Bakıda qasırğa: ağaclar aşır, evlərin damı uçur, xəsarət alanlar var-yenilənib

05/08/2019 [17:16] - Gündəm (272)



Güclü külək daha iki ünvanda ağacları qaz xəttinin üzərinə aşırıb.

“Azəriqaz” İB-dən virtualaz.org-a verilən məlumata görə, axşam saatlarında Nəsimi rayonu, S.Rüstəm küçəsində küclü külək ağacı orta təzyiqli qaz kəmərinin üzərinə aşırıb. Nəticədə qaz xətti onu saxlayan dirəklərdən qopub. Lakin qaz sızması baş vermədiyindən təchizatda fasilə yaranmayıb. Hazırda ərazi ağac qalıqlarından təmizlənir, bundan sonra dərhal qaz xəttiəvvəlki vəziyyətinə qaytarılacaq.

Daha bir halda isə ağac Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “ATV plyus” kabel televiziyasının sayğacının üzərinə aşaraq onu zədələyib. Sayğac yarasız hala düşüb.

***

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı bütün hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə virtualaz.org-a Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

“Hazırda Bakı şəhəri ərazisində güclü küləyin əsməsi, küləyin müəyyən ağac budaqlarını qıraraq yolun hərəkət hissəsinə atması, eyni zamanda hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratması ilə əlaqədar sürücülərdən xahiş edirik ki, vəziyyəti düzgün təhlil edib mümkün qədər şəxsi avtomobildən istifadə etməsinlər.

Bundan əlavə, avtomobilləri minimum sürətlə idarə etsinlər. Küləyin hər hansı zədələyici əşyanı avtomobilə çırparaq zərər vurmasının qarşısını almaq üçün ağacların altında avtomobillərini saxlanmasınlar”, - V. Əsədov bildirib.

V. Əsədov həmçinin hündür və aşmağa meyilli ağacların ətrafında da avtomobili park etməməyi tövsiyə edir. Piyadalardan və sərnişinlərdən küçə və yollarda hərəkət edərkən son dərəcə diqqətli olmaları, binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçmələri tövsiyə olunur.

***

Bu gün avqustun 5-də Bakının bir sıra ərazilərində, Xırdalan şəhəri, Zirə qəsəbəsi və paytaxtətrafı bəzi başqa yaşayış məntəqələrinin bəlli yerlərində elektrik təchizatında fasilə yaranıb.

Bu barədə Azadlıq Radiosuna şikayətçilər bildirib.

«Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin (ASC) Məlumat Mərkəzindən isə məsələ ilə bağlı bildiriblər ki, Bakının və Abşeronun bəzi yerlərində elektrikin kəsilməsi əsən güclü küləyin fəsadlarıdır. Mərkəzdən vurğulanıb ki, güclü küləyə görə, bəzi yerlərdə elektrik xətləri bir-birinin üstünə düşüb və qısa qapanma yaranıb, bunun nəticəsində işıqlar sönüb.

Mərkəzdən əlavə ediblər ki, hal-hazırda həmin ərazilərdə elektrikin verilməsi istiqamətində işlər gedir: «Briqadalar işləyir və gün ərzində elektrik təchizatı bərpa ediləcək».

***

Saat 15:00-a olan məlumata görə, güclü külək Səbail rayonunda, Filarmoniyanın yaxınlığında ağacı qıraraq 20 yaşlı qadının üstünə aşırıb.

Nəticədə qadın ağır yaralanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-un sorğusuna cavab olaraq bildiriblər ki, hadisə yerinə təcili tibbi yardım çağrılıb və qadın Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti orta ağırdır.

***

Bu gün səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında qasırğa xarakterli güclü külək əsir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə küləyin sürəti günün birinci yarısında saniyədə 26-28 metr təşkil edib. Günün ikinci yarısına doğru küləyin sürətinin daha da artdığı müşahidə olunmaqdadır. Güclü külək artıq bir sıra ciddi fəsadlara yol açıb, Bakıda və Sumqayıtda ağacların aşmasına dair çoxsaylı faktlar qeydə alınıb, evlərin damının uçması halları baş verib, xəsarət alanlar barədə də məlumatlar daxil olmaqdadır.

Qeyd edək ki, sinoptiklər bu qeyri-sabit havanı əvvəlcədən proqnozlaşdırmışdılar və üç gün əvvəl müvafiq xəbərdarlıq edilmişdi. Avqust ayı üçün xarakterik olmayan bu cür qeyri-sabit hava şəraitinin ölkəyə şimaldan Arktik hava kütlələrinin daxil olması ilə əlaqəlidir.

Qeyri-sabit hava şəraiti ölkənin şimal və qərb rayonlarında da müşahidə olunur. Həmin rayonlarda leysan xarakterli intensiv yağışların yağır, şimşək çaxır, dolu düşəcəyi ehtimalı var.

Artıq qeyri-sabit hava səbəbindən Bakı-Quba və Bakı-Salyan yolunda avtomobillərin hərəkətində çətinlik yaranıb. Bakı-Quba yolunda nəqliyyat vasitələrinin toz qasırğasına düşmələri və çətinliklə hərəkət etməsi ilə bağlı  sosial şəbəkələrdə video kadrlar yayılıb. 

Paytaxtın Yasamal rayonunda, Azərbaycan Milli Elmlər Akademiyasının həyətində külək ağacı bankomatın üzərinə aşırıb. Hadisə nəticəsində yaxınlıqdan keçənlər xəsarət almayıb. Nərimanov rayonunda, Atatürk prospektində ağac yolun ortasına aşıb və nəqliyyatın hərəkəti üçün maneə yaradıb. “Malakan bağı”nda isə iri gövdəli ağac avtomobilin üzərinə aşıb. Binəqədi rayonu 7-ci mikrorayonda 5 mərtəbəli yaşayış binasının qarşısında da ağac avtomobilin üzərinə aşıb.

Digər hadisə isə Yasamal rayonunun Hüseyn Cavid prospektində qeydə alınıb. Güclü küləyin təsirindən prospektdəki yaşayış binalarından birinin damı uçub.

Habelə güclü külək nəticəsində Abşeron rayonunun Müşfiqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qaz sızması müşahidə olunmadığından abunəçilərin "mavi yanacaq"la təchizatında fasilə yaranmayıb. Ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsindən virtualaz.org-a verilən məlumata görə, artıq səhər saatlarından idarəyə ağac aşması ilə bağlı 48 müraciət daxil olub: “Bu gün səhər saat 8-dən indiyə qədər idarəyə əhali tərəfindən ağac aşması ilə bağlı 48 müraciət daxil olub. Ən çox fəsadlar Nərimanov, Səbail, Nəsimi və Nizami rayonlarında qeydə alınıb. Zəngi qəbul edən kimi dərhal briqadalarımız həmin ərazilərə yollanıblar. Çalışırıq ki, güclü küləyin fəsadlarını günün sonunadək aradan qaldıraq”, - Bitkilərin Mühafizəsi şöbəsindən bildirilib.

Güclü külək Sumqayıtda da fəsadlar törədib. Şəhərin  3-cü mikrorayon ərazisində yerləşən 12 mərtəbəli binanın fasadının bəzi hissələrini və dam örtüyünü külək uçurub.

Sumqayıt şəhəri, 12-ci mikrorayonda 10 yaşlı qızın başına ağac budaqları sınıb tökülüb. Səhiyyə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, Sumqayıt şəhər xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır.

Şiddətli külək səbəbindən dənizdə çalışan neftçilər təxliyə edilib. SOCAR-dan verilən məlumata görə sürəti 30-35 metr/saniyə  külək gözlənildiyi üçün dənizdə bütün işlər dayandırılıb, 700-ə yaxın işçi quruya təxliyə olunub.

Bakı Nəqliyyat Agentliyi hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı ictimai nəqliyyatdan istifadə edən şəxslərə müraciət edib. Agentlik avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırıb.

“Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər. Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər”,-BNA bildirir.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür. Bu çərçivədə Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün hərəkət zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məlumat lövhələrinə güclü küləklə bağlı xəbərdaredici məlumat yazılıb.

Ölkənin şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) başlanan güclü küləklə bağlı  baş verə biləcək kəsinti və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC də önləyici tədbirlər görməyə başlayıb.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, güclü külək sonradan fırtına ilə müşayiət olunacaq. Həmçinin Azərbaycanda maqnit qasırğasının baş verəcəyi gözlənilir.

2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Bu, Prezidentin həm xarici güclərə, həm daxildəki mafiozlara mesajı idi - Qüdrət Həsənquliyev
“NATO PA-da bizə ciddi dəstək ifadə olunmur” - Qüdrət Həsənquliyev
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
Xəbər lenti
21/10/2019 [21:18]:
Səfirlik: "Azərbaycan hökumətini sözügedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq"
21/10/2019 [21:10]:
Müstəqillik Günü Jitomir şəhərində qeyd olunub
21/10/2019 [20:52]:
Bankın keçmiş rəhbəri yeni böhran haqqında xəbərdarlıq edib
21/10/2019 [19:22]:
Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək
21/10/2019 [18:40]:
Ölkəyə 15 kq narkotik keçirilməsinin qarşısı alınıb
21/10/2019 [17:50]:
Efiopiya 700 mindən artıq qaçqına sığınacaq verib
21/10/2019 [17:46]:
Təbii qaz ucuzlaşıb
21/10/2019 [17:35]:
“Şanxayda Kolumbiya” Biznes Forumu keçiriləcək
21/10/2019 [17:33]:
Suriya müharibəsinin qalibi hansı ölkədir?
21/10/2019 [17:08]:
Səfir: “Türkiyəyə qucaq açan həmin insanlar üçün 40 milyard dollar vəsait xərclənib”
21/10/2019 [16:50]:
Pantomima Teatrı noyabr repertuarını açıqlayıb
21/10/2019 [16:43]:
Prezident İlham Əliyev Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi üçün verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
21/10/2019 [16:38]:
Prezident İlham Əliyev Əli Həsənovu vəzifədən azad edilməsi üçün verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
21/10/2019 [16:37]:
Zidan üçün son şans
21/10/2019 [16:34]:
Hacıbala Abutalıbov Baş Nazirin müavini vəzifəsindən azad edilib
21/10/2019 [16:32]:
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib
21/10/2019 [16:12]:
Azərbaycan nefti bahalaşıb
21/10/2019 [16:08]:
“Əli Kərimli başını avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub”
21/10/2019 [15:50]:
Bakıda Elektron Ticarət Forumu keçirilir
21/10/2019 [15:45]:
Zakir Həsənov Çində bir sıra görüşlər keçirib
21/10/2019 [15:28]:
2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
21/10/2019 [15:22]:
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir
21/10/2019 [14:48]:
Bakıda yanğın olub
21/10/2019 [14:15]:
Sabunçuda yaşayış binaları sökülür
21/10/2019 [14:00]:
Kanadada 43-cü parlament seçkisi keçirilir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda yeni agentlik niyə yaradılıb? - təhlil
“Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır”
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Xorvatiyanın tanınmış musiqi qrupu Bakıda konsert verib
Səfir: “Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 70 milyon dollardan çox qarşılıqsız kömək edib”
Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil
Elmar Məmmədyarov Qətərin yeni Səfiri ilə görüşüb
40-a yaxın rəssamın Qandiyə həsr olunan əsərləri sərgilənib
Etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub
Ukraynadakı səfirimiz gülüş hədəfi oldu - VİDEO
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin