“İnternetdə söz azadlığı” qətnaməsi

01/07/2019 [13:35] - Vətəndaş mədəniyyəti (293)



"Heç kimin mənim haqlarım və azadlıqlarım üzərində; mənim də başqalarının azadlıqları üzərində haqqım yoxdur". Bəlkə də hər kəs bunu dərindən dərk etsə, hüquqların pozulması halları bu qədər tez-tez gündəmə gəlməz. Texnologiyaların həyatımıza birbaşa təsiri ilə bu dəfə beynəlxalq aləmdə gündəmin mövzusuna çevrilən azadlıq, hüquq anlayışları, nəhayət, ötən həftə BMT-nin İnsan Hüquqları Şurasında yeni məna kəsb etdi. Məhz iyulun ilk həftəsinə təsadüf edən bu hadisə sözügedən Şura tərəfindən ilk dəfə olaraq "İnternetdə söz azadlığı" haqqında qətnamənin qəbulu kimi tarixə düşdü.

Layihəsi İsveç tərəfindən təqdim olunan qətnamədə  BMT-nin İnsan Hüquqları Şurası bütün dövlətləri sənədə əməl etməyə və internetdə vətəndaşların söz azadlığını qorumağa çağırır. Qətnamə həmçinin dövlətləri internetdə insan hüquqlarını real həyatda olduğu kimi müdafiə etməyə səsləyir.
"bfm.ru" saytının məlumatına görə, qanunun lehinə səs verən 47 ölkə arasında Çin və Kuba da var. Qeyd edək ki, ötən il ATƏT "rəqəmsal dövrdə fundamental insan azadlıqları"nın müdafiəsi haqqında bəyannamə qəbul etmişdi.
Qanun layihəsi sosial şəbəkə istifadəçiləri, oxucular, İnternet-KİV redaktorları və bloqqerlərin normativ hüquqlarının möhkəmləndirilməsini nəzərdə tuturdu. 2011-ci ilin nəticələrinə görə isə, "Sərhədsiz müxbirlər" jurnalistlərin hüquqlarının Beynəlxalq müdafiəsi təşkilatı Belorus, Bəhreyn, Myanma, Çin, Kuba, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Suriya, Türkmənistan, Özbəkistan və Vyetnamı "İnternetin düşmənləri" adlandırmışdı.

"Hər istədiyini etmə icazəsi" 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyir ki, Azərbaycan qanunvericiliyinə görə, internet kütləvi informasiya vasitələrindən biridir və internetə yerləşdirilən məlumatlara kütləvi informasiya vasitələrində (KİV) yerləşdirilən məlumatlarla eyni hüquqi rejim təmin olunur: "KİV-də yerləşdirilən məlumatlara qarşı zəruri tələblər internetə yerləşdirilən materiallara da şamil olunur. İnternetin məhdudlaşdırılmasına gəlincə, bu məsələyə münasibət dəfələrlə ən yüksək səviyyədə bildirilib. Azərbaycan prezidenti, o cümlədən ATƏT-in Media Azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç və digər rəsmi şəxslər tərəfindən ən mühüm tədbirlərdə səsləndirilib ki, Azərbaycanda internet tam şəkildə azaddır və heç bir məhdudiyyət qoyulmur".
Amma bu azadlığın özü də "azadlıq" adı altında ifrata varmamalıdır. Hindistanın böyük simalarından olan Mahatma Qandinin hesab etdiyi kimi, "Azadlıq heç vaxt "hər istədiyini etmə icazəsi" anlamını daşımayıb". RİTN rəsmisi deyir ki, istənilən ölkənin Cinayət Məcəlləsində bu və ya digər maddələr qanunvericiliyə zidd əməlləri cinayət əməli kimi tövsif edir. Məsələn, təhqir, böhtan kimi bəzi əməllər bu sıraya daxildir. Əgər internetdə, o cümlədən də KİV-də kimi isə təhqir edən, böhtan atan məlumatlar yerləşdirilərsə, məlumatları yerləşdirən tərəf qanunvericilik çərçivəsində məsuliyyət daşıyır: "Haqqında şərəf və ləyaqətə toxunulan məlumatların yayıldığı şəxsin iddiası əsasında məhkəmə instansiyalarına müraciət edib, onun hüquq müdafiəsi təşkil edilə bilər. Ona görə də qanunvericilik çərçivəsində "internet azaddır" dedikdə, sözsüz ki, istifadəçi tərəfindən təhqiredici, istənilən kobud ifadələrin internetdə yerləşdirilməsi yolverilməzdir".

"Hətta bu hesabatı hazırlayanlar da etiraflar edirlər ki..." 

Şöbə müdirinin sözlərinə görə, bəzi ölkələrdə internetdən istifadənin özünə də məhdudiyyətlər qoyulur: "Buna misal olaraq, qonşu İranı götürək. Əksər hallarda belə ölkələr insan hüquqları ilə bağlı müxtəlif hesabatlarda internetə qarşı çıxan ölkələr siyahısında yer alırlar. Məsələn, insan hüquqları ilə bağlı "Freedom Net" adlı hesabatı götürək. Hətta bu hesabatı hazırlayanların da etiraflarına görə, Azərbaycanda internetə heç bir məhdudiyyət yoxdur. Respublikada son illərdə azərbaycandilli bloqların yayılması səbəbindən çoxlu sayda informasiya ehtiyatları, resursları formalaşıb. İnformasiya resurslarının formalaşması Azərbaycan qanunvericiliyi ilə ehtiva olunur". Məsələn, "İnformasiya əldə etmək" haqqında qanunun özü dövlət orqanları və bələdiyyələrə informasiya ehtiyatlarına malik olmaq zərurəti yaradıb və hər birinin informasiya resursları var.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 429 saylı fərmanı ilə bəzi xidmətlərin elektron qaydada təşkili ilə əlaqədar xüsusi tədbirlər nəzərdə tutulub. Onun praktik tətbiqi olaraq, Nazirlər Kabinetinin 191 saylı qərarı ilə "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı" təsdiq edilib. Bu xidmətlərin təşkilində də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin üzərinə xüsusi öhdəlik qoyulub: "Bütün bunlar ölkəmizdə mövcud olan informasiya ehtiyatlarının genişlənməsinə və bu sahədə dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin çeşidinin artmasına gətirib çıxaracaq. Bundan əlavə, fərdi şəxslər heç bir xüsusi prosedurdan keçmədən öz informasiya resurslarını yarada bilirlər. Bu da bloq və ya hər hansı formada həyata keçirilir.

Bununla yanaşı, Azərbaycanda bu gün internet informasiya resursları formasında fəaliyyət göstərən çoxsaylı, müxtəlif mətbu orqanlar da var. Bu fəaliyyət üçün də heç bir məhdudiyyət və ya təsir göstərilmir. Yalnız digərlərinin hüquqları məhdudlaşdırıldığı halda, yəni digərləri təhqir edildikdə qarşı tərəf öz hüquqlarından istifadə edərək, təhqirə yol verən tərəfə məsuliyyət daşımaq baxımından məhdudiyyət tətbiq edilə bilər".




 İnsanların hüquqları "off-line"-da olduğu kimi, "on-line"-da da qorunmalıdır 

B.Məmmədov deyir ki, BMT-nin İnsan Hüquqları Şurası məhz sözügedən məsələ ilə bağlı xüsusi qətnaməni qəbul edib: "Qətnamənin mahiyyəti insanların hüquqlarının "off-line"-da olduğu kimi, "on-line"-da da qorunmasıdır. Belə ki, real gerçəklikdə insan hüquqlarının təminatı sahəsində olan zəmanətlər, hüquqi mexanizmlər "on-line"-da, yəni internetdə təmin olunmalıdır. İnsanlar internetdə yerləşdirdikləri məlumatlar üçün də real gerçəklikdə məsuliyyət daşımalıdırlar. Bu, artıq bərabərlikdən irəli gəlir. Amma qeyd edim ki, bu məsələ bütün dünyada son dərəcə aktualdır və geniş müzakirə predmetinə çevrilib".

Bu yaxınlarda da -18-19 iyun tarixlərində İrlandiyanın Dublin şəhərində ATƏT-in sədrliyi çərçivəsində "İnternet azadlığı" mövzusunda keçirilən konfransda iştirak etdiyini bildirən RİTN rəsmisi həmin tədbirdə də məhz bu mövzu ətrafında müzakirələrin aparıldığını deyir: "ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eamon Gilmorun rəhbərliyi ilə aparılan konfransda internetin fikir və ifadə azadlığı üçün açıq, qlobal və ictimai forum olaraq qalmasını təmin etməyin yolları araşdırılıb. İnternet bəşəriyyət üçün yeni reallıq olduğundan, insan hüquqları sahəsində mövcud təcrübə, əldə olunan nailiyyətlər də bu yeni reallıqda tətbiq olunmalıdır. İnsan hüquqları sahəsində əsas beynəlxalq sənədlər 1948-ci ildə, 1966-cı ildə qəbul edilib ki, o zaman heç internet haqqında ümumiyyətlə məlumat olmayıb. Amma internetin xüsusən də 80-90-cı illərdən sonra sürətlə yayılması yeni çağırışlara səbəb olub".

Azərbaycanda internetin vəziyyəti ilə bağlı qərəzli münasibət formalaşdırılır 

Şöbə müdirinin sözlərinə görə, bu çağırışlar - digərlərinin hüquqlarının məhdudlaşdırılmaması, insanların ləyaqətinin alçaldılmaması, insan hüquqlarının təminatı və s.-dir: Amma təəssüflər olsun ki, internetin verdiyi gözəl töhfələr bəziləri üçün qərəzli münasibətlər üçün də əsas olur. Əsassız olaraq, bu və ya digər təsisatlar, xüsusilə qeyri-hökumət təşkilatları tərəfindən məqsədli olaraq, ölkəmizdə guya internetdə azadlığın olmaması ilə bağlı əks-məlumatlar da yayılır. Dublin konfransında da bunun şahidi oldum. Qeyri-hökumət təşkilatlarından birinin nümayəndəsi qeyd etdi ki, Azərbaycanda bu yaxınlarda Milli Məclis tərəfindən birinci oxunuşda qəbul edilən "Kommersiya sirri" haqqında qanuna, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında " qanunda və "İnformasiya əldə etmək haqqında" qanunda dəyişiklik edilməsi respublikada internet azadlığının məhdudlaşdırılmasına yönəlib. Konfrans iştirakçılarına izah etdim ki, parlamentdə qəbul olunmuş qanun layihələrinin informasiya subyektləri ilə informasiya sahibləri arasında münasibətləri tənzimləyən normalardır. Bunların internetin məhdudlaşdırılması ilə bağlı heç bir əlaqəsi yoxdur. 
Bakıda keçiriləcək İnternet İdarəçiliyi Forumunun son illərdə informasiya-kommunikasiya texnologiyalarının inkişafının ölkəmizdə geniş vüsət almasının və bu nailiyyətin müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Dünya İqtisadı Forumu tərəfindən yüksək qiymətləndirildiyini də tədbir iştirakçılarının nəzərinə çatdırdım".
İnternet özünənəzarəti tələb edir 

Hazırda respublikada genişzolaqlı internet xəttinin genişləndirildiyini də deyən B.Məmmədovun sözlərinə görə, Azərbaycanda hər kəsin internetə əlçatanlığı istiqamətində uğurlu layihələr icra olunur: "Təbii ki, internet istifadəçisinin hər biri fərddir və onun hər birinin müəyyən təhsil səviyyəsi var. Bu səviyyəyə uyğun olaraq, hər kəs internet resursundan istifadə edir və internetdən qanunauyğun şəkildə istifadə edilməsi ilə bağlı hər bir istifadəçinin məlumatı olmalıdır. Yəni internetdə kiminsə haqqında təhqiramiz fikirlər səsləndirmək olmaz".

İnternetin özünənəzarəti tələb etdiyini də vurğulayan RİTN rəsmisinin sözlərinə görə, bəzi insanlar bu məkanda yazdıqlarını kimsənin görmədiyini düşünürlər. Bu məntiqlə davranan istifadəçilər sonda qarşı tərəfin hüquqlarını nəzərə almadan istədikləri fikirləri paylaşırlar. Buna adekvat cavab görüncə isə daşımaq istəmədikləri məsuliyyəti internetdə söz azadlığının məhdudiyyəti kimi qələmə verirlər. Əgər internetdə həqiqətən də söz azadlığını görmək istəyiriksə, ilk növbədə qanunvericiliyin diktə etdiyi kimi davranış qaydalarına riayət etməyimiz daha məqsədəuyğundur. Necə deyərlər, "Azadlıq üçün hamımız hüququn köləsiyik".

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Güzəran” Sosial Araşdırmalar İB tərəfindən həyata keçirilən “Vətəndaş mədəniyyətinin təbliği” layihəsi çərçivəsində dərc olunur.

Seymur Verdizadə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
06/08/2020 [13:41]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
06/08/2020 [12:39]:
"Bavariya” Jerom Boatenqi transferə çıxarıb
06/08/2020 [12:17]:
Gürcüstandan Rusiyaya çağırış
06/08/2020 [12:15]:
Böyük Britaniya və Fransanda COVID-19-un ikinci dalğası barədə xəbərdarlıq edilib
06/08/2020 [11:35]:
Fransız alimlər ölkədə epidemioloji vəziyyəti kövrək hesab edirlər
06/08/2020 [11:10]:
Sosial şəbəkələrdə yalan məlumat yayan şəxslərə xəbərdarlıq edilib
06/08/2020 [10:55]:
ÜST-dən koronavirusla bağlı son rəqəmlər
06/08/2020 [10:30]:
Bu vərdiş xərçəng riskini 30 dəfə artırır
06/08/2020 [10:00]:
Zelenskidən yeni təyinat
06/08/2020 [10:00]:
Türk klubu "Səbail"dən ayrılan dünya ulduzu ilə maraqlanır
06/08/2020 [09:34]:
ABŞ-da seçkilərə müdaxilə haqda məlumat verənlər 10 milyon mükafat alacaq
05/08/2020 [23:58]:
Hərbi təlimdə 18 hərbçi xəsarət alıb
05/08/2020 [23:00]:
KİVDF-nin icraçı direktoruna AĞIR İTKİ
05/08/2020 [21:18]:
Tramp ABŞ iqtisadiyyatını süquta götürür - “Die Zeit”
05/08/2020 [20:51]:
Millimizin futbolçusu ABŞ-da həftənin komandasına düşüb
05/08/2020 [20:29]:
Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı – Baş Nazir sərəncam imzaladı
05/08/2020 [18:50]:
Günəş şüaları koronavirusla mübarizəyə kömək edir
05/08/2020 [17:38]:
İranda yoxsulluq pik həddə qalxdı
05/08/2020 [16:24]:
Gürcüstan Azərbaycana 543 ton şaftalı ixrac edib
05/08/2020 [16:00]:
Azərbaycan Livana maliyyə yardımı göstərəcək
05/08/2020 [15:36]:
Prezident: Avropa İttifaqına üzv ölkələrlə sərhədlərin yenidən bağlanması istisna olunmur
05/08/2020 [14:47]:
Bəxtiyar Vahabzadə yaradıcılığı Türkiyənin ədəbiyyat portalında
05/08/2020 [13:11]:
İker Kasilyas karyerasını başa vurdu
05/08/2020 [12:53]:
50 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşəcək
05/08/2020 [12:45]:
Beyrutda çox sayda xilasedici həlak olub, itkin düşənlər var
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İyunda Azərbaycanın yeyinti məhsulları ixracı artıb
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək
Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
Azərbaycanda Qurban bayramı qeyd edilir
Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə istifadəyə verilib
Ani ödəniş sistemi gələn ay istifadəyə veriləcək
Ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı azalıb
Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 10% artıb
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin