Səfir: Mərakeş qitənin bir nömrəli Afrika investorudur

30/07/2019 [23:12] - Dünya (395)



Mərakeş Kralı VI Məhəmmədin taxta çıxmasının  20-ci il dönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, səfir Məhəmməd Adil Embarş çıxışında Taxt-tac Gününün qeyd edilməsinin Mərakeşin qədim ənənələrindən biri olduğunu deyib. 

Onun sözlərinə görə, bu bayramın keçirilməsi 12 əsrlik tarixə malik olan və Mərakeş xalqı ilə onun hökmdarları arasında mövcud bağları möhkəmləndirən sadiqlik paktının xatırlanması üçün hər il əldə edilən  fürsətdir. Bu bayram müxtəliflik, sülh, hörmət və tolertantlıq dəyərləri ilə birlikdə Mərakeş xalqının birliyini simvolizə edir: “Kral VI Məhəmmədin 20 ilə əvvəl hakimiyyətə gələndə həmin vaxt bəyan edibki, onun hakimiyyətinin təməlində insan kapitalı dayanacaq. İqtisadiyyatın modernləşməsi, gender məsələləri və yoxsulluğa qarşı mübarizə milli prioritetlərə çevrilibvə bütün milli sərvətlər bu istiqamətdə səfərbər edilib. İqtisadiyyatın modernləşməsi uzun və mürəkkəb prosesdir, xüsusilə də dünyanın iqtisadi böhrandan keçdiyi bir dövrdə. Mərakeş neft istehsalçısı deyil və iqtisadiyyatı şaxələndirmək, ölkənin sərvətlərindən səmərəli istifadə etmək üçün çoxlu səylər göstərilməli idi. Nəticə etibarı ilə hazırda Mərakeş müxtəlif sektorlarda yeni sənaye mərkəzinə çevrilməkdədir. Məsələn, avtomobil sənayesi ildə toplam 700 000 maşın istehsal gücü ilə bugün  ölkənin bir nömrəli ixrac istiqamətidir. Bunun sayəsində Mərakeş Afrikanın ən iri avtomobil istehsalçısı olub”. Ölkəsi barədə geniş məlumat verən səfir daha sonra deyib ki, Mərakeşin aerokosmik sənayesi 140-dan çox şirkət və illik təxminən 20 faiz artımla dünyanın ən sürətlə inkişaf edən sənayesidir. Mühüm yatırımlar kommunikasiya və nəqliyyat infrastrukturunun inşası, genişləndirilməsi və yenilənməsinə xidmət edib. Ötən ilin noyabrında Mərakeş Afrika və Yaxın Şərqdə ilk Yüksək Sürətli Qatarı işə düşüb.

Səfir bildirib ki, Mərakeş bu gün qitənin bir nömrəli Afrika investorudur və Mərakeş şirkətləri bütün qitə boyu təmsil olunmaqla yerli vətəndaşların həyatında fərq yaratmaq üçün fəaliyyət göstərir. Mərakeşin OCP QRUP şirkəti tərəfindən Nigeriya və Efiopiyada həyata keçirilmiş çoxmilyardlı yatırımlar qitənın qida təhlükəsizliyinə yönəlib, Nigeriya – Mərakeş qaz kəməri isə onlarla Qərbi Afrika Dövlətlərində dəyişikliklərə səbəb olacaq.

Azərbaycanla mübasibətlərə toxunan Məhəmməd Adil Embarş ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə inkişafının davam etdiyini, hər iki ölkənin bir çox məsələlərdə eyni mövqelərdən çıxış etdiyini vurğulayıb: “BMT və İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində əməkdaşlıq və koordinasiya bunun bariz nümunəsidir. Saxara mələsində Mərakeşin ərazi bütövlüyünə dair nümayiş etdirdiyi konstruktiv mövqe və güclü dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm”. Diplomat deyib ki, hər iki ölkə istiqamətində həm turizm, həm də biznes məqsədləri üçün səfər edən turistlərin sayı müntəzəm şəkildə artmaqdadır. Dövlət orqanları arasında əməkdaşlıq daha da şaxələnib. Ticarət həcmi hələ ki, məhdud olsa da, böyük potensial mövcuddur və biznes icmaları qarşılıqlı maraq göstərməyə başlayıb. 

Azərbaycan hökuməti adından Mərakeş xalqının bayram münasibəti ilə təbrik edən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib ki, Azərbaycan ortaq dini, mədəni və tarixi köklərlə bağlı olduğu ərəb-İslam ölkələri, o cümlədən Mərakeş krallığı ilə əlaqələri inkişaf etdirməyə önəm verir, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstək nümayiş etdirir: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində Mərakeşin Azərbaycanın haqlı mövqeyini müdafiə etməsini yüksək qiymətləndiririk”. Nazir müavini deyib ki, Mərakeşlə iqtisadi, mədəni, sosial sahədə əməkdaşlıq yaxşı səviyyədədir və ötən ilin martında Bakıda Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclası çərçivəsində imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, bugünə kimi Azərbaycanla Mərakeş arasında müxtəlif sahələri əhatə edən 23 sənəd imzalanıb. 
Neft yenidən ucuzlaşıb
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
Azərbaycanda fəaliyyət göstərən 531 QHT BMT-nin Baş katibinə müraciət edib
Xəbər lenti
20/10/2020 [11:42]:
Azərbaycanın müzəffər ordusu..
20/10/2020 [11:10]:
Qarabağ Azərbaycandır!
20/10/2020 [10:40]:
Bir gün qələbə ilə hər gün Qarabağda
20/10/2020 [10:08]:
Körpə qatili olan, Ermənistan!
20/10/2020 [09:38]:
Dünyanın kor olduğu terrorizm qisassız qalmayacaq!
20/10/2020 [09:34]:
Heç bir terror aktı bizi andımızdan döndərə bilməz!
20/10/2020 [08:30]:
Ermənistan Yer üzünün ən qəddar terrorist dövlətidir
20/10/2020 [08:27]:
Azərbaycan ordusunun qələbə salnaməsi
19/10/2020 [16:20]:
Qələbə bizimlədir!
19/10/2020 [15:24]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
19/10/2020 [14:17]:
Yeni zəfər müjdələrinə doğru!
19/10/2020 [13:46]:
Qarabağ Müharibəsində Haqq, Ədalət Azərbaycanındır!
19/10/2020 [13:14]:
Prezident İlham Əliyev Türkiyənin “A Haber" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın əsl siyasətini açıqladı
19/10/2020 [12:12]:
Biz Ali Baş Komandanımızla fəxr edirik!
19/10/2020 [11:11]:
Şəhidlərimizin qanı yerdə qalmayacaq!
19/10/2020 [10:09]:
Tarix yazan sərkərdə - İlham Əliyev
17/10/2020 [20:57]:
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir
17/10/2020 [20:41]:
Haqq səsimiz...
17/10/2020 [20:29]:
Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir
17/10/2020 [20:15]:
Azərbaycan xalqının iradəsi sarsılmazdır!
17/10/2020 [20:09]:
Ermənistan hərbi cinayət törədir
17/10/2020 [20:01]:
TÜRK DÜNYASINDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
17/10/2020 [19:47]:
Ordumuzun rəşadəti duşməni məglubiyyətə aparır
17/10/2020 [19:00]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
17/10/2020 [17:48]:
Terrorçu və vəhşi Ermənistan dövləti bütün yer üzündən silinməlidir!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Meksikalı tanınmış sənət xadimi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
Bakı Ermənistanın növbəti təxribatı barədə - resmi
Azərbaycan Ordusu 21-ci əsrin müharibə nümunəsini göstərir - Rusiyalı hərbi ekspert
Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib
Koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü
İlham Əliyev Sorosdan danışdı - təfsilat
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
İlham Əliyev: “Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib”
Özbəkistanda yeni qaz yatağı aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin