“Bu il keçid balları aşağı salına bilər” – DİM

24/07/2019 [16:09] - Gündəm (291)



“Bu il keçid balları 20-50 bal daha aşağı ola bilər”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

O bildirib ki, bunu ümumi nəticələri təhlil edərkən demək mümkündür, çünki bu il 650 və daha artıq bal toplayan abituriyentlərin sayı 143 nəfər olub: “Ötən il 650 və daha artıq bal toplayan abituriyentlərin sayı 369 nəfər idi. 600 və daha artıq bal toplayan abituriyentlərin sayı isə bu il 554 olub, ötən il bu rəqəm 880 nəfər idi. Eyni zamanda bu il 200 və artıq daha bal toplayan abituriyentlərin sayı 10524, 150 və daha artıq bal toplayan abituriyentlərin sayı 15101-dir. Ötən il isə 200 və artıq daha bal toplayan abituriyentlərin sayı 13169, 150 və daha artıq bal toplayan abituriyentlərin sayı isə 16649 nəfər olub”.

X. Xanlarzadənin sözlərinə görə, ancaq 230-240 bal toplayan abituriyentin 290 ballıq yer yazması riskli ola bilər: “Aşağı bal toplayan abituriyentlər 200 ballıq yerləri yazsalar daha yaxşı olar. Çünki əvvəllər II mərhələ üçün 3000-4000 plan yeri boş qalırdı. Ancaq yeni qaydalara görə, artıq subbakalavrlar da həmin yerlərə qəbul olmaq üçün seçim edəcəklər. Bu il 14 mindən artıq subbakalavr eyni vaxtda seçim edəcək”.

O qeyd edib ki, keçid balının formalaşması müsabiqə yekunlaşanda bilinir və bunun üçün bir sıra parametlər var: “Bu, ilk növbədə abituriyentlərin sayından, imtahan nəticələrindən və plan yerlərinin sayından asılıdır. Abituriyent jurnalları vasitəsilə qəbul planının yerlərinə baxmaq lazımdır. Məsələn, bu il I ixtisas qrupu üzrə 15223 qəbul planı ayrılıb, ötən il isə bu rəqəm 14475 idi, yəni bu il 748 plan yeri fərqi var. Dövlət sifarişli yerlərin sayında kəskin artım var. Bu il dövlət sifarişli qəbul yerlərinin sayı 9351-dir, ötən il isə bu rəqəm 5731 yer idi. Yəni ötən illə müqayisədə bu il 3620 yer artıqdır”.

Qeyd edək ki, ali məktəblərə ixtisas seçimi avqustun 6-da qədər davam edəcək.

Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [23:58]:
Pens yaxın günlərdə ABŞ-da koronavirusa yoluxanların sayının artcağını hesab edir
29/09/2020 [21:39]:
İsveçrə iqtisadiyyatı 40 illik minimuma enib
29/09/2020 [20:30]:
Qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [19:32]:
27 sentyabr
29/09/2020 [19:05]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:59]:
Hərbi vəziyyət milli birliyə çağırışdır
29/09/2020 [17:35]:
Xalq, dövlət, ordu birliyi
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [17:20]:
Bütün xalqın birliyi!
29/09/2020 [17:00]:
Dövlət, Xalq, Ordu Birliyi
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [16:41]:
Siyasi həmrəyliyin nümunəsi
29/09/2020 [16:24]:
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [15:33]:
Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır
29/09/2020 [15:17]:
SİYASİ PARTİYALAR AZƏRBAYCAN HÖKÜMƏTİNIN YANINDADIR
29/09/2020 [15:00]:
Xalqı birləşdirən siyasət
29/09/2020 [14:40]:
AZƏRBAYCAN XALQI HAQQ UĞRUNDA MÜBARİZƏYƏ DƏSTƏKDİR
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [14:12]:
Azərbaycan Respublikası Prezidentinin Hərbi Vəziyyət elan edilməsi haqqında fərmanı.
29/09/2020 [13:50]:
Azərbaycan siyasi partiyaları dövlətin yanındadır
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
"Alverçi deputat" kimdir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin