Los Ancelesdə Firəngiz Əlizadənin yeni əsərinin premyerası keçirilib

23/07/2019 [18:59] - Mədəniyyət (265)



Azərbaycanın xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, tanınmış bəstəkar Firəngiz Əlizadənin bəstələdiyi “Harmoniya” adlı yeni əsərin dünya premyerası iyulun 20-də ABŞ-ın Los Anceles şəhərində keçirilib. 

Bu barədə APA-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.  

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən konsertdə əsər məşhur dirijor Eduard Şmiderin rəhbərliyi altında tanınmış “iPalpiti” Kamera Orkestri tərəfindən ifa olunub. F.Əlizadə də konsertə qatılaraq əsərin piano partiyasını ifa edib.
 
22 ölkəni təmsil edən və bir sıra beynəlxalq müsabiqələrin qalibi olmuş gənc musiqiçilərdən ibarət “iPalpiti” Kamera Orkestrinin tərkibinə azərbaycanlı skripka ustası Azər Dəmirov da daxildir.

Konsertdə 2 mindən çox los ancelesli klassik musiqisevərlər, o cümlədən tanınmış incəsənət xadimləri və musiqişünaslar, müxtəlif icmaların nümayənədələri və jurnalistlər iştirak ediblər. Konsert ərəfəsində bir sıra ABŞ mətbu orqanlarında, o cümlədən “Los Angeles Times” qəzetində F. Əlizadənin əsərinin premyerası haqda məqalələr dərc olunub.
 
Tədbirdən öncə qonaqlara Azərbaycan və F. Əlizadə haqqında məlumatları özündə əks etdirən broşürlər paylanılıb. Broşürdə Azərbaycanın zəngin mədəniyyəti və musiqi irsi, multikulturalizm və qədim tolerantlıq ənənələri haqqında ətraflı məlumat verilib.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev isə öz təbrik mesajında F.Əlizadənin bəstəsi olan və ilk dəfə olaraq səsləndirilən “Harmoniya” əsəri haqqında məlumat verərək, əsərin Şərqlə Qərbin, müxtəlif mədəniyyətlər, dinlər və sivilizasiyaların qovuşduğu və mehriban birgə yaşadığı Azərbaycanı özündə əks etdirdyini vurğulayıb.
 
Broşürdə həmçinin bəstəkar F.Əlizadənin yaradıcılığı haqqında ətraflı məlumat verilərək, onun əsərlərinin dünyaca məşhur “Kronos Quarteti”, “Yo-Yo Ma”, “Berlin Philharmonic”, “Concertgebouw Orchestra”, Hilary Hahn və digər musiqiçilər tərəfindən ifa edildiyi qeyd olunub.
 
Qeyd edək ki, Kaliforniyaya səfəri müddətində F.Əlizadə həmçinin Beverli Hills şəhər meriyasının binasında iyulun 18-də gənc amerikalı bəstəkarlara master-klass verib.
Neft yenidən ucuzlaşıb
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
Azərbaycanda fəaliyyət göstərən 531 QHT BMT-nin Baş katibinə müraciət edib
Xəbər lenti
20/10/2020 [11:42]:
Azərbaycanın müzəffər ordusu..
20/10/2020 [11:10]:
Qarabağ Azərbaycandır!
20/10/2020 [10:40]:
Bir gün qələbə ilə hər gün Qarabağda
20/10/2020 [10:08]:
Körpə qatili olan, Ermənistan!
20/10/2020 [09:38]:
Dünyanın kor olduğu terrorizm qisassız qalmayacaq!
20/10/2020 [09:34]:
Heç bir terror aktı bizi andımızdan döndərə bilməz!
20/10/2020 [08:30]:
Ermənistan Yer üzünün ən qəddar terrorist dövlətidir
20/10/2020 [08:27]:
Azərbaycan ordusunun qələbə salnaməsi
19/10/2020 [16:20]:
Qələbə bizimlədir!
19/10/2020 [15:24]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
19/10/2020 [14:17]:
Yeni zəfər müjdələrinə doğru!
19/10/2020 [13:46]:
Qarabağ Müharibəsində Haqq, Ədalət Azərbaycanındır!
19/10/2020 [13:14]:
Prezident İlham Əliyev Türkiyənin “A Haber" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın əsl siyasətini açıqladı
19/10/2020 [12:12]:
Biz Ali Baş Komandanımızla fəxr edirik!
19/10/2020 [11:11]:
Şəhidlərimizin qanı yerdə qalmayacaq!
19/10/2020 [10:09]:
Tarix yazan sərkərdə - İlham Əliyev
17/10/2020 [20:57]:
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir
17/10/2020 [20:41]:
Haqq səsimiz...
17/10/2020 [20:29]:
Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir
17/10/2020 [20:15]:
Azərbaycan xalqının iradəsi sarsılmazdır!
17/10/2020 [20:09]:
Ermənistan hərbi cinayət törədir
17/10/2020 [20:01]:
TÜRK DÜNYASINDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
17/10/2020 [19:47]:
Ordumuzun rəşadəti duşməni məglubiyyətə aparır
17/10/2020 [19:00]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
17/10/2020 [17:48]:
Terrorçu və vəhşi Ermənistan dövləti bütün yer üzündən silinməlidir!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Meksikalı tanınmış sənət xadimi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
Bakı Ermənistanın növbəti təxribatı barədə - resmi
Azərbaycan Ordusu 21-ci əsrin müharibə nümunəsini göstərir - Rusiyalı hərbi ekspert
Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib
Koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü
İlham Əliyev Sorosdan danışdı - təfsilat
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
İlham Əliyev: “Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib”
Özbəkistanda yeni qaz yatağı aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin