DİN: Polis zorakılığı ilə bağlı videogörüntü ictimai rəyi aldatmaq cəhdidir

05/08/2019 [03:23] - Gündəm (240)



“Sumqayıtda təqribən dörd il öncə baş vermiş qətlin polis əməkdaşları tərəfindən guya zorla bir nəfərin boynuna qoyulması, buna görə ona işgəncə verilməsi barədə sosial şəbəkələrdə yayılmış videogörüntü, həmin kadrlarda bu sahədə “ixtisaslaşmış” bloqgerin və döyüldüyünü söyləyən şəxsin iddiaları növbəti dəfə ictimai rəyi aldatmağa yönəlmiş uğursuz cəhddir”.

Bunu APA-ya Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə deyib.

Onun sözlərinə görə, hadisə bu gün baş veribmiş kimi yayımlanıb: “Cəmiyyətin belə neqativ hallara həssaslığını bilərək süni yolla gündəm yaratmağa xidmət edən belə feyk görüntülərlə indi ictimaiyyəti çaşdırmaq, polisin işgüzar nüfuzuna və imicinə xələl gətirmək fikri olduqca primitiv bir taktikadır.
Əslində videoda xüsusi canfəşanlıqla və məqsədyönlü şəkildə “istismar” olunan qəsdən adam öldürmə hadisəsi 2016-cı il martın 22-dən 23-ə keçən gecə şəhərin 13-cü mikrorayonunda baş verib. Hadisə ilə əlaqədar Şəhər Polis İdarəsinin və Prokurorluğunun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu dərhal hadisə yerinə çıxıb, təxirəsalınmaz tədbirlər həyata keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib. Faktla bağlı şəhər Prokurorluğunda CM-in 120.2.2-ci maddəsilə cinayət işi qaldırılıb”.

O. Mansurzadə deyib ki, qətl baş verən ərəfədə hadisə yerinə yaxın ərazidə görünmüş bir sıra şəxslər, o cümlədən sonradan özünü xəstəxana çarpayısına yıxmış, polis əməkdaşlarının guya “işgəncə metod”larından ağızdolusu danışan, məlum videonun təzə, köhnə və əsas “qəhrəmanı” olan şəhər sakini, elə həmin məkanda yaşayan Rəşad Abbasov şübhəli şəxs qismində Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilib.

“O, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə sorğu-sual edildikdən sonra, həmin ağlır cinayətdə iştirakı müəyyən edilmədiyinə görə sərbəst buraxılıb və bu proses 2-3 saat ərzində yekunlaşıb. Daha sonra peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətdiyinə, yəni N. Məmmədovu qətlə yetirdiyinə görə B.Atamalıyev adlı şəxs tutularaq istintaqa cəlb olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi həmin qətldə və digər cinayətlərdə təqsirli bilərək 2016-cı il noyabrın 10-da B.Atamalıyevi 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Ancaq R. Abbasov o vaxt kimlərinsə sifarişini yerinə yetirərək qanuni əsaslarla aparıldığı, zəruri hüquqi prosedurlar başa çatdıqdan sonra sərbəst buraxıldığı bölmədə guya işgəncəyə qaldığını iddia edir, o zaman ən müxtəlif instansiyalara bununla bağlı müraciətlər də göndərib. Həmin müraciətlər əsasında DİN-in aidiyyəti xidməti və şəhər Prokurorluğu tərəfindən dəfələrlə araşdırmalar aparılsa da, şikayətçinin qeyd etdiyi hallar öz təsdiqini tapmayıb.

Hazırda onun fiziki təsirə məruz qalması barədə iddialara məhkəmə qaydasında baxılır. İndi okeanın o tayında olan bloqger tərəfindən təqribən dörd il əvvəl çəkilmiş videogörüntülərin yenidən yayımlanması “polis zorakılığı”na dair ya mövzu qıtlığından, ya da asayiş keşikçilərinin cəmiyyətdəki yüksək nüfuzuna, polis-vətəndaş münasibətlərinin daha da yaxınlaşması istiqamətindəki uğurlara kölgə salmaq istəyindən irəli gəlir”, – deyə o qeyd edib.
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [23:58]:
Pens yaxın günlərdə ABŞ-da koronavirusa yoluxanların sayının artcağını hesab edir
29/09/2020 [21:39]:
İsveçrə iqtisadiyyatı 40 illik minimuma enib
29/09/2020 [20:30]:
Qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [19:32]:
27 sentyabr
29/09/2020 [19:05]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:59]:
Hərbi vəziyyət milli birliyə çağırışdır
29/09/2020 [17:35]:
Xalq, dövlət, ordu birliyi
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [17:20]:
Bütün xalqın birliyi!
29/09/2020 [17:00]:
Dövlət, Xalq, Ordu Birliyi
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [16:41]:
Siyasi həmrəyliyin nümunəsi
29/09/2020 [16:24]:
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [15:33]:
Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır
29/09/2020 [15:17]:
SİYASİ PARTİYALAR AZƏRBAYCAN HÖKÜMƏTİNIN YANINDADIR
29/09/2020 [15:00]:
Xalqı birləşdirən siyasət
29/09/2020 [14:40]:
AZƏRBAYCAN XALQI HAQQ UĞRUNDA MÜBARİZƏYƏ DƏSTƏKDİR
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [14:12]:
Azərbaycan Respublikası Prezidentinin Hərbi Vəziyyət elan edilməsi haqqında fərmanı.
29/09/2020 [13:50]:
Azərbaycan siyasi partiyaları dövlətin yanındadır
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
"Alverçi deputat" kimdir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin