İnsan hüquqlarının qorunması – “Böyük Azadlıqlar Xartiyası"ndan günümüzədək

09/06/2019 [00:02] - Vətəndaş mədəniyyəti (123)



Müasir və qloballaşan dünyada ən aktual və əhəmiyyətli məsələlərdən biri insan hüquq və azadlıqlarının təmin olunmasıdır. İnsan hüquqları bütün insanların malik olduğu hüquqlardır. Bu hüquqlar insan anadan olan andan yaranır. Yaşamaq, azadlıq, təhlükəsizlik, mülkiyyət, şəxsiyyətin ləyaqəti, şəxsi və ailə sirrini saxlamaq hüquqları insanın ayrılmaz və toxunulmaz hüquqlarıdır. İnsan hüquqları ideyasının tarixi kökü çox qədimdir. 

Bəşəriyyət yaranandan dünyanın ən ağıllı varlığı olan insan hər zaman öz hüquqları və azadlıqları uğrunda fədakarlıqla mübarizə aparmışdır. Bu mübarizə ən qəddar rejimlərdə də, ən liberal cəmiyyətlərdə də həmişə aktual olmuşdur. İnsan hüquqlarının rüşeymiəri hələ o zamanlar Afinada və Romada meydana gəlməyə başlamış, ilk demokratlardan olmuş afmah Periklin xalqın xeyrinə həyata keçirdiyi islahatlar və ya Qədim Romada plebeylərlə patrisilər arasında gedən mübarizə məhz insan hüquqlarının təmin olunması məqsədini daşıyırdı. Cəmiyyət inkişaf etdikcə insanlar öz hüquqları uğrunda daha mütəşəkkil mübarizə aparmağa başlamışlar. 

1215-ci ildə İngiltərədə dünya tarixində insan hüquqlarına dair ilk sənəd olan "Böyük Azadlıqlar Xartiyası"n  (Maqna Carta), 1689-cu ildə isə "Hüquqlar haqqında Bill"in qəbul olunması ilə bəşəriyyət bu sahədə nailiyyətə imza atmışdır. Lakin insan hüquqları ilk dəfə XVIII əsrdə öz elmi izahını tapmış, bu dövrün böyük mütəfəkkirləri Monteskyö, Russo, Hobbs, Lokk və digərləri insanların ayrılmaz, təbii hüquqlarının olduğunu göstərmişlər. Məsələn, insan haqları ideyasının inkişafına əhəmiyyətli töhfə vermiş görkəmli ingilis filosofu C.Lokk insanların hüquq və azadlıqlarının müdafiəsini dövlətin ən ümdə vəzifəsi olduğunu və insanların da dövləti bu məqsədlə yaratdıqlarını əsaslandırır, hakimiyyət bölgüsünün aparılması prinsipini önə çəkərək hakimiyyət qollarının bir-birinə nəzarət etməsini və bir-birini qeyri-qanuni hərəkətlərdən çəkindirməsini vacib sayırdı. "Azadlıqlar qanunlarla icazə verilən hər bir şeyi etmək hüququndan ibarətdir" fikrini irəli sürən məşhur fransız mütəfəkkiri Ş.L.Monteskyö C.Lokkdan fərqli olaraq insanların hüquq və azadlıqlarının təmin olunması üçün hakimiyyətin qanunvericilik, icra və məhkəmə hakimiyyəti olaraq, üç qola bölünməsi və bir-birindən müstəqil şəkildə fəaliyyət göstərməsinin zəruriliyini vurğulamışdır.

İnsan hüquqları özünün tarixi inkişaf prosesinin kulminasiyasına 1776-cı ildə Amerika Birləşmiş Ştatlarında "İstiqlaliyyət Bəyannaməsi'nin, 1789-cu ildə isə Fransada İnsan və vətəndaş hüquqları Bəyannaməsi'nin qəbul edilməsi ilə çatmışdır. İstiqlaliyyət Bəyannaməsində insan hüquqlarının müdafiəsi dövlətin başlıca vəzifəsi kimi təsbit olunmuşdur. Orada göstərilirdi ki, xalq yalnız o hakimiyyətə tabedir ki, həmin hökumət xalqın azad inkişafını təmin etməyə səy göstərir. Digər Bəyannamənin ən mühüm xüsusiyyəti isə onun universal xarakter daşımasıdır. Yəni o, yalnız fransız xalqının deyil, bütün bəşər övladlarının təbii hüquqlarını bəyan edirdi. Sonrakı dövrlərdə dövlətlərarası münasibətlərin inkişafı beynəlxalq hüququn rolunu artırsa da, hələ də biri digərinə güzəştə getmək istəməyən dövlətlər tez-tez müharibələr edirdilər. Həmin müharibələr nəticəsində kütləvi surətdə günahsız insanlar öldürülür, mülki əhalidən kölə kimi istifadə edilir, hərbi əsirlər işgəncələrə məruz qalırdı. XIX əsrdə Avropa və Amerika ölkələrində artıq köləlik rəsmən qadağan edilmiş, 1899-cu il və 1907-ci il Haaqa konvensiyalarının bağlanması ilə müharibələrin aparılma qaydaları xeyli humanistləşdirilmişdir. XIX əsrin ikinci yarısından Avropada milli, dini və ya irqi müstəsnalığa əsaslanan ideologiyalar yayılmağa başlamışdır. Bunun qarşısını almaq məqsədilə XX əsrin 20-ci illərində Millətlər Liqası çərçivəsində milli, etnik və dini azlıqların hüquqlarını müdafiə etmək vəzifəsini müəyyən edən bir sıra anlaşmalar imzalanmışdır. Lakin bütün bu tədbirlər o zaman artıq geniş yayılmış irqçi, faşist ideologiyasının dövlət siyasətinə çevrilməsinə mane ola bilməmiş və nəticədə İkinci Dünya müharibəsi başlanmışdı. 

Məhz İkinci Dünya müharibəsi zamanı törədilmiş vəhşiliklər mütərəqqi dövlətləri ümumdünya ədalət meyarını müəyyən etməyə sövq etmişdir. Hələ 1945-ci ildə yaradılmış Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müqəddiməsində insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqətinə, kişi və qadının, böyük və kiçik millətlərin hüquq bərabərliyinə inam ifadə olunmuşdu. 1946-cı ildə çıxarılmış Nürnberq tribunalının qərarlarında isə müəyyən edilmişdi ki, insan hüquqları artıq heç bir dövlətin müstəsna daxili məsələsi deyil və heç bir dövlət suverenliyini bəhanə gətirərək vətəndaşları ilə istədiyi kimi rəftar edə bilməz. Lakin bütün bunlar nə qədər vacib olsa da, kifayət etmirdi. İnsan hüquqlarının ümumbəşəri dəyərə çevrilməsi üçün vahid yazılı sənədə çox böyük ehtiyac var idi. İkinci Dünya müharibəsinin törətdiyi dəhşətli nəticələrə cavab olaraq 1948-ci ilin dekabr ayının 10-da BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş Ümumdünya insan hüquqları Bəyannaməsi insan hüquqları sahəsində miqyasına və əhəmiyyətinə görə ilk sənəd hesab olunur. Məhz 1948-ci il Bəyannaməsi insanın beynəlxalq hüququn obyektindən subyektinə çevrilməsinə ilk işarə idi.

 Bəyannamənin məqsəd və məramları, həmçinin "Mülki və Siyasi hüquqlar haqqında" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" paktlarda, Avropa Şurası tərəfindən qəbul olunmuş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada və digər beynəlxalq sənədlərdə özünün gələcək inkişafını tapmışdır. Ümumdünya insan hüquqları Bəyannaməsi qəbul ediləndə Azərbaycan, o zaman müstəqil dövlət olmadığından, ona səs verə bilməmişdi. Yalnız müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası insan hüquqları və demokratiyaya sadiq qalacağını bəyan etmiş, bu yolda Azərbaycan dövləti mürəkkəb dövr keçərək bütün sınaqlardan mətinliklə çıxmış və demokratiyanın dönməzliyini bir daha təsdiq etmişdir. 1995-ci ildə  ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında dövlətimizin ali məqsədlərindən biri kimi məhz insan haqlarının qorunması təsbit edilmiş. Konstitusiyanın maddələrinin üçdə bir hissəsi insan hüquq və azadlıqlarına həsr edilmiş və Bəyannamənin müddəalarını özündə əks etdirmişdir. 2002, 2009 və 2016-cı illərdə referendum yolu 18 iyun - insan hüquqiarı günüdür ilə Əsas Qanuna bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, insan ləyaqətinin qorunması və ona hörmət edilməsinə, hüquqlardan sui-istifadənin yolverilməzliyinə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsinə xidmət etmişdir. Qeyd olunmalıdır ki, insan hüquqlarının təminatı məsələsi hər bir dövlətin ən ümdə vəzifəsi olmaqla onun fəaliyyətinin əsas prioritetini təşkil edir.

Ruslan Xəlil

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə  “Güzəran” Sosial Araşdırmalar İB tərəfindən həyata keçirilən “Vətəndaş mədəniyyətinin təbliği” layihəsi çərçivəsində dərc olunur.
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
05/12/2019 [17:36]:
Dünya Bankı gələn il xam neftin qiymətinin azalacağını proqnozlaşdırır
05/12/2019 [16:55]:
Lavrovun Ermənistanla Azərbaycanı “kiçik addımlarla” yaxınlaşdırma planı
05/12/2019 [16:48]:
Yeni parlament seçkilərinin vaxtı bilindi - Sərəncam
05/12/2019 [16:30]:
"VAR məni qane etmir, amma geriyə yol yoxdur"
05/12/2019 [15:51]:
Rusiya XİN: Münaqişələr oturuşmuş formatlar çərçivəsində nizamlanmalıdır
05/12/2019 [15:25]:
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
05/12/2019 [14:51]:
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib
05/12/2019 [14:18]:
Gürcüstan elektrik enerjisinin idxal proqnozunu azaldıb
05/12/2019 [13:38]:
“Türkiyənin Rusiyadan aldığı S-400-lər heç vaxt NATO sisteminə inteqrasiya edilə bilməz”
05/12/2019 [13:19]:
Füzuli rayonunda top mərmisi aşkarlanıb
05/12/2019 [12:53]:
Türkiyə NATO-nun Baltikyanı ölkələr və Polşa üçün müdafiə planına mane olmayacaq
05/12/2019 [12:49]:
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
05/12/2019 [12:22]:
Rüşvət alan nazir müavini, onun sürücüsü və futbol klubunun rəhbəri həbs olunub
05/12/2019 [11:48]:
Əbülfəs Qarayev Bəhreyn Krallığının nümayəndə heyətini qəbul edib
05/12/2019 [11:19]:
Boris Conson: “Ərdoğan, Makron və Merkellə çox yaxşı danışıqlarımız oldu”
05/12/2019 [10:45]:
Azərbaycana idxal edilən quş əti üçün gömrük rüsumu tətbiq ediləcək
05/12/2019 [10:00]:
Merkel rusiyalı diplomatların qovulmasının səbəbini açıqlayıb
04/12/2019 [23:59]:
“OPEC+ ölkələri sazişin uzadılmasını nəzərdən keçirəcəklər”
04/12/2019 [22:39]:
“Avro 2020”nin biletləri satışda
04/12/2019 [21:40]:
Daha bir kabel şəbəkəsi yayımçısına lisenziya verilib
04/12/2019 [21:39]:
Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub - YENİLƏNİB
04/12/2019 [20:42]:
İrəvanda polislə qarşıdurmada 24 tələbə saxlanılıb
04/12/2019 [20:05]:
Nazirlər Kabineti bəzi idxal və ixrac gömrük rusumlarına dəyişiklik edib - QƏRAR
04/12/2019 [19:47]:
Ərdoğan: “Suriya mövzusunda Zirvə görüşü çox yaxşı keçdi”
04/12/2019 [18:56]:
Hərbi qulluqçumuz vəfat edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Biz bir-birimiz üçün etibarlı, hörmət bəsləyən tərəfdaş olmuşuq və olaraq qalırıq”
Parlament seçkiləri – 2020-Cİ İLİN FEVRALIN AYININ 2-DƏ KEÇİRİLƏCƏK?!
Səbinə Əliyeva yeni Ombudsman seçilib
Əli Həsənov öz xahişi ilə azad edilib?
Səfir: “BƏƏ ordusu dövlət qurmaq və xalqı müdafiə etmək üçün yaradılıb”
“Azəriqaz”da yeni təyinat olub
Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”
Azərbaycanda ilk BMTİP Akselerator Laboratoriyası fəaliyyətə başlayıb
İş və istirahət günlərinin yeri dəyişdirilib
Səfir: “Qazaxıstan və Azərbaycanı çoxəsrlik dostluq əlaqələri birləşdirir”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin