“SOCAR Ukrayna” manipulyasiya cəhdinə görə hərraclardan uzaqlaşdırıldı

14/08/2019 [15:26] - İqtisadiyyat (120)



Avqustun 13-də Ukrayna Energetika Birjası (UEB) təbii qaz üzrə keçirilmiş GAS-130819-14 saylı hərracları dayandırıb. AFN xəbər verir ki, buna səbəb hərrac sessiyası nəticəsində iştirakçılar tərəfindən qiymət səviyyəsinin məqsədyönlü artırtılması kimi təsnif edilmiş fəaliyyət, əlbir olma və manipulyasiya etmək məqsədi ilə qiymətlərə süni təsir etmək cəhdlərinin aşkarlanmasıdır.

UEB birjada manipulyasiyanı həyata keçirməyə imkan verməyən bir sıra qabaqlayıcı və operativ tədbirlər görür. Belə ki, ötən gün təbii qaz üzrə keçirilmiş hərraclar zamanı Birjanın təhlükəsizlik xidmətinin hərrac administratoru aşkarlayıb ki, hərracın iki iştirakçısı – “SOCAR Ukrayna” ticarət evi MMC və “Mərkəzi qaz təchizatçı şirkəti” MMC lotlardan biri üzrə “Naftoqaz treydinq” qaz tədarük şirkəti MMC-yə satışda qiymətin növbəli artırılması ilə bağlı razılaşdırılmış məqsədyönlü fəaliyyət həyata keçiriblər. Alıcıların bu cür fəaliyyətləri nəticəsində təbii qazın qiyməti başlanğıc qiymətlə müqayisədə 34,8% arta bilərdi, satıcının qalan lotlarını isə reallaşdırmaq mümkün olmazdı. Birja tərəfindən Qaydaların 13.2.1 bəndi əsasında hərraclar dayandırılıb, bu barədə “Birja elektron ticarət sistemi”nə məlumat verilib. 

Şəffaf rəqabətli bazar olan UEB mütəşəkkil ticarətin Avropa qaydalarına və prinsiplərinə ciddi sadiq qalır. Bazarı manipulyasiya etməklə bağlı istənilən cəhdin qarşısı dərhal alınacaq, onun təşkilatçılarına isə müvafiq sanksiyalar tətbiq ediləcək. Aparılmış daxili yoxlama nəticəsində təsdiq edilib ki, alıcıların fəaliyyəti həqiqətən də bazara manipulyasiya etmək və birja hərraclarını etibardan salmaq məqsədi güdən bilərəkdən hərəkətlər xarakteri daşıyıb. Buna görə də Birja Qaydaların 13.2.1. bəndi ilə nəzərdə tutulmiş sanksiyalar, yəni “SOCAR Ukrayna” ticarət evi MMC və “Mərkəzi qaz təchizatçı şirkəti” MMC-nin birja hərraclarına girişdən 60 (altmış) təqvim günü müvəqqəti mərhum edilməsi və Qaydaların 13.2.4. bəndi ilə nəzərdə tutulmuş sanksiyalar, yəni cərimənin hesablanması tətbiq edilib. Qiymətə manipulyasiyanın tətbiq edildiyi lot üzrə hərracların nəticələri ləğv edilib. Bunu SOCAR-ın Kiyevdəki nümayəndəliyinin başçısı Elçin Məmmədov deyib.
SOCAR-ın Kiyevdəki nümayəndəliyinin başçısı Elçin Məmmədov 

UEB-in Birja Komitəsinin sədri Aleksey vəziyyəti şərh edərkən deyib ki, iştirakçıların bazarlarda düzgün oynamamağa cəhd etməsi ilə bağlı tək-tük hallar olmur: “Lakin xatırlamaq lazımdır ki, birja şəffaf mütəşəkkil bazardır və o, vahid qaydalar əsasında fəaliyyət göstərir. Bazar iştirakçıları birjada akkreditasiyadan keçəndə onları yerinə yetirməyi üzərlərinə götürüblər. Kiçik firma, yaxud dünya trendi olması önəm kəsb etmir, qaydalar hamı üçün eynidir. UEB bazar qiymətlərinin mənbəyidir və Ukrayna Nazirlər Kabinetinin 485 saylı qərarına uyğun olaraq, əhali üçün qazın qiymətini müəyyənləşdirəndə UEB-in kotirovkaları nəzərə alınır, buna görə də biz maksimum dərəcədə sərt hərəkət edəcəyik. Üstəlik, belə halları tam aradan qaldırmaq üçün zəmanət ödənişinin səviyyəsinin artırılması üzrə də əlavə məhdudlaşdırıcı tədbirlər görəcəyik. Qoy, bu, sanksiya tətbiq etdiyimiz şirkətlər üçün ilk və sonuncu xəbərdarlıq, qalan iştirakçılar üçün isə dərs olsun”.

UEB bu məlumatla Qaydaların 17.13. bəndinə uyğun olaraq hərrac iştirakçıları tərəfindən öz öhdəliklərinə əməl etməmək faktları haqqında informasiyanı üzə çıxarmaq hüququnu reallaşdırır. 

Türkiyənin təhsil naziri TUDİFAK-da olub
Pamukkale Universitetində Xocalı soyqırımı haqqında danışılıb
Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - araşdırma
30 il müharibə şəraitində yaşayan xalqın həyat eşqi- Əhalinin siyahıya alınması
Neft pulları necə xərclənməlidir? - təhlil
Xəbər lenti
13/10/2019 [23:59]:
Bakıda yanğın olub
13/10/2019 [22:09]:
“Mercedes”in pilotu Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub
13/10/2019 [21:58]:
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılıb
13/10/2019 [20:25]:
Yağış və daşqın İranda körpüləri dağıtdı
13/10/2019 [18:46]:
Bakıda 15 yaşlı qız itkin düşüb
13/10/2019 [17:41]:
İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəlib
13/10/2019 [16:33]:
İnsultdan qorunmaq üçün 7 METOD
13/10/2019 [15:31]:
Türkiyəyə silah ixracını dayandıracaq ölkə sayı 5-ə çatıb
13/10/2019 [14:44]:
Panama gəmisi Tokio körfəzində batıb
13/10/2019 [14:23]:
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
13/10/2019 [13:47]:
Şuşa Teatrı iki premyera ilə tamaşaçıların görüşünə gəlir
13/10/2019 [13:22]:
Azərbaycan futbol üzrə yığması Macarıstan komandası ilə qarşılaşacaq
13/10/2019 [12:35]:
Yaponiyada qasırğa nəticəsində ölənlərin sayi 18 nəfər çatıb
13/10/2019 [12:11]:
"Heç bir ölkə Türkiyə iqtisadiyyatını çökdürməyə qadir deyil"
13/10/2019 [12:07]:
Mehriban Əliyeva Aydın Süleymanlını dünya çempionu olması münasibətilə təbrik edib
13/10/2019 [12:05]:
Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib
13/10/2019 [11:56]:
Müsavat Partiyası qurultay keçirir
13/10/2019 [11:42]:
Kanadada fövqəladə vəziyyət rejimi tətbiq ediləcək
13/10/2019 [11:21]:
Bakıda yanğın olub
13/10/2019 [10:39]:
Xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
13/10/2019 [10:00]:
Çaylarda suyun səviyyəsi dəyişdi
13/10/2019 [09:35]:
Atəşkəs yenə pozuldu - 24 dəfə
12/10/2019 [23:59]:
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
12/10/2019 [22:47]:
NASA Yerin ion təbəqəsini tədqiq edəcək peyki orbitə buraxıb
12/10/2019 [21:14]:
Bakıda Rusiya folklor kollektivlərinin konserti olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Türkiyənin təhlükəsizliyinin qayğısına qalmaq hüququ var”
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
“Əli Əsədovun Baş Nazir təyin edilməsi ölkəmiz və xalqımız üçün uğurlu olacaq”
Ölkədə quş qripi ilə bağlı monitorinqlər keçiriləcək
Qəbələ sakinindən odlu silah götürülüb
Gəncədə mərmi aşkarlanıb
Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb
Bakı Dövlət Sirki mövsümü “Water land” proqramı ilə açacaq
Əfqan məhsulları Ticarət Sərgisi keçiriləcək
Səfir: “Azərbaycana böyük diqqət yetiririk”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin