Fransa prezidenti Azərbaycanın baş nazirini mükafatlandırdı

29/07/2019 [22:03] - Siyasət (254)



Azərbaycanın Respublikasının Baş Naziri Novruz Məmmədov Fransa Respublikası Prezidentinin Fərmanı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.

Trend-in məlumatına görə, Baş nazirə ordeni Fransa hökuməti adından Bakıda səfərdə olan Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer təqdim edib.

Fransız dilinin, ədəbiyyatının peşəkar tədqiqatçısı Novruz Məmmədov bu ali mükafata Azərbaycan-Fransa əməkdaşlığına verdiyi töhfəyə görə layiq görülüb.

Bu xoş xəbəri çatdırmaqdan məmnun olduğunu bildirən Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer, ölkəsinin Baş Nazir Novruz Məmmədova xüsusi hörmət və ehtiramı olduğunu vurğulayıb. Baş Nazir Novruz Məmmədov isə öz növbəsində bu ali mükafata layiq görüldüyünə görə Fransa dövlətinə və fransız xalqına minnətdarlığını bildirib.

“Şərəf Legionu” ordeni 19 may 1802-ci ildə Napoleon Bonapard tərəfindən təsis edilib. Fransanın ən yüksək dövlət mükafatı olan “Şərəf Legionu” ordeninin 5 dərəcəsi vardır. Fransa Respublikası və onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən “Şərəf Legionu” ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülüb.
Neft yenidən ucuzlaşıb
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
Azərbaycanda fəaliyyət göstərən 531 QHT BMT-nin Baş katibinə müraciət edib
Xəbər lenti
20/10/2020 [11:42]:
Azərbaycanın müzəffər ordusu..
20/10/2020 [11:10]:
Qarabağ Azərbaycandır!
20/10/2020 [10:40]:
Bir gün qələbə ilə hər gün Qarabağda
20/10/2020 [10:08]:
Körpə qatili olan, Ermənistan!
20/10/2020 [09:38]:
Dünyanın kor olduğu terrorizm qisassız qalmayacaq!
20/10/2020 [09:34]:
Heç bir terror aktı bizi andımızdan döndərə bilməz!
20/10/2020 [08:30]:
Ermənistan Yer üzünün ən qəddar terrorist dövlətidir
20/10/2020 [08:27]:
Azərbaycan ordusunun qələbə salnaməsi
19/10/2020 [16:20]:
Qələbə bizimlədir!
19/10/2020 [15:24]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
19/10/2020 [14:17]:
Yeni zəfər müjdələrinə doğru!
19/10/2020 [13:46]:
Qarabağ Müharibəsində Haqq, Ədalət Azərbaycanındır!
19/10/2020 [13:14]:
Prezident İlham Əliyev Türkiyənin “A Haber" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın əsl siyasətini açıqladı
19/10/2020 [12:12]:
Biz Ali Baş Komandanımızla fəxr edirik!
19/10/2020 [11:11]:
Şəhidlərimizin qanı yerdə qalmayacaq!
19/10/2020 [10:09]:
Tarix yazan sərkərdə - İlham Əliyev
17/10/2020 [20:57]:
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir
17/10/2020 [20:41]:
Haqq səsimiz...
17/10/2020 [20:29]:
Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir
17/10/2020 [20:15]:
Azərbaycan xalqının iradəsi sarsılmazdır!
17/10/2020 [20:09]:
Ermənistan hərbi cinayət törədir
17/10/2020 [20:01]:
TÜRK DÜNYASINDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
17/10/2020 [19:47]:
Ordumuzun rəşadəti duşməni məglubiyyətə aparır
17/10/2020 [19:00]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
17/10/2020 [17:48]:
Terrorçu və vəhşi Ermənistan dövləti bütün yer üzündən silinməlidir!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Meksikalı tanınmış sənət xadimi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
Bakı Ermənistanın növbəti təxribatı barədə - resmi
Azərbaycan Ordusu 21-ci əsrin müharibə nümunəsini göstərir - Rusiyalı hərbi ekspert
Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib
İlham Əliyev: “Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib”
Koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
İlham Əliyev Sorosdan danışdı - təfsilat
Özbəkistanda yeni qaz yatağı aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin