Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə milli mexanizmlər

28/06/2019 [13:09] - Vətəndaş mədəniyyəti (175)



İnsan Hüquqlarının müdafiəsi üzrə milli mexanizmlər dedikdə ilk növbədə müvafiq dövlət orqanları nəzərdə tutulur. Bununla belə vətəndaş cəmiyyəti qurumları və kütləvi informasiya vasitələri də öz fəaliyyətlərində insan hüquqlarını müdafiə edən milli mexanizmlər rolunda çıxış edə bilirlər. Belə olan halda insan hüquqlarını müdafiə edən milli təsisatlar hökumət və qeyri-hökumət təsisatları ola bilər. 

Dövlətin insan hüquqlarının müdafiəsinə yönələn fəaliyyəti Konstitusiya və qanunvericiliklə tənzimlənən təsisatlar, prosedurlar və metodlardır. Fəaliyyəti tam və ya qismən insan hüquqlarının təmin olunmasına yönələn təsisatların əsas vəzifəsi insanları qanunsuz hərəkətlərdən (hərəkətsizlikdən) müdafiə etməkdir. Hər bir dövlətdə insan hüquqlarının müdafiəsini təmin edən təsisatlar ölkənin insan hüquqları müdafiə mexanizmlərinin tərkib hissəsidir. Bir qayda olaraq İnsan hüquqlarının müdafiəsi üzrə Milli Mexanizmlər iki qrupa bölünür. Bunlar Məhkəmə Mexanizmləri və Məhkəmədən Kənar və ya İnzibati Mexanizmlərdir. Məhkəmə Mexanizmi də özlüyündə Konstitusiya Məhkəməsi mexanizmi və ümumi məhkəmə mexanizmi qismində olur. Hər bir ölkədə insan hüquqlarını müdafiə edən milli mexanizmlər bir-birindən fərqlənə bilər və bunların çeşidi fərqli ola bilər. Bu fərqliliyə ölkənin qanunvericilik sistemi və onun tərəfdar çıxdığı beynəlxalq normala da təsir edə bilər. Məsələn, Prokuror nəzarətinin olması bir sıra ölkələrdə əsas milli mexanizmlərdən olduğu halda digərlərində belə bir mexanizm olmaya bilər. BMT-inin İşgəncələr və Digər Qəddаr, Qеyri-insаni və İnsаn Ləyаqətini Alçаldаn Dаvrаnış və Cəzа Əlеyhinə Kоnvеnsiyаya əlavə olunan Fakultativ Protokolunu ratifikasiya edən ölkələrdə azadlıqdan məhrum etmə yerlərində başçəkmələr həyata keçirilməsi üçün Milli Preventiv Mexanizm təsis olunur. 

Bu Protokolla qoşulmayan dövlətlərdə isə belə mexanizm olmaya bilər. Eyni zamanda insan hüquqlarını müdafiə edən təsisatlar özlüyündə fəaliyyətinə görə fərqli ola bilər. Elə təsisatlar vardır ki, onların bütün fəaliyyətləri insan hüquqlarının təmin olunmasına yönələn fəaliyyətlərdir. Buna misal olaraq İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatını göstərmək olar. Lakin, fəaliyyətinin əsasını insan hüquqlarının müdafiəsi təşkil etməyən dövlət orqanları da vardır ki, bunların fəaliyyətində qismən insan hüquqlarının təmin olunmasına yönələn fəaliyyətlər olur. Buraya Mərkəzi İcra Hakimiyyəti orqanlarını, yerli özünüidarə orqanlarını və s. aid etmək mümkündür. Belə olan halda bu təsisatlar aşağı orqanların insan hüquqlarını pozan hərəkətindən və ya hərəkətsizliyindən verilən şikayətləri araşdıran və həll edən təsisatlar qismində çıxış edirlər. 
Hər hansı bir ölkədə İnsan hüquqlarının müdafiəsinin effektivliyi yalnız müvafiq təsisatların mövcudluğu ilə qiymətləndirilə bilməz. Bunun üçün ilk növbədə hər bir ölkənin insan hüquqlarına dair beynəlxalq aləmdə qəbul olunmış və hamılıqla tanınan standartlarına cavab verə biləcək qanunvericiliyi və bu qanunvericiliyin effektiv tətbiqini təmin edən mexanizmlər olmalıdır. 
Mükəmməl hüquq sistemi ilə yanaşı hər bir ölkədə hüquq və azadlıqların təmin olunması üçün real şərait mövcud olmalıdır. Ölkə daxilində hüquq və azadlıqların pozulması sistematik və total xarakter daşımamalı, baş verən pozuntulara operativ reaksiya verən effektiv mexanizmlər olmalıdır. Belə şəraitin olması üçün təbii ki, hər bir ölkədə güclü vətəndaş cəmiyyəti və azad medianın mövcudluğu vacib şərtdir. İnsan hüquq və azadlıqlarının təmin olunması üçün yuxarıda göstərilən şərtlərlə yanaşı, hər bir ölkədə insan hüquqlarının təşviqi və öyrənilməsi mexanizmləri yaradılmalı,ölkənin hansı yerində yaşamasından asılı olmayaraq hər kəsin bu sahədə məlumat və biliklərə çıxış imkanı olmalıdır.

 Eyni zamanda hüquq və azadlıqların hər kəs üçün hər hansı ayrı-seçkilik qoyulmadan aid olması da mühüm şərtlərdən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi “bərabərlik hüququ” adlanır. Həmin maddədə göstərilir ki, “Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula biməz, güzəştlər və ya imtiyazlar verilə bilməz , yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir”. 
Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə əsas milli mexanizmlər aşağıdakılardır: 
Konstitusiya Məhkəməsi 
Ümumi Məhkəmələr 
İnsan Hüquqları üzrə Müvəkkil,  
Milli Preventiv Mexanizm 
Parlament Komitələri 
İnzibati orqanlar 
İctimai müdafiə mexanizmləri

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Güzəran” Sosial Araşdırmalar İB tərəfindən həyata keçirilən “Vətəndaş mədəniyyətinin təbliği” layihəsi çərçivəsində dərc olunur.

Ruslan Xəlil

Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib
Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir- Qüdrət Həsənquliyev
İlyas Hüseynovun deputatlığa namizədliyi qeydə alındı
Zahir Əzəmət: "DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir"
Xəbər lenti
20/01/2020 [23:59]:
Çexiya Senatının sədri vəfat edib
20/01/2020 [22:26]:
Ərdoğan: "Hazırda Liviyaya yalnız hərbi məsləhətçiləri göndərmişik"
20/01/2020 [21:36]:
"Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib
20/01/2020 [20:50]:
Türkiyə telekanalında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb
20/01/2020 [19:55]:
Biləsuvarda avtomobildən külli miqdarda narkotik aşkarlanıb
20/01/2020 [18:48]:
“Faciənin fotosu” sənədli filminin təqdimatı keçirilib
20/01/2020 [17:35]:
Kirayə mənzillərlə bağlı elektron müraciətlərin tarixi açıqlanıb
20/01/2020 [16:57]:
Fransa səfiri 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
20/01/2020 [16:51]:
"Liviya hərbi komitəsinin yaxın günlərdə Cenevrədə iclası keçiriləcək"
20/01/2020 [15:23]:
Suriyada gedən döyüşlərdə təxminən 100 nəfər öldürülüb
20/01/2020 [14:48]:
Boris Conson: "Rusiyanın təhdidlərinin davam etdiyi müddətdə ikitərəfli münasibətlər normallaşa bilməz"
20/01/2020 [14:30]:
ABŞ səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb
20/01/2020 [14:17]:
Quba sakinindən qanunsuz silah götürülüb
20/01/2020 [13:45]:
Hoteldə su borusu partlayıb - Ölənlər var
20/01/2020 [13:20]:
Beyləqanda yanğın olub
20/01/2020 [13:16]:
ABŞ konqresmenləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı
20/01/2020 [12:40]:
Qvardiola: "İstefaya göndərilməyincə heç yerə getməyəcəyəm"
20/01/2020 [12:17]:
Aeroport fəaliyyətini dayandırdı
20/01/2020 [12:01]:
İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü olub
20/01/2020 [11:50]:
Neftçi Bordinin köməkçisini də yola saldı
20/01/2020 [11:21]:
Almaniya XİN rəhbəri ABŞ-ın İran siyasətini tənqid edib
20/01/2020 [10:48]:
Beyrutda aksiya zamanı 220 nəfər xəsarət alıb
20/01/2020 [10:00]:
Suriyaya İordaniya və Livandan minə yaxın qaçqın qayıdıb
20/01/2020 [09:56]:
İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
20/01/2020 [09:22]:
Mehriban Əliyeva "Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
Tbilisidə Azərbaycandakı Gürcü Dram Teatrının 40 illiyi qeyd olunub
“Səbail” klubu futbolçusu İgor Korotetski ilə yollarını ayırıb
Təbii fəlakət 57 nəfərin həyatına son qoyub
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
Dünyanın ən qədim şəkilli kitabı tapılıb
32 cinayətin üstü “isti izlər”lə açılıb
Saxta spirtli içkilər satan dəstə üzvləri saxlanılıb
Paşinyan mətbuatı qarabağlıların nəzarətindən çıxarmaq istəyir
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası təsdiqlənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin