Qadın hüquqları və insan hüquqlarının regional müdafiə mexanizmləri

15/07/2019 [01:26] - Vətəndaş mədəniyyəti (500)



Avropa Şurası 1949-cu ildə on Avropa dövlətinin (Belçika, Danimarka, Fransa, İrlandiya, İtaliya, Lüksemburq, Niderland, Norveç, İsveç və Birləşmiş Krallıq) iştirakı ilə Avropa Şurasının Nizamnaməsinin əsasında yaradılmışdır. Təşkilatın bir çox məqsədləri içərisində “insan hüquqlarının və əsas azadlıqlarının həyata keçirilməsi” xüsusi yer tutur. İnsan hüquqlarının və əsas azadlıqlarının müafiəsi haqqında 1950-ci il Avropa Konvensiyası (Avropa İnsan Hüquqları Konvensiyası) Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 4 noyabr 1950-ci ildə qəbul edilmiş və 3 sentyabr 1953-cü ildə qüvvəyə minmişdir. 

Bu Konvensiya Avropanın ən əsas insan hüquqları müqaviləsidir. Konvensiya və onun Protokolları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2001-ci ilin dekabr ayının 25-də təsdiq edilmiş, təsdiqedici sənədlər 15 aprel 2002-ci il tarixdə Avropa Şurasının Baş Katibinə təqdim edilmişdir. Beləliklə, Azərbaycan Respublikasına münasibətdə Konvensiya və onun Protokolları həmin tarixdən qüvvəyə minmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsi həmin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə sahəsində cinsi mənsubiyyət də daxil olmaqla digər əlamətlərə görə ayrı-seçkiliyi birbaşa qadağan edir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiy- Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər 52 yət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Avropa Insan Hüquqları Konvensiyasının 12 saylı Protokolu 4 noyabr 2000-ci ildə qəbul edilmiş və 1 aprel 2005-ci ildə qüvvəyə minmişdir. Protokolun 1-ci maddəsi Qanunla nəzərdə tutulmuş istənilən hüquqdan istifadənin cinsi mənsubiyyət də daxil olmaqla hər hansı əlamətə görə ayrı-seçkilik olmadan təmin olunmasını bir daha təsbit edir, kimsənin həmin əlamətlərə görə hər hansı dövlət hakimiyyəti orqanı tərəfindən ayrı-seçkiliyə məruz qalmasını qadağan edir. Avropa İnsan Hüquqları Konvensiyasının 19-cu maddəsinə əsasən, dövlətlərin bu Konvensiyada və Protokollarda təsbit olunmuş öhdəliklərini yerinə yetirmələrini təmin etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsi yaradılmışdır. Məhkəmənin yurisdiksiyasına fərdi və dövlətlərarası şikayətlər aiddir. Bu məhkəmə insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq mexanizmlərin ən səmərəlisidir. O, insan hüquqlarının pozulması ilə bağlı şikayətlərə baxan və fərdin bilavasitə beynəlxalq məhkəməyə müraciətinin təmin edən ilk beynəlxalq məhkəmə orqanıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarları qadın hüquqlarının inkişafına öz töhvəsini vermiş, qadına qarşı ayrı-seçkiliyin bir sıra aspektlərinə aydınlıq gətirmişdir. 

Avropa Insan Hüquqları Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, “gender bərabərliyinin inkişafı bu gün Avropa Şurasına üzv dövlətlərinin əsas məqsədidir və münasibətdə fərqliliyin Konvensiyaya müvafiq olmasını müəyyənləşdirmək üçün çox ciddi səbəblər olmalıdır.... bir ölkədə cinsi əlamətə görə münasibətdə fərqliliyi əsaslandırmaq üçün xüsusilə ənənələrə, ümumi fərziyələrə və üstünlük təşkil edən sosial yanaşmalara istinad etmək yetərsizdir.”4 Avropa İnsan Hüquqları Məhkəməsinin Abdulaziz, Kabales və Balkandali Birləşmiş Krallığa qarşı (Abdulaziz, Cabales and Balkandali v. The United Kingdom) işi üzrə 28 may 1985-ci il tarixli qərarı Konvensiyanın 14-cü maddəsində göstərilən mövqeyi tam əks etdirir. Bu işdə hind və digər Asiya mənşəli üç ərizəçi qadın Konvensiyanın 8-ci maddəsi ilə birlikdə 14-cü maddənin pozulmasından şikayət edirdilər. Birləşmiş Krallığın qanunvericiliyi ərizəçilərin ərlərinin qadınların qanuni olaraq məskunlaşdığı və yaşadığı Birləşmiş Krallığa gəlib onların yanında qalmasına imkan vermirdi, halbuki həmin qanunverciliyə əsasən kişilərin arvadları gəlib ərlərinin yanında qala bilirdi. Bu işdə Konvensiyanın pozulduğunu bildirərək Avropa Məhkəməsi qeyd etdi ki, “cinslərin bərabərliyinin təkmilləşməsi bu gün Avropa Şurasının üzvü olan dövlətlərinin əsas məqsədidir.” Qeyd edək ki, bu işin nəticəsi bir növ yarımçıq oldu, Birləşmiş Krallıq hər iki cinsin əri və ya arvadı üçün ölkəyə girişin şərtlərini eyni şəkildə çətinləşdirdi.. 

Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə, birbaşa ayrı-seçkilikdən o halda söhbət gedə bilər ki, “bənzər vəziyyətdə olan şəxslərin məruz qaldıqları münasibətdə müəyyən oluna bilən bir fərqlilik mövcuddur.”6 Avropa İnsan Hüquqları Məhkəməsi Hoogendijk Niderlanda qarşı (Hoogendijk v. The Netherlands, No 58641.00) işi üzrə 6 yanvar 2005-ci il qərarında dolayı ayrı-seçkiliyi nəzərdən keçirmişdir. Iş sosial müdafiə müavinətinə (bu işdə əlilliyə görə müavinət) uyğun gəlib-gəlməmənin müəyyənlədirilməsinə dair Niderland qanunvericiliyi haqqında idi və cinslər arasında ayrı-seçkiliyə yol verilməsi məsələsini bilavasitə qaldırırdı. İşin aid olduğu 1960-1970-ci illərdə gəlir tələbi kişilərdən daha çox qadınlara təsir edirdi, çünki həmin dövrlərdə çox az qadın ödənişli işdə çalışırdı. Bu baxımdan, həmin qanunvericilik o zaman məşğulluq sferasında da həssas vəziyyətdə olan qadınlara qarşı dolayı ayrı-seçkiliyə yol verirdi. Gender aspektində neytral görünən qanunvericilik əslində əhalinin müəyyən bir hissəsinə çox ciddi təsir göstərə bilərdi. Sözü gedən işdə ərizəçi Konvensiyanın 14-cü maddəsi ilə birlikdə 1 saylı Protokolun 1-ci maddəsinin pozulmasından şikayət edirdi. Amma bu qanunvericiliyin kişilərdən daha çox qadınlara təsir etdiyini necə sübut etmək olardı? Daha əvvəl Avropa Məhkəməsi 14-cü maddə ilə bağlı işlərində statistik rəqəmləri həlledici faktor kimi qəbul etməsə də, bu işdə fərqli mövqe göstərdi. Məhkəmə qəbul etdi ki, dolayı ayrı-seçkilik statistik vasitələrlə sübut oluna bilər və bu əsasda sübut yükünün dövlətin üzərində olduğunu da vurğuladı. 

Müvafiq müddəanın kişilərdən daha çox qadınlara təsir etdiyi rəqəmlərlə sübut olunduğu halda ayrı-seçkiliyə yol verilmədiyini sübut etmək dövlətin üzərinə düşürdü. Məhkəmə bu işdə bildirdi ki, “məhkəmə ərizəçinin mübahisə edilməyən rəsmi statistikaya əsaslanaraq faktiki olaraq qadınların kişilərdən daha çox faizinə təsir edən konkret qaydanın mövcudluğuna prima facie işarənin (neytral şəkildə ifadə edilsə belə) olduğunu göstərə bildiyi işlərdə, bütün cinsi ayrı-seçkiliklə əlaqəsi olmayan obyektiv faktorlar nəticəsində olmasını göstərməyin cavabdeh hökumətin üzərinə düşdüyünü hesab edir.”

 Maraqlıdır ki, bu işdə Məhkəmə qərara aldı ki, cavabdeh dövlətin sosial siyasət arqumenti obyektiv və ağlabatandır və işi qəbul olunan hesab etmədi. Carvalho Pinto De Sousa Morais Portuqaliyaya qarşı (Carvalho Pinto De Sousa Morais v. Portugal, No. 17484.15) işi üzrə 25 iyul 2017-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi bir daha vurğuladı ki, Konvensiyanın 14-cü maddəsi ilə əlaqədar işlərdə ərizəçi münasibətdə fərqin olduğunu nümayiş etdirdikdə bu ayrı-seçkiliyin əsaslandırılmış oldiğunu dövlət sübut etməlidir. Bu işdə Avropa Məhkəməsi 14-cü maddənin 8-ci maddə ilə birlikdə pozulduğunu qəbul Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər 54 edərək bildirdi ki, Portuqaliya məhkəmə sistemində gender əsaslı ayrı-seçkilik stereotipləri üstünlük təşkil edir və CEDAW Komitəsinin də ümumi müşahidələrində tövsiyə etdiyi kimi bu problem üzərində işlənilməlidir. Opuz Türkiyəyə qarşı (Opuz v. Turkey, No. 33401/02) işi üzrə Avropa Məhkəməsinin 9 sentyabr 2009-cu il tarixli qərarı qadın hüquqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edən işlərdən biridir. Bu işdə ərizəçi Konvensiyanın 2, 3, 6, 13-cü maddələrinin, eləcə də 2 və 3-cü maddələrlə birlikdə 14-cü maddənin pozulmasından şikayət edir. Ərizəçi və onun anası mütəmadi olaraq ərizəçinin əri və qayınatası tərəfindən məişət zorakılığına məruz qalmış və dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmişlər. İlk iki müraciətdə ərizəçi sonradan şikayətini geri götürdüyünə görə iş üzrə icraata məhkəmə tərəfindən xitam verilmişdi. 

Növbəti dəfə, ərizəçi, anası və əri bir-birinə bıçaqla xəsarət yetirdikdən sonrakı müraciətdə prokuror kifayət qədər sübut olmadığını bildirərək cinayət təqibinə başlamamışdı. Daha sonra ərizəçi əri tərəfindən yeddi bıçaq zərbəsi alaraq yaralandıqda ərizəçinin ərinə qarşı yalnız cərimə cəzası müəyyən edilmişdı. Son olaraq, ərizəçinin əri atəş açaraq ərizəçinin anasını öldürmüş və məhkəmə tərəfindən 15 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə hökm qüvvəyə minənə qədər onun azadlıqda qalmasına qərar vermiş və həmin müddətdə ərizəçi artıq keçmiş əri tərəfindən dəfələrlə təkrar təhdidlərə məruz qalmışdı. Ərizəçi Konvensiyanın 2 və 3-cü maddələri ilə birlikdə 14-cü maddənin pozulmasına dair şikayətində bildirmişdir ki, cavabdeh dövlətin qanunvericiliyi qadınlara qarşı ayrı-seçkilik münasibəti əks etdirir, onları kifayət qədər müdafiə etmir, öz növbəsində, ailənin dağılmaması naminə hətta qadının həyatını təhlükə altında qoyur. Avropa Məhkəməsi bu işdə 2 və 3-cü maddələrlə birlikdə 14-cü maddənin pozulduğunu bildirərərək qeyd etdi: “... dövlətin qadınları məişət zorakılıqdan müdafiə etməməsi onların qanun qarşısında kişilərlə bərabər qaydada müdafiə olunmaq hüququnu pozur və bu pozuntunun bilərəkdən edilib-edilməməsi əhəmiyyət kəsb etmir. 

Türkiyədə məhkəmələrin ümumi və ayrı-seçkilik xarakterli passivliyinin, məqsədli olmasa da, əsasən qadınlara təsir göstərdiyi barədə gəldiyi nəticəni nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin və onun anasının məruz qaldığı zorakılıq gender əsaslı zorakılıq hesab oluna bilər və bu, qadınlara qarşı ayrı-seçkiliyin bir formasıdır. Son illər Türkiyə hökuməti tərəfindən həyata keçirilən islahatlara baxmayaraq, bu işdə müəyyən edildiyi kimi bütövlükdə məhkəmə sisteminin məsələyə reaksiya verməməsi və təcavüzkarların cəzasız qalması məişət zorakılığının qarşısının alınması üçün müvafiq tədbirlər görmək öhdəliyinin lazımi səviyyədə yerinə yetirilmədiyini göstərir.” 55 Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər Avropa Sosial Xartiyası 18 oktyabr 1961-ci il tarixində Avropa Şurasının üzv dövlətlərinə imzalanmaq üçün açılmış və 26 fevral 1965-ci il tarixində qüvvəyə minmişdir. Xartiya yaşayış yeri, səhiyyə, məşğulluq, hüquqi və sosial müdafiə sahəsində hüquqların həyata keçirilməsinin təmin edir. Bütün hüquqlar cins də daxil olmaqla heç bir əsasda ayrı-seçkiliyə yol verilmədən həyata keçirilməlidir. 1996-cı ildə Xartiyaya yenidən baxılmışdır. Yenidən baxılmış Avropa Sosial Xartiyası 1999-cu ilin iyul ayının 1-də qüvvəyə minmişdir. Azərbaycan Respublikası 2 sentyabr 2004-cü il tarixində yenidən baxılmış Avropa Sosial Xartiyasını ratifikasiya etmişdir. Yenidən baxılmış Avropa Sosial Xartiyası təhsil, iş və ailə həyatı sahəsində kişilərin və qadınların bərabərliyini təmin edir, eləcə də bərabər imkanlar və bərabər ödəniş hüququnu təmin etmək üçün pozitiv tədbirlər nəzərdə tutur. Avropa Sosial Hüquqlar Komitəsi dövlətlərin daxili vəziyyətinin Xartiyanın tələblərinə uyğunluğuna məruzəetmə və kollektiv şikayətlər vasitəsi ilə nəzarət edir. 

Avropa Şurasının Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizəyə dair Konvensiyası (İstanbul Konvensiyası) 11 may 2011-ci il tarixində qəbul edilmiş və 1 avqust 2014-cü il tarixində qüvvəyə minmişdir. Azərbaycan Respublikası hələ bu Konvensiyanı imzalamamışdır. İstanbul Konvensiyası qadına qarşı zorakılığın bütün formalarının qarşısının alınması və qadağan olunması sahəsində qəbul edilmiş ən hərtərəfli beynəlxalq müqavilədir. Konvensiyanın əsas hədəfi zorakılığın qarşısının alınması, qurbanların müdafiəsi, zorakılıq törədənlərin məsuliyyətə cəlb olunması və milli səviyyədə inteqrasiya olunmuş siyasətin formalaşmasıdır. İstanbul Konvensiyası iştirakçı dövlətlər tərəfindən Konvensiyanın implementasiyasını qiymətləndirmək və təkmilləşdirmək məqsədi ilə iki monitorinq mexanizmi müəyyən edir: Qadına qarşı zorakılığa və məişət zorakılığına qarşı müstəqil Ekspertlər Qrupu (GREVİO) və Tərəflər Komitəsi. Avropa İttifaqının əsası 1951 və 1957-ci illərdə qəbul olunmuş üç müqavilə ilə qoyulmuşdur: Avropa Kömür və Polad Birliyinin yaradılması haqqında 1951-ci il Paris Müqaviləsi; Atom Enerjisi üzrə Avropa Birliyinin yaradılması haqqında 1957- ci il Roma Müqaviləsi və Avropa İqtisadi Birliyinin təsis olunması haqqında 1957-ci il Roma Müqaviləsi. Avropa İttifaqı ilk əvvəllər sırf iqtisadi məqsədlərlə yaradılmasına baxmayaraq, indi siyasi-iqtisadi quruma çevrilmişdir. 1992-ci il Maastrixt Müqaviləsinin qüvvəyə minməsi əslində Avropa İttifaqının təkcə iqtisadi deyil, həm də siyasi bir qurum olaraq fəaliyyətə başlamasına əsas verdi. 
Hazırda Avropa İttifaqı unikal siyasi-hüquqi keyfiyyətə malik dövlətlər birliyidir. Avropa İttifaqı mürəkkəb regional inteqrasiya qurumu olmaqla beynəlxalq təşki- Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər 56 latların müasir anlayışından kənara çıxır. Avropa İttifaqının hüquqi təbiətinin unikallığı onun dövlətlərüstü xarakter daşımasındadır. Bu isə özünü İttifaq hüququ və ya Avropa İttifaqı hüququ adlanan hüquqi norma və qaydalar kompleksində göstərir. Avropa İttifaqı hüququ üzv-dövlətlərin ərazisində birbaşa qüvvəyə malikdir. 

Həmçinin, Avropa İttifaqı hüququ normaları milli qanunvericilik üzərində üstünlüyə malikdir, bütün vətəndaş və hüquqi şəxslər üçün məcburi xarakter kəsb edir.7 Avropa İttifaqı çərçivəsində insan hüquq və azadlıqları ilə əlaqədar 7 dekabr 2000-ci il tarixində Nitsada qəbul edilən Əsas hüquqlar haqqında Avropa İttifaqı Xartiyasını xüsusi qeyd etmək lazımdır. Xartiyanın 3-cü fəsli “Bərabərlik” haqqındadır və 20-26-cı maddələri əhatə edir. Burada bütün insanların qanun qarşısında bərabərliyi təsdiq olunmuşdur. Xartiyanın kişilərin və qadınların bərabərliyi haqqında 23-cü maddəsi kişilər və qadınlar arasında bərabərliyin məşğulluq, əmək fəaliyyəti, əməyin ödənilməsi də daxil olmaqla həyatın bütün sahələrini əhatə etdiyini vurğulayır. Bu prinsip eyni zamanda Avropa İttifaqının bir sıra direktivlərində və digər sənədlərində də öz əksini tapmışdır.

 Avropa İttifaqı hüququnda birbaşa ayrı-seçkilik Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ ilə eyni şəkildə müəyyənləşdirilir. İrqi bərabərlik haqqında Direktivin 2-ci maddəsinin 2-ci bəndinə əsasən, birbaşa ayrı-seçkilik “bir şəxsin digər şəxsə münasibətdə irq və ya etnik mənsubiyyətə əsaslanan daha az əlverişli münasibətə məruz qaldığı və ya qalacağı təqdirdə” baş vermiş olur. Eyni yanaşma İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktivin 2(2)(a) maddəsində, Gender bərabərliyi haqqında Direktivin (Yenilənmiş) 2(1)(a) maddəsində, eləcə də Mallar və xidmətlərlə əlaqədar gender bərabərliyi haqqında Direktivin 2(a) maddəsində əks olunmuşdur. Avropa İttifaqı hüququnda təsdiq edilir ki, ayrı-seçkilik təkcə oxşar vəziyyətdə olan insanlara qarşı fərqli rəftarın deyil, həm də fərqli vəziyyətdə olan insanlara qarşı eyni rəftarın nəticəsi ola bilər. Sonuncunu dolayı ayrı-seçkilik adlandırırlar, çünki bu halda rəftarın özü deyil, onun nəticələri fərqli olur, belə ki. O, fərqli xüsusiyyətlərə malik insanlar üçün fərqli nəticələrə səbəb olur. İrqi bərabərlik haqqında Direktivin 2-ci maddəsinin 2(B) bəndində deyilir ki, “dolayı ayrı-seçkilik o halda baş verir ki, neytral kimi görünən qayda, meyar və ya praktika müəyyən irqi və ya etnik mənşəli insanları digər şəxslərlə müqayisədə xüsusilə əlverişli vəziyyətə salır.” 
Bu yanaşma həm də İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktivin 2(2)(b) maddəsində, Gender bərabərliyi haqqında Direktivin (Yenilənmiş) 2(1)(b) maddəsində, eləcə də Mallar və xidmətlərlə əlaqədar gender bərabərliyi haqqında Direktivin 2(b) maddəsində əks olunmuşdur. 57 Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dünyada ikinci ən böyük (Birləşmiş Millətlər Təşkilatından sonra) dövlətlərarası beynəlxalq təşkilatdır. İƏT 25 sentyabr 1969-cu ildə yaranmışdır. İƏT çərçivəsində ümumilikdə 1.5 milyard əhalisi olan 57 dövlət birləşib. Təşkilatın sonuncu Nizamnaməsi 2008-ci ildə təsdiq edilmişdir. İƏT Birləşmiş Millətlər Təşkilatında müşahidəçi statusuna malikdir. 

Təşkilatın üç əsas təsisatı var: İslam Sammiti, Xarici İşlər Nazirliyinin Şurası və Baş Katiblik. İslam Əməkdaşlıq Təşkilatında qadın hüquqlarının müdafiəsi məsələlərinə müəyyən diqqət yetirilir. Təşkilat çərçivəsində bu mövzu ilk dəfə 1990-cı ildə İslam Konfrans Təşkilatının (İƏT-nin 2008-ci ilə qədər olan rəsmi adı) Xarici İşlər nazirlərinin 19-cu konfransında qaldırılmışdır. Həmin konfransda İslamda insan hüquqlarına dair Qahirə Bəyannaməsi qəbul edildi. Bəyannamənin 6-cı maddəsində qadınla kişi bərabər hüquqlu şəxslər kimi qeyd edilir və onların mülki və maliyyə sahəsində bərabər hüquqları, eləcə də ad və soyad seçmək hüququ göstərilir. 

Eyni zamanda, ailə münasibətlərində ailənin rifahı və sosial cəhətdən təmin edilməsi ərə (kişiyə) vəzifəsi kimi bəyan edilir. Qahirə Bəyannaməsində gender bərabərliyi prinsipi tam şəkildə əks olunmasa da, bu sənəd təşkilat çərçivəsində qadın hüquqlarının müdafiəsi sahəsində ilk addımlardan biri kimi əhəmiyyətlidir. İƏT çərçivəsində üzv Dövlətlərinin İnkişafında Qadınların rolu mövzusunda nazirlərin artıq 5 konfransı keçirilmişdi. İlk konfrans 20-21 noyabr 2006-cı il tarixində Türkiyədə, ikinci konfrans isə 24-25 noyabr 2008-ci il tarixində Misirdə keçirilmişdir. İkinci konfransda “Qadınların tərəqqisi naminə İƏT-nin Fəaliyyət Planı” qəbul edilmişdir. Sonradan bu sənədin adı Qahirə Fəaliyyət Planı kimi müəyyən edildi. Nazirlər səviyyəsində Üçüncü konfrans 19-21 dekabr 2010-cu il tarixində Tehranda keçirilmişdir. 

Həmin Konfransda “Qadınların tərəqqisi naminə İƏT-nin Fəaliyyət Planının həyata keçirilməsinin mexanizmi” qəbul edilmişdi. Nazirlərin IV konfransı 4-6 dekabr 2012-ci il tarixində Cakartada (İndoneziya) keçirilmişdir. Tehran və Cakarta Bəyannamələrində müsəlman dövlətlərində qadın hüquqlarının müdafiəsi məsələləri qeyd edilmiş və İƏT çərçivəsində gender bərabərliyi prinsipi əsas inkişaf istiqamətlərindən biri kimi təsdiq edilmişdir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıq xüsusilə də, qadın hüquqlarının müdafiəsi məsələlərini də əhatə edir. 20-21 oktyabr 2014-cü ildə Bakıda “İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlərin V Konfransı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirildi. 

Bu Konfransın əsas məqsədi İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsi, cəmiyyətin inkişafında qadınların Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər 58 daha səmərəli fəaliyyəti üçün imkanların yaradılması idi. Beləliklə, XXI əsrin əvvələrində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qadın hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquqi normalarının və mexanizmin yaradılması işi aparılır. Hazırda İƏT çərçivəsində qadın hüquqlarının müdafiəsi sistemi təkmilləşdirilmə prosesindədir. 2010-cu ilin may ayında Duşənbədə İƏT-in Xarici İşlər nazirlərin 37-ci görüşündə təşkilatın Qadınların inkişafı üzrə Əsasnaməsi qəbul edilmişdi. Hal-hazırda İƏT çərçivəsində bu sahədə mexanizm və strukturun yaradılması prosesi davam edir.

Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
22/09/2019 [12:18]:
400-dən çox reys təxirə salınıb
22/09/2019 [11:48]:
Sindzo Abe Nyu-Yorkda Tramp və Ruhani ilə görüşəcək
22/09/2019 [11:20]:
5,9 bal gücündə zəlzələ baş verib
22/09/2019 [11:19]:
Qubaya qar yağıb
22/09/2019 [10:50]:
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
22/09/2019 [10:36]:
Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq
22/09/2019 [10:00]:
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22/09/2019 [09:45]:
Saatlıda yanğın olub
22/09/2019 [09:39]:
Atəşkəs 24 dəfə pozub
21/09/2019 [23:58]:
Alma bağlarının hər hektarına görə fermerlərə subsidiya veriləcək
21/09/2019 [22:45]:
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
21/09/2019 [21:30]:
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
21/09/2019 [20:42]:
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
21/09/2019 [19:21]:
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
21/09/2019 [18:39]:
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
21/09/2019 [17:37]:
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
21/09/2019 [17:20]:
Azərbaycanın hərbi qulluqçusu həlak olub
21/09/2019 [17:14]:
Şamaxıda mağaza yanıb
21/09/2019 [16:44]:
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21/09/2019 [16:35]:
“Tapa” qasırğası Yaponiyanın cənubunda fəsadlar törədir
21/09/2019 [15:54]:
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21/09/2019 [15:37]:
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
21/09/2019 [15:25]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [14:52]:
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
Şamaxıda mağaza yanıb
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
Azərbaycanın hərbi qulluqçusu həlak olub
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin