Magna Carta və ya İngilis Azadlıqlarının Böyük Toplusu

13/07/2019 [16:29] - Vətəndaş mədəniyyəti (106)



Təmin edilmiş insan haqları uğrunda mübarizənin tarixi demokratiya (çoxluğun hakimiyyəti) uğrunda mübarizə tarixindən daha gəncdir, onun cəmisi 700 yaşı var. Demokratiyanın vətəni Qədim Yunanıstandırsa, liberalizmin (dövlət müdaxiləsindən qorunmuş insan haqlarının) vətəni tam hüquqla orta əsr İngiltərəsi hesab olunmalıdır. 

Məhz burada 1215-ci il iyunun 15-də Rannimid qəsəbəsində baş vermiş  hadisələr insan haqları uğrunda mübarizə tarixinin başlanğıc nöqtəsi kimi qəbul olunub. O zamandan indiyə kimi hər bir fərdin şəxsi, siyasi və sosial haqları uğrunda mübarizəsi həqiqətən ümumdünya miqyası almışdır... Kral Con Plantagenet (tarixi romanlardan bizə tanış olan ġir ürəkli Riçardın kiçik qardaş) ağılsızcasına və israfçılıqla hökmranlıq edirdi. Hərəkətləri ilə o, təkcə xalqı deyil, həm də imtiyaz və mülkiyyətlərinə qəsd etdiyi iri feodalları da özünə qarşı qaldırdı; kralın ölkənin sərhədlərindən xaricdə hərbi mükəlləfiyyəti yerinə yetirmək tələbini feodallar həddini aşmaq hesab etdilər. 

Kralın özbaşınalığından hiddətlənmiş bir neçə nüfuzlu baron qoşun toplayaraq uğursuz danışıqlardan sonra onu ağır məğlubiyyətə uğratdı. Qələbədən sonra baronlar, həmişə olduğu kimi, bacarıqsız despotu devirib hakimiyyətə - ədalətli kral‖ı gətirmədilər. Kenterberi arxiyepiskopu Stefan Lanqtonun köməyi ilə baronlar onların qədim imtiyazlarını təsdiq və təsbit edən sənəd hazırlayıb kralı məcbur etdilər ki, torpaq sahibkarlarından olan lordlarla və ali ruhani nümayəndələrlə birlikdə Rannimiddə onu imzalasın. Həmin sənəd insan haqları, kral hakimiyyətinə qoyulmuş məhdudiyyətlər, hüquqi norma və prosedurların siyahısından ibarət idi; Magna Carta və ya İngilis Azadlıqlarının Böyük Toplusu kimi tanınan bu sənəd 63 bənddən ibarət olub -Krallığımızın bütün azad insanlarına sözləri ilə başlanırdı. 

Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi... Cek və Adam Livlilər (J. & A.Lively, Democracy in Britain, 1994) yazırlar ki, bu sənədi müasir mənada insan haqları bəyannaməsi adlandırmaq olmaz. Magna Carta yalnız konkret situasiyaların həlli üsullarının siyahısıdır, orada öz əksini tapmış hüquqların əksəriyyəti isə yalnız baronlara aiddir. 

Bundan əlavə, həmin müəlliflər hesab edirlər ki, Magna Carta-nın mətni mühafizəkardır, o, yeni idarə üsulunu bəyan edən dildən daha çox, mövcud hüquqları təsdiqləyən bərpa dilində yazılıb... Bütün bunlara baxmayaraq, həmin sənədin liberalizmin inkişafında əhəmiyyəti çox böyükdür. Magna Carta konstitusiya tipli hakimiyyətin əsasına çevrildi. Sonralar inadlı mübarizə nəticəsində yalnız baronlara aid olan hüquqlar ölkənin bütün vətəndaşlarına aid edildi, sənədin bəzi müddəaları isə ölkənin hüquqi sisteminin əsasına çevrildi. 1295-ci ildə kral I Eduardın hakimiyyəti dövründə fəaliyyətə başlamış ilk İngiltərə parlamentinin üzvləri qərarların qəbulu zamanı daim Magna Carta-ya müraciət edirdilər. 

Müttəhimlə eyni statusu olan andlıların qərarı olmadan heç kəs məhkum və ya mülkiyyətindən məhrum edilə bilməz - bu müddəa demokratik məhkəmənin əsaslarından birinə çevrildi. Bu gün demokratik ölkələrdə qəbul edilmiş - vergiləri yalnız vergiödəyənləri təmsil edən parlament tətbiq edə bilər‖ qaydası öz başlanğıcını Magna Carta-nın belə bir müddəasından götürür ki, torpaq sahibkarları olan lordların razılığı olmadan kral yeni vergilər tətbiq edə bilməz. Magna Carta-nın taleyi asan olmayıb. Sənədin imzalanmasından dərhal sonra kral Con baronlarla sazişi pozdu və ölkəni yenidən vətəndaş müharibəsi alovu bürüdü. 

Lakin kral Conun varisi III Henrix Magna Carta-nın qüvvəsini yenidən bərpa etdi və 1225-ci ildə krallığın bütün münaqişə edən tərəfləri sənədi son redaktədə qəbul etdilər. Krallar sonralar da öz hakimiyyətlərini asanlıqla bölüşdürmək istəmirdilər, ancaq Magna Carta-da təsbit olunmuş hüquqlar tədricən İngiltərə vətəndaşının kimliyinin bir hissəsinə çevrilir və istibdada qarşı mübarizə səngimədən gedirdi.

Allahın mərhəməti ilə İngiltərə kralı, İrlandiya hökmdarı, Normandiya və Akvitaniya hersoqu, Anju qrafı Con öz arxiyepiskopları, yepiskopları, abbatları, qrafları, baronları, hakimləri, meşəbəyiləri, şerifləri, idarəçiləri, nökərləri olan bütün qulluqçu və sadiq təbəələrinə müraciət edir: Sizi salamlayıram... 

Krallığımızın bütün azad insanlarına özümüzün və varislərimizin adından aşağıda göstərilən Azadlıqları onların və varislərinin sahibliyinə və mühafizəsinə əbədi olaraq bəxş  edirik:  
Krallığın Ümumi ġurasının razılığı olmadan krallığımızda heç bir vergi və mükəlləfiyyət tətbiq edilə bilməz... Xırda cinayət törətmiş azad insan ancaq həmin cinayətin dərəcəsinə görə, ağır cinayətə görə də həmin qaydada, amma öz statusundan məhrum edilməmək şərti ilə cəzalandırılacaq. Beləliklə, kral məhkəməsinin rəhmdilliyi ilə üzləşmiş tacir öz mallarından, əkinçi isə öz torpaqlarından məhrum ediləcək. Bu cəzalardan heç biri qonşuluqda yaşayan ləyaqətli adamların and içərək çıxardıqları qərar olmadan verilə bilməz... 

Heç bir azad insan onunla bərabərhüquqlu olan insanların qanuni hökmündən və ya ölkə qanunlarından savayı heç bir əsasla tutulub həbs edilə, hüquq və ya mülkiyyətindən məhrum oluna, qanundan kənar qoyula, sürgün edilə, hər hansı yolla cəmiyyətdəki mövqeyindən məhrum edilə bilməz, eləcə də biz ona qarşı güc işlətməyəcəyik və başqalarını da buna məcbur etməyəcəyik. 
Hüquq və ya ədaləti heç kəsə satmayacaq, rədd cavabı verməyəcək və təxirə salmayacağıq.  

Bütün tacirlər sağ-salamat və qorxusuz  İngiltərəyə gedib-gələ, ticarət məqsədilə qədim və qanuni rüsumlara uyğun, qanunsuz vergilərdən azad şəkildə quru, su yolları ilə ölkədə səyahət edə və ya burada yaşaya bilərlər. Fəqət bu, müharibə dövrünə, bizimlə vuruşan ölkələrin tacirlərinə aid deyil. Biz və ya baş hakimimiz bizimlə vuruşan ölkədəki tacirlərimizlə necə rəftar edildiyini müəyyənləşdirənə kimi hər belə tacir onun Ģəxsiyyətinə və mülkiyyətinə ziyan toxunmadan müharibənin başlanğıcında tutulub saxlanılmalıdır. Tacirlərimiz sağ-salamatdırlarsa, onlara da xətər toxunmamalıdır...

Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
22/09/2019 [12:34]:
İtaliya A Seriyası: Milan derbisində "İnter" qələbə qazanıb
22/09/2019 [12:18]:
400-dən çox reys təxirə salınıb
22/09/2019 [11:48]:
Sindzo Abe Nyu-Yorkda Tramp və Ruhani ilə görüşəcək
22/09/2019 [11:20]:
5,9 bal gücündə zəlzələ baş verib
22/09/2019 [11:19]:
Qubaya qar yağıb
22/09/2019 [10:50]:
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
22/09/2019 [10:36]:
Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq
22/09/2019 [10:00]:
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22/09/2019 [09:45]:
Saatlıda yanğın olub
22/09/2019 [09:39]:
Atəşkəs 24 dəfə pozub
21/09/2019 [23:58]:
Alma bağlarının hər hektarına görə fermerlərə subsidiya veriləcək
21/09/2019 [22:45]:
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
21/09/2019 [21:30]:
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
21/09/2019 [20:42]:
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
21/09/2019 [19:21]:
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
21/09/2019 [18:39]:
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
21/09/2019 [17:37]:
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
21/09/2019 [17:20]:
Azərbaycanın hərbi qulluqçusu həlak olub
21/09/2019 [17:14]:
Şamaxıda mağaza yanıb
21/09/2019 [16:44]:
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21/09/2019 [16:35]:
“Tapa” qasırğası Yaponiyanın cənubunda fəsadlar törədir
21/09/2019 [15:54]:
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21/09/2019 [15:37]:
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
21/09/2019 [15:25]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
Azərbaycanın hərbi qulluqçusu həlak olub
Şamaxıda mağaza yanıb
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
Alma bağlarının hər hektarına görə fermerlərə subsidiya veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin