Azərbaycan “Dəniz kuboku-2019”un qalibi oldu

15/08/2019 [12:35] - Gündəm (261)



Azərbaycan komandası “Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub.

Bunu bu gün “Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində Bakıda keçirilən “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının başa çatması ilə əlaqədar mətbuat konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov deyib.

Onun sözlərinə görə, yarışlarda Azərbaycan komandası 212 balla birinci, Rusiya 186 balla ikinci, Qazaxıstan 142 balla üçüncü, İran 136 balla dördüncü yeri tutub: ““Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsi də yüksək səviyyədə keçirilib. Bu yarışlar gərgin keçsə də sonda dostluq qalib gəldi. Təlim-məşq toplanışında biz gələcəkdə terrorizmə qarşı birgə mübarizə ilə bağlı təcrübə mübadiləsi aparmışıq”.

Rusiya Hərbi Dəniz Donanması komandasının rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Yekimov yarışların keçirilməsi üçün yaradılan mükəmməl şəraitə görə təşəkkürünü bildirib. O, bu yarışın Rusiya komandası üçün əhəmiyyətli olduğunu vurğulayaraq deyib ki, çox gərgin və maraqlı yarış keçdi: “Azərbaycan dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirdilər. Azərbaycan komandasını qələbə münasibəti ilə təbrik edirəm. Oyunlar ən yüksək səviyyədə təşkil olunub. Dəniz kuboku hər zaman qarşılıqlı anlaşma və dostluq ruhu ilə fərqlənib. Bu, əsl dostluq yarışıdır. Rusiya bu oyuna daim böyük önəm verir”.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov da Bakıda keçirilən “Dəniz kuboku-2019” yarışına hazırlığın yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan belə mühüm yarışı üçüncü dəfədir yüksək səviyyədə təşkil edib. Azərbaycan tərəfinə bunun üçün təşəkür edirəm. Bu yarışlarda iştirakçılar peşəkarlıqlarını ortaya qoyublar. Gərgin mübarizə şəraitində keçən yarışlarda Azərbaycan komandası qalib gəldi. Mən bu qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm”.

İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Hüseyn Həsəni də yarışın əhəmiyyətini qeyd edərək vurğulayıb ki, hazırlıq çox gözəl təşkil olunub: “Bu yarışda yenidən iştirak etməkdən məmnunuq. Bu, dostluq yarışıdır. Öncə Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edirəm. Biz burada olmaqdan çox şadıq. Bu yarışlar bizə təcrübə mübadiləsi aparamğa imkan yaradır. Xəzəryanı dövlətlər arasında bu cür tədbirlərin olması çox faydalıdır. Eyni zamanda, bu tədbirlər Xəzəryanı dövlətlərdə ümumi mədəni təcrübəyə töhfədir. Yarış Xəzəryanı dövlətlər arasında tərəfdaşlıq və dostluğun inkişafına təkan verir”.
Türkiyə minaaxtaranları Qarabağda əməliyyata başladılar
Azərbaycanda distant təhsil müddəti uzadılıb
Laçın rayonunun yol nişanları hazırdır
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
Azərbaycanda son sutkada 2981 nəfər COVID-19-a yoluxub
Xəbər lenti
30/11/2020 [20:46]:
Türkiyə minaaxtaranları Qarabağda əməliyyata başladılar
30/11/2020 [20:11]:
Azərbaycanda distant təhsil müddəti uzadılıb
30/11/2020 [19:37]:
Neft ucuzlaşdı
30/11/2020 [19:13]:
Laçın rayonunun yol nişanları hazırdır
30/11/2020 [18:21]:
KİV: Paşinyanın Rusiyaya səfəri ləğv olunub
30/11/2020 [17:59]:
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
30/11/2020 [17:28]:
Azərbaycanda son sutkada 2981 nəfər COVID-19-a yoluxub
30/11/2020 [17:17]:
Yerevanda əsgər valideynləri yenidən etiraza qalxdı
30/11/2020 [17:03]:
ANAMA: İşğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəlidir
30/11/2020 [16:14]:
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
30/11/2020 [15:47]:
Baş Prokurorluq vətəndaşlara müraciət edib
30/11/2020 [15:28]:
Moldova prezidenti hökuməti istefaya çağırdı
30/11/2020 [14:46]:
Ukraynada karantin qaydalarını pozan azərbaycanlılar deportasiya olunub
30/11/2020 [13:59]:
Azərbaycan Ermənistan sərhədinə qədər yeni yol çəkir
30/11/2020 [13:22]:
Təhsil naziri Tibb Universitetinin qəzada ölən tələbələri ilə bağlı paylaşım edib
30/11/2020 [13:15]:
Dekabr ayına olan hava proqnozu açıqlanıb
30/11/2020 [12:24]:
Eduard Şərmazanov: "Paşinyan həyasızcasına yalan danışır"
30/11/2020 [11:29]:
ABŞ-ın baş infeksionisti: “Məktəbləri yox, barları bağlayın”
30/11/2020 [11:02]:
Azərbaycanda yeni qızıl yatağı istismara verilib
30/11/2020 [10:33]:
"Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik" - Türkiyə Milli Müdafiə Nazirliyi
30/11/2020 [09:41]:
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
29/11/2020 [21:34]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin