Azercell-in Rəqəmsal Dünyası Azərbaycanın şimal bölgəsində

11/08/2019 [23:13] - İqtisadiyyat (108)




 

 

Hər zaman maraqlı təşəbbüsləri və layihələri ilə fərqlənən Azərbaycanın ilk 4G xidməti təminatçısı “Azercell Telekom” MMC-nin respublikamızın şimal bölgəsinə təşkil olunan səfəri uğurla baş tutub.  “Rəqəmsal Dünya bölgələrdə” adlı layihəsi çərçivəsində Quba, Xaçmaz və Qusarda  20 minə yaxın insanı bir araya toplayan ölkənin telekommunikasiya sahəsinin lideri Azercell həm əyləncəli, maarifləndirici, həm də sosial tədbirləri bir səfərdə cəmləyib. Şirkət tərəfindən bölgə sakinlərinə yenilənmiş rəqəmsal məhsullar, mobil cihazların texniki imkanları vasitəsilə xidmətlərin əlçatanlığı nümayiş olunub. Tədbir iştirakçıları virtual reallıq oyunlarında öz güclərini sınayıb, intellektual və əyləncəli oyunlara, müsabiqələrə qatılıb,  hədiyyələr qazanıb.

 

Eyni zamanda, bölgələrə təşkil olunan səfərlərə Azercell-in “Mobil Diş" və “Mobil Göz" klinikaları da qoşulub. 3 avqust tarixində Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində Azercell-in mobil klinikaları 30-a yaxın uşağı müayinə edib. Azercell internat məktəbinin şagirdlərinə məktəb ləvazimatları hədiyyə edib.  Daha sonra klinikalar Qubanın mərkəzində aztəminatlı ailələri və ahılları da müayinədən keçirib. Məlumat üçün bildirək ki, yarandığı andan Azercell-in “Mobil Göz Klinikası”nın xidmətlərindən 6500-dən çox, “Mobil Diş Klinikası”nın xidmətlərindən isə 4000-dən çox şəxs yararlanıb.

 

Fəaliyyətinin rəqəmsal dövrünə qədəm qoyan Azercell-in ölkənin texnologiyalar aləminə inteqrasiyasını sürətləndirmək üçün ölkəboyu 4G şəbəkəsinin gücləndirilməsi və genişləndirilməsinə son yarım ildə yatırdığı sərmayənin məbləği 63 milyon manata çatıb. Ümumilikdə, Bakı və Abşeron da daxil olmaqla, ölkənin 57 bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir. Təkcə Quba, Qusar və Xaçmaz bölgəsində 70-ə yaxın LTE stansiyası əhalini yüksək-sürətli internetlə təmin etməkdədir. Son yarımildə şirkət əhali əhatəsi dairəsində  86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb. Məlumat üçün bildirək ki, müasir dövrdə istifadəçilərin artan tələblərini qarşılamaq və yeni bağlantı erasına ölkəni hazır etmək şirkətin prioritet sahələrindəndir.

 

Avqust ayında Azercell-in Rəqəmsal Dünyasını öz bölgənizdə gözləyin!

DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
23/02/2020 [12:17]:
Koronavirus fəlakətinin miqyası böyüyür: İtaliyada 10 şəhər karantinə alındı
23/02/2020 [11:42]:
Məşhur bank müştərilərinə kələk gəldi - 3 milyard dollar cərimələndi
23/02/2020 [11:18]:
Əfqanıstan hökuməti Talibana qarşı əməliyyatları dayandırdı
23/02/2020 [10:39]:
Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi
23/02/2020 [10:00]:
Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”
22/02/2020 [23:59]:
Rusiya və Türkiyə Müdafiə nazirləri İdlibi müzakirə ediblər
22/02/2020 [22:52]:
Elmar Baxşıyev: "Optimal oyunumuzu hələ tapa bilmirik"
22/02/2020 [21:30]:
Mitinqlərdə 100-ə yaxın adam saxlanıldı
22/02/2020 [20:48]:
İlham Əliyev estoniyalı həmkarını təbrik edib
22/02/2020 [20:44]:
Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı
22/02/2020 [19:50]:
İnvestisiya banklarının gəliri son 12 ildə ən aşağı səviyyəyə düşdü
22/02/2020 [19:20]:
Azərbaycan Prezidenti Yaponiya İmperatoruna təbrik məktubu göndərib
22/02/2020 [18:43]:
Avropada inflyasiya sürətləndi
22/02/2020 [18:12]:
İlham Əliyev Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
22/02/2020 [17:39]:
Güclü yağışlar nəticəsində Cakarta növbəti dəfə su altında qalıb
22/02/2020 [16:46]:
İrəvan Teatrı qastrol səfərinə hazırlaşır
22/02/2020 [15:50]:
73 seçki məntəqəsinin nəticələri ləğv edildi - SİYAHI
22/02/2020 [15:36]:
"Fənərbağça" dünya çempionu ilə yollarını ayırdı
22/02/2020 [14:24]:
Koronavirusdan yenə onlarla ölüm hadisəsi baş verdi
22/02/2020 [13:51]:
Səfir: “Ötən il Küveytdən Azərbaycana 50 mindən çox turist gəlib”
22/02/2020 [13:50]:
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
22/02/2020 [13:17]:
Həbsxanada qiyam, ölənlər və yaralananlar var
22/02/2020 [12:59]:
Azər Qərib: “80 yaşımda deputat olmaq arzum yaransa…”
22/02/2020 [12:47]:
ABŞ “Patriot”un müvəqqəti olaraq Türkiyədə yerləşdirilməsinə qərar verməyib
22/02/2020 [12:35]:
Rusiya XİN rəhbəri niyə Tiflisə getmək istəmir?
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Pakistanın axtarışa verdiyi şəxs Bakı aeroportunda tutuldu
Bakıda 32 yaşlı kişi dəm qazından boğulub
Neftçalanın həbs olunan İH başçısı kimdir və niyə həbs edilib?
“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
Neftçalanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
143 milyon manat aliment ödənilib
Xaricilər Azərbaycanı öyrənir: yeni innovativ platforma hazırlanıb
Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin