Peşəkar media ilə normal münasibətlərin qurulması təhsil sektoru üçün prioritet məsələlərdəndir

10/08/2019 [09:08] - Cəmiyyət (30)



Bu istiqamətdə reallaşdırılan layihələrin sayının artması, eyni zamanda, vətəndaş cəmiyyəti ilə təhsil sahəsi arasında əlaqələrin daha da möhkəmlənməsini təmin edir - II yazı
Ötən yazımızda qeyd olunduğu kimi, artıq orta məktəbləri hədəfə alan "reket" jurnalistlərin əməllərinin  qarşısını almaq üçün məqsədyönlü və təsirli tədbirlər görülür. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun qeyd etdiyi kimi, Təhsil Nazirliyində, Bakı Şəhəri üzrə Təhsil İdarəsində medianın suallarını operativ birbaşa cavablandırmaq üçün press@edu.gov.az, pressbaku@edu.gov.az elektron poçtları var: "Bizə müraciət edən və onları maraqlandıran bir məsələ barədə operativ məlumat almaq istəyən peşəkar media təmsilçilərini ora yönləndiririk və ən qısa zamanda onlara cavab verilir. Ancaq başqa məqsədlər güdən, bəzi "media" təmsilçisinə deyəndə ki, sizi maraqlandıran sualı həmin ünvanlara göndər, bu zaman bir çox halda məlum olur ki, onların heç elektron poçtları da yoxdur. Bəzi hallarda isə görürsən ki, ora yazmaqda maraqlı deyil, çünki onu hansısa məsələyə aydınlıq gətirmək maraqlandırmır".

Məktəb, təhsil sahəsi başqa məqsədlər güdən "jurnalist"lərin hansısa formada "marağı"nın təmin olunacağı məkan deyil 

Bəşarət Məmmədovun sözlərinə görə, onların, yəni "reket" jurnalistlərin məqsədləri hamıya, xüsusilə əsl media işçilərinə aydındır. Belə ki, onlar bir çox halda gedib direktorla və məsul şəxslə görüşməklə və müxtəlif metodlarla çirkin məqsədlərinə çatmaq istəyirlər: "Bu tip şəxslər gedib məktəb direktoruna  "bizim adamsan, sizin məktəbdən yazım, sizi tərifləyim" deməklə, təbii ki, özlərinin şəxsi maraqlarını güdürlər. Şükürlər olsun ki, biz də məsələlərdən kifayət qədər xəbərdar olduğumuz üçün onların qanunsuz fəaliyyətinə imkan yaratmırıq. Onlara bildiririk ki, müəllim, məktəb, təhsil sahəsi başqa məqsədlər güdən heç bir şəxsin hansısa formada "marağı"nın təmin olunacağı məkan deyil". 
Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həmin şantaj, hədə və digər vasitələrlə fəaliyyət göstərənlərə, jurnalistikaya ləkə gətirənlərə qarşı mübarizədə tutduğu mövqe təqdirəlayiq olmaqla, öz müsbət nəticəsini verir. Belə ki, Bəşarət Məmmədovun sözlərinə görə, əvvəlki illərə nisbətən son illərdə "reket" KİV-in cəmiyyətin digər sahələri ilə müqayisədə təhsil sahəsinə, məktəblərə qarşı "hücumu" nisbətən azalıb: "Bunun başlıca səbəbini də son illərdə təhsil sahəsində şəffaflığın artmasında görürük. Çünki onların fəaliyyətinin genişlənməsi daha çox şəffaflıq olmayan yerlərdə mümkün olur. Beləliklə, təhsil sahəsində şəffaflıq artdıqca onların fəaliyyəti üçün heç bir münbit şərait qalmır". 

Təhsil sektorunda həyata keçirilən islahatlar ictimaiyyətlə əlaqə işinin daha səmərəli təşkilinə, vahid informasiya mübadiləsinin təmin olunmasına təkan verir 

Əlbəttə ki, mediadan uzaq bu cür şəxslərin məktəblərə "ayaq açması"nın qarşısının alınmasının bir yolu da məhz orta təhsil müəssisələrinin real, qanunları bilən və başqa məqsədlər güdməyən KİV-lə əlaqələrinin genişləndirilməsindən keçir. Öz növbəsində məktəblərin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasındakı şəffaflıq, açıqlıq və media ilə münasibətlərin perspektivi barədə məqamlara toxunan Bəşarət Məmmədov təhsil sektorunda həyata keçirilən islahatların ictimaiyyətlə əlaqə işinin daha səmərəli təşkilinə, vahid informasiya mübadiləsinin təmin olunmasına, informasiya açıqlığının gücləndirilməsinə təkan verdiyini və bu istiqamətdə atılan addımların yaxın gələcəkdə də öz uğurlu nəticəsini verəcəyini dilə gətirib. Sektor müdiri deyib ki, peşəkar media ilə münasibətlərin də bu istiqamətdə qurulması təhsil sektoru üçün prioritet məsələlərdən biridir: "Ümumiyyətlə, təhsil sahəsində əlaqələrə diqqət yetirəndə görürük ki, bu gün Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə bütün ciddi, peşəkar media arasında heç bir problem yoxdur. Əməkdaşlıqda biz də maraqlıyıq və qarşılıqlı səmərəli əməkdaşlığa görə bütün ciddi, peşəkar media qurumlarına, sözügedən media orqanlarında çalışan həmkarlarımıza təşəkkürümüzü bildiririk".

Məktəblərin fəaliyyəti ilə bağlı informasiyaların daha çevik, daha əhatəli şəkildə ictimaiyyətə təqdim olunması üçün addımlar atılır

Məktəblərlə bağlı faktların, təhsil ocaqlarında baş verən hadisələrin olduğu kimi, təhrif edilmədən təqdim olunmasının, bu sahədə şəffaflığın təmin olunmasının vacibliyini vurğulayan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təmsilçisi təmsil etdiyi qurumun məktəb rəhbərləri üçün seminar və treninqlər keçirdiyini, KİV nümayəndələrinin təhsil müəssisələrinə mediaturlarının təşkil edildiyini xatırladaraq, ümumiyyətlə, media ilə işin düzgün qurulmasının və məktəblərin sosial şəbəkələrdə fəaliyyətinin işıqlandırılmasının artıq günün tələbi hesab edildiyini qeyd edib: "Biz ənənəvi, həmçinin ciddi reputasiyaya malik olan media orqanlarını maraqlandıran hər hansı məsələ və sual olarsa, onları cavablandırmağa hazırıq. Digər tərəfdən, 2015-ci ildən başlayaraq, xüsusilə Bakı şəhərində yerləşən məktəblər haqqında məlumatın birbaşa əldə edilməsi üçün hər bir məktəbin saytlarını yaratdıq. Bundan əlavə, 2016 və 2017-ci illərdə biz bütün məktəblərin sosial şəbəkələrdə səhifələrinin yaradılması istiqamətində işə başladıq. Bu işlərin görülməsində əsas məqsədlərdən biri bütün məktəblərin fəaliyyəti ilə bağlı informasiyaların daha çevik, daha əhatəli şəkildə ictimaiyyətə təqdim olunması idi". 
Beləliklə, sektor müdirinin qeyd etdiyi kimi, sonrakı müddətdə orta təhsil müəssisələrinin fəaliyyətinin sosial mediada işıqlandırılması yönündə müşahidələr göstərdi ki, məktəblərin saytları ilə yanaşı, məlumatların əlçatanlığı, geniş və operativ yayılması baxımından sosial medianın əhatə dairəsi daha genişdir. Bu baxımdan məktəb rəhbərlərinə sosial şəbəkələrdə məktəblərin səhifələrini yaratmaq və sosial mediadan daha geniş istifadə etmək barədə tövsiyələr, tapşırıqlar verilib. Eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsi istər məktəb saytları, istər sosial mediadakı səhifələrlə bağlı bir neçə seminarlar, görüşlər, təlimlər təşkil edib. Hazırda da bu sahədə inkişafa nail olmaq üçün həmin məsələlər daim gündəmdədir. 

Məqalə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" layihəsi çərçivəsində hazırlanıb.

Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Şəki və Lahıcdakı muzeylər Turizm Agentliyinin tabeliyinə verilib
“Neftçi” Avropa Liqasında mübarizəsini dayandırdı
Xəbər lenti
17/08/2019 [23:41]:
AFFA İntizam Komitəsi "Qarabağ"la bağlı məsələyə baxacaq
17/08/2019 [21:58]:
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
17/08/2019 [20:03]:
Azərbaycan və Almaniya energetikləri əməkdaşlığı dərinləşdirəcək
17/08/2019 [18:14]:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib
17/08/2019 [17:08]:
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində iştirak edib
17/08/2019 [16:29]:
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
17/08/2019 [14:41]:
Atambayevin həbs qoyulan əmlakları - siyahı
17/08/2019 [12:38]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - təfsilat
17/08/2019 [11:51]:
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
17/08/2019 [10:29]:
Azərbaycan nefti ucuzlaşıb
17/08/2019 [00:48]:
“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb
16/08/2019 [23:33]:
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16/08/2019 [22:18]:
Dövlət şirkətləri 288,4 milyon manat xarici kredit alıb
16/08/2019 [21:32]:
Məhkəmə Ekspertiza Mərkəzinin şöbə rəisi vəzifəsindən azad edilib
16/08/2019 [20:55]:
Avqusun 17-ə hava proqnozu
16/08/2019 [19:44]:
Sabah Azərbaycanın 3 rayonunda qaz olmayacaq - siyahı
16/08/2019 [18:57]:
Bəzi muzeylər Turizm Agentliyiin idarəetməsinə verildi
16/08/2019 [18:19]:
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
16/08/2019 [18:14]:
Aşıqların yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu - layihə
16/08/2019 [17:23]:
Аzərbaycan əhalisinin sayı açıqlanıb
16/08/2019 [16:39]:
Çexiya şirkəti Azərbaycandakı filialını bağlayıb
16/08/2019 [15:41]:
DYP sürücülərə müraciət edib
16/08/2019 [14:58]:
Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxardı
16/08/2019 [14:29]:
Elçin Quliyev: Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
16/08/2019 [13:36]:
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Gədəbəyin sabiq başçısı 222-ci maddəni satın aldı - araşdırma
Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı - siyahı
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Nazir polkovniki işdən çıxardı
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Vilyayət Eyvazovdan yeni təyinat
"Xalqımız müharibə istəyir" deyən siyasi demaqoqa demək istəyirəm ki... - Qüdrət Həsənquliyev
Bakıda bu ərazilərdəki evlər söküləcək
Pakistan səfiri: Kəşmirdə baş verənlərlə bağlı Azərbaycanın dəstəyini gözləyirik
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin