Azərbaycanda informasiya əldə edilməsi hüququnun təmin edilməsi

14/07/2019 [16:14] - Vətəndaş mədəniyyəti (463)



İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “İnformasiya əldə etmək” haqqında Azərbaycan Respublikasının 30 sentyabr 2005-ci il tarixli Qanunundan və bu Qanunun tələblərinə uyğun hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir.

 Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi “hər kəsin” istədiyi informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququnu tanıyır. 

-“İnformasiya əldə etmək haqqında” Qanuna görə, hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.
-İnformasiya sahibinə müraciət edən hər kəs sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq;
- İinformasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.
-Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.

“İnformasiya əldə etmək haqqında” Qanunda İnformasiya əldə olunmasının əsas prinsipləri aşğıdakı kimi müəyyən olunub:

·   İnformasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsi;
·   informasiyanın əldə olunmasının qanuniliyi;
·   dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi;
·   informasiyanın maksimum açıqlığı;
·   informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi;
·   informasiya təqdim olunarkən insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması;
·   informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi;
·    Qanunla müəyyənləşdirilmiş hallar istisna olmaqla informasiyanın əldə edilməsinin ödənişsiz həyata keçirilməsi;
·   informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması;
·   informasiya əldə edilməsinə qoyulan məhdudiyyətin bu məhdudiyyəti doğuran əsaslardan daha artıq müəyyənləşdirilməməsi;
·   ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması.
·   Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq, kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Qanunvericiliyə müvafiq olaraq informasiya sahibləri aşağıdakılardır:

- Dövlət orqanları və bələdiyyələr;
- ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər.
- Bu qanunda təsbit olunan müvafiq hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin müəyyənləşdirilmiş vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur.
İnformasiya sahiblərinə bərabər tutulanlar :

- Əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər - malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə;
- tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri - dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə.
İnformasiya sahibi nə etməlidir?

- İnformasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir;
- sənədlərin reyestrini aparmalıdır;
- ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir;
- açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalıdır;
- sorğuçuya kömək göstərməlidir;
- informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir;
- əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır;
- həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.
İnformasiya sorğusu

İnformasiyanın əldə olunmasının sorğu əsasında təmin edilməsi ilə bağlı qanunda ayrıca fəsil mövcuddur. Maddə 13-də «İnformasiya sorğusunun təqdim edilmə üsulu» ilə bağlı aşağıdakı hüquqi prosedur göstərilir: informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı.
İnformasiya əldə etmənin formaları isə bunlardır: sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma; sənədin üzünün köçürülməsi; informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; sorğuçunun öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması; stenoqramların və ya digər formada kodlaşdırılmış sənədlərin oxunmaq üçün yararlı vəziyyətdə təqdim edilməsi; sənədin tərcümə olunması; sənədin surətinin elektron daşıyıcılara köçürülməsi və s.

İnformasiya sahibinin vəzifəli şəxslərinin məsuliyyəti

İnformasiya sahibinin vəzifəli şəxsləri informasiyalara çatım işini təşkil etməməyə, informasiya verməkdən qanunsuz imtinaya görə hüquqi məsuliyyət daşımalıdırlar. İnzibati Xətalar Məcəlləsibir sıra hallarda informasiyaya çatıma əngəl yaradan vəzifəli şəxslər üçün inzibati tənbehlər müəyyən edir. 

Məcəllənin 181-3-cü maddəsi informasiya əldə etmək haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət hallarını və növlərini sadalayır. 
181-3.1-ci maddəyə görə, informasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər isə şərti maliyyə vahidinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilirlər.
  
181-3.2-ci maddəyə görə, informasiya sahibi informasiyanın əldə olunması işini təşkil etmədikdə onun vəzifəli şəxsləri şərti maliyyə vahidinin səksən beş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər isə şərti maliyyə vahidinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilirlər.

Yazılı informasiya sorğusunu qəbul etməkdən imtinaya görə vəzifəli şəxslər şərti maliyyə vahidinin doxsan misli miqdarında, hüquqi şəxslər isə şərti maliyyə vahidinin üç yüz misli miqdarında cərimə edilirlər (181-3.3-cü maddə).

  181-3.4-cü maddəyə görə, sənədlərin qanunvericiliklə müəyyən olunmuş saxlanma, komplektləşdirilmə və mühafizə qaydalarını pozan informasiya sahibinin vəzifəli şəxsləri şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər isə şərti maliyyə vahidinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilirlər.
   
Qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya əldə etməyə və ya qulluq vəzifəsini yerinə yetirərkən əldə etdiyi informasiyadan digər məqsədlər üçün istifadə etməyə görə vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək miqdarda cərimə edilirlər (181-3.6-cı maddə). 

Məcəllənin 181-1-ci maddəsinə görə, ətraf mühitə dair informasiyanın verilməsinin qanuna zidd məhdudlaşdırılmasına görə vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli misli miqdarında cərimə edilirlər.
        

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili  (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətlərinin ehtiva edildiyi 13-1 maddəsində göstərilir:

- Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır. Əgər şikayət dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər toplamaq lazımdırsa, Müvəkkil bu barədə şikayətçiyə yazılı məlumat verməklə, şikayətə baxılması müddətini əlavə olaraq 10 iş gününə qədər uzada bilər.
 Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:

- şikayət konkret informasiya sahibi olan dövlət, yerli özünüidarə      orqanının və ya vəzifəli şəxsin fəaliyyəti barəsində olmadıqda;
- həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
- ərizəçi informasiya sahibi olan dövlət, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin informasiya əldə etmək üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə.
Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən  “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun aşağıdakı tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır:

- informasiya əldə etmək üçün müraciətin qeydiyyata alınması;
- informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi;
- informasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə uyğun olması;

Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Komissiyası tərəfindən aparılan  2014-cü il üzrə aparılan qiymətləndirməyə əsasən dövlət orqanları tərәfindən Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı nəzərdə tutulan dövlət qurumlarında informasiya azadlığı üzrə mәsul şәxslərin müəyyәn edilmәsi, informasiya azadlığı ilә bağlı daxili icrat qaydalarının qәbul edilmәsi və  bu barәdə ictimaiyyәtin mәlumatlandırılması ilə bağlı fəaliyyətlər dövlət orqanları tərəfindən 80 faiz tam,14 faiz qismən icra edilmiş, 4 faiz isə icra edilməmişdir. 

Dövlәt orqanlarının öz fәaliyyәti barәdə  mәlumatları mütәmadi, yenilәnmiş әsaslarla internet sәhifəlәrində yerlәşdirməsi ilə bağlı fəaliyyət dövləәt orqanları təәrəәfindəәn 90 faiz tam, 6 faiz qisməәn icra edilmiş, 4 faiz icra edilmәmişdir. Mərkəәzi icra hakimiyyəәti orqanların fəaliyyәtlәri ilə bağlı mәlumatlar mütәmadi olaraq yenilənmiş əәsaslarla internet sәhifәlәrdəә yerləşdirilmiş vəә məlumatların əlçatanlığını təmin edilmişdir.

Dövlət orqanlarının öz fәaliyyəәti barədə illik məәruzələr tərtib etməsi və internet səhifələrindәaçıqlaması ilə bağlı tapşırıq dövlәt orqanları tәrəfindәn 90 faiz tam icra edilmiş, 4 faiz isə icra edilməmişdir.
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
21/09/2019 [14:34]:
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
21/09/2019 [14:19]:
Futbol matçı zamanı iki komanda arasında atışma olub
21/09/2019 [13:46]:
İngiltərədə iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib
21/09/2019 [13:32]:
Yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirilib
21/09/2019 [13:15]:
NASA-nın “Hubble” kosmik teleskopu parlaq qalaktika kəşf edib
21/09/2019 [12:51]:
Azərbaycanlı futbolçu rəmzi komandada
21/09/2019 [12:26]:
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
21/09/2019 [12:13]:
Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Traviata” operasında çıxış edəcək
21/09/2019 [11:46]:
“Göztəpə” Super Liqada ilk qələbəsini azlıqda qazanıb
21/09/2019 [11:27]:
Səudiyyə Ərəbistanına sərt mesaj: “İran səni məhv edər”
21/09/2019 [11:16]:
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb
21/09/2019 [10:50]:
Turist avtobusu qəzaya düşüb - Xeyli sayda ölənvə xəsarət alan var
21/09/2019 [10:37]:
“Solğun çiçəklər” Sumqayıt Dövlət Dram Teatrının səhnəsində
21/09/2019 [10:14]:
Bakıda 10 yaşlı oğlan uşağı itkin düşüb
21/09/2019 [09:51]:
Nazirlik: "Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq"
21/09/2019 [09:36]:
Texasda "İmelda" fırtınası qurbanlarının sayı dörd nəfərə çatıb
21/09/2019 [09:31]:
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
21/09/2019 [09:26]:
Atəşkəs 23 dəfə pozulub
20/09/2019 [23:58]:
Türkiyədə dəniz reysləri təxirə salındı
20/09/2019 [22:34]:
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20/09/2019 [21:48]:
Bakıda oğurluqla məşğul olan şəxslər saxlanılıb
20/09/2019 [20:23]:
11 saylı məktəbdə kütləvi zəhərlənmə olub
20/09/2019 [19:32]:
Azərbaycanda daha iki Data mərkəzi tikilir
20/09/2019 [18:49]:
Nazir Naftalan şəhəri və Samux rayonunda qəbul keçirib
20/09/2019 [18:25]:
Mədəniyyət Mərkəzində “Unudulmaz bəstəkar” adlı tədbir təşkil edilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda Data Jurnalistikası kursu keçirildi
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Səfir: “Azərbaycan hər zaman Əfqanıstana bütün sahələrdə dəstək verib”
Azərbaycan əhalisinin hazırkı sayı nə qədərdir?
Dizel bahalaşıb
Fuad Qəhrəmanlının qızı: "Hamısını özüm yazmışam"
Həbsxana rəisi rüşvətə görə həbs olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin