Peşəkar media ilə normal münasibətlərin qurulması təhsil sektoru üçün prioritet məsələlərdəndir

03/08/2019 [20:42] - Cəmiyyət (139)



Bu istiqamətdə reallaşdırılan layihələrin sayının artması, eyni zamanda, vətəndaş cəmiyyəti ilə təhsil sahəsi arasında əlaqələrin daha da möhkəmlənməsini təmin edir - birinci yazı
Xəbər verdiyimiz kimi, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" mövzusunda layihə çərçivəsində seminarlar başa çatıb. 

Bundan öncəki məqalələrdə də qeyd etdiyimiz kimi, bu ilin may ayında start götürən və sentyabrın 1-də icrası başa çatacaq sözügedən layihənin məqsədi orta təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə, orta məktəb rəhbərlərinin və müəllimlərinin KİV haqqında qanunvericiliklə daha yaxından tanış olmasına, KİV-lə iş barədə bilik və bacarıqlarının artırılmasına, KİV-lə əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdən ibarətdir. Beləliklə, "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" layihəsi çərçivəsində respublikamızın müxtəlif bölgələrində orta məktəblərin rəhbər heyəti və aparıcı pedaqoqlarının, həmçinin KİV təmsilçilərinin iştirakı ilə "İnformasiya açıqlığının təmin edilməsi" və "Media ilə iş bacarıqları" mövzularında seminarlar təşkil olundu. Respublikamızın – bölgələrdə və paytaxtda olmaq şərtilə, dörd məktəbində (Şəki şəhərində 5 nömrəli tam orta məktəb, Yevlax şəhərində 2 nömrəli tam orta məktəb, Bakının Suraxanı rayonundakı 279 və Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəblər) keçirilən bu seminarlar zamanı bir sıra təkliflər və maraqlı fikirlər səsləndirildi. 

Sonrakı mərhələdə isə layihəyə uyğun olaraq təhsil və media sahəsində mütəxəssislərin, məktəb direktorlarının və pedaqoji heyətin məsələyə münasibətinə dair yazılar silsiləsinə start verilib. Məlumat üçün bildirək ki, bundan öncəki yazılarda layihəyə cəlb olunmuş ekspertlər, KİV təmsilçiləri, həmçinin pedaqoqların fikirlərinə yer verilib. Həmin silsilədən növbəti yazımızda isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun mövzuya dair münasibətini təqdim edirik. 

Məktəblərin fəaliyyətinin ictimaiyyətə çatdırılması Təhsil Nazirliyi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həmişə diqqətdə saxlanılır

Beləliklə, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" mövzusunda layihə çərçivəsində Bakıda keçirilən iki seminarda şəxsən iştirak etdiyini deyən Bəşarət Məmmədov qeyri-hökumət təşkilatları (QHT), o cümlədən bu sahədə fəaliyyət göstərən jurnalist təşkilatları tərəfindən belə layihələrin həyata keçirilməsini orta təhsil müəssisələrinin fəaliyyətinin ictimaiyyətə təqdim olunması istiqamətində növbəti mühüm addım kimi dəyərləndirib. Qeyd olunub ki, təhsil müəssisələrinin fəaliyyətinin ictimaiyyətə çatdırılması, informasiya açıqlığının gücləndirilməsi məsələsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həmişə diqqətdə saxlanılır. Üstəlik, məktəblərin fəaliyyətini, o cümlədən media ilə əlaqəsini tənzimləyən müvafiq sənədlər var ki, onların hər birində bu məsələlər aydın şəkildə göstərilib.

Təhsil müəssisələrinin, KİV təmsilçilərinin  və QHT-lərin məktəblərdə birgə təbirlər keçirməsi mühüm əhəmiyyət kəsb edir 

Layihə çərçivəsində təşkil edilən seminarların bu məsələdə hansı rol oynamasına gəlincə, sektor müdiri qeyri-hökumət təşkilatlarının bu sahəyə diqqətini vacib və əhəmiyyətli fəaliyyət kimi qiymətləndirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin adından bu qəbildən olan layihələri hər zaman dəstəklədiklərini bildirən Bəşarət Məmmədov "Biz Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" mövzusunda layihə çərçivəsində tədbirlərin keçirildiyi dövrdə də öz dəstəyimizi göstərmişik və fikirlərimizi ifadə etmişik. Hesab edirik ki, bu gün təhsil sahəsində aparılan islahatlar, görülən işlər, həmçinin cəmiyyətin tərkib hissələrindən biri olan məktəblərin fəaliyyəti barədə vətəndaşların, ümumiyyətlə ictimaiyyətin məlumat alması üçün təhsil müəssisələrinin, ictimaiyyətin, media nümayəndələrinin və QHT-lərin əsaslandırılmış layihələrlə məktəblərdə birgə tədbirlər keçirməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin layihəsini, həmin layihə çərçivəsində keçirdiyi seminarları Bakı şəhərində təhsilin idarə edilməsinə cavabdeh qurum olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin adından yüksək qiymətləndiririk", - deyə əlavə edib. Onun sözlərinə görə, bu cür layihələrin sayının artması, davam etdirilməsi vətəndaş cəmiyyəti ilə təhsil sahəsi arasında əlaqələrin daha da möhkəmlənməsini, aparılan təhsil islahatlarının, görülən işlərin, qazanılan uğurların ictimaiyyətə daha geniş spektrdə çatdırılmasını təmin edir.

Bəzi "jurnalistlər"in əməlləri ümumilikdə məktəb-KİV münasibətlərinə mənfi təsir göstərir

Layihə çərçivəsində keçirilən seminarlar zamanı da vurğulandığı kimi, bəzən məktəb haqqında informasiya əldə etmək adı altında əslində təmənna güdən, buna nail olmadıqda isə təhsil ocağını, daha dəqiqi, onun rəhbərliyini şantaj etməyə, onu təxribata cəlb etməyə çalışan, jurnalistikanın adına ləkə olan bəzi "reket" sayt və qəzet təmsilçilərinin bu tip addımları son nəticədə məktəb-KİV münasibətlərinə mənfi təsir göstərir. Öz növbəsində bu məsələyə münasibət bildirən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Bəşarət Məmmədov deyib ki, hələ müstəqilliyin ilk illərindən təkcə təhsil sahəsinin deyil, cəmiyyətin ictimai bəlasına çevrilən "reket"lər, təəssüf ki, təhsil ocaqlarını da vaxtaşırı hədəfə alırlar: "Eyni zamanda, təkcə təhsil sahəsində deyil, bütün sahələrdə media ilə cəmiyyətin münasibətlərinə mənfi təsir göstərən, özünü jurnalist kimi qələmə verərək medianın adından istifadə edənlərə rast gəlmək olur. Onlarla bağlı bizim mövqeyimiz aydındır, qətidir, birmənalıdır. Qeyri-ciddi fəaliyyətinə baxmayaraq, özünü jurnalist kimi təqdim edənlərə peşəkar yanaşma sərgiləmirik. Məsələn, müraciət edirlər ki, biz hansısa məktəbdə olmaq istəyirik, "hansı məqsədlə?", "nəyə görə?", onu açıqlamırlar. Buradan da onların "məqsədi" ortaya çıxır. Məktəbin problemini araşdırmaq istəyən məqsədini deməli, nədən yazmaq istədiyini əsaslandırmalıdır. Amma bunlarda peşəkarlıq o qədər aşağı səviyyədədir ki, məktəbə nəyə görə getmək istədiklərini izah edə bilmirlər". 

Məqalə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" layihəsi çərçivəsində hazırlanıb.
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər
Bələdiyyə sədri hakim qarşısına çıxarılır - Cinayət işi
Deputat oğlunun dələduz şərikini əfvlə azadlığa çıxarmaq istəyir - iddia
Xəbər lenti
12/11/2019 [14:27]:
Ukraynada İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd olunub
12/11/2019 [13:51]:
Bakıda tələbələrin kartından külli miqdarda pul oğurlanıb
12/11/2019 [13:19]:
Yaponiya sahillərində batırılan ABŞ sualtı qayığı 75 ildən sonra tapılıb
12/11/2019 [13:03]:
Xətaiyə yeni icra başçısı təyin edildi
12/11/2019 [12:56]:
Prezident Yasamalın icra başçısını vəzifəsindən azad etdi
12/11/2019 [12:48]:
Sabirabadda xırdabuynuzlu heyvanları oğurlayanlar saxlanılıb
12/11/2019 [12:43]:
Prezident Zərdab rayonunun icra başçısını dəyişdi – SƏRƏNCAM
12/11/2019 [12:32]:
Sirvan şəhərinə yeni icra başçısı təyin edildi – SƏRƏNCAM
12/11/2019 [12:22]:
Elmi təcrübə məqsədilə kosmosa çaxır göndərilib
12/11/2019 [12:00]:
Pivə ilə gedər…
12/11/2019 [11:37]:
Şəhriyar sonuncu oldu
12/11/2019 [11:16]:
Fransada güclü zəlzələ olub
12/11/2019 [10:32]:
Avropa Şurasına sədrlik Gürcüstana keçəcək
12/11/2019 [10:00]:
"Bülbül" siklonu 10 nəfərin həyatına son qoyub
11/11/2019 [23:59]:
"Yuventus" 90 milyon avroya aldığı futbolçu ilə müqaviləni yeniləyir
11/11/2019 [22:43]:
Azərbaycan Ordusunun genişmiqyaslı təlimi keçiriləcək
11/11/2019 [21:26]:
Azərbaycan millisinin oyununu kiprli hakimlər idarə edəcəklər
11/11/2019 [20:31]:
Nazir: "ABŞ Nümayəndələr Palatasının "erməni soyqırımı" ilə bağlı qərarı emosianal xarakter daşıyır"
11/11/2019 [19:15]:
Qonşusunu qətlə yetirən Masallı sakini saxlanılıb
11/11/2019 [18:26]:
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8% artıb
11/11/2019 [17:31]:
Baş naziri: “Rusiya özünü aqressiv aparır”
11/11/2019 [16:23]:
Şəkidə avtomobil aşıb, ölən var
11/11/2019 [15:58]:
Prezident İlham Əliyev və birinci xanım ağacəkmə aksiyasında iştirak ediblər
11/11/2019 [15:33]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
11/11/2019 [14:00]:
26 milyon dollar dəyərində qızıl külçələr oğurlandı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağla bağlı yeni təşkilat - "Kəlbəcər yolu"
Bələdiyyə sədri hakim qarşısına çıxarılır - Cinayət işi
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
Noyabrın 12-də piket keçiriləcək? - BŞİH-dən cavab
Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
Yeməkdən sonra bunları etmək ziyandır
BƏƏ naziri Bakıya gəlir
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Bağdadinin saxlanılan arvadının görüntüsü yayıldı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin