İnsan hüquqları məfhumu

27/05/2019 [23:56] - Vətəndaş mədəniyyəti (32)



İnsan hüququ məfhumu – insan və hüququn (insan və onun mənəviyyatının) birləşmiş məfhumlarından meydana gəlib. Əslində, belə qəbul etmək düzgün olar ki, insan elə özünə aid olan məfhumla birdir, bütövdür. 

Hüquq insanın həqiqi və haqlı hərəkətlərini müəyyən edən bir etalondur. (Etalon-müəyyən halda “normal” sayılan davranış üsuludur və ya daha dəqiq desək, müəyyən halda yol verilən və normal sayılan davranışlar diapazonudur. Etalonları bilmək adamların davranışını qabaqcadan görməyə imkan verir və yaxın tanıdığımız adamlardan lazımi reaksiyaların gözlənilməsinin əsaslarını təşkil edir. Formalaşmış etalonlar ictimai həyatın müntəzəmliyini şərtləndirir).  

İki məfhumun bütövlüyü və vahidliyi insanın bioloji və mənəvi varlıq olaraq məqsədyönlü varlıq kimi əhəmiyyətini meydana gətirib. (Qeyd: məntiqdə məfhum cisim və hadisələrin ən ümumi, mühüm, zəruri xassə və əlamətlərini, cisim və hadisələr arasındakı əlaqə və münasibətləri beynimizdə əks etdirən fikirdir, təfəkkür formasıdır. 

Məfhum gerçəklik müəyyən edəndir. Məfhumların köməkliyi ilə hadisələrin daxili təbiətini, onların məzmununu açmaqla, gerçəklik haqqında yeni biliklərə yiyələnirik. 

Məfhumların yaranmasında məntiqi əməliyyatlar bunlar hesab olunur: 
1) təhlil, 2) tərkib, 3) müqayisi, 4) mücərrədləşmə, 5) ümumiləşdimə). 

Hüquq bir məfhum kimi insanın fərdi və qrup şəklində münasibətlərinin və əlaqələrinin əsaslarını zəruri qaydada təşklil edə bilir. Hüquq bir meyar məfhumu kimi insanların cəmiyyətdə fərdi və ya da qrup şəklində statuslarını və maraqlarının formalarını meydana gətirmiş olur. 

Hüquq insanların mənəvi aləminin maddi aləmlərinə olan bioloji bağlılığında meydana gələn tərkib və bölgü olaraq xüsusi önəmə malik olur. İnsanın müxtəlif yaş dövlərində olan hüquqları onun həm təbii quruluşundan (bioloji, mənəvi-ruhipsixi), həm də istedad və qabiliyyətindən formalaşmış olur. 
Hüquq insanların məhz müxtəlif yaş mərhələlərində olan sosial-psixi vəziyyətlərini müəyyən edən əsas kriteriyalar kimi rol oynayan ictimai-iqtisadi və mədəni normalar kimi böyük rola malikdir. Müxtəlif yaş dövrləri bir tərəfdən insanların hərəkətlərinin diapazonun həm məhdudlaşdırır, həm də genişləndirir. Burada insanın hüquqları inkişafa və tənəzzülə məruz qalır. İnsanlar uşaq dövrlərində və yaşlı vaxtlarda gənclik illərində və orta yaş dövrlərində olan enerjiyə və fizikimaddi imkanlara malik olmadıqlarından məhz daha çox digər insanların qayğısı ilə əhatə olunurlar. Buradan da belə bir məntiqi nəticələr ortaya çıxır ki, insanların imkanları məhdudlaşdıqca onlar daha çox hüququn obyekti olmağa can atırlar. Deməli, hərəkətlərin məhdudlaşması məhdudlaşan tərəf üzərində hüquq qayğısını (hüquqi qayğını-özündə maddimənəvi və sosial qayğını) da artırır. 

Bu baxımdan hüquq həm zəifləyən, həm də güclənən obyektlərə münasibətdə genişlənəndir. İnsan hüquqlarının artmasında onun sahibi olduğu resursların zənginliyi və bolluğu da mühüm əhəmiyyət kəsb edir. Belə ki, resurs zənginliyi insanların hərəkət imkanlarını böyüdür, hərəkət imkanlarının sahələrini artırır, sahələrin çoxluğunu yaradır və nəticədə resurlara sahib olan şəxsin də hüquqlarını sahələr üzrə genişləndirir. İnsanlar daha çox hüquqlara malik olduqlarından hüquq kəmiyyəti adlana biləcək məfhum meydana gəlmiş olur. Hüququn artan kəmiyyəti (mücərrədlik baxımından), yəni ona aid olan məfhumların çoxluğu onun tərkibini genişləndirməklə bərabər, şəxsin hərəkətinin sfreralar üzrə kəmiyyətini də artırır. 89 Hüquq tərkib toplusu kimi vahid olmaqla yanaşı, həm də hissədir. Belə ki, hüquq insanların mənəvi aləminin tərkib ünsürüdür, digər tərkibləri zənginləşdirən bir kriteriyadır. Hüquqların (ixtiyar, səlahiyyət) genişlənməsi və istedadın, qabiliyyətin artması məhz insanların fəaliyyət sahələrinin böyüməsinin əsaslarını təşkil edir və insanların şəxsiyyətlər kimi yetişməsində böyük rol oynayır. Hüququn genişlənməsi insanların münasibətlər və əlaqələr funksiyalarını genişləndirir və insaların imkanları artır, daha çox məlumatlar əldə edirlər. Məlumatların çoxluğu da insan davranışlarının zənginləşməsinin əsaslarını təşkil edir və insanlarda əxlaqın zənginləşməsinə və insanların davranış normalarının daxilən təkmilləşməsinə gətirib çıxarır. 
Şəxsiyyətlər o halda yetişirlər ki, onlar öz istedadlarını qabiliyyətləri və bilikləri (yəni sistemləşmiş məlumatları) ilə üzvi qaydada sintez etdirmiş olurlar. Səmərəli sintez şəxsiyyətlərin yetişməsinin fundamental şərtlərini meydana gətirir. Hüquq insanları müxtəlif sahələr üzrə istiqamətləndirən əsas kriteriyadır. İnsanların bütün sahələrdə hərəkətlərinə məna verən və ona status qazandıran məhz hüquq kriteriyasıdır. İnsanların maraqlarının hərəkətlə ifadəsi və yerinə yetirilməsi məhz hüquq kriteriyası ilə müəyyən olunur. Hüququn funksional əhəmiyyət kəsb edən kriteriya olması vacib amilə çevrilir. 

Bütün sahələrdə olan hüquqlar ayrı-ayrı insanlara ixtiyar verir ki, həmin sahələrdə təmsil oluna bilsinlər. Deməli, hüquq sahələr üzrə imkan yaradan amil və kriteriyadır. Hüquq tərkib etibarilə universallaşdırıcı məfhum olduğundan, tərkibi çox zəngin olduğundan məhz insanların bütün sahələrdə maraqlarının formalaşmasının əsaslarını təşkil edir. Qeyd olunduğu kimi, insan özü bir məfhumdur və hüquq məfhumu bu məfhum içərisində tərkibdir və məhz burada məhdudlaşdırıcıdır. İnsan isə genişləndirici məfhumdur. Hüquq özü isə ayrıca şəkildə idrakın obyekti və predmeti olaraq genişləndirici məfhumdur. Bu məfhumdan  məhdudlaşdırıcılıq meydana gələ bilir. Belə hökmlər və nəticədən çıxış etmək olar. Hüquq insana aiddir. Hüquq məfhumdur. Deməli, insan hüquqları məfhumdur. Onun tərkibi var. Hüquq əxlaqı da özündə birləşdirir. Eyni zamanda ixtiyar və səlahiyyətləri və s. kimi kriteriyaları, komponentləri də özündə cəmləşdirir. Belə bir fikir var ki, hər bir mücərrəd təfəkkür məfhum formasında həyata keçirilir.72 İnsan hüquqları bir məfhum kimi əlamət müəyyənedicidir. İnsanların həyat tərzini, hərəkətlərini, öz aralarında olan münasibətlərini və aralarında olan əlaqələrini müəyyən edəndir. (Qeyd: əlamət müəyyən cisim və hadisələr arasındakı oxşar və yaxud fərqli cəhətlərdir. Obyektiv gerçəklikdəki cisim və hadisələrin öz aralarında həm oxşar, həm də fərqli cəhətləri, tərəfləri vardır, bu oxşar və fərqli cəhətlər cisimlərin əlamətləri adlanır).

 Əlamətlər mühüm və qeyri-mühüm olur. Mühüm əlamətlər zəruri olaraq cismə xas olan, onun daxili təbitəini və mahiyyətini ifadə edən əlamətlərdir. Cisim və hadisələrə aid, yaxud aid olmayan və onun mahiyyətini əks etdirən əlamətlər isə qeyri-mühüm əlamətlər adlanır.
Məntiq elminin izahına əsasən, məfhumlar məntiqi quruluşa malikdir. Hər bir məfhumun predmetindən asılı olmayaraq iki cür xarakteristikası vardır: 1) məzmun; 2) həcm. Məzmun müəyyən məfhumda əks olunan cisim və hadisələrin mühüm və ən ümumi əlamətlərinin məcmusudur. 75 Həcm məfhumda əks olunan cisim və hadisələrin məcmusudur. 
İnsan hüqüqlarının həcminə onun ünsürlər daxildir. İnsan hüquqlarının həcminə insanların hüquqlarını yaradan tərkib komponentləri aid olur. Məsələn, ləyaqət, şərəf, azadlıq (hərəkətlərin və ifadələr bildirməyin azadlığı, azad cəmiyyətdə yaşamaq), sərbəstlik, vicdan, namus, ədalət, bərabərlik və s. kriteriyalar insan hüquqlarının tərkibidir, onun həcmidir. 

(Qeyd: hüquq və azadlıq məfhumları qarşılıqlı şərtləndirici məfhumlardır. Azadlıq hüququ yaradır, hüquq da azadlığın əsaslarını təşkil edir. Hüquq özü azad şəraitdə meydana gələn məfhuma çevrilir. Hüquq onunla bağlı olan bütün məfhumlar üçün səlahiyyət rolunu oynayır. Səlahiyyətli hərəkət, sərbəst hərəkət elə azadlığı yaradır. Bu hərəkətlərin azad şəkildə edilməsi də hüquqlardan və hüquqların azadlığından ortaya çıxır. Azadlıq və hüquq digər məfhumlıar üçün də tamamlayıcı məzmun rolunu oynayır. 

Məsələn, İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasında (4 noyabr 1950-ci ildə Romada qəbul olunmuşdur) yazılır: Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz. (Maddə-5); Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqda öz dinini və ya əqidəsini dəyişmək azadlığı öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.(Maddə-9). Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. (Maddə-10) . 

Ümumiyyətlə isə, hər azadlıq və sərbəstlik, azad hərəkət hüquq ola bilməz. O hərəkətlər və hadisələr hüquq olur ki, orada azad şəraitdə müsbət və faydalı hərəkətlər edilmiş olsun. Bu baxımdan da müsbət nəticələr verən azadlıq hüququn əsasını təşkil edir. Məsələn, cinayətin  azad və sərbəst şəkildə törədilməsi heç də hüquq (müsbət hüquq) ola bilməz. Hamı tərəfindən qəbul edilən deyil. Azadlığın özü də məhdudlaşandır və bu, hüquq vasitəsilə, qəbul edilən hüquq normaları ilə məhdudlaşır. Azadlığı da hərəkətlər və onların edilməsinin əsasları, hərəkətlərin məzmunu məhdudlaşdıra bilir. Məsələn, cinayətlərin törədilməsi cinayəti törədən şəxslərin hüquqlarını məhdudlaşdıra bilir. Bununla yanaşı, digər amillər, məsələn, resurs çatışmazlığı, təbii olaraq ortaya çıxan məhdudlaşdırıcı amillər də azadlığın məhdudlaşdırılmasının əsaslarını təşkil edir. 
Hərəkət mənfiyə çevriləndə hüquqlar azadlığı və hərəkətləri məhdudlaşdırır. Mənfi hərəkətlər o hərəkətlərə deyilə bilər ki, bu hərəkərlər edilərkən əxlaqın sərhədlərindən tamamilə qırağa çıxılsın. Bu anda hərəkət mənfi və cinayət tərkibli olur. Azadlıq təbiidir, insanların daxilinə xasdır. Bu baxımdan da hüquq da təbiidir. Hüquqlar azadlıqları doğurur, azadlıqlar da hüquqların yaranmasını şərtləndirir. Bu bağlayıcılıq həm də bir-birini məhdudlaşdıran vasitələrə çevrilir ). Eyni zamanda insan hüquqlarının həcminə vəzifə, səlahiyyət, ixtiyar, məsuliyyət və öhdəlik kimi amillər də daxil olur. İnsan hüquqlarının bütün tərkibi əsasən müsbətliklərdən ibarət olur. İnsan hüquqları bölücü, birləşdirici, sistemləşdirici, qruplaşdırıcı, sahələrə ayırıcı, uyğunlaşdırcı, oxşarlaşdırıcı və s. kimi funksiyaları özündə əks etdirir. Hüquq qabiliyyətlərə uyğun olaraq vəzifələr bölgüsünü, o da şəxslər arasında subordinasiyanı (tabe olmanı) əmələ gətirir. İnsan hüquqları ümumi məfhumdur. Lakin onun içərisində fərdi məfhumlar da vardır. Məsələn, uşaqların hüquqları, qadınların hüquqları, yaşlı insanların hüquqları; peşə fəaliyyəti üzrə hüquqlar, məsələn, alimlərin hüquqları, müəllimlərin, həkimlərin hüquqları, təyyarəçilərin hüquqları, əsgər və zabitlərin hüquqları, dövlət qulluqçularının hüquqları və s. ayrı-ayrı məfhumlar kimi qəbul olunmalıdır. İnsan hüquqları həm də toplayıcı məfhumdur. 

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə  “Güzəran” Sosial Araşdırmalar İB tərəfindən həyata keçirilən “Vətəndaş mədəniyyətinin təbliği” layihəsi çərçivəsində dərc olunur.

Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Şəki və Lahıcdakı muzeylər Turizm Agentliyinin tabeliyinə verilib
“Neftçi” Avropa Liqasında mübarizəsini dayandırdı
Xəbər lenti
17/08/2019 [23:41]:
AFFA İntizam Komitəsi "Qarabağ"la bağlı məsələyə baxacaq
17/08/2019 [21:58]:
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
17/08/2019 [20:03]:
Azərbaycan və Almaniya energetikləri əməkdaşlığı dərinləşdirəcək
17/08/2019 [18:14]:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib
17/08/2019 [17:08]:
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində iştirak edib
17/08/2019 [16:29]:
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
17/08/2019 [14:41]:
Atambayevin həbs qoyulan əmlakları - siyahı
17/08/2019 [12:38]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - təfsilat
17/08/2019 [11:51]:
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
17/08/2019 [10:29]:
Azərbaycan nefti ucuzlaşıb
17/08/2019 [00:48]:
“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb
16/08/2019 [23:33]:
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16/08/2019 [22:18]:
Dövlət şirkətləri 288,4 milyon manat xarici kredit alıb
16/08/2019 [21:32]:
Məhkəmə Ekspertiza Mərkəzinin şöbə rəisi vəzifəsindən azad edilib
16/08/2019 [20:55]:
Avqusun 17-ə hava proqnozu
16/08/2019 [19:44]:
Sabah Azərbaycanın 3 rayonunda qaz olmayacaq - siyahı
16/08/2019 [18:57]:
Bəzi muzeylər Turizm Agentliyiin idarəetməsinə verildi
16/08/2019 [18:19]:
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
16/08/2019 [18:14]:
Aşıqların yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu - layihə
16/08/2019 [17:23]:
Аzərbaycan əhalisinin sayı açıqlanıb
16/08/2019 [16:39]:
Çexiya şirkəti Azərbaycandakı filialını bağlayıb
16/08/2019 [15:41]:
DYP sürücülərə müraciət edib
16/08/2019 [14:58]:
Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxardı
16/08/2019 [14:29]:
Elçin Quliyev: Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
16/08/2019 [13:36]:
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Gədəbəyin sabiq başçısı 222-ci maddəni satın aldı - araşdırma
Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı - siyahı
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Nazir polkovniki işdən çıxardı
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Vilyayət Eyvazovdan yeni təyinat
"Xalqımız müharibə istəyir" deyən siyasi demaqoqa demək istəyirəm ki... - Qüdrət Həsənquliyev
Bakıda bu ərazilərdəki evlər söküləcək
Pakistan səfiri: Kəşmirdə baş verənlərlə bağlı Azərbaycanın dəstəyini gözləyirik
Əmək pensiyasının minimum məbləği artırıld;
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin