İctimai iştirakçılıq: Azərbaycan modeli

11/07/2019 [19:12] - Vətəndaş mədəniyyəti (61)



Azərbaycan Respublikası Konstitusiyasının 55-ci maddəsinə əsasən “vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ var. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər”. 

Bu hüquq çeşidli formalarda, müxtəlif mexanizmlərdən istifadə etməklə  gerçəkləşdirilə bilər. Əhalinin dövlət idarəçiliyində iştirakının formalarından biri də ictimai iştirakçılıq institutu vasitəsilə qərarların qəbuluna təsir göstərilməsi, dövlət orqanlarının fəaliyyətinə nəzarət olunmasıdır.  “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunu da məhz bu məqsədlə qəbul olunub. 

Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə qəbul olunan və 2014-cü il 1 iyun tarixindən qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” qanunun məqsədi vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.
Qanunda  ictimai iştirakçılığın məqsədləri aşağıdakı müəyyən edilib: 

- vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi;
- mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi;
- mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili; 
- mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması; 
- dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması;
- əsas insan və vətəndaş hüquqlarının müdafiəsi.

Qanunda həmçinin ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, İctimai müzakirə, İctimai dinləmə, İctimai rəyin öryənilməsi, Hüquqi aktların layihələrinin ictimai müzakirəsi  və Yazılı məsləhətləşmədir. Qanunda göstərilib ki, qanunvericiliklə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər. 

İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 2 ildir. İctimai Şura qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir. 16 yaşına çatmış hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əməkhaqları və başqa ödənişlər saxlanılır. İctimai Şuranın çox geniş səaliyyətləri var və bu da onu funksional baxımdan effektiv ictimai nəzarət təsisatı kimi fəaliyyət göstərməsini şərtləndirir. İctimai Şuranun hüquq və səlahiyyətləri  konsultativ orqan kimi ona qərarların hazırlanması, qəbulu və icrası mərhələrində iştirak etmək və öz töhfəsini vermək  potensialı verir. 
İctimai müzakirə – ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaqdır.

İctimai dinləmə – hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaqdır.

İctimai rəyin öyrənilməsi – dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair əhalinin müxtəlif təbəqələrinin rəyinin öyrənilməsi məqsədi ilə sosioloji sorğuların və digər oxşar tədbirlərin keçirilməsidir. 

Hüquqi aktların layihələrinin ictimai müzakirəsi – hüquqi aktların layihələrinin onların hazırlanmasında iştirak edən şəxslərin, habelə vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, ekspertlərin və mütəxəssislərin iştirakı ilə araşdırılması, təhlil edilməsi və qiymətləndirilməsidir.

Yazılı məsləhətləşmə – hüquqi aktların layihələrinə dair vətəndaş cəmiyyəti institutlarının rəylərinin öyrənilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən onlara müraciət edilməsi və yazılı formada təqdim olunmuş rəy, irad və təkliflərin təhlil edilməsi, ümumiləşdirilməsi və qiymətləndirilməsidir.

İCNL ekspertləri  “İctimai iştirakçılıq haqqında” qanun layihəsinə müsbət rəy verərək,  layihənin ictimai müzakirələrində fəal iştirak ediblər. 

“İctimai iştirakçılıq haqqında” qanun İctimai İştirakçılıq Məsələləri üzrə Beynəlxalq Assosiasiyasının (IAP2)  standartlarına cavab verir. Eyni zamanda  Orxus  Konvensiyasının ictimai iştirakçılıq prinsipləri də bu qanunda öz əksini tapıb. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” təsdiq edilib. 
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
21/09/2019 [15:37]:
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
21/09/2019 [15:25]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [14:34]:
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
21/09/2019 [14:19]:
Futbol matçı zamanı iki komanda arasında atışma olub
21/09/2019 [13:46]:
İngiltərədə iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib
21/09/2019 [13:32]:
Yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirilib
21/09/2019 [13:15]:
NASA-nın “Hubble” kosmik teleskopu parlaq qalaktika kəşf edib
21/09/2019 [12:51]:
Azərbaycanlı futbolçu rəmzi komandada
21/09/2019 [12:26]:
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
21/09/2019 [12:13]:
Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Traviata” operasında çıxış edəcək
21/09/2019 [11:46]:
“Göztəpə” Super Liqada ilk qələbəsini azlıqda qazanıb
21/09/2019 [11:27]:
Səudiyyə Ərəbistanına sərt mesaj: “İran səni məhv edər”
21/09/2019 [11:16]:
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb
21/09/2019 [10:50]:
Turist avtobusu qəzaya düşüb - Xeyli sayda ölənvə xəsarət alan var
21/09/2019 [10:37]:
“Solğun çiçəklər” Sumqayıt Dövlət Dram Teatrının səhnəsində
21/09/2019 [10:14]:
Bakıda 10 yaşlı oğlan uşağı itkin düşüb
21/09/2019 [09:51]:
Nazirlik: "Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq"
21/09/2019 [09:36]:
Texasda "İmelda" fırtınası qurbanlarının sayı dörd nəfərə çatıb
21/09/2019 [09:31]:
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
21/09/2019 [09:26]:
Atəşkəs 23 dəfə pozulub
20/09/2019 [23:58]:
Türkiyədə dəniz reysləri təxirə salındı
20/09/2019 [22:34]:
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20/09/2019 [21:48]:
Bakıda oğurluqla məşğul olan şəxslər saxlanılıb
20/09/2019 [20:23]:
11 saylı məktəbdə kütləvi zəhərlənmə olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda Data Jurnalistikası kursu keçirildi
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Səfir: “Azərbaycan hər zaman Əfqanıstana bütün sahələrdə dəstək verib”
Azərbaycan əhalisinin hazırkı sayı nə qədərdir?
Dizel bahalaşıb
Fuad Qəhrəmanlının qızı: "Hamısını özüm yazmışam"
Həbsxana rəisi rüşvətə görə həbs olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin