Kooperativin yaranmasının praktiki məsələləri

22/07/2019 [17:58] - İqtisadiyyat (310)



“Kənd Təsərrüfatı Kooperasiyası haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 14 ilyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dovlət Proqramı”na uyğun olaraq ölkəmizdə əhalinin, xüsusi ilə kənd təsərrüfatı məhsulları istehsal edən fermerlərin, bələdiyyə üzvlərinin, torpaq sahiblərinin, kənd təsərrüfatı mütəxəssislərinin bu sahəyə marağı xeyli artmışdır.

Kooperatnvin yaranmasında əsas məqsəd məhsul istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, istehsal edilmiş məhsulun keyfiyyətinin müasir bazarın tələblərinə uyğunlaşdırılması, onun satışının təşkili və qiymətinin münasibliyinin təmin edilməsidir. 
Bütün bunlarla bərabər gəlirin bölüşdürülməsinin forma və metodları da qabaqcadan müəyyənləşdirilib razılaşdırılmazsa sonradan əmələ gələn narazılıqlardan kollektivin bütövlükdə zərər çəkməsi və hətta qurulmuş müəssisənin dağılması da mümükündür. 

Ona görə də ilk növbədə hələ kooperativ yaradılmamışdan öncə üzvlərin qoyduqları paylara nisbtən alacaqları gəlirin müəyyən edilməsi formaları işlənib hazırlanmalı və kooperativdə pay bölgüsündən əlavə müzdlu işlərin də qiymətləri müəyyənləşdirilməli, nəzərə alınmayan xərclərin ödənməsi üçün ehtiyat fondu yaranmalıdır. Bütün bunların həlli üçün yerinə yetiriləcək işlərin, əldə ediləcək məhsulun və onun satışından əldə ediləcək gəlirin və xərclərin siyahısı tərtib edilməli təxmini hesablamalar aparılmalı, ilkin xərclərin maliyyə mənbəələri müəyyən edilməlidir. 
Bütün bu göstərilənləri tam dərk etmək üçün kooperativin yaradılması və fəaliyyətə başlaması, ən azı birinci təsərrüfat ilinin uğurla başa vurulması üçün həyata keçiriləcək praktiki işlərin ardıcıllığı təxminən aşağıda göstərilən şəkildə ola bilər.

1. Kooperativə üzv olmaq istəyənlərin sayının müəyyən edilməsi və onların verəcəyi payların həcminin müəyyənləşdirilməsi üçün təşəbbüs qrupunun yaradılması. Bu qrup üzv olmaq istəyənlərin siyahısını müəyyən etməli, xüsusi sorğu vərəqi hazırlayaraq hər bir üzvün kooperativə verə biləcəyi pay haqlarının natural miqdarını və ya dəyərini müəyyən etməlidir. Daha sonra əldə edilən məlumatlara dərindən təhlil edilərək onlar gəlir gətirmə nöqteyi nəzərindən qiymətləndirilməli və onlar üçün vahid dəyər müəyyən edilərək hər kəsin pay haqqı faiz (ball) nisbətilə müəyyən edilməlidir. Məsələn deyək ki, bir hektar suvarılan sahənin dəyəri 1,5 hektar dəmyə (suvarlmayan) sahəyə və ya bir traktora, ya kombayna bərabər götürülür. Bu hal hamı ilə razılaşdırıldıqdan sonra əldə edilcək qazancın bölünmə prinsipi artıq müəyyən edilmiş sayıla bilər.

2. Koperativin yaradılmasından öncə onun gəlir və çıxarlarının qeydə alınması üçün uçotun ilk gündən təşkil edilməsi indiki dövrün və sonrakı fəaliyyətin bazası sayılmalıdır. Bunun üçün lazımi biliklərə malık mütəxəssis seçilməli və onun vəzifələri müəyyənləşdirilməlidir ki, kooperativin ilk iclasından başlamış qərarların hazırlanması və hüquqi qüvvəyə malik olması təmin edilsin. Bu adam uçot sahəsində kooperativ-dövlət münasibətlərinin qurulmasına və hesabtların vaxtlı vaxtında tərtib və təqdim edilməsinə  məsul olmalıdır. Sonradan bu şəxs mühasib və ya vəkil kimi də adlandırıla bilər və onun təyinatı kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir. Bu şəxsin belə səlahiyyətləri ona görə vacibdir ki , o sonradan baş verə biləcək hər hansı bir catışmazlıq üçün məsuliyyət daşımalı və audit qarşısında izah etməyi bacarmalıdır. Çünki burada deyidiyi kimi Kooperativlər haqqında qanunun  5-ci maddəsinin 4-cü bəndinə əsasən kooperativlər də Aidit haqqında Azərbaycan Respublikası qanuna uyğun dövri olaraq audut yoxlamasından keçməlidirlər.

3.Kooperativ üzvlərinin təsis yığıncağı keçirilməli, onun nizamnaməsi qəbul edilməlidir. Bunun üçün təşəbbüs qrupu nizamnamənin ehtimal olunan mətnini hazırlamalı və onun bənd bənd müzakirəsini təşkil etməlidir. Bu zaman yaxşı olardı ki hazırda fəaliyyət göstərən kooperativlərin bir neçəsinin nizamnaməsi əldə edilsin və ona uyğun olaraq yerli xüsusiyyətləri və təklifləri nəzərə almaqla tam yeni mətn hazırlanaraq qəbul edilsin.Üzvlərin sayı az olan kooperativlərdə nizamnamənin hamı tərəfindən , çox olan kooperativlərdə isə seçilmiş bir qrup tərəfindən bütün səhifələrinin imzalanması gələcəkdə baş verə biləcək narazılıqların qarşısını alan bir haldır.

4.Təsis yığıncağında kooperativin rəhbər heyəti seçilməlidir. Bu rəhbər heyət kooperativ üzvlərinin sayından asılı olaraq idarə heyətindən, onun sədrindən və müavinlərindən və ya sədr və ya müavindən də ibarət ola bilər. Buna ümumi yığıcaq qərar verməlidir. Rəhbərliyin hüquq və vəzifələri, eyni zamanda məsuliyyəti qanun çərçivəsində müəyyənləşdirilməli, onun səlahiyyət müddəti müəyyən edilməli, baş verə biləcək nəzərdə tutulmayan hallar üçün ehtiyat variantlar nəzərdə tutulmalıdır. Məsələn vaxtından qabaq seçkinin keçirilməsi, heyətin tərkibində çatışmzlıqların bərpası və s.

5.Qəbul edilmiş nizamnamə kommersiya hüquqi şəxsi kimi dövlət vergi orqanlarında qeydə alınmaq üçün aidiyyatı üzrə ərazi vergi idarəsinə təqdim edilməlidir. Bu zaman ona lazımi şəhadətnamə və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi verilir və o artıq bir hüquqi şəxs kimi dövlət reyestrinə qəbul edilir.

6.Bundan sonra kooperativin fəaliyyətə başlaması üçün tələb olunan əsas işlərə başlanılır. Yəni müəyyən edilmiş qaydada banklarda hesablar açilır, qanunda göstərilən normatıv sənədlərin hazırlanmasına başlanılır.  Müxtəlif işlərin iş qiymətləri müəyyənləşdirilir və işçilər qanuni əsaslarla işə qəbul edilirlər. Yəni onlarla əmək müqavilələri bağlanılır. Pay haqları qanuna uyğun şəkildə koopertivin balansına mədaxil edilir, qiymətləndirilir və qeydiyyat nömrələri ilə reyestrə daxil edilir. Bu barədə hər bir payçı ilə müqavilə bağlanılır və onlardan daxil olan torpaq və texnika , əkin materialları, binalar, qurğular və s. kooperatvin əmlaki kimi mədaxil edilərək uçota alınır. Kooperativ üzvlərinin vərəsələri müəyyənləşdirilr və onların pay bölgüsündəki iştirak haqqı təsdiqlənmiş sənəd şəklində verilir və bu sənəd uzunmüddətli qorunan sənəd kimi qorunub saxlanılır. Yaxşı olar ki bu sənədlərin hamısı notarial qaydada təsdiq edilsin və bir surəti notariusda qalmaqla tərəflərin hər birinə də surəti verilsin. 

7. Paralel olaraq koperativin istehsal və digər fəaliyyətləri təşkil edilir. Ola bilsin ki kooperativin işinin təşkili üçün binaların, anbarların, taxıl təmizləmə və heyvandarlıq binalarının tikilişinə, yeni texnikanın alınmasına əlavə vasait tələb olunsun. Bu zaman kredit alınması barədə qərar mütləq ümumi yığıncağın qərarında öz əksini tapmalıdır. 

8.Koperativdə qanunvericiliyə uyğun olaraq dəftərxana işi təşkil edilməli və yazışmaların qorunub saxlanması təşkil edilməlidir.

9. İllik fəaliyyətin audit yoxlamasından keçirilməsinin dovrilik müddəti qərarlaşdırılmalı və növbədənkənar auditin keçirilməsi qaydaları müəyyənləşdirilməlidir.

10. Kooperatvdə qəbul edilmiş nizamnaməyə düzgün əməl edilməsinə nəzarət etmək üçün ümumi yığıncaq tərəfindən  seçilən qrupun olması özbaşınalığın qarşısını alan bir amıl kimi nəzərə alınmalıdır. Bu qrupun səlahiyyətləri normativ sənəd kimi ümumi yığıncaq tərəfindən təsdiqlənməlidir.

11.Nizamnamədə kooperatvin ləğvi qaydarı da öz əksini tapmalıdır.Birinci sənədnatural məhsul istehsalının proqnozları olmalıdır. Bu işi sirf taxılçılıqla məşğul olan bir kooperativin timmsalında belə qəbul etmək olar.

12.İşçi qrupu yaradılır və əkiləcək sahə müəyyənləşdirir və ona uyğun hesablamalar aparır.Bunlar aşağıdakılardır:

• Əkin sahəsi, o cümlədən növbəti il üçün toxum əldə edilməsinə nəzərdə tutulan sahə;
•Tələb olunan toxumun miqdarı və onun sinifi, əldə ediləcəyi mənbəə;
•Əvvəlki illərin təcrübəsinə və elmi əsaslar nəzərdə tutulmaqla gözlənilən məhsuldarlıq;
•Bu məhsuldarlığı əldə etmək üçün tələb olunan kübrələrin və pestisdlərin miqdarı;
•Suvarma üçün tələb olunan suyun və elektrik enerjisinin miqdarı,
•Aqrotexniki qaydalara uyğun olaraq həyata keçirilməli olan şumlamanın dərinliyi, miqdarı, diskləmə, səpin aqreqatı və səpin aparlması qaydaları, toxumun bir hektara səpin normaları, səpinin forması (bir cərgə yoxsa çarpaz)
•Kübrələmə və dərmanlamanın miqdarı;
•Biçin üçün tələb olunan texnikanın və digər texnikaların əldə edilməsinin dəyəri;
•Əldə edilə biləcək məhsulun kombayndan daxil olma həcmi;
•Quruma və təmizləməyə gedə biləcək itkilərin xüsusi çəkisi və bu kimi digər işlər.
•Bu işlərin icrası üçün tələb olunan əmək haqqı (sosial ayırmalar nəzərə alınmaqla)

13.Bu rəqəmlərə və əldə olan  qiymətlərə əsasən son məhsulun həcminə uyğun onun bazar qiymətilə dəyəri hesablanır.Məhz bu qiymət və dövətin subsidiyaları nəzərə alınmaqla məhsul satışından əldə edilə biləcək son gəlir müəyyən edilir. Mövcud iş qiymətləri baxımından xərclər hesablanır. Yəni yuxarıda göstərilənlərin hər biri üçün xərclər və əmək haqqı hesablanır və məhsulun maya dəyəri müəyyən edilir. Bundan sonra bölgü həyata keçirilir. Bölgü zamanı ayrılcaq toxum,əldə edilən küləş, taxılın təmizlənməsindən sonra toyuq yemi kimi qalmış taxıl qırıntısı və s. də nəzərə alınmalıdır.
14.Bölgü zamanı ilk öncə alınmış borclar və kreditlərin ödənilməsi nəzərdə tutulsa yaxşı olar. Kooperativ üzvlərinin natural almaqdan imtina etdiy pay ona dəyər kimi də ödənilə bilər. Yəni bundan sonrası kollektivin rəyindən asılıdır. Lakin hər cür bölgü təklifi və onun qarşılanmsı rəsmiləşdirilməlidir.

Bütün bu göstərilənlər vaxtında və dərin təhlil nəticəsində müəyyənləşmədikdə kooperativin fəaliyyəti, bütövlükdə kooperasiya hərəkatı uğursuzluğa dükar ola bilər və qarşıya qoyulan məqsədə nail olmaq çətinləşər.

Tofiq Həsənov,
“Kooperasiyanın İnkişafına Dəstək” İB-nin eksperti,
 iqtisadçı
Neft yenidən ucuzlaşıb
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
Azərbaycanda fəaliyyət göstərən 531 QHT BMT-nin Baş katibinə müraciət edib
Xəbər lenti
20/10/2020 [11:42]:
Azərbaycanın müzəffər ordusu..
20/10/2020 [11:10]:
Qarabağ Azərbaycandır!
20/10/2020 [10:40]:
Bir gün qələbə ilə hər gün Qarabağda
20/10/2020 [10:08]:
Körpə qatili olan, Ermənistan!
20/10/2020 [09:38]:
Dünyanın kor olduğu terrorizm qisassız qalmayacaq!
20/10/2020 [09:34]:
Heç bir terror aktı bizi andımızdan döndərə bilməz!
20/10/2020 [08:30]:
Ermənistan Yer üzünün ən qəddar terrorist dövlətidir
20/10/2020 [08:27]:
Azərbaycan ordusunun qələbə salnaməsi
19/10/2020 [16:20]:
Qələbə bizimlədir!
19/10/2020 [15:24]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
19/10/2020 [14:17]:
Yeni zəfər müjdələrinə doğru!
19/10/2020 [13:46]:
Qarabağ Müharibəsində Haqq, Ədalət Azərbaycanındır!
19/10/2020 [13:14]:
Prezident İlham Əliyev Türkiyənin “A Haber" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın əsl siyasətini açıqladı
19/10/2020 [12:12]:
Biz Ali Baş Komandanımızla fəxr edirik!
19/10/2020 [11:11]:
Şəhidlərimizin qanı yerdə qalmayacaq!
19/10/2020 [10:09]:
Tarix yazan sərkərdə - İlham Əliyev
17/10/2020 [20:57]:
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir
17/10/2020 [20:41]:
Haqq səsimiz...
17/10/2020 [20:29]:
Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir
17/10/2020 [20:15]:
Azərbaycan xalqının iradəsi sarsılmazdır!
17/10/2020 [20:09]:
Ermənistan hərbi cinayət törədir
17/10/2020 [20:01]:
TÜRK DÜNYASINDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
17/10/2020 [19:47]:
Ordumuzun rəşadəti duşməni məglubiyyətə aparır
17/10/2020 [19:00]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
17/10/2020 [17:48]:
Terrorçu və vəhşi Ermənistan dövləti bütün yer üzündən silinməlidir!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Meksikalı tanınmış sənət xadimi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
Bakı Ermənistanın növbəti təxribatı barədə - resmi
Azərbaycan Ordusu 21-ci əsrin müharibə nümunəsini göstərir - Rusiyalı hərbi ekspert
Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib
İlham Əliyev: “Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib”
Koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
İlham Əliyev Sorosdan danışdı - təfsilat
Özbəkistanda yeni qaz yatağı aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin