Sərhəd Xidməti Xəzərdə təlimlər keçirib

03/08/2019 [14:18] - Gündəm (311)



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidməti (DSX) dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər də­ni­zinin Azərbaycan Respublikası sektorunda təhdidlərə qarşı effektiv müba­rizə fəaliyyətinin təmin edilməsi və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbər­dar olma, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində tədbirləri davam etdirir.

DSX-dan “Report”a verilən məlumata görə, bu tədbirlər çərçivəsində iyul ayının 31-dən avqust ayının 2-dək “Хəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin оlunmasi” möv­zusunda taktiki təlimlər keçirilib.

Taktiki təlimlərə cəlb olunmuş sərhəd gözətçi gəmiləri Azərbaycan Res­pub­li­kasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əli­yevin tapşırığı əsasında Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa edilib. Gəmilər iti­sürətli və yüksək üzmə qabiliyyətinə malik olmaqla yanaşı, mükəmməl naviqasiya və radiotexniki ava­dan­lıqlarla, o cümlədən müasir silahlarla təchiz edilib.

Taktiki təlimlərin əsas məqsədi Xəzər dənizində Azərbaycan Respublika­sının maraqlarının qorunması, neft-qaz yataqları, sualtı boru kəmərlərinin müha­fizə­si­nin təşkili və Dövlət Sərhəd Xidmə­tinin silahlı birləşmələrinin döyüş hazır­lığının yüksəldilməsi, dənizdə və sahildə təxribat qruplarının, sualtı hədəflərin aşkarlanması və zərərsizləşdirilməsi, gəmilərlə, helikopterlərlə dənizdə sərhəd axtarışının və xilasetmə əməliyyatlarının keçirilməsi üzrə xidməti təcrübənin artırıl­ması, mə­lumat müba­diləsinin təkmilləşdirilməsi olub.

Üç mərhələdə yeddi taktiki epizod üzrə keçirilən təlimdə neft-qazçıxarma rayonlarının, platformaların, boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə keçirilməsi üzrə bütün təlim tapşırıqları uğurla yerinə yetirilib.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatı və helikopterlərinin raket kom­plekslərindən, həmçinin zenit-artilleriya qurğularından suüstü, sahil və hava hə­dəflərinə qarşı döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft-qaz in­frastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş təxribat qrup­larının aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilmiş, küləkli hava və dalğalı dəniz şəraitinə baxmayaraq şəxsi heyət möhkəm intizam, yük­sək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.

Təlimlərin yekun mərhələsində iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev təlimlərin uğurlu yekunu və yüksək nəticələrin əldə olunması münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində dövlət sərhədinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükə­sizliyi­nin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən biri ol­du­ğunu vurğulayıb, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləş­diril­mə­si və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar verib.
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Xəbər lenti
24/09/2020 [23:58]:
Dünyanın 100 nüfuzlu şəxsi bəlli oldu - SİYAHI
24/09/2020 [21:27]:
Bişmiş qarğıdalının FAYDALARI
24/09/2020 [20:39]:
Almaniya əlavə 96 mlrd. avro borc alacaq
24/09/2020 [18:49]:
Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”
24/09/2020 [18:22]:
“Trabzonspor” klubu “Lester”in futbolçusunu transfer edib
24/09/2020 [17:33]:
"S&P": Qlobal bank sektoru 2023-cü ildən tez bərpa olunmayacaq - PROQNOZ
24/09/2020 [16:19]:
"Lukaşenko Almaniyadan təbrik gözləməsin" - Rəsmi Berlin
24/09/2020 [16:03]:
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
24/09/2020 [15:43]:
Yaxın günlərdə güclü maqnit fırtınası olacaq
24/09/2020 [15:11]:
Bundan sonra onlayn sifarişlərlə bağlı gömrüyə getməyə ehtiyac yoxdur
24/09/2020 [14:30]:
Bir ili 3,14 sutkaya bərabər olan planet tapılıb
24/09/2020 [13:15]:
İran Təbriz-İstanbul-Təbriz marşrutu üzrə fövqəladə aviareys təşkil edəcək
24/09/2020 [13:00]:
Lukaşenkodan gizli inauqurasiya ilə bağlı
24/09/2020 [12:52]:
İlham Əliyev sərəncam imzaladı
24/09/2020 [12:51]:
İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur
24/09/2020 [12:44]:
Xərçəngin qeyri-adi simptomu bəlli oldu
24/09/2020 [12:31]:
Tbilisidə Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlərinin görüşü keçirilib
24/09/2020 [12:23]:
Pentaqon rəhbəri İsrailin Yaxın Şərqdəki üstünlüyünü qoruyacaqlarına söz verib
24/09/2020 [11:45]:
"Barselona"nın futbolçusu İngiltərə klubunda
24/09/2020 [11:15]:
Avstraliya koronavirus vaksininə 88 milyon dollardan çox sərmayə yatıracaq
24/09/2020 [10:52]:
“COVİD-19 əleyhinə kollektiv immunitetin əldə olunmasına hələ çox var”
24/09/2020 [10:00]:
"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ! Yeni funksiya gəlir
23/09/2020 [23:59]:
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avropa Liqasında 42 oyun keçirilib
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
Vyanada bal mövsümü ləğv edilib
Qara pullar - tanınmış iş adamı yazır
Səfərbərlik Xidməti açıqlama yaydı
Əsgərimiz yaralanıb - Rəsmi açıqlama
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin