Azadlıq hüququ

07/07/2019 [01:08] - Vətəndaş mədəniyyəti (67)



Azadlıq hüququnun beynəlxalq-hüquqi əsasları, Azərbaycan Respublikasının qanunvericiliyində azadlıq hüququnun təminatları
Azadlıq hüququ beynəlxalq hüquqi aktlarda şəxsiyyətin azadlığı və toxunulmazlığı kimi qiymətləndirilir. Şəxsi toxunulmazlıqla əlaqədə götürülən azadlıq anlayışı altında ilk növbədə dövlət orqanları tərəfindən şəxsin həyatına qeyri-qanuni müdaxilədən təminat kimi başa düşülür. Bura həm də qanundan kənar həbsdən və ya azadlıqdan məhrumetmədən azadlıq, yəni fiziki təhlükəsizlik daxildir.

Azadliq hüququ əsas insan hüquqlarından biri kimi beynəlxalq hüquqi aktlarda başıca yer tutur.  Hələ, 10 dekabr 1948-ci ildə BMT Baş Məclisində qəbul olunmuş “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin ilk iki maddəsində bütün insanların bərabər olduğu və bu bərabərliyin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığı və insan ləyaqətinin bu bərabərliyi ümumbəşəri insan hüquqlarının da bərabərliyinə rəvac verdiyi göstərilir. Ümümbəşərilik isə o deməkdir ki, bu hüquqlar hər kəsə şamil olunur və fərdin heç bir hərəkəti və heç bir səbəblə ondan alına bilməz. Elə bu beynəlxalq sənədin ilk müddəalarından biri – Bəyannamənin 3-cü maddəsi azadlıq hüququ ilə bağlıdır. Həmin maddədə göstərilir ki, hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.

Azadlıq hüququ beynəlxalq hüququn sonrakı inkişaf mərhələsində də beynəlxalq hüquqi aktlarda xüsusilə əhəmiyyət kəsb edən əsas hüquqlardan biri kimi təsbit olunub. Belə ki, 16 dekabr 1966-cı il tarixdə BMT-nin Baş Məclisi tərəfindən qəbul edimiş “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9 1. –ci maddəsində azadlıq hüququ aşağıdakı kimi təsbit olunmuşdur:

 1. Hər bir insan azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Heç kim özbaşınalıqla həbs edilə və ya dustaqda saxlanıla bilməz. Heç kim qanunla müəyyən edilən əsaslardan başqa və qanuni prosedura uyğun olmadan heç bir halda azadlıqdan məhrum edilməməlidir. 

 2. Həbs edilən hər bir kəsə həbs zamanı onun həbs olunmasının səbəbləri barədə məlumat verilir və irəli sürülən istənilən ittiham təcili qaydada ona bildirilir. 

3. Cinayət ittihamı ilə həbs edilən və ya tutulub saxlanılan hər bir şəxs təcili qaydada məhkəməyə və yaxud məhkəmə hakimiyyətinin həyata keçirilməsinin qanunla həvalə edildiyi 3 digər vəzifəli şəxsə çatdırılır və məntiqi müddət ərzində məhkəmə araşdırması və ya azad edilmə hüququna malikdir. Məhkəmə araşdırmasını gözləyən şəxslərin həbsdə saxlanılması ümumi qayda şəklində olmamalıdır; lakin azadlığa buraxılma məhkəməyə getməyə, məhkəmə araşdırmasının istənilən mərhələsinə gəlməyə və zəruri halda isə hökmün icrası üçün gəlməyə təminat verilməsindən asılı hala salına bilər.

 4. Həbs və ya dustaq edilmək nəticəsində azadlıqdan məhrum edilən hər kəs işinin məhkəmədə araşdırılması hüququna malikdir ki, bu məhkəmə, təxirə salınmadan onun tutulub saxlanılmasının qanuniliyi barədə qərar çıxarsın və ya əgər onun tutulub saxlanılması qanuni deyilsə, azadlığa buraxılmasına sərəncam versin.

 5. Qeyri-qanuni həbs və ya dustaq edilmənin qurbanı olan hər bir kəs iddia qüvvəsində olan kompensasiya hüququna malikdir.

4 noyabr 1950-ci ildə qəbul edilmiş “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında azadlq hüququ daha geniş və dərin məzmunda öz əksini tapdı. Konvensiyanın “Azadlıq və toxunulmazlıq hüququ” adlanan 5-ci maddəsində bu hüququn məzmunu aşağıdakı kimi verilir:

1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs aşağıdakı hallardan və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz: 
 (a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması; (b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədi ilə şəxsin qanuni tutulması və ya həbsə alınması; (c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədi ilə və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması; (d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması; (e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması; (f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması;

 2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. 

3. Bu maddənin 1-ci bəndinin “c” yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin qarşısına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər. 

4. Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.

 5. Bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin kompensasiya hüququ var.

Azərbaycan Respublikasının qanunvericiliyində azadlıq hüququnun təminatları 

Azərbaycan qoşulduğu beynəlxalq sənədlərlə insan hüquq və azadlıqları, o cümlədən Azadlıq hüququ ilə bağlı götürdüyü öhdəlikləri öz milli qanunvericliyində geniş implementasiya etmişdir. 
Belə ki,  Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində təsbit olunmuş  “Azadlıq hüququ” mahiyyət və məzmun etibarı ilə beynəlxalq hüquqi aktlara uyğun müəyyən edilmişdir. Bu madədə göstərilir ki, hər kəsin azadlıq hüququ vardır. Bu hüquq yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.

Qeyd edək ki, azadlıq hüququ Konstitusiyada sadəcə bəyan olunmayıb, burada digər hüquq və azadlıqlar kimi həm də  onun təminatı təsbit olunub. Konstitusiyada nəzərdə tutulan ümumi təminatlar sistemi ilə yanaşı milli qanunvericilikdə azadlıq hüququnun həyata keçirilməsinin bir sıra hüquqi təminatları da müəyyən olunub. 

Belə ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunun 2-ci maddəsində məhdudlaşdırılması qadağan edilən insan hüquqlarından biri də azadlıq hüququdur. Həmin Qanunun 4-cü maddəsinə görə aşağıdakı hallardan başqa və aşağıdakılardan fərqli qaydada heç kəs tutula, həbsə alına və ya başqa formada azadlıqdan məhrum edilə bilməz:

- şəxsin səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra azadlıqdan məhrum edilməsi; 
- şəxsin məhkəmənin qanuni qərarına əməl etməməyə görə və ya qanunla nəzərdə tutulan hər hansı öhdəliyin yerinə yetirilməsini təmin etmək məqsədi ilə qanuni tutulması və ya həbs edilməsi;
- şəxsin cinayət törətmiş olduğuna əsaslı şübhələr olduqda və ya onun hüquq pozuntusu törətməsinin və yaxud bu əməli törətdikdən sonra qaçıb gizlənməsinin qarşısını almağa əsaslı zərurət olduqda, səlahiyyətli məhkəmə orqanına gətirilməsi məqsədi ilə onun qanuni tutulması və ya həbs edilməsi;
- yetkinlik yaşına çatmamış şəxsin tərbiyəvi nəzarət məqsədi ilə qanuni qərar əsasında azadlıqdan məhrum edilməsi və ya səlahiyyətli məhkəmə orqanına gətirilməsi üçün qanuni tutulması;
- yoluxucu xəstəlikləri yaymasının qarşısını almaq məqsədi ilə şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomanlığa düçar olmuş şəxslərin və ya avaralıqla məşğul olanların qanuni tutulması;
- şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə qanuni tutulması və ya həbs edilməsi, yaxud barəsində məcburi çıxarılma və ya ekstradisiya tədbirləri görülən şəxsin qanuni tutulması və ya həbs edilməsi.

Konstitusiya və Konstitusiya qanunları ilə təminat verilən azadlıq hüququ müvafiq qanunvericilik aktları ilə inkişaf etdirilmişdir.

Belə ki,  Azərbaycan Respublikası Cinayət Prosessual  Məcəlləsinin “Azadlıq hüququnun təmin edilməsi” adlanan 14-cü maddəsində göstərilir ki, hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər. Bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz. Şəxsin həbsdə saxlanılmasına, habelə tibb və ya tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsinə yalnız məhkəmə qararı əsasında yol verilir. Hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları bildirilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunsuz tutulmuş, yaxud həbsdə saxlanılan şəxsi dərhal azad etməlidir.

Bununla yanaşı “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunla şəxsin tutulması və həbs olunması üçün əsaslar, həbs edilmənin qaydaları, tutulmuş və ya həbs edilmiş şəxsin hüquqi vəziyyəti və s. kimi məsələlər daha geniş və beyəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalara uyğun verilmişdir.

Həmin Qanunun 2-ci maddəsində tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində saxlanılmasında əsas məqsəd cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Qanunun 3-cü maddəsində isə şəxsin tutulması və ya həbs olunması üçün əsaslar aşağıdakı kimi müəyyən edilmişdir:

Cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada və hallarda cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilir.

Cinayət prosesində ittiham elan edilməli olan şəxsin və ya barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada və hallarda cinayət təqibi orqanının müvafiq qərarı əsasında həyata keçirilir.

Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədi ilə məhkumun tutulması və ya təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada və hallarda yalnız məhkəmənin qərarına əsasən həyata keçirilir.

Yuxarıda göstərilən əsaslar olmadıqda şəxsin həbs yerlərində saxlanılması qadağandır. 
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllsində və Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunda tutulmuş və ya həbs edilmiş şəxslərin əsas hüquqları öz əksini tapmışdır.

Bunlarla yanaşı “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2009-cu il tarixli 3 saylı Qərarında məhkəmələrə izah edilir ki, həbs qətimkan tədbiri yalnız təqsirləndirilən şəxslər barəsində seçilə bilər. Şübhəli şəxslər barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə edilir ki, cinayət törətmiş şəxs hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə, daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda, habelə şəxsiyyəti müəyyən edilmədikdə onun barəsində həs qəti-imkan tədbiri seçilə bilər. Böyük ictimai təhlükə törətməyən cinayəti törətmiş təqsirləndirilən şəxsin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat yalnız təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olmadıqda, həmin şəxsin şəxsiyyəti müəyyən edilmədikdə, təqsirləndirilən şəxs onun barəsində əvvəllər seçilmiş başqa qətimkan tədbirinin şərtlərini pozduqda, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməsi, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməsi, saxtalaşdırması, ibtidai istintaq və ya məhkəmə baxışının normal gedişinə mane olması, ibtidai istintaqdan qaçıb gizlənməsi, onun yeni cinayət törətməsi ehtimalı olduqda tətbiq edilə bilər. 
Beləliklə, yuxarıda göstərilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasının azadlıq hüququ üzrə üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklər milli qanunvericilikdə ümumən təsbit edilmişdir. Azərbaycanın müvafiq qanunvericilik aktları azadlıq hüququ üzrə beynəlxalq konvensiyalrda əks olunmuş müddəaların tələblərinə əsasən cavab verir.

Azadlıq hüququ üzrə beynəlxalq hüquqi aktlardan irəli gələn öhdəliklərin milli qanunvercilikdə təsbit edilməsi ilə yanaşı bu hüququn tətbiqinə dair hüquqi müxanizmlər də ümumən götürülmüş öhdəliklərə cavab verir. Bunlarla yanaşı, azadlıq hüququna müdaxilə - azadlıqdan məhrumetmə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarda məhkəmə qaydasında həyata keçirilir. Eyni zamanda azadlıqdan məhrumetmə və azdlıq hüququnun məhdudlaşdırılması üzrə məhkəm qərarlarından apellyasiya imkanlarına dair daxili hüquqi müdafiə mexanizmləri mövcuddur. 
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
21/09/2019 [15:25]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [14:34]:
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
21/09/2019 [14:19]:
Futbol matçı zamanı iki komanda arasında atışma olub
21/09/2019 [13:46]:
İngiltərədə iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib
21/09/2019 [13:32]:
Yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirilib
21/09/2019 [13:15]:
NASA-nın “Hubble” kosmik teleskopu parlaq qalaktika kəşf edib
21/09/2019 [12:51]:
Azərbaycanlı futbolçu rəmzi komandada
21/09/2019 [12:26]:
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
21/09/2019 [12:13]:
Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Traviata” operasında çıxış edəcək
21/09/2019 [11:46]:
“Göztəpə” Super Liqada ilk qələbəsini azlıqda qazanıb
21/09/2019 [11:27]:
Səudiyyə Ərəbistanına sərt mesaj: “İran səni məhv edər”
21/09/2019 [11:16]:
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb
21/09/2019 [10:50]:
Turist avtobusu qəzaya düşüb - Xeyli sayda ölənvə xəsarət alan var
21/09/2019 [10:37]:
“Solğun çiçəklər” Sumqayıt Dövlət Dram Teatrının səhnəsində
21/09/2019 [10:14]:
Bakıda 10 yaşlı oğlan uşağı itkin düşüb
21/09/2019 [09:51]:
Nazirlik: "Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq"
21/09/2019 [09:36]:
Texasda "İmelda" fırtınası qurbanlarının sayı dörd nəfərə çatıb
21/09/2019 [09:31]:
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
21/09/2019 [09:26]:
Atəşkəs 23 dəfə pozulub
20/09/2019 [23:58]:
Türkiyədə dəniz reysləri təxirə salındı
20/09/2019 [22:34]:
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20/09/2019 [21:48]:
Bakıda oğurluqla məşğul olan şəxslər saxlanılıb
20/09/2019 [20:23]:
11 saylı məktəbdə kütləvi zəhərlənmə olub
20/09/2019 [19:32]:
Azərbaycanda daha iki Data mərkəzi tikilir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda Data Jurnalistikası kursu keçirildi
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Səfir: “Azərbaycan hər zaman Əfqanıstana bütün sahələrdə dəstək verib”
Azərbaycan əhalisinin hazırkı sayı nə qədərdir?
Dizel bahalaşıb
Fuad Qəhrəmanlının qızı: "Hamısını özüm yazmışam"
Həbsxana rəisi rüşvətə görə həbs olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin