AMEA-nın institutlarına yeni direktorlar sentyabrda seçiləcək

25/07/2019 [18:37] - Cəmiyyət (247)



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) səlahiyyət müddəti bitən 17 institutunun direktoru vəzifəsinə seçkilər sentyabr ayında keçiriləcək.

Bunu “Report”a açıqlamasında AMEA-nın akademik-katibi, AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəhbəri Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, AMEA-nın müvafiq institutlarının elmi şuraları direktorluğa namizədlər irəli sürüb: “Növbəti mərhələdə müvafiq bölmələrdə direktor seçkisi keçiriləcək. Elmi bölmənin ümumi yığıncağında direktorlar gizli səsvermə yolu ilə 5 il müddətinə seçiləcək. Bu prosedur başa çatandan sonra yeni direktorların təsdiqlənməsi məsələsi AMEA Rəyasət Heyətinin iclaslarının birində müzakirəyə çıxarılacaq və təsdiqlənəcək. Bununla da yeni direktorların təyinatı baş verəcək. Rəyasət Heyətinin toplantısının da sentyabrda keçiriləcəyi gözlənilir”.

Qeyd edək ki, AMEA-nın 6 bölməsi üzrə 17 institutunun direktorlarının səlahiyyət müddəti bitib. Direktor vəzifəsinə sənəd qəbulu iyunun 11-dən iyulun 12-dək davam edib. Bu vəzifələrə 17 nəfərin namizədliyi irəli sürülüb. Onların hamısı səlahiyyət müddəti bitmiş direktorlardır.

İnstitut direktorları vəzifələrinə namizədlər aşağıdakılardır:

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə:

Fizika İnstitutu – Nazim Məmmədov

İdarəetmə Sistemləri İnstitutu – Telman Əliyev

Riyaziyyat və Mexanika İnstitutu – Misir Mərdanov

İnformasiya Texnologiyaları İnstitutu – Rasim Əliquliyev

Biofizika İnstitutu – Oktay Qasımov (direktor vəzifəsini icra edən)

Kimya Elmləri Bölməsi üzrə:

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu – Dilqəm Tağıyev

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu – Vaqif Fərzəliyev

Yer Elmləri Bölməsi üzrə:

Geologiya və Geofizika İnstitutu – Akif Əlizadə

Biologiya və Tibb Elmləri Bölməsi üzrə:

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu – Ulduz Həşimova

Mərkəzi Nəbatat Bağı – Vahid Fərzəliyev (direktor vəzifəsini icra edən)

Humanitar Elmlər Bölməsi üzrə:

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu – İsa Həbibbəyli

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu – Teymur Kərimli

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi – Rafael Hüseynov

Hüseyn Cavidin Ev Muzeyi- Gülbəniz Babaxanlı

İctimai Elmləri Bölməsi üzrə:

Fəlsəfə İnstitutu – İlham Məmmədzadə

Milli Azərbaycan Tarixi Muzeyi – Nailə Vəlixanlı

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu – Gövhər Baxşəliyeva

Qeyd edək ki, səlahiyyət müddəti bitən direktorlar arasında AMEA prezidenti Akif Əlizadənin, sabiq Təhsil naziri Misir Mərdanovun, deputat Rafael Hüseynovun, deputat Gövhər Baxşəliyevanın da adı var.


Neft yenidən ucuzlaşıb
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
Azərbaycanda fəaliyyət göstərən 531 QHT BMT-nin Baş katibinə müraciət edib
Xəbər lenti
20/10/2020 [11:42]:
Azərbaycanın müzəffər ordusu..
20/10/2020 [11:10]:
Qarabağ Azərbaycandır!
20/10/2020 [10:40]:
Bir gün qələbə ilə hər gün Qarabağda
20/10/2020 [10:08]:
Körpə qatili olan, Ermənistan!
20/10/2020 [09:38]:
Dünyanın kor olduğu terrorizm qisassız qalmayacaq!
20/10/2020 [09:34]:
Heç bir terror aktı bizi andımızdan döndərə bilməz!
20/10/2020 [08:30]:
Ermənistan Yer üzünün ən qəddar terrorist dövlətidir
20/10/2020 [08:27]:
Azərbaycan ordusunun qələbə salnaməsi
19/10/2020 [16:20]:
Qələbə bizimlədir!
19/10/2020 [15:24]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
19/10/2020 [14:17]:
Yeni zəfər müjdələrinə doğru!
19/10/2020 [13:46]:
Qarabağ Müharibəsində Haqq, Ədalət Azərbaycanındır!
19/10/2020 [13:14]:
Prezident İlham Əliyev Türkiyənin “A Haber" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın əsl siyasətini açıqladı
19/10/2020 [12:12]:
Biz Ali Baş Komandanımızla fəxr edirik!
19/10/2020 [11:11]:
Şəhidlərimizin qanı yerdə qalmayacaq!
19/10/2020 [10:09]:
Tarix yazan sərkərdə - İlham Əliyev
17/10/2020 [20:57]:
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir
17/10/2020 [20:41]:
Haqq səsimiz...
17/10/2020 [20:29]:
Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir
17/10/2020 [20:15]:
Azərbaycan xalqının iradəsi sarsılmazdır!
17/10/2020 [20:09]:
Ermənistan hərbi cinayət törədir
17/10/2020 [20:01]:
TÜRK DÜNYASINDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
17/10/2020 [19:47]:
Ordumuzun rəşadəti duşməni məglubiyyətə aparır
17/10/2020 [19:00]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
17/10/2020 [17:48]:
Terrorçu və vəhşi Ermənistan dövləti bütün yer üzündən silinməlidir!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Meksikalı tanınmış sənət xadimi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
Bakı Ermənistanın növbəti təxribatı barədə - resmi
Azərbaycan Ordusu 21-ci əsrin müharibə nümunəsini göstərir - Rusiyalı hərbi ekspert
Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib
İlham Əliyev: “Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib”
Koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
İlham Əliyev Sorosdan danışdı - təfsilat
Özbəkistanda yeni qaz yatağı aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin