İnsan hüquqlarının qorunması – “Böyük Azadlıqlar Xartiyası"ndan günümüzədək

09/06/2019 [00:02] - Vətəndaş mədəniyyəti (182)



Müasir və qloballaşan dünyada ən aktual və əhəmiyyətli məsələlərdən biri insan hüquq və azadlıqlarının təmin olunmasıdır. İnsan hüquqları bütün insanların malik olduğu hüquqlardır. Bu hüquqlar insan anadan olan andan yaranır. Yaşamaq, azadlıq, təhlükəsizlik, mülkiyyət, şəxsiyyətin ləyaqəti, şəxsi və ailə sirrini saxlamaq hüquqları insanın ayrılmaz və toxunulmaz hüquqlarıdır. İnsan hüquqları ideyasının tarixi kökü çox qədimdir. 

Bəşəriyyət yaranandan dünyanın ən ağıllı varlığı olan insan hər zaman öz hüquqları və azadlıqları uğrunda fədakarlıqla mübarizə aparmışdır. Bu mübarizə ən qəddar rejimlərdə də, ən liberal cəmiyyətlərdə də həmişə aktual olmuşdur. İnsan hüquqlarının rüşeymiəri hələ o zamanlar Afinada və Romada meydana gəlməyə başlamış, ilk demokratlardan olmuş afmah Periklin xalqın xeyrinə həyata keçirdiyi islahatlar və ya Qədim Romada plebeylərlə patrisilər arasında gedən mübarizə məhz insan hüquqlarının təmin olunması məqsədini daşıyırdı. Cəmiyyət inkişaf etdikcə insanlar öz hüquqları uğrunda daha mütəşəkkil mübarizə aparmağa başlamışlar. 

1215-ci ildə İngiltərədə dünya tarixində insan hüquqlarına dair ilk sənəd olan "Böyük Azadlıqlar Xartiyası"n  (Maqna Carta), 1689-cu ildə isə "Hüquqlar haqqında Bill"in qəbul olunması ilə bəşəriyyət bu sahədə nailiyyətə imza atmışdır. Lakin insan hüquqları ilk dəfə XVIII əsrdə öz elmi izahını tapmış, bu dövrün böyük mütəfəkkirləri Monteskyö, Russo, Hobbs, Lokk və digərləri insanların ayrılmaz, təbii hüquqlarının olduğunu göstərmişlər. Məsələn, insan haqları ideyasının inkişafına əhəmiyyətli töhfə vermiş görkəmli ingilis filosofu C.Lokk insanların hüquq və azadlıqlarının müdafiəsini dövlətin ən ümdə vəzifəsi olduğunu və insanların da dövləti bu məqsədlə yaratdıqlarını əsaslandırır, hakimiyyət bölgüsünün aparılması prinsipini önə çəkərək hakimiyyət qollarının bir-birinə nəzarət etməsini və bir-birini qeyri-qanuni hərəkətlərdən çəkindirməsini vacib sayırdı. "Azadlıqlar qanunlarla icazə verilən hər bir şeyi etmək hüququndan ibarətdir" fikrini irəli sürən məşhur fransız mütəfəkkiri Ş.L.Monteskyö C.Lokkdan fərqli olaraq insanların hüquq və azadlıqlarının təmin olunması üçün hakimiyyətin qanunvericilik, icra və məhkəmə hakimiyyəti olaraq, üç qola bölünməsi və bir-birindən müstəqil şəkildə fəaliyyət göstərməsinin zəruriliyini vurğulamışdır.

İnsan hüquqları özünün tarixi inkişaf prosesinin kulminasiyasına 1776-cı ildə Amerika Birləşmiş Ştatlarında "İstiqlaliyyət Bəyannaməsi'nin, 1789-cu ildə isə Fransada İnsan və vətəndaş hüquqları Bəyannaməsi'nin qəbul edilməsi ilə çatmışdır. İstiqlaliyyət Bəyannaməsində insan hüquqlarının müdafiəsi dövlətin başlıca vəzifəsi kimi təsbit olunmuşdur. Orada göstərilirdi ki, xalq yalnız o hakimiyyətə tabedir ki, həmin hökumət xalqın azad inkişafını təmin etməyə səy göstərir. Digər Bəyannamənin ən mühüm xüsusiyyəti isə onun universal xarakter daşımasıdır. Yəni o, yalnız fransız xalqının deyil, bütün bəşər övladlarının təbii hüquqlarını bəyan edirdi. Sonrakı dövrlərdə dövlətlərarası münasibətlərin inkişafı beynəlxalq hüququn rolunu artırsa da, hələ də biri digərinə güzəştə getmək istəməyən dövlətlər tez-tez müharibələr edirdilər. Həmin müharibələr nəticəsində kütləvi surətdə günahsız insanlar öldürülür, mülki əhalidən kölə kimi istifadə edilir, hərbi əsirlər işgəncələrə məruz qalırdı. XIX əsrdə Avropa və Amerika ölkələrində artıq köləlik rəsmən qadağan edilmiş, 1899-cu il və 1907-ci il Haaqa konvensiyalarının bağlanması ilə müharibələrin aparılma qaydaları xeyli humanistləşdirilmişdir. XIX əsrin ikinci yarısından Avropada milli, dini və ya irqi müstəsnalığa əsaslanan ideologiyalar yayılmağa başlamışdır. Bunun qarşısını almaq məqsədilə XX əsrin 20-ci illərində Millətlər Liqası çərçivəsində milli, etnik və dini azlıqların hüquqlarını müdafiə etmək vəzifəsini müəyyən edən bir sıra anlaşmalar imzalanmışdır. Lakin bütün bu tədbirlər o zaman artıq geniş yayılmış irqçi, faşist ideologiyasının dövlət siyasətinə çevrilməsinə mane ola bilməmiş və nəticədə İkinci Dünya müharibəsi başlanmışdı. 

Məhz İkinci Dünya müharibəsi zamanı törədilmiş vəhşiliklər mütərəqqi dövlətləri ümumdünya ədalət meyarını müəyyən etməyə sövq etmişdir. Hələ 1945-ci ildə yaradılmış Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müqəddiməsində insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqətinə, kişi və qadının, böyük və kiçik millətlərin hüquq bərabərliyinə inam ifadə olunmuşdu. 1946-cı ildə çıxarılmış Nürnberq tribunalının qərarlarında isə müəyyən edilmişdi ki, insan hüquqları artıq heç bir dövlətin müstəsna daxili məsələsi deyil və heç bir dövlət suverenliyini bəhanə gətirərək vətəndaşları ilə istədiyi kimi rəftar edə bilməz. Lakin bütün bunlar nə qədər vacib olsa da, kifayət etmirdi. İnsan hüquqlarının ümumbəşəri dəyərə çevrilməsi üçün vahid yazılı sənədə çox böyük ehtiyac var idi. İkinci Dünya müharibəsinin törətdiyi dəhşətli nəticələrə cavab olaraq 1948-ci ilin dekabr ayının 10-da BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş Ümumdünya insan hüquqları Bəyannaməsi insan hüquqları sahəsində miqyasına və əhəmiyyətinə görə ilk sənəd hesab olunur. Məhz 1948-ci il Bəyannaməsi insanın beynəlxalq hüququn obyektindən subyektinə çevrilməsinə ilk işarə idi.

 Bəyannamənin məqsəd və məramları, həmçinin "Mülki və Siyasi hüquqlar haqqında" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" paktlarda, Avropa Şurası tərəfindən qəbul olunmuş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada və digər beynəlxalq sənədlərdə özünün gələcək inkişafını tapmışdır. Ümumdünya insan hüquqları Bəyannaməsi qəbul ediləndə Azərbaycan, o zaman müstəqil dövlət olmadığından, ona səs verə bilməmişdi. Yalnız müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası insan hüquqları və demokratiyaya sadiq qalacağını bəyan etmiş, bu yolda Azərbaycan dövləti mürəkkəb dövr keçərək bütün sınaqlardan mətinliklə çıxmış və demokratiyanın dönməzliyini bir daha təsdiq etmişdir. 1995-ci ildə  ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında dövlətimizin ali məqsədlərindən biri kimi məhz insan haqlarının qorunması təsbit edilmiş. Konstitusiyanın maddələrinin üçdə bir hissəsi insan hüquq və azadlıqlarına həsr edilmiş və Bəyannamənin müddəalarını özündə əks etdirmişdir. 2002, 2009 və 2016-cı illərdə referendum yolu 18 iyun - insan hüquqiarı günüdür ilə Əsas Qanuna bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, insan ləyaqətinin qorunması və ona hörmət edilməsinə, hüquqlardan sui-istifadənin yolverilməzliyinə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsinə xidmət etmişdir. Qeyd olunmalıdır ki, insan hüquqlarının təminatı məsələsi hər bir dövlətin ən ümdə vəzifəsi olmaqla onun fəaliyyətinin əsas prioritetini təşkil edir.

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə  “Güzəran” Sosial Araşdırmalar İB tərəfindən həyata keçirilən “Vətəndaş mədəniyyətinin təbliği” layihəsi çərçivəsində dərc olunur.
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib
Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir- Qüdrət Həsənquliyev
İlyas Hüseynovun deputatlığa namizədliyi qeydə alındı
Zahir Əzəmət: "DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir"
Xəbər lenti
19/01/2020 [20:44]:
İran portalı Bakı haqqında məqalə yayıb
19/01/2020 [19:46]:
Ərdoğan Merkellə Liviyadakı vəziyyəti müzakirə edib
19/01/2020 [18:34]:
Bir həftə ərzində 163 nəfər həlak olub
19/01/2020 [18:07]:
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
19/01/2020 [18:05]:
Seçicilərin elektron kabineti olacaq - Seçki prosesində yenilik
19/01/2020 [18:02]:
Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib
19/01/2020 [17:21]:
Dünyanın ən zəngin insanlarının siyahısına yeni şəxs liderlik edir
19/01/2020 [16:44]:
AFFA-nın İcraiyyə Komitəsinə namizədlərin adları açıqlanıb
19/01/2020 [15:24]:
Parisdə "sarı jiletlər"in aksiyasında 30-dan çox etirazçı saxlanılıb
19/01/2020 [14:49]:
Azərbaycan klubları yoxlama matçları keçiriblər
19/01/2020 [14:43]:
İqbal Ağazadə sakinlərlə görüşüb
19/01/2020 [14:17]:
Çində yeni virusa yoluxanların sayı 1,7 min nəfərdən çox ola bilər
19/01/2020 [14:14]:
Çingiz Qənizadə sosial şəbəkələrdə yayılan videosu haqda danışdı
19/01/2020 [13:51]:
Ərdoğan: “Liviyanı Haftarın hakimiyyətinə buraxmaq tarixi səhv olar”
19/01/2020 [13:17]:
Futzal üzrə dünya çempionatının loqosu təqdim olunub
19/01/2020 [12:42]:
ABŞ PUA-sı Krım üzərində kəşfiyyat aparıb
19/01/2020 [12:15]:
Naməlum xəstəlik 5 nəfəri öldürdü
19/01/2020 [11:52]:
Bakıda evdən 1 kq-dan çox heroin götürülüb
19/01/2020 [11:23]:
Boeing 737 Max təyyarələrin daha bir zəifliyini aşkar etdi
19/01/2020 [10:46]:
Qar uçqunu nəticəsində 7 nəfər itkin düşüb
19/01/2020 [10:00]:
Vidal "Barselona"da qalır
18/01/2020 [23:59]:
Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı açıqlanıb
18/01/2020 [22:33]:
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir
18/01/2020 [21:17]:
Müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edilir
18/01/2020 [20:53]:
Futbol çempionatı hakimə sui-qəsd cəhdinə görə dayandırılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq
Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
Tbilisidə Azərbaycandakı Gürcü Dram Teatrının 40 illiyi qeyd olunub
“Səbail” klubu futbolçusu İgor Korotetski ilə yollarını ayırıb
Təbii fəlakət 57 nəfərin həyatına son qoyub
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
Dünyanın ən qədim şəkilli kitabı tapılıb
32 cinayətin üstü “isti izlər”lə açılıb
Saxta spirtli içkilər satan dəstə üzvləri saxlanılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin