FHN-dən əhaliyə müraciət: “Qadağan olunmuş yerlərdə çimməyin!”

14/08/2019 [11:41] - Cəmiyyət (30)



Yay aylarında insanların istirahətini təmin etmək üçün çimərliklər ideal istirahət zonası hesab edilir. İsti havalarda sərinlənmək həvəsi insanları daha çox çimərliklərə üz tutmağa vadar edir. Bu zaman çimərlik ərazilərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə də ciddi ehtiyac yaranır.

Son günlər çimərlik ərazilərində ardıcıl olaraq baş verən boğulma halları əhalini, o cümlədən Fövqəladə Hallar Nazirliyinin xilasedicilərini də ciddi narahat edir. Təcrübə göstərir ki, sularda baş verən boğulma hadisələrinin səbəbi vətəndaşların çimərlikdə davranış qaydalarını bilməməsi, eləcə də çimərlikdə fəaliyyət göstərən xilasedicilərin tələblərinə məhəl qoymaması ilə bağlıdır. Bəzən insanlar istirahət və əyləncəyə o qədər aludə olur ki, gözlərinin önündəki təhlükəyə fikir vermirlər.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Gəmilərə Nəzarət və Dövlət Sularda Xilasetmə Xidmətinin baş məsləhətçisi Müvəssil Allahverdiyev APA-ya bildirib ki, sutkanın 24 saatını növbətçilik sistemi ilə fəaliyyət göstərən xidmət çimərliklərdə ciddi nəzarət tədbirləri həyata keçirməklə insanların rahatlığını və təhlükəsizliyini təmin edir. Lakin çimərliyə gələn insanların heç də hamısı yaxşı üzə bilmir və yaxud üzməyi bacarmır. Bu da öz növbəsində arzuolunmaz hadisələrə səbəb olur. Vətəndaşlar bilməlidir ki, dəniz sahili ərazilərdən qeyri-qanuni şəkildə çimərlik kimi istifadə edilməsi qadağandır. Yalnız müşahidə qülləsi, xilasetmə məntəqəsi, peşəkar xilasediciləri və avadanlıqları olan çimərliklərdən istifadə olunmalıdır: “Çimərlik ərazisində uşaqları nəzarətsiz qoymayın! Çimmək üçün ayrılmamış yerlərdə çimmək qadağandır! 13 yaşına çatmamış uşaqlara yalnız valideynlərin və yaxud yaşlı adamların müşayiəti ilə çimərlikdən istifadə hüququ verilir! Çimmə zonasının işarələnmiş sərhədlərindən kənarda çimmək qadağandır! Sahil sahəsini və suyun dibini müxtəlif cisimlərlə (şüşə və konserv bankaları, plastik kütlə və ərzaq tullantıları və s.) zibilləmək qadağandır! Çimərliklərin ərazisinə su nəqliyyat vasitələrinin: qayıqların, kiçik gəmilərin və s. (xilasedici üzgü vasitələri istisna olmaqla) daxil olması qadağandır! Spirtli içkilər gətirib içmək, sərxoş halda çimərlikdə gəzmək və çimmək qadağandır!”

M.Allahverdiyev qeyd edib ki, çimərliyə ev heyvanlarının gətirilməsi, ətraf ərazilərin zibillənməsi, suda kobud hərəkətlərə yol vermək, çimərlik zonasında balıq ovlamaq da qadağalara daxildir: “Fövqəladə Hallar Nazirliyinin nəzarət etdiyi ərazilərdə ilk növbədə işarə qülləsi, maarifləndirici lövhələr və xilasedicilərlə təmin edilib. Bundan başqa, dənizin bir neçə metr içərisində nəzarət işarələri ilə qarşılaşa bilərlər. Vətəndaşlar bu kimi halları gördükdə, bilməlidirlər ki, bu ərazi nəzarətdə olan çimərlikdir və burada təhlükəsiz çimə bilərlər”.

O, həmçinin bildirib ki, qadağan olunmuş su hövzələrində həm mövsümi, həm də daimi fəaliyyət göstərən kafe və restoran sahibləri ixtisaslaşmış xilasedicilərlə təmin olunmaq üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna müraciət etməlidirlər: “Təəssüf ki, nəzarət olunmayan ərazilərdə fəaliyyət göstərən iaşə obyektləri var ki, onlar da öz nəzarət etdikləri ərazilərdə qanunvericiliyin tələbinə uyğun olaraq xilasedicilərlə həmin əraziləri təmin etməlidirlər. Bununla yanaşı, maarifləndirici tablolardan istifadə etməklə FHN ərazidə təhlükəsizliyi necə təmin edirsə, eləcə də onlar müvafiq qaydada öz ərazilərini təmin etməlidirlər. Ancaq bir çox obyekt sahibləri səhlənkarlığa yol verirlər, ərazini xilasedicilər və ya lövhələrlə təmin etmirlər”.

Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Şəki və Lahıcdakı muzeylər Turizm Agentliyinin tabeliyinə verilib
“Neftçi” Avropa Liqasında mübarizəsini dayandırdı
Xəbər lenti
17/08/2019 [23:41]:
AFFA İntizam Komitəsi "Qarabağ"la bağlı məsələyə baxacaq
17/08/2019 [21:58]:
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
17/08/2019 [20:03]:
Azərbaycan və Almaniya energetikləri əməkdaşlığı dərinləşdirəcək
17/08/2019 [18:14]:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib
17/08/2019 [17:08]:
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində iştirak edib
17/08/2019 [16:29]:
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
17/08/2019 [14:41]:
Atambayevin həbs qoyulan əmlakları - siyahı
17/08/2019 [12:38]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - təfsilat
17/08/2019 [11:51]:
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
17/08/2019 [10:29]:
Azərbaycan nefti ucuzlaşıb
17/08/2019 [00:48]:
“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb
16/08/2019 [23:33]:
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16/08/2019 [22:18]:
Dövlət şirkətləri 288,4 milyon manat xarici kredit alıb
16/08/2019 [21:32]:
Məhkəmə Ekspertiza Mərkəzinin şöbə rəisi vəzifəsindən azad edilib
16/08/2019 [20:55]:
Avqusun 17-ə hava proqnozu
16/08/2019 [19:44]:
Sabah Azərbaycanın 3 rayonunda qaz olmayacaq - siyahı
16/08/2019 [18:57]:
Bəzi muzeylər Turizm Agentliyiin idarəetməsinə verildi
16/08/2019 [18:19]:
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
16/08/2019 [18:14]:
Aşıqların yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu - layihə
16/08/2019 [17:23]:
Аzərbaycan əhalisinin sayı açıqlanıb
16/08/2019 [16:39]:
Çexiya şirkəti Azərbaycandakı filialını bağlayıb
16/08/2019 [15:41]:
DYP sürücülərə müraciət edib
16/08/2019 [14:58]:
Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxardı
16/08/2019 [14:29]:
Elçin Quliyev: Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
16/08/2019 [13:36]:
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Gədəbəyin sabiq başçısı 222-ci maddəni satın aldı - araşdırma
Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı - siyahı
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Nazir polkovniki işdən çıxardı
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Vilyayət Eyvazovdan yeni təyinat
"Xalqımız müharibə istəyir" deyən siyasi demaqoqa demək istəyirəm ki... - Qüdrət Həsənquliyev
Bakıda bu ərazilərdəki evlər söküləcək
Pakistan səfiri: Kəşmirdə baş verənlərlə bağlı Azərbaycanın dəstəyini gözləyirik
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin