MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - təfsilat

17/08/2019 [12:38] - Gündəm (141)



Tanınmış vəkil Adil İsmayılov sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevin MTN tərəfindən şərlənməsi haqqında əlində olan bilgilərin növbəti məqamlarını açıqlayıb.

Gununsesi.org həmin faktlarla bağlı vəkilin ikinci yazısını təqdim edir.

Diqqətli olan izləyicilər yəqin ki, Elton bəyin sonuncu məktubunda artıq 4 deyil, 10 tapançadan söhbət getdiyini gördülər. Bu təsadüf və ya səhv deyildi. Quliyev rəsmi orqanların ona kömək etməyəcəyini başa düşürdü və istintaqın ilk günlərindən rəsmi və qeyri-rəsmi yollarla silahların əsl sahiblərini tapmağa cəhd göstərirdi. Bu məqsədlə son illərdə məhkəmələrdə silahla bağlı baxılmış onlarla cinayət işi öyrənmişdi. O, Nicat Quliyevə məxsus olduğu iddia edilən silahların mənşəyi ilə əlaqədar əldə etdiyi bəzi məlumatları hələ birinci instansiya məhkəməsinə təqdim etmişdi. Həmin məlumatlardan görünürdü ki, Nicat Quliyevin işi üzrə ibtidai araşdırma aparıldığı dövrdə Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində 1042 saylı başqa bir cinayət işi də araşdırılıb.


Həmin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində (sədrlik edən – hakim Novruz Kərimov) açıq məhkəmə iclasında baxılıb və artıq iş üzrə hökm çıxarılıb. Bu cinayət işində 6 ədəd tapança keçir. Onların da hamısı MP 371 siqnal tapançalarıdır və iddia edildiyi kimi onların lüləsi dəyişdirilərək, ötürücünün kənarları yonulmaqla odlu silahlara çevirilib. Bu tapançaların nömrələri «1337103410», «1337103467», «1337103547», «133710373», «1337103699», «1337103723»-dür. Nicat Quliyevin işindəki MP-371 siqnal tapançalarının nömrələri “1337103376”, “1337103518”, “1337103679” и “1337103716” onlarla ardıcıllıq təşkil edir və tapançaların hamısının eyni partiyadan olduğunu göstərir.Elton Quliyev həmin silahların müqayisəli cədvəlini də sonuncu şikayətinə əlavə etmişdi. Mən indi bu statusun altında həmin cədvəli şərhə qoyacam.

Söhbət jurnalist Pərviz Həşimlinin barəsində olan cinayət işindən gedir. Həmin iş barəsində kifayət qədər məlumatım var, işdə olan sənədlərlə də tanışam. Amma Pərviz bəyin xahişini nəzərə alaraq bu iş barəsində danışmaları üçün onun vəkillərinə imkan saxlayıram. Hər şeyi mən danışsam inciyəcəklərini düşünürəm.

Elton Quliyev kassasiya şikayətini belə tamamlamışdı: “İki müxtəlif cinayət işində keçən silahların eyni vaxtda istehsal olunması, bir partiyaya aid olması, bir yerdə firmadan firmaya, sonra isə istehlakçıya satılması, bir yerdə Azərbaycanda peyda olması, hər iki cinayət işinin bir orqanda araşdırılması və həmin orqanın əməkdaşlarının keçirdikləri tədbirlərin nəticəsi olaraq başlanması, silahların bir qisminin guya İrandan gətirildiyinin iddia edilməsi, digər qisminin isə Nicat Quliyevə sırınması onu göstərir ki, bu silahların hamısı həmin orqanın sərəncamında olub”. Unutmayaq Elton bəy bunu 14 avqust 2014-cü ildə yazırdı. O vaxt bunu yazmaq CƏSARƏT tələb edirdi, təkcə cəsarətmi…

Qeyd etdiyim kimi Elton bəydən sonra Nicat Quliyevin işi ilə mən məşğul olmağa başladım.Mən əsasən N.Quliyevin şərti də olsa vaxtından əvvəl cəzadan azad olunması prosesləri ilə məşğul olurdum. Birinci dəfə az ağır cinayətə görə məhkum edilmiş, himayəsində həddi-büluğa çatmamış qızı , ağır xəstəlikdən əziyyət çəkən atasının ( atası Quliyev həbsdə olan vaxt rəhmətə getdi, onu atasının dəfnində iştirak etməyə də buraxmadılar) və yaşlı anasının olduğunu nəzərə almadan Nicat Quliyevə məhkum edildiyi maddənin sanksiyasında nəzərdə tutulan maksimum 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdi. Bu müddət 7 avqust 2016-cı ildə başa çatırdı. Bilirsiniz ki, 17 oktyabr 2015-ci ildə Eldar Mahmudov Milli Təhlükəsizlik Naziri vəzifəsindən çıxarıldı. MTN əməkdaşları barəsində cinayət işi başlandı. Zakir Qaralovun əlinə Nicat Quliyevin və Pərviz Həşimlinin işlərini MTN-n üzərinə atmaq üçün əla fürsət düşmüşdü
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
Xəbər lenti
17/11/2019 [21:41]:
Netanyahu: "Qəzza ilə bağlı öhdəlik götürməmişik"
17/11/2019 [20:50]:
Əfqanıstanda İŞİD-in 615 üzvü təslim olub
17/11/2019 [19:29]:
Azərbaycan buğda idxalını kəskin artırıb
17/11/2019 [18:34]:
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
17/11/2019 [17:42]:
Çaylarda sululuq səviyyəsi dəyişdi
17/11/2019 [16:27]:
ABŞ kubalı nazirə qarşı sanksiya tətbiq edib
17/11/2019 [15:53]:
Daha 4 ölkə AVRO-2020-yə vəsiqə qazanıb
17/11/2019 [15:30]:
Boliviyada baş verən toqquşmalarda 23 nəfər həlak olub
17/11/2019 [14:25]:
Belarusda parlament seçkiləri keçirilir
17/11/2019 [13:48]:
Helsinkidə Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə tədbir keçirilib
17/11/2019 [13:19]:
Türkiyə Andorra ilə üz-üzə gələcək
17/11/2019 [12:42]:
İraq İranla sərhəd keçidini bağladı
17/11/2019 [12:22]:
Honkonqda etiraz aksiyaları artıq 6 aydır ki, davam edir
17/11/2019 [11:42]:
Hindistan ballistik raketi sınaqdan keçirib
17/11/2019 [11:18]:
Siqaret kötüyünü yerə atanlar 200 avro cərimələnəcək
17/11/2019 [10:35]:
İdmançımız beynəlxalq turnirin qalibi oldu
17/11/2019 [10:00]:
Füzulidə hərbi təyinatı olmayan metal əşya aşkarlanıb
17/11/2019 [09:46]:
Birinci vitse-prezident Mehriban Əliyeva xalqı təbrik edib
16/11/2019 [23:59]:
Parisdə polis "sarı jiletlilər"ə qarşı qaz və tüstü şaşkalarından istifadə edib
16/11/2019 [22:17]:
Azərbaycan və Uels komandalarının start heyətləri açıqlanıb
16/11/2019 [21:31]:
İraqda İŞİD-in iki lideri məhv edilib
16/11/2019 [21:26]:
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
16/11/2019 [20:23]:
AQTA-nın əməkdaşları vəzifədən azad olundular
16/11/2019 [19:36]:
Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş sərgi açılıb
16/11/2019 [19:22]:
SOCAR “Azəristiliktəchizat”ın borclu olmasına baxmayaraq əhalini soyuqda qoymadı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Dondurulmuş Xəyallar” Xalça Muzeyində təqdim olundu
“Bakcell”dən tamamilə yeni İnternet paketləri
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı - FOTOLAR
Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır”
Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq! - layihə
Azərbaycanın sosial mediadakı "əsgəri": "Ermənilər buna nail ola bilmirlər"
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Xətaiyə yeni icra başçısı təyin edildi
Məmmədyarov Kolumbiya Senatının rəsmisi ilə görüşüb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin