İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı -yenilənib

26/07/2019 [19:48] - Siyasət (354)



Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb.

İstiqlal.az sərəncamın mətnini təqdim edir:

1. İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi (bundan sonra – Müsabiqə) təsis edilsin.

2. Müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Təşkilat Komitəsinin üzvləri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Anar Ələkbərov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri

Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.

3. Bu Sərəncamın 2-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi:

3.1. Müsabiqənin keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirsin;

3.2. Müsabiqə üzrə əlaqələndirmə işlərinin həyata keçirilməsi ilə əlaqədar işçi qrup yaratsın və Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinini işçi qrupun rəhbəri təyin etsin;

3.3. Müsabiqənin keçirilməsi qaydalarını təsdiq etsin.

4. Bu Sərəncamın 3.2-ci hissəsi ilə yaradılmış işçi qrup Müsabiqənin keçirilməsini təmin edəcək qurumu müəyyən etsin.

5. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyən edilsin.

6. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1.000.000 (bir milyon) manat ayrılsın.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 6-cı hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, №12, maddə 1224; 2009, №4, maddə 222, №12, maddə 988; 2012, №2, maddə 83, №5, maddə 429; 2016, №3, maddə 466; 2018, №11, maddə 2269) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 2.4.7-2-ci yarımbəndinə “Azərbaycan Respublikası” sözlərindən əvvəl “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”nin 3.1.3-1-ci yarımbəndi nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1630-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Neft yenidən ucuzlaşıb
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
Azərbaycanda fəaliyyət göstərən 531 QHT BMT-nin Baş katibinə müraciət edib
Xəbər lenti
20/10/2020 [11:42]:
Azərbaycanın müzəffər ordusu..
20/10/2020 [11:10]:
Qarabağ Azərbaycandır!
20/10/2020 [10:40]:
Bir gün qələbə ilə hər gün Qarabağda
20/10/2020 [10:08]:
Körpə qatili olan, Ermənistan!
20/10/2020 [09:38]:
Dünyanın kor olduğu terrorizm qisassız qalmayacaq!
20/10/2020 [09:34]:
Heç bir terror aktı bizi andımızdan döndərə bilməz!
20/10/2020 [08:30]:
Ermənistan Yer üzünün ən qəddar terrorist dövlətidir
20/10/2020 [08:27]:
Azərbaycan ordusunun qələbə salnaməsi
19/10/2020 [16:20]:
Qələbə bizimlədir!
19/10/2020 [15:24]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
19/10/2020 [14:17]:
Yeni zəfər müjdələrinə doğru!
19/10/2020 [13:46]:
Qarabağ Müharibəsində Haqq, Ədalət Azərbaycanındır!
19/10/2020 [13:14]:
Prezident İlham Əliyev Türkiyənin “A Haber" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın əsl siyasətini açıqladı
19/10/2020 [12:12]:
Biz Ali Baş Komandanımızla fəxr edirik!
19/10/2020 [11:11]:
Şəhidlərimizin qanı yerdə qalmayacaq!
19/10/2020 [10:09]:
Tarix yazan sərkərdə - İlham Əliyev
17/10/2020 [20:57]:
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir
17/10/2020 [20:41]:
Haqq səsimiz...
17/10/2020 [20:29]:
Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir
17/10/2020 [20:15]:
Azərbaycan xalqının iradəsi sarsılmazdır!
17/10/2020 [20:09]:
Ermənistan hərbi cinayət törədir
17/10/2020 [20:01]:
TÜRK DÜNYASINDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
17/10/2020 [19:47]:
Ordumuzun rəşadəti duşməni məglubiyyətə aparır
17/10/2020 [19:00]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
17/10/2020 [17:48]:
Terrorçu və vəhşi Ermənistan dövləti bütün yer üzündən silinməlidir!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Meksikalı tanınmış sənət xadimi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
Bakı Ermənistanın növbəti təxribatı barədə - resmi
Azərbaycan Ordusu 21-ci əsrin müharibə nümunəsini göstərir - Rusiyalı hərbi ekspert
Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib
İlham Əliyev: “Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib”
Koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
İlham Əliyev Sorosdan danışdı - təfsilat
Özbəkistanda yeni qaz yatağı aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin