Peşəkar media ilə normal münasibətlərin qurulması təhsil sektoru üçün prioritet məsələlərdəndir

10/08/2019 [09:08] - Cəmiyyət (240)



Bu istiqamətdə reallaşdırılan layihələrin sayının artması, eyni zamanda, vətəndaş cəmiyyəti ilə təhsil sahəsi arasında əlaqələrin daha da möhkəmlənməsini təmin edir - II yazı
Ötən yazımızda qeyd olunduğu kimi, artıq orta məktəbləri hədəfə alan "reket" jurnalistlərin əməllərinin  qarşısını almaq üçün məqsədyönlü və təsirli tədbirlər görülür. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun qeyd etdiyi kimi, Təhsil Nazirliyində, Bakı Şəhəri üzrə Təhsil İdarəsində medianın suallarını operativ birbaşa cavablandırmaq üçün press@edu.gov.az, pressbaku@edu.gov.az elektron poçtları var: "Bizə müraciət edən və onları maraqlandıran bir məsələ barədə operativ məlumat almaq istəyən peşəkar media təmsilçilərini ora yönləndiririk və ən qısa zamanda onlara cavab verilir. Ancaq başqa məqsədlər güdən, bəzi "media" təmsilçisinə deyəndə ki, sizi maraqlandıran sualı həmin ünvanlara göndər, bu zaman bir çox halda məlum olur ki, onların heç elektron poçtları da yoxdur. Bəzi hallarda isə görürsən ki, ora yazmaqda maraqlı deyil, çünki onu hansısa məsələyə aydınlıq gətirmək maraqlandırmır".

Məktəb, təhsil sahəsi başqa məqsədlər güdən "jurnalist"lərin hansısa formada "marağı"nın təmin olunacağı məkan deyil 

Bəşarət Məmmədovun sözlərinə görə, onların, yəni "reket" jurnalistlərin məqsədləri hamıya, xüsusilə əsl media işçilərinə aydındır. Belə ki, onlar bir çox halda gedib direktorla və məsul şəxslə görüşməklə və müxtəlif metodlarla çirkin məqsədlərinə çatmaq istəyirlər: "Bu tip şəxslər gedib məktəb direktoruna  "bizim adamsan, sizin məktəbdən yazım, sizi tərifləyim" deməklə, təbii ki, özlərinin şəxsi maraqlarını güdürlər. Şükürlər olsun ki, biz də məsələlərdən kifayət qədər xəbərdar olduğumuz üçün onların qanunsuz fəaliyyətinə imkan yaratmırıq. Onlara bildiririk ki, müəllim, məktəb, təhsil sahəsi başqa məqsədlər güdən heç bir şəxsin hansısa formada "marağı"nın təmin olunacağı məkan deyil". 
Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həmin şantaj, hədə və digər vasitələrlə fəaliyyət göstərənlərə, jurnalistikaya ləkə gətirənlərə qarşı mübarizədə tutduğu mövqe təqdirəlayiq olmaqla, öz müsbət nəticəsini verir. Belə ki, Bəşarət Məmmədovun sözlərinə görə, əvvəlki illərə nisbətən son illərdə "reket" KİV-in cəmiyyətin digər sahələri ilə müqayisədə təhsil sahəsinə, məktəblərə qarşı "hücumu" nisbətən azalıb: "Bunun başlıca səbəbini də son illərdə təhsil sahəsində şəffaflığın artmasında görürük. Çünki onların fəaliyyətinin genişlənməsi daha çox şəffaflıq olmayan yerlərdə mümkün olur. Beləliklə, təhsil sahəsində şəffaflıq artdıqca onların fəaliyyəti üçün heç bir münbit şərait qalmır". 

Təhsil sektorunda həyata keçirilən islahatlar ictimaiyyətlə əlaqə işinin daha səmərəli təşkilinə, vahid informasiya mübadiləsinin təmin olunmasına təkan verir 

Əlbəttə ki, mediadan uzaq bu cür şəxslərin məktəblərə "ayaq açması"nın qarşısının alınmasının bir yolu da məhz orta təhsil müəssisələrinin real, qanunları bilən və başqa məqsədlər güdməyən KİV-lə əlaqələrinin genişləndirilməsindən keçir. Öz növbəsində məktəblərin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasındakı şəffaflıq, açıqlıq və media ilə münasibətlərin perspektivi barədə məqamlara toxunan Bəşarət Məmmədov təhsil sektorunda həyata keçirilən islahatların ictimaiyyətlə əlaqə işinin daha səmərəli təşkilinə, vahid informasiya mübadiləsinin təmin olunmasına, informasiya açıqlığının gücləndirilməsinə təkan verdiyini və bu istiqamətdə atılan addımların yaxın gələcəkdə də öz uğurlu nəticəsini verəcəyini dilə gətirib. Sektor müdiri deyib ki, peşəkar media ilə münasibətlərin də bu istiqamətdə qurulması təhsil sektoru üçün prioritet məsələlərdən biridir: "Ümumiyyətlə, təhsil sahəsində əlaqələrə diqqət yetirəndə görürük ki, bu gün Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə bütün ciddi, peşəkar media arasında heç bir problem yoxdur. Əməkdaşlıqda biz də maraqlıyıq və qarşılıqlı səmərəli əməkdaşlığa görə bütün ciddi, peşəkar media qurumlarına, sözügedən media orqanlarında çalışan həmkarlarımıza təşəkkürümüzü bildiririk".

Məktəblərin fəaliyyəti ilə bağlı informasiyaların daha çevik, daha əhatəli şəkildə ictimaiyyətə təqdim olunması üçün addımlar atılır

Məktəblərlə bağlı faktların, təhsil ocaqlarında baş verən hadisələrin olduğu kimi, təhrif edilmədən təqdim olunmasının, bu sahədə şəffaflığın təmin olunmasının vacibliyini vurğulayan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təmsilçisi təmsil etdiyi qurumun məktəb rəhbərləri üçün seminar və treninqlər keçirdiyini, KİV nümayəndələrinin təhsil müəssisələrinə mediaturlarının təşkil edildiyini xatırladaraq, ümumiyyətlə, media ilə işin düzgün qurulmasının və məktəblərin sosial şəbəkələrdə fəaliyyətinin işıqlandırılmasının artıq günün tələbi hesab edildiyini qeyd edib: "Biz ənənəvi, həmçinin ciddi reputasiyaya malik olan media orqanlarını maraqlandıran hər hansı məsələ və sual olarsa, onları cavablandırmağa hazırıq. Digər tərəfdən, 2015-ci ildən başlayaraq, xüsusilə Bakı şəhərində yerləşən məktəblər haqqında məlumatın birbaşa əldə edilməsi üçün hər bir məktəbin saytlarını yaratdıq. Bundan əlavə, 2016 və 2017-ci illərdə biz bütün məktəblərin sosial şəbəkələrdə səhifələrinin yaradılması istiqamətində işə başladıq. Bu işlərin görülməsində əsas məqsədlərdən biri bütün məktəblərin fəaliyyəti ilə bağlı informasiyaların daha çevik, daha əhatəli şəkildə ictimaiyyətə təqdim olunması idi". 
Beləliklə, sektor müdirinin qeyd etdiyi kimi, sonrakı müddətdə orta təhsil müəssisələrinin fəaliyyətinin sosial mediada işıqlandırılması yönündə müşahidələr göstərdi ki, məktəblərin saytları ilə yanaşı, məlumatların əlçatanlığı, geniş və operativ yayılması baxımından sosial medianın əhatə dairəsi daha genişdir. Bu baxımdan məktəb rəhbərlərinə sosial şəbəkələrdə məktəblərin səhifələrini yaratmaq və sosial mediadan daha geniş istifadə etmək barədə tövsiyələr, tapşırıqlar verilib. Eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsi istər məktəb saytları, istər sosial mediadakı səhifələrlə bağlı bir neçə seminarlar, görüşlər, təlimlər təşkil edib. Hazırda da bu sahədə inkişafa nail olmaq üçün həmin məsələlər daim gündəmdədir. 

Məqalə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" layihəsi çərçivəsində hazırlanıb.

Dövlətə məxsus müəssisələrdə şəffaflıq və səmərəliliyin təşviqi
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - sərəncam
Rusiya səfiri: “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir”
Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
Xəbər lenti
01/12/2020 [18:46]:
Hərbçilərimiz Laçını bayraqla bəzədi
01/12/2020 [18:34]:
Fransa mükafatlarını almış Azərbaycanın elm və mədəniyyət xadimləri bəyanat imzalayıblar
01/12/2020 [18:13]:
Dövlətə məxsus müəssisələrdə şəffaflıq və səmərəliliyin təşviqi
01/12/2020 [18:07]:
Qırğızıstan işğaldan azad olunmuş ərazilərə investiya yatıra bilər
01/12/2020 [17:32]:
Azərbaycan qeyri-neft sektorunda ÜDM artıb
01/12/2020 [17:24]:
Azərbaycandakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq
01/12/2020 [16:53]:
Bakıda xüsusi hərəkət zolaqları yaradılır
01/12/2020 [16:11]:
“Kəpəz”in baş məşqçisi 5 oyunluq cəzalandırılıb
01/12/2020 [15:58]:
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - sərəncam
01/12/2020 [15:26]:
Rusiya səfiri: “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir”
01/12/2020 [14:44]:
Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub
01/12/2020 [14:42]:
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
01/12/2020 [14:31]:
Dekabrın 2-ə hava proqnozu
01/12/2020 [13:56]:
Post-müharibə dövrünün prioritetləri – qurculuq və sosial təminatın təşkili
01/12/2020 [13:48]:
Bu il 13 862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib
01/12/2020 [13:22]:
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
01/12/2020 [12:05]:
İlham Əliyev: Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub-yenilənib
01/12/2020 [11:48]:
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 1 il təxirə saldı
01/12/2020 [11:43]:
Türkiyə MN: Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb
01/12/2020 [11:29]:
Türkiyə Səfirliyi Azərbaycanı təbrik etdi
01/12/2020 [10:59]:
Azərbaycan humanitar yardım kimi Gürcüstana 100 ton maye tibbi oksigen göndərib
01/12/2020 [10:03]:
Tramp COVID-19 peyvəndinin lisenziya məsələsini ləngitməməyə çağırdı
01/12/2020 [09:11]:
NATO Qarabağda baş verən son hadisələri müzakirə edəcək
01/12/2020 [01:59]:
Türkiyənin Müdafiə Nazirliyi Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib
01/12/2020 [01:02]:
Nəriman Məmmədov beynəlxalq mükafatla təltif olunub- “Kinematoqrafiya uğurlarına görə”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin