Bakı-Naxçıvan-Bakı sərnişin avtobusları İranda gömrük nəzarətindən keçməyəcək

20/08/2019 [19:24] - Cəmiyyət (178)



Gömrük-keçid məntəqələrində Azərbaycanın paytaxtı Bakı şəhərindən İran ərazisindən keçməklə Naxçıvana və əks istiqamətdə səyahət edən sərnişinlərin əl yükləri və baqajlarına gömrük nəzarəti tətbiq edilməyəcək.

Sərnişinlərin rahatlığının təmin edilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi və avtobusların mənzil başına daha tez çatmasını təmin etmək məqsədilə gömrük nəzarəti Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən, avqustun 19-dan etibarən Bakı Beynəlxalq Avtovağzalında yaradılan gömrük nəzarəti zonasında həyata keçiriləcək.

Bu barədə Azərbaycan Gömrük Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçir və sərnişinlərin əl yükləri dəfələrlə yoxlanılırdı.

“Son bir il ərzində İranla aparılan danışıqların və görülən tədbirlərin nəticəsi olaraq, 13 iyun 2019-cu ildə Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd-keçid məntəqələrində yoxlanma prosedurlarında dəyişikliyə dair razılıq əldə olunub. Yeni qaydalara əsasən, Azərbaycan tərəfində gömrük nəzarətindən keçirilən avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma əsasən, Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verir və avtobuslar İranda gömrük yoxlamasından keçirilmir. Bununla da İran ərazisinə daxil olan avtobusun heç bir əlavə yoxlama aparılmadan sürətli şəkildə gömrük postlarından keçidi təmin olunur”.

Gömrük Komitəsi bildirib ki, pilot layihə Naxçıvandan Bakıya gələn avtobusları da əhatə edir.

“Əks istiqamətdə hərəkət edən avtobuslar və sərnişinlərə dair əl yüklərinin, baqajların gömrük nəzarətindən keçirilməsi məqsədilə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində gömrük nəzarəti zonası yaradılıb”.

Dövlət Gömrük Komitəsi hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birlikdə bu layihənin Türkiyə, Gürcüstan və Rusiyaya gedən avtobuslara tətbiq edilməsi üzərində iş aparır. (Turan)
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
23/02/2020 [13:14]:
“Bəzi futbolçular tapşırıqlarımı maksimum yerinə yetirmədilər”
23/02/2020 [12:55]:
Emmanuel Makron: “İdlibdəki situasiya Avropada yeni miqrasiya böhranı yaradacaq”
23/02/2020 [12:17]:
Koronavirus fəlakətinin miqyası böyüyür: İtaliyada 10 şəhər karantinə alındı
23/02/2020 [11:42]:
Məşhur bank müştərilərinə kələk gəldi - 3 milyard dollar cərimələndi
23/02/2020 [11:18]:
Əfqanıstan hökuməti Talibana qarşı əməliyyatları dayandırdı
23/02/2020 [10:39]:
Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi
23/02/2020 [10:00]:
Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”
22/02/2020 [23:59]:
Rusiya və Türkiyə Müdafiə nazirləri İdlibi müzakirə ediblər
22/02/2020 [22:52]:
Elmar Baxşıyev: "Optimal oyunumuzu hələ tapa bilmirik"
22/02/2020 [21:30]:
Mitinqlərdə 100-ə yaxın adam saxlanıldı
22/02/2020 [20:48]:
İlham Əliyev estoniyalı həmkarını təbrik edib
22/02/2020 [20:44]:
Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı
22/02/2020 [19:50]:
İnvestisiya banklarının gəliri son 12 ildə ən aşağı səviyyəyə düşdü
22/02/2020 [19:20]:
Azərbaycan Prezidenti Yaponiya İmperatoruna təbrik məktubu göndərib
22/02/2020 [18:43]:
Avropada inflyasiya sürətləndi
22/02/2020 [18:12]:
İlham Əliyev Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
22/02/2020 [17:39]:
Güclü yağışlar nəticəsində Cakarta növbəti dəfə su altında qalıb
22/02/2020 [16:46]:
İrəvan Teatrı qastrol səfərinə hazırlaşır
22/02/2020 [15:50]:
73 seçki məntəqəsinin nəticələri ləğv edildi - SİYAHI
22/02/2020 [15:36]:
"Fənərbağça" dünya çempionu ilə yollarını ayırdı
22/02/2020 [14:24]:
Koronavirusdan yenə onlarla ölüm hadisəsi baş verdi
22/02/2020 [13:51]:
Səfir: “Ötən il Küveytdən Azərbaycana 50 mindən çox turist gəlib”
22/02/2020 [13:50]:
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
22/02/2020 [13:17]:
Həbsxanada qiyam, ölənlər və yaralananlar var
22/02/2020 [12:59]:
Azər Qərib: “80 yaşımda deputat olmaq arzum yaransa…”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Pakistanın axtarışa verdiyi şəxs Bakı aeroportunda tutuldu
Bakıda 32 yaşlı kişi dəm qazından boğulub
Neftçalanın həbs olunan İH başçısı kimdir və niyə həbs edilib?
“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
Neftçalanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
143 milyon manat aliment ödənilib
Xaricilər Azərbaycanı öyrənir: yeni innovativ platforma hazırlanıb
Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin