İnsan hüquqları və vicdan azadlığı

02/07/2019 [12:32] - Vətəndaş mədəniyyəti (151)



Vicdan azadlığı problemi bəşəriyyətin inqilabi-demokratik inkişafının nailiyyəti, zəmanəmizin aktual problemlərindəndir. Vicdan, əxlaqi özünənəzarət, insanın cəmiyyət və özü qarşısında öz fəaliyyəti, əməlləri və davranışı üçün mənəvi məsuliyyətdir. Vicdan, şəxsi və ictimai mənafeyi öz əqidəsinə uyğun olaraq insanın hərəkət etmək bacarığı və imkanıdır. Geniş mənada vicdan azadlığı, vətəndaşların bu və ya digər əməllərə (ədalət və ədalətsizlik, yaxşı və pis) qiymət verməkdə mənsub olduğu zümrənin, yaxud bütün cəmiyyətin onda tərbiyə etdiyi təsəvvürə uyğun olaraq hərəkət etməkdə azad olmaq imkanıdır. Sözün dar mənasında vicdan azadlığı kateqoriyası insanların dinə münasibətə tam sərbəstliyini nəzərdə tutur.

İstər bu gün, istərsə də dünən, ölkəmiz Azərbaycanda və ya digər məmləkətlərdə davam etməkdə olan haqsızlıqlar, məhz bir qrup vicdan istismarçılarının digər bir qrup məzlum vicdan əzabkeşlərinin vicdan azadlıqları haqqını mənimsəməsi və həmin "məzlumların" bu zülmlə barışması ilə bağlıdır.

Vicdan azadlığı məsələsi 1918-ci il mayın 28-də yaranmış ilk Azərbaycan Demokratik Respublikasının dövlətçilik fəaliyyətinin əsasını təşkil edirdi.

O vaxta qədər rus imperiyası azərbaycanlılar arasında dini ayrılığı daha da dərinləşdirmək məqsədilə əhalini sünnü və şiə məzhəblərinə bölmüş, onların müstəqil ruhani idarələrini yaratmışdı. İmperiya 1872-ci ilin aprel ayının 5-də, 1917-ci ilin iyul ayının 17-də azərbaycanlıları bir-birinə zidd məzhəblərə parçalayan qərəzli sərəncamlar vermişdir.

Azərbaycan Demokratik Respublikasının rəhbəri Məmməd Əmin Rəsulzadənin təklifi ilə ruhani idarələrini müsəlman məmurlarına həvalə etməklə Tiflis şəhərindəki ruhani idarələrinin bazasında Bakıda vahid, müsəlman ruhani idarəsinin yaradılması qərara alındı.

Azərbaycan Demokratik Respublikası hökuməti müsəlmanlar üçün Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına nail oldu. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin etdiyi Qafqaz Şeyxülislamı M.Ə.Pişnamazzadə vəzifəsindən istefa verdi. Azərbaycan Demokratik Cümhuriyyəti sosial təminat və dini etiqad naziri Musa Rəfibəyovun sərəncamı ilə 48 yaşlı Axund Ağa Əlizadə Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxülislam təyin edildi. Yeni Şeyxülislam məzhəb ayrıseçkiliyini rədd edən, mütərrəqi fikirli, milli heysiyyəti güclü olan, parlamentin işinə kömək edən bir şəxs idi.

Azərbaycan Demokratik Respublikası vətəndaşların istədikləri dinə riayət etmək, dini mənsubiyyətini dəyişmək, dini təşkilatların birində iştirak etmək, habelə, heç bir dinə riayət etməmək, dindarların heysiyyətinə toxunmamaq prinsipini əsas götürdü.
Dinlərdən birinə üstünlük verilməsi, digərlərinin sıxışdırılması və beləliklə də, dini bərabərsizliyə şərait yaradılması müxtəlif dinlərə mənsub olan vətəndaşların hüquq bərabərliyini poza bilərdi.

Azərbaycan Demokratik Respublikası Parlamentinin tərkibi müxtəlif millətlərin və dinlərin nümayəndələrindən təşkil edilmişdi. Azərbaycan Demokratik Respublikası parlamentində beş müsəlman fraksiyası, Müsavat partiyasının 38, rus-pravoslav dininin 10 deputat mandatı var idi. Bundan əlavə, yəhudilərin, gürcü və polyak xristianlarının nümayəndələri də parlamentdə təmsil olunmuşdular.

Bərabərlik ideyası təhsil sahəsində də həyata keçirilirdi, ümumi ictimai təhsil, ibtidai və orta məktəblərin milliləşdirilməsi, milli azlıqların öz dillərində və rus dilində oxumaları üçün qanun layihəsinin hazırlanmasını parlament zəruri hesab etmişdi. O zaman Gürcüstanda gürcü-pravoslav kilsəsi, Ermənistanda erməni-qriqoryan kilsəsi din siyasətində aparıcı rol oynayırdısa da, Azərbaycanda dinlərdən birinə üstünlük verilməsi məsələsi müzakirə olunmamış, dini bərabərliyə hörmət edilmişdir.

Azərbaycan Demokratik Respublikası vicdan azadlığı problemi sahəsində demokratik mövqedə dayandı, dinə biganə münasibət bəsləyən, yaxud dini qəbul etməyən vətəndaşlar haqqında məhdudedici tədbirlər görülməsi hallarına yol vermədi, dindarlarla dinə inanmayan vətəndaşların dinc-yanaşı yaşaması üçün şərait yaratmağa çalışdı.

Qeyri-dini tədris müəssisələri şəbəkələrinin genişləndirilməsi, milli, elmi-texniki, təbabət, hüquq kadrlarının hazırlanmasına diqqətin artırılması, bu məqsədlə Qərb ölkələrinin ali məktəblərində təhsil almaq üçün bacarıqlı gənclərin göndərilməsi, nəhayət, hökumətin tərkibində din xadimlərindən heç kəsin olmaması Azərbaycan Demokratik Respublikası dindən ayrı vətəndaş dövlətinin olduğunu göstərən amillərdir.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının müstəqillik haqqında qətnaməsində qeyd edilirdi ki, vətəndaşların hüququ, siyasi, dini azadlıqları təmin edilir, müstəqil Azərbaycan dövləti qeyri-dini, demokratik quruluşa malik olan ölkədir. Qətnamədə deyilirdi: "Azərbaycan Demokratik Respublikası milliyyətindən, dinindən, ictimai vəziyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşları öz hüdudları daxilində vətəndaşlıq və siyasi hüquqlarla təmin edir".

1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Parlamenti öz işinə başladı. Parlamentin iclaslarında heç bir dini mərasim (dua oxunması və s.) icra edilmədi. Bütün dinlərdən olan deputatlar bərabərhüquqlu nümayəndə səlahiyyətinə malik idilər. Dinə münasibətindən asılı olmayaraq, bütün vətəndaşlar Azərbaycan Demokratik Respublikasının bərabərhüquqlu əhalisini təmsil edirdilər. Milli mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş ümummilli vicdanı oyatmaya bilməzdi.

Göründüyü kimi, Azərbaycan Demokratik Respublikasının Milli Şurası, sonra isə parlamenti və hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid çoxlu taleyüklü islahatlar həyata keçirmiş, müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdür. İqtisadi, siyasi-ictimai və sosial münasibətlər sahələrində vətəndaşların hüquqlarının təmin edilməsinə yönəldilmiş qərar və tədbirlərin tərkibində əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tuturdu.

Azərbaycan Demokratik Respublikası hökuməti və parlamenti vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə imkan tapmasa da, onun bu problemə ən demokratik mövqeyi aydın idi. Azərbaycan Demokratik Respublikasının uğurları və faciələri, tarixi dərsləri, dini etiqad və vicdan azadlığı sahəsində təcrübəsi bu günümüz üçün çox maraqlıdır.

1991-ci ildə Azərbaycan Respublikası müstəqil dövlət quruculuğu yoluna qədəm qoydu. Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdırmaq istiqamətində addımlar atmağa başladı.

Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.

Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu prosesi müstəqilliyin ilk günlərindən müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət olunub. Respublikamız bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələri, erməni separatizmi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vurduğu yaraları, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri və onların nəticələrini aradan qaldırmaq məcburiyyətində qaldı.

Azərbaycan Respublikasının Konstitusiyasında fikir, söz və vicdan azadlığına geniş təminat verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsində göstərilir:"Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var. Bu hüquqa əqidəsinə maneəsiz etiqad bəsləmək dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyaları istənilən vasitələrlə axtarmaq, əldə etmək və yaymaq azadlığı daxildir".

Xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən Ümummilli Lider Heydər Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. İnsanların ictimai-siyasi özünüdərkinin yetkinləşməsi sayəsində cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi proseslərin tənzimlənməsində vətəndaşların müxtəlif təbəqələrini və kateqoriyalarını təmsil edən ictimai qurumların fəal rol oynaması dövlətin və insanlar toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil edən vətəndaş cəmiyyətini səciyyələndirən əsas amillərdəndir. Cəmiyyətin problemlərinin həlli sahəsində ictimai qurumların tədricən daha çox funksiyanı mənimsəməsi ilə dövlət orqanlarının fəaliyyətində daha çox siyasətin müəyyənləşdirilməsi və nəzarət funksiyaları üstün yer tutur.

Vətəndaş cəmiyyəti quruculuğunda siyasi plüralizmin, çoxpartiyalı sistemin daha da inkişafı xüsusi rol oynayır. Azərbaycanın müstəqil inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni siyasi partiyaların tarix səhnəsinə qədəm qoyması və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Bu isə Azərbaycan dövlətinin bütün siyasi partiyaların fəaliyyəti üçün zəruri şərait yaratması nəticəsində mümkün olmuşdur.

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Güzəran” Sosial Araşdırmalar İB tərəfindən həyata keçirilən “Vətəndaş mədəniyyətinin təbliği” layihəsi çərçivəsində dərc olunur.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib
Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir- Qüdrət Həsənquliyev
İlyas Hüseynovun deputatlığa namizədliyi qeydə alındı
Zahir Əzəmət: "DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir"
Xəbər lenti
20/01/2020 [23:59]:
Çexiya Senatının sədri vəfat edib
20/01/2020 [22:26]:
Ərdoğan: "Hazırda Liviyaya yalnız hərbi məsləhətçiləri göndərmişik"
20/01/2020 [21:36]:
"Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib
20/01/2020 [20:50]:
Türkiyə telekanalında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb
20/01/2020 [19:55]:
Biləsuvarda avtomobildən külli miqdarda narkotik aşkarlanıb
20/01/2020 [18:48]:
“Faciənin fotosu” sənədli filminin təqdimatı keçirilib
20/01/2020 [17:35]:
Kirayə mənzillərlə bağlı elektron müraciətlərin tarixi açıqlanıb
20/01/2020 [16:57]:
Fransa səfiri 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
20/01/2020 [16:51]:
"Liviya hərbi komitəsinin yaxın günlərdə Cenevrədə iclası keçiriləcək"
20/01/2020 [15:23]:
Suriyada gedən döyüşlərdə təxminən 100 nəfər öldürülüb
20/01/2020 [14:48]:
Boris Conson: "Rusiyanın təhdidlərinin davam etdiyi müddətdə ikitərəfli münasibətlər normallaşa bilməz"
20/01/2020 [14:30]:
ABŞ səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb
20/01/2020 [14:17]:
Quba sakinindən qanunsuz silah götürülüb
20/01/2020 [13:45]:
Hoteldə su borusu partlayıb - Ölənlər var
20/01/2020 [13:20]:
Beyləqanda yanğın olub
20/01/2020 [13:16]:
ABŞ konqresmenləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı
20/01/2020 [12:40]:
Qvardiola: "İstefaya göndərilməyincə heç yerə getməyəcəyəm"
20/01/2020 [12:17]:
Aeroport fəaliyyətini dayandırdı
20/01/2020 [12:01]:
İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü olub
20/01/2020 [11:50]:
Neftçi Bordinin köməkçisini də yola saldı
20/01/2020 [11:21]:
Almaniya XİN rəhbəri ABŞ-ın İran siyasətini tənqid edib
20/01/2020 [10:48]:
Beyrutda aksiya zamanı 220 nəfər xəsarət alıb
20/01/2020 [10:00]:
Suriyaya İordaniya və Livandan minə yaxın qaçqın qayıdıb
20/01/2020 [09:56]:
İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
20/01/2020 [09:22]:
Mehriban Əliyeva "Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
Tbilisidə Azərbaycandakı Gürcü Dram Teatrının 40 illiyi qeyd olunub
“Səbail” klubu futbolçusu İgor Korotetski ilə yollarını ayırıb
Təbii fəlakət 57 nəfərin həyatına son qoyub
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
Dünyanın ən qədim şəkilli kitabı tapılıb
32 cinayətin üstü “isti izlər”lə açılıb
Saxta spirtli içkilər satan dəstə üzvləri saxlanılıb
Paşinyan mətbuatı qarabağlıların nəzarətindən çıxarmaq istəyir
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası təsdiqlənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin