Din və İnsan hüquqları

18/05/2019 [23:50] - Vətəndaş mədəniyyəti (135)



Dini məsələlər ilə insan hüquqlarının bir arada ələ alınaraq səhv nəticələr əldə olunması, adi hala çevrilib. Bu səhvlər insanların zehnində olduğu qədər, dövlətlərarası münasibətlərdə belə müşahidə olunur. Belə ki, insan hüquqları dominant (hakim) meyar halına çevrildiyinə görə, dini dəyərlər tənqidə məruz qalır, çünki iddia olunur ki, dini doqmalar nəinki insan hüquqlarını qorumur, hətta onları pozur. 

Lakin bu iddianı irəli sürənlər dinin hansı münasibətləri tənzimlədiyini və nəyi məqsəd güddüyünü, insan hüquqlarının isə nəyi hədəf güddüyünü tamamilə unudurlar. Din insanın daxili aləmini və saflığını, insan ilə onun Yaradıcısı arasındakı münasibətləri tənzimlədiyi halda, insan hüquqları şəxslərin dövlətə qarşı qorunması məqsədini güdür. Düzdür, dini qaydalar geniş və şümulludur, insan və cəmiyyət həyatının bir çox sahələrini tənzimləyir. İstər xristianlıq, istərsə də islamiyyətdə bu qayda eynidir. Lakin qaydaların formalaşma tarixinə baxsanız görərsiniz ki, bunların hamısı heç də ilahi mənşəli deyildir, böyük bir qismi də dünyəvi və sosiolojik mənşəlidir. Məsələn, katolik kilsəsi, ilk çap vasitələri çıxdıqda bunu şeytan əməli və icadı saymışdı. 

Soruşmaq olar ki, çap maşınlarının şeytanın qlobal fəaliyyəti ilə nə əlaqəsi ola bilər? Belə səbəblərə görə katolik kilsəsi uzun müddət tənqidlərə məruz qaldı, protestantlığın isə tərəqqi dini olduğu irəli sürüldü. Hətta Max Weber belə bir anlayış ortaya atmıştı ki, liberal sistemlərin yerləşməsində şəxsi məsuliyyət, kilsənin dövlətdən ayrılmasını və demokratik ictimai həyatı müdafiə etməklə protestantlıq müstəsna yerə sahibdir. Günümüzdə bu cür ittihamlar da, əsasən, islam dininə qarşı yönəlir, çünki islamiyyət, indiyə qədər reviziyaya ən az məruz qalmış bir dindir. Reviziya dedikdə, burada bir şeyi də nəzərdən qaçırmamaq lazımdır. İslamiyyətdə olan ənənəvi məzhəblər, 7 – 8-ci əsrlərdə formalaşdıqlarına görə, bu məzhəblərdə olan bir çox qayda, dini olmaqdan çox zamanın tələb və dəyərlərini əks etdirirdi. 

Qərb alimləri də etiraf edir ki, Konfutsi məktəbinin və İslamiyyətin qeyri-liberal din sayılması, Katolik məzhəbində olduğu kimi, səhv yanaşmadır. Çünki 18-ci və 19-cu əsrlərdə də Katolik məzhəb mürtəce məzhəb sayılırdı, amma müasir dünyamızda artıq Katolik məzhəbini avtoritar və zalım məzhəb saymaq mümkün deyildir.37 Dinə qarşı irəli sürülən ittihamların əsas səbəbi dinin ruhunun qavranılmamasından və onun qaydalarının bilinməməsindən irəli gəlir. Burada ən çox irəli sürülən iddialara nəzər salaq. Başqa dindən olanlara qarşı dözümsüzlük heç bir dində postulat kimi əsla olmayıb. Amma faktiki olaraq, dindaşların başqa dindən olanlara neqativ münasibət bəsləməsi sosiolojik və psixolojik bir haldır. İnkişaf etməmiş və cahil insanların bir xüsusiyyəti var – onlar müxtəlif əsaslarla başqalarına qarşı üstünlük iddiasında olurlar: bu meyarlar coğrafi mənşə (haralısan), sosial mənşə (kimlərdənsən), danışılan şivə, hətta bitirlən ali təhsil ocağı ola bilər. 
“Din fərqi” də bunlardan birisi kimi qarşımıza çıxa bilər. Halbuki insanların bir-birindən üstün olması, ümumiyyətlə, mübahisəli məsələ olmaqla bərabər, onların cəmiyyətə verdiyi müsbət təsirlərlə ölçülməlidir. İslamiyyətin nəcib peyğəmbəri Hz.Məhəmməddən, Bilali Habəşi soruşur ki, kəsdiyi qurbanın ətindən yəhudi olan qonşusuna versin ya yox? Buna cavab olaraq Rəsulullah da “ver” deyir. 

Bir başqa sözündə, peyğəmbər çox mənalı sözlər deyir: “kafir də olsa, məzlumun haqqına əsla girməyin, onu incitməyin, çünki məzlumun bədduası (imansız olsa belə) Allah qatında məqbuldur”. Bu hədisi-şərifdən bir neçə məna çıxır. Hədisdə məzlumlardan bəhs olunur. Məzlum – imkansız, köməksiz, ehtiyacı olan, ağır həyat şəraitində olan, sıxışdırılmış şəxsdir. Dininə və dilinə, cinsiyyətinə və rənginə baxılmadan, onun sıxışdırılması, haqqı olanın ona verilməməsi, o imkansız insandan nəyinsə zorla alınması qadağan olunur. Buradan bunu anlayırıq ki, qeyri-müsəlmanların da hüquqları universal mahiyyətdədir. Habelə dünyadakı haqq-ədalətin dini mənşəyə aid olmadığı bəlli olur: haqq və ədalət naminə uca Yaradan, ona inanmayan insanın istəyini də qəbul edir (insanların bərabərliyi). Düzdür, müxtəlif  ayət və hədislərdə buna zidd kimi görünən mənalar çıxarıla bilər, lakin belə bir təfsir xətasının səbəbi, məsələyə bir bütün olaraq yanaşılmamasından (bu da öz nöbvəsində cəhalətdən) irəli gəlir. 

Dində siyasi hüquqların yaşanmasına gəldikdə, daha doğrusu, başqa dindən olanların bu hüquqa sahib olub-olmamalarına, bunların dövlət idarəsində olmağını qadağan edən açıq bir dini doqma heç vaxt olmayıb. Bunu bir qayda halına gətirməyə imkan verən hadisə də yoxdur. Məsələn, deyilsə ki, Məhəmməd peyğəmbər Mədinədə cəmiyyəti idarə edəndə ancaq səhabələri ilə məsləhətləşirdi, etiraz etmək olar ki, Məkkədə ikən əmisi Əbu Talib ilə də məsləhətləşirdi, halbuki Əbu Talib bir qeyri-müslimdi. Əslində bu bir praktikadan başqa şey deyildir və dinlə heç bir əlaqəsi yoxdur. İctimai və dövlət işlərinin bir neçə seçkin tərəfindən aparılmasına aristokratiya deyilir və bu idarəetmə sistemi də din tərəfindən qoyulmayıb, zamanın praktika, şərtləri və tələbi ilə yaranmışdı. İslamiyyətə görə qeyri-müsəlmanlara aktiv və passiv seçki hüququ tanına bilərmi? 
Müsəlmanlar üçün vacib olan budur: dövlət dindarların dini həyatına qarışmamalıdır, yəni dinə görə haram sayılan sərxoşluq verici içkiləri mənə zorla içirə bilməz və içmədiyimə görə də negativ hallara (sanksiyaya) məruz qoya bilməz, məsələn, işdən çıxara bilməz. Habelə tərbiyəmdə olan uşağın da içməməsini dövlətdən istəyə bilərəm (buna görə də 18 yaşın altında olanlara içki satışı qadağandır). 

Ümumiyyətlə qeyd olunmalıdır ki, dövlət idarəsi din azadlığını pozmamalıdır, bu dünyəvi dövlət prinsipi olduğu qədər, dinin əsas Dr. Fərhad Mehdiyev 24 qaydalarından da birisidir. Belə olan halda, başqa dindən olanlara seçki hüququnun tanınmasında dinə heç bir zərəri ola bilməz, çünki onlar idarəçi olsalar belə hər halda sizin əqidənizə qarışma hüququ yoxdur. Həqiqətən də azadlıq38, mülkiyyət, şəxsi həyat, fikir və din, söz azadlığı, toplaşma və birləşmə azadlığını əngəlləyən hər hansı dini qayda mövcud deyildir. İşgəncə baxımından islamiyyətin üzü həmişə təmiz olub, işgəncə praktikası orta əsrlərdə krallar və padşahlar tərəfindən tətbiq olunsa da, dində buna əsla icazə verilməyib. 

Bəllidir ki, islamiyyətdə heyvanlara belə əziyyət eləmək günah sayılır. Orta əsr Avropasında isə, işgəncə normal və zəruri praktika idi, Fransız İnqilabının yönəldiyi Bastiliya qalası da məşhur bir işgəncə mərkəzi idi. İnkvizisiya məhkəmələri üçün işgəncə adi “prosessual hərəkət” idi. Kilsələr cinayətkarların (uzun müddət cinayət mühakiməsi bir çox xristian ölkədə kilsə tərəfindən həyata keçirilirdi) hər halda işgəncə olunmasınının tərəfdarı idi: bu dünyada günahını əzabla təmizləyən insan, o biri dünyada daha çətin olan cəhənnəmdən xilas olacaqdı. Lakin biz xristianlıq dinini də işgəncədən uzaq tutmalıyıq və işgəncəni dar üfiqli keşişlərin bir əməli kimi görməliyik, çünki Yeni Əhddə zorakılığı və işgəncəni bəyənən fikrə rast gəlmək mümkün deyildir. 

Məsələ üzərində səmimiyyətimizi qoruyacayıq və indi də hər üç səmavi dində yer alan və müasir insan hüquqları institutu ilə uyğunlaşmayan məqamlara da toxunacayıq. Bunlar ölüm cəzası, qisas və bədəni cəzalardır. Məsələn, zinaya görə daşqalaq olunma sanksiyası həqiqətən çox ağırdır, bu cəza yəhudilikdə, xristianlıqda və islamiyyətdə var. “Gözə göz, dişə diş” prinsipi üçün vəziyyət eynidir. Ancaq onu da qeyd etməliyik ki, uca Yaradan qəsdən adam öldürmə hallarında qisasa imkan tanısa da, cinayətkarın bağışlanmasını daha xoş görür. Oğurluğa görə, islamiyyətdə qol kəsmə cəzası var, bir şərtlə ki, insan ehtiyacı olmadığı halda sırf tamah hissi ilə başqasının əmlakını talasın. Zina feli dinə görə haramdır, amma dünyəvi hüquqda da, zina uzun müddət cəzalandırılan bir əməl idi; cəzalandırılmayan bir davranış kimi isə ancaq 20-ci əsrin ikinci yarısında qəbul edildi. Habelə eyni cinsdən olan insanlar arasında 38 İslamiyyət quldardığı ləğv eləmədi, lakin onu bəyənmədi də. Qulların azad edilməsini çox bəyənilən bir hal saydı. Həqiqətən quldarlıq, islamiyyətin nazil olunduğu 7-ci əsrdə, bütün dünyada ictimai və iqtisadi münasibətlərin zəruri hissəsini təşkil edirdi. Buna görə uca dinimiz quldarlığı zamanla aradan qaldırmağı məqsəd güdürdü. 

Həzrəti Peyğəmbərin də ölməsindən əvvəl son tövsiyələrindən biri buydu: “sizə, xüsusən, qadınları və kölələri tapşırıram, onlara mərhəmətli davranın”. Qadınlar haqqında kölələrlə bərabər bəhs edilməsi, bunların eyni vəziyyətdə olduqlarına görə deyildi, hər iki qrupun çox zəif və həssas qrup olmalarından dolayı idi. 

Fərhad Mehdiyev
“Nəzəriyyə və təcrübədə insan hüquqları” kitabından

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə  “Güzəran” Sosial Araşdırmalar İB tərəfindən həyata keçirilən “Vətəndaş mədəniyyətinin təbliği” layihəsi çərçivəsində dərc olunur.


Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
05/12/2019 [18:43]:
Tbilisidə keçirilən tədbirdə Azərbaycanın milli adət-ənənələrinə dair nümunələr təqdim olunub
05/12/2019 [17:36]:
Dünya Bankı gələn il xam neftin qiymətinin azalacağını proqnozlaşdırır
05/12/2019 [16:55]:
Lavrovun Ermənistanla Azərbaycanı “kiçik addımlarla” yaxınlaşdırma planı
05/12/2019 [16:48]:
Yeni parlament seçkilərinin vaxtı bilindi - Sərəncam
05/12/2019 [16:30]:
"VAR məni qane etmir, amma geriyə yol yoxdur"
05/12/2019 [15:51]:
Rusiya XİN: Münaqişələr oturuşmuş formatlar çərçivəsində nizamlanmalıdır
05/12/2019 [15:25]:
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
05/12/2019 [14:51]:
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib
05/12/2019 [14:18]:
Gürcüstan elektrik enerjisinin idxal proqnozunu azaldıb
05/12/2019 [13:38]:
“Türkiyənin Rusiyadan aldığı S-400-lər heç vaxt NATO sisteminə inteqrasiya edilə bilməz”
05/12/2019 [13:19]:
Füzuli rayonunda top mərmisi aşkarlanıb
05/12/2019 [12:53]:
Türkiyə NATO-nun Baltikyanı ölkələr və Polşa üçün müdafiə planına mane olmayacaq
05/12/2019 [12:49]:
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
05/12/2019 [12:22]:
Rüşvət alan nazir müavini, onun sürücüsü və futbol klubunun rəhbəri həbs olunub
05/12/2019 [11:48]:
Əbülfəs Qarayev Bəhreyn Krallığının nümayəndə heyətini qəbul edib
05/12/2019 [11:19]:
Boris Conson: “Ərdoğan, Makron və Merkellə çox yaxşı danışıqlarımız oldu”
05/12/2019 [10:45]:
Azərbaycana idxal edilən quş əti üçün gömrük rüsumu tətbiq ediləcək
05/12/2019 [10:00]:
Merkel rusiyalı diplomatların qovulmasının səbəbini açıqlayıb
04/12/2019 [23:59]:
“OPEC+ ölkələri sazişin uzadılmasını nəzərdən keçirəcəklər”
04/12/2019 [22:39]:
“Avro 2020”nin biletləri satışda
04/12/2019 [21:40]:
Daha bir kabel şəbəkəsi yayımçısına lisenziya verilib
04/12/2019 [21:39]:
Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub - YENİLƏNİB
04/12/2019 [20:42]:
İrəvanda polislə qarşıdurmada 24 tələbə saxlanılıb
04/12/2019 [20:05]:
Nazirlər Kabineti bəzi idxal və ixrac gömrük rusumlarına dəyişiklik edib - QƏRAR
04/12/2019 [19:47]:
Ərdoğan: “Suriya mövzusunda Zirvə görüşü çox yaxşı keçdi”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Biz bir-birimiz üçün etibarlı, hörmət bəsləyən tərəfdaş olmuşuq və olaraq qalırıq”
Parlament seçkiləri – 2020-Cİ İLİN FEVRALIN AYININ 2-DƏ KEÇİRİLƏCƏK?!
Səbinə Əliyeva yeni Ombudsman seçilib
Əli Həsənov öz xahişi ilə azad edilib?
Səfir: “BƏƏ ordusu dövlət qurmaq və xalqı müdafiə etmək üçün yaradılıb”
“Azəriqaz”da yeni təyinat olub
Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”
Azərbaycanda ilk BMTİP Akselerator Laboratoriyası fəaliyyətə başlayıb
İş və istirahət günlərinin yeri dəyişdirilib
Səfir: “Qazaxıstan və Azərbaycanı çoxəsrlik dostluq əlaqələri birləşdirir”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin