəsinə qarşı "əsassız ittihamlar" irəli sürülüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bildirir ki, həmin şəxslər Rusiyaya gedərkən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda əsassız yoxlamalara məruz qaldıqlarını, gömrük-keçid məntəqəsində maneələrlə üzləşdiklərini və qarşılaşdıqları problemlərlə bağlı gömrük orqanlarına ünvanladıqları müraciətlərə əhəmiyyət verilmədiyini iddia edirlər.

Dövlət Gömrük Komitəsi bildirir ki, irəli sürülən iddialar əsassızdır və sürücülərə gömrük-keçid məntəqəsində maneələr yaradılması ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Belə ki, sərnişindaşıma sahəsində fəaliyyət göstərdiklərini deyən həmin şəxslər, əslində əksər hallarda qanunsuz ticarətlə məşğul olur, gömrük qanunvericiliyinin tələblərini pozurlar.

Komitənin aidiyyəti qurumları tərəfindən həyata keçirilən gömrük nəzarəti zamanı sözügedən avtobuslarda dəfələrlə kommersiya təyinatlı mallar aşkarlanıb. Qanunvericiliyə uyğun olaraq, sürücülərdən mallara dair sənədlər tələb olunsa da, onlar həmin malların sərnişinlərə aid olduğunu iddia edir və qanunlara əməl etməkdən yayınmağa çalışırlar. Üstəlik, həmin nəqliyyat vasitələrində əksər hallarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə cəhd göstərilən mallar aşkar olunub.

Cari ilin aprel ayında bu nəqliyyat vasitələrindən birində gömrük orqanına bəyan olunmayan 660 kiloqram heyvan mənşəli məhsullar, may ayında 1 kiloqrama qədər gümüşdən hazırlanan zərgərlik məmulatları, başqa bir nəqliyyat vasitəsindən isə iyun ayında 10 min ədəd siqaret aşkar edilərək götürülüb.

Mövcud qanunvericiliyə görə, ixrac edilən kommersiya təyinatlı mallar müvafiq sənədlərlə birlikdə gömrük orqanına rəsmən bəyan edilməlidir və istisnalar nəzərə alınmaqla, ixrac edilən mallara görə hər hansı rüsum nəzərdə tutulmur.

Sürücülərin müraciətlərinə gömrük orqanlarının etinasız yanaşmasına gəlincə isə avqustun 19-da, yəni bir gün əvvəl saat 12:50-də 10-15 nəfərdən ibarət bir qrup şəxs Dövlət Gömrük Komitəsinin Vətəndaşların qəbulunun təşkili bölməsinə müraciət edib. Daxil olan müraciətə dərhal cavab verilib, saat 13:00-da 4 nəfərdən ibarət nümayəndə heyəti Komitənin səlahiyyətli şəxsləri tərəfindən dinlənilərək onlara sərhədkeçmə prosesində qarşılaşdıqları problemlərin səbəbi ətraflı izah olunub. Gələcəkdə analoji halların baş verməməsi üçün həmin şəxslər qanunvericiliyin tələbləri barədə məlumatlandırılıb, daşıdıqları malların müvafiq sənədlərlə təmin olunmasının vacibliyi diqqətə çatdırılıb və onların sualları ətraflı cavablandırılıb.

Lakin qəbulda olan nümayəndə heyətinin üzvlərinə verilən cavabı gözləmədən, Komitənin inzibati binasının qarşısındakı sürücülərdən bəziləri dırnaqarası media nümayəndələrinə gömrük orqanının və onun əməkdaşlarının fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan açıqlamalar veriblər.

Dövlət Gömrük Komitəsi xatırladır ki, hər hansı fakta söykənmədən, rəsmi tərəfin mövqeyi öyrənilmədən gömrük orqanlarının fəaliyyətinə kölgə düşürən məlumatların yayımlanması yolverilməzdir və qanun qarşısında məsuliyyət yaradır.
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [14:34]:
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
21/09/2019 [14:19]:
Futbol matçı zamanı iki komanda arasında atışma olub
21/09/2019 [13:46]:
İngiltərədə iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib
21/09/2019 [13:32]:
Yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirilib
21/09/2019 [13:15]:
NASA-nın “Hubble” kosmik teleskopu parlaq qalaktika kəşf edib
21/09/2019 [12:51]:
Azərbaycanlı futbolçu rəmzi komandada
21/09/2019 [12:26]:
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
21/09/2019 [12:13]:
Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Traviata” operasında çıxış edəcək
21/09/2019 [11:46]:
“Göztəpə” Super Liqada ilk qələbəsini azlıqda qazanıb
21/09/2019 [11:27]:
Səudiyyə Ərəbistanına sərt mesaj: “İran səni məhv edər”
21/09/2019 [11:16]:
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb
21/09/2019 [10:50]:
Turist avtobusu qəzaya düşüb - Xeyli sayda ölənvə xəsarət alan var
21/09/2019 [10:37]:
“Solğun çiçəklər” Sumqayıt Dövlət Dram Teatrının səhnəsində
21/09/2019 [10:14]:
Bakıda 10 yaşlı oğlan uşağı itkin düşüb
21/09/2019 [09:51]:
Nazirlik: "Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq"
21/09/2019 [09:36]:
Texasda "İmelda" fırtınası qurbanlarının sayı dörd nəfərə çatıb
21/09/2019 [09:31]:
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
21/09/2019 [09:26]:
Atəşkəs 23 dəfə pozulub
20/09/2019 [23:58]:
Türkiyədə dəniz reysləri təxirə salındı
20/09/2019 [22:34]:
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20/09/2019 [21:48]:
Bakıda oğurluqla məşğul olan şəxslər saxlanılıb
20/09/2019 [20:23]:
11 saylı məktəbdə kütləvi zəhərlənmə olub
20/09/2019 [19:32]:
Azərbaycanda daha iki Data mərkəzi tikilir
20/09/2019 [18:49]:
Nazir Naftalan şəhəri və Samux rayonunda qəbul keçirib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda Data Jurnalistikası kursu keçirildi
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Səfir: “Azərbaycan hər zaman Əfqanıstana bütün sahələrdə dəstək verib”
Azərbaycan əhalisinin hazırkı sayı nə qədərdir?
Dizel bahalaşıb
Fuad Qəhrəmanlının qızı: "Hamısını özüm yazmışam"
Həbsxana rəisi rüşvətə görə həbs olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin