Cəbrayıl Hacıyev güləş üzrə dünya çempionu olub

31/07/2019 [10:23] - Dünya (283)



Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.

“Report”un məlumatına görə, 65 kq çəki dərəcəsində yer alan Hacıyev debütdə türkiyəli rəqibini çətinlik çəkmədən məğlub edib.

Ötən həftə Bakıda keçirilmiş Avropa Gənclər Yay Olimpiya Oyunlarının (EYOF) qalibi daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yaponiyalı güləşçini də yolundan kənarlaşdıran Hacıyev yarımfinala vəsiqə qazanıb.

Finalın bir addımlığında onun rəqibi Gürcüstan təmsilçisi olub. EYOF-da tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığma üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb. Hacıyev həlledici qarşılaşmada EYOF-un finalında məğlub etdiyi Rusiya idmançısı ilə qarşılaşıb və Bakıdakı ssenari təkrarlanıb. Yenə hesabda geri düşən azərbaycanlı pəhləvan əzmkar qələbə qazanaraq dünya çempionu olub.

Digər sərbəst güləşçilərdən Cavid Cavadov (48 kq) bürünc medal uğrunda görüşdə hindistanlı rəqibinə yenilərək 5-ci yerlə kifayətlənib.

Zirəddin Bayramov (55 k1) 1/4 finalda qitə birinciliyinin yarımfinalında məğlub olduğu Türkiyə güləşçisi Muhammet Karavusa növbəti dəfə uduzaraq, çıxışlarını başa vurub.

Fərid Cabbarov (80 kq) ilk görüşdə amerikalı, Hamlet Nəsibli (110 kq) ukraynalı rəqibinə uduzaraq, mübarizəni dayandırıb.

Dünya çempionatı

48 kq

1/8 final. Cavid Cavadov – Dalqat Abdulkadırov (RUS) 6:3 (tuşe)

1/4 final. Cavid Cavadov – Kamronbek Kadamov (UZB) 4:8

Təsəlliverici görüş. Cavid Cavadov – Otqonbaatar Boldbaatar (MGL) 9:7

Bürünc medal görüşü. Cavid Cavadov – Udit Udit (İND) 2:11

55 kq

Təsnifat. Zirəddin Bayramov – İvan Xramika (BLR) 10:0

1/8 final. Zirəddin Bayramov – Simone Vinçentso Piroddu (İTA) 10:0

1/4 final. Zirəddin Bayramov – Muhammet Karavus (TUR) 2:4

65 kq

Təsnifat. Cəbrayıl Hacıyev – Mikayıl Topal (TUR) 11:5

1/8 final. Cəbrayıl Hacıyev – Əmir Hüseyn Rza Motaqi (İRİ) 4:3

1/4 final. Cəbrayıl Hacıyev – Ryosuke Kera (JPN) 6:4

1/2 final. Cəbrayıl Hacıyev – Davit Patsinaşvili (GEO) *7:7

FİNAL. Cəbrayıl Hacıyev – Batirbek Tsxovrebov (RUS) 6:4

80 kq

Təsnifat. Fərid Cabbarov – Klayton Edqar Ulrey (USA) 4:4*

110 kq

1/8 final. Hamlet Nəsibli – David Mçelidze (UKR) 0:2

Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub
Daha 9 kənd işğaldan azad edilib
Hikmət Hacıyev: "Azərbaycan Ermənistanın hücumlarına görə Avropa Məhkəməsinə müraciət edəcək"
Ceyhun Bayramov Cenevrəyə gedib
Xəbər lenti
30/10/2020 [16:24]:
Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub
30/10/2020 [16:22]:
Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub
30/10/2020 [15:34]:
Baş prokuror “Human Rights Watch”a cavab verib
30/10/2020 [15:15]:
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub
30/10/2020 [15:01]:
Daha 9 kənd işğaldan azad edilib
30/10/2020 [14:13]:
İranda ötən sutka 365 nəfər koronavirusdan ölüb
30/10/2020 [13:03]:
Azərbaycanda 18 yaşadək nikaha daxil olanların sayı artıb
30/10/2020 [12:16]:
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
30/10/2020 [11:36]:
Hikmət Hacıyev: "Azərbaycan Ermənistanın hücumlarına görə Avropa Məhkəməsinə müraciət edəcək"
30/10/2020 [10:42]:
Ceyhun Bayramov Cenevrəyə gedib
30/10/2020 [09:54]:
Erməni separatçılarının ilk liderlərindən biri: “Biz məhv oluruq”
29/10/2020 [23:16]:
Əfsanəvi futbolçu Azərbaycana dəstək olub
29/10/2020 [22:31]:
"Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib
29/10/2020 [22:29]:
Noyabrın 2-dən bütün təhsil müəssisələrində tədris distant olacaq
29/10/2020 [21:56]:
Bakı polisi nəzarət tədbirlərini gücləndirdi
29/10/2020 [21:04]:
İşğaldan azad olunmuş ərazilərdə aqrar sektorun yaradılmasına başlanılır
29/10/2020 [20:29]:
İzmirin küçələri bayrağımızla bəzədildi: “Azərbaycan, yanındayıq!”
29/10/2020 [19:48]:
Səfirlik: Moskvada Müslüm Maqomayevin abidəsini təhqir edənlər müəyyən olunub
29/10/2020 [18:39]:
Prezident Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması ilə bağlı qanunu təsdiqləyib
29/10/2020 [18:27]:
Neft ucuzlaşdı
29/10/2020 [18:21]:
Milli Kitabxanada “Məhəmməd Hadi” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
29/10/2020 [18:02]:
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır - fərman
29/10/2020 [17:58]:
Putin: Biz əvvəldən 5, üstəgəl 2 rayonun Azərbaycana qaytarılması imkanlarından çıxış edirdik...
29/10/2020 [17:53]:
Fransa kuboku dayandırılıb
29/10/2020 [17:41]:
Ermənilərin Goranboyu atəşə tutması nəticəsində ölən şəxsin kimliyi məlum olub - rəsmi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bərdə yenidən raket atəşinə tutuldu - 21 nəfər həlak olub, 70-dən çox yaralı var - yenilənib
“The Jerusalem Post”: Azərbaycanda yaşayan yəhudilər Qarabağda gedən haqq savaşında qələbə üçün dua edirlər...
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” -Lavrov
Ərdoğan Putinlə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin