Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib

20/08/2019 [18:38] - Cəmiyyət (157)



"Relax" İstirahət Mərkəzində baş verənlər quldurluq faktıdır. Bu öz yerində. Ancaq məsələ bundadır ki, hətta "Relax"-ın deputat sahibini müdafiə edənlər də tapıldı - guya "Relax" vergidən yayınan yeganə obyekt deyil-filan. 

Ötən il bir qrup eksperti Vergilər Nazirliyinin rəhbərliyi görüşə dəv etmişdi. Görüşdə mən də iştirak edirdim.  2 təklif verdim. 1-ci təklif: Qeyri-neft sektorunda yığılan vergilərin 83 faizi 9 iri dövlət müəssisəsinin (SOCAR, "Azərenerji", "Azərişıq", Rabitə Nazirliyinin müəssisələri, "Azərsu", AzAL,  Azərbaycan Dəmir Yolları, Xəzər Dəniz Gəmişliyi) payına düşür. Qalan 17 faiz isə özəl sektorun payına düşür. Buraya isə nəhəng holdinqlər, dövriyyəsi yüz milyonlara, hətta milyardlarla ölçülən nəhəng şirkətlər daxildir. Yəni faktiki vergi daxilolmalarının həcmi vergi potensialının çox azdır. Təklif etdim ki, kiçik və orta biznesi çıxmaq şərti ilə iri biznesi vergi öhdəlikləri ilə bağlı tədbirlər gücləndirilsin. 2-ci təklif: Hər ilin əvvəlində qeyri-neft sektoru üzrə ən çox vergi ödəyən 100 özəl şirkətin adı açıqlansın, milyonerlər rəsmiləşsin. Əslində hər iki təklif bir-birini tamamlayır.

İndi Vergilər Nazirliyi büdcə öhdəliklərini yerinə yetirməyən iri şirkətlərə qarşı tədbirlərə başlayıb. Bu yaxınlarda vergi müfəttişləri ölkənin 2 ən nəhəng Ticarət Mərkəzi olan "Binə" və "Sədərək"-də xronometraj keçirib və bəlli olub ki, ödənilən  vergi potensialının çox cüzi bir hissəsədir  Təbii ki, normal prosesdir və təqdir olunmalıdır. Özü də söhbət təkcə istirahət və ya ticarət mərkəzlərindən getmir. Məsələn, mənə maraqlıdır ki, Bakının az qala hər rayonunda yaşayış kompleksləri tikən "Kristal Abşeron" şirkəti və yaxud da hər massivdə fəaliyyət göstərən "Bravo" və "Araz" supermarketlər şəbəkəsi büdcəyə nə qədər ödəyir? Bu rəqəmlər ictimaiyyətə açıq olmalıdır. Necə ki, "Bakcell" və "Azercell" həl il ödədiklərin verginin mməbləğini açıqlayır.

Başqa tərəfdənsə, bu ilə maaş, pensiya və müavinətlərin ciddi artımları oldu. Təxmini hesablamalara görə, gələn ilin dövlət büdcəsində sosial xərclər ən azı 3 milyard manat çox olacaq. Bəs xərclər hansı mənbə hesabına qarşılanmalıdır? Təbii ki,  vergi potensialını büdcəyə cəlb etmək yolu ilə. Bu həm də gəlirlərin yenidən bölüşdürülməsi deməkdir. Bu baxımdan Vergilər Nazirliyinin bu istiqmətdəki səyləri normaldır, buna müqavimət göstərən obyekt sahibləri isə qanun çərçivəsində çəzalandırılmalıdır - kimliyindən asılı olmayaraq.

Qadir İBRAHİMLİ

DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
23/02/2020 [12:55]:
Emmanuel Makron: “İdlibdəki situasiya Avropada yeni miqrasiya böhranı yaradacaq”
23/02/2020 [12:17]:
Koronavirus fəlakətinin miqyası böyüyür: İtaliyada 10 şəhər karantinə alındı
23/02/2020 [11:42]:
Məşhur bank müştərilərinə kələk gəldi - 3 milyard dollar cərimələndi
23/02/2020 [11:18]:
Əfqanıstan hökuməti Talibana qarşı əməliyyatları dayandırdı
23/02/2020 [10:39]:
Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi
23/02/2020 [10:00]:
Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”
22/02/2020 [23:59]:
Rusiya və Türkiyə Müdafiə nazirləri İdlibi müzakirə ediblər
22/02/2020 [22:52]:
Elmar Baxşıyev: "Optimal oyunumuzu hələ tapa bilmirik"
22/02/2020 [21:30]:
Mitinqlərdə 100-ə yaxın adam saxlanıldı
22/02/2020 [20:48]:
İlham Əliyev estoniyalı həmkarını təbrik edib
22/02/2020 [20:44]:
Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı
22/02/2020 [19:50]:
İnvestisiya banklarının gəliri son 12 ildə ən aşağı səviyyəyə düşdü
22/02/2020 [19:20]:
Azərbaycan Prezidenti Yaponiya İmperatoruna təbrik məktubu göndərib
22/02/2020 [18:43]:
Avropada inflyasiya sürətləndi
22/02/2020 [18:12]:
İlham Əliyev Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
22/02/2020 [17:39]:
Güclü yağışlar nəticəsində Cakarta növbəti dəfə su altında qalıb
22/02/2020 [16:46]:
İrəvan Teatrı qastrol səfərinə hazırlaşır
22/02/2020 [15:50]:
73 seçki məntəqəsinin nəticələri ləğv edildi - SİYAHI
22/02/2020 [15:36]:
"Fənərbağça" dünya çempionu ilə yollarını ayırdı
22/02/2020 [14:24]:
Koronavirusdan yenə onlarla ölüm hadisəsi baş verdi
22/02/2020 [13:51]:
Səfir: “Ötən il Küveytdən Azərbaycana 50 mindən çox turist gəlib”
22/02/2020 [13:50]:
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
22/02/2020 [13:17]:
Həbsxanada qiyam, ölənlər və yaralananlar var
22/02/2020 [12:59]:
Azər Qərib: “80 yaşımda deputat olmaq arzum yaransa…”
22/02/2020 [12:47]:
ABŞ “Patriot”un müvəqqəti olaraq Türkiyədə yerləşdirilməsinə qərar verməyib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Pakistanın axtarışa verdiyi şəxs Bakı aeroportunda tutuldu
Bakıda 32 yaşlı kişi dəm qazından boğulub
Neftçalanın həbs olunan İH başçısı kimdir və niyə həbs edilib?
“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
Neftçalanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
143 milyon manat aliment ödənilib
Xaricilər Azərbaycanı öyrənir: yeni innovativ platforma hazırlanıb
Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin