Azad Rəhimov: Bakıdakı Avropa festivalına gələnlər xərclərini özləri ödəyirlər

21/07/2019 [16:18] - İdman (63)



"Bakı daha bir mötəbər yarışa ev sahibliyi edir. Festivalı qəbul edəcək bütün idman obyektləri, Atletlər Kəndi, bütünlükdə Bakı bu Festivala tam hazırdır".

Bunu Gənclər və İdman naziri Azad Rəhimov "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) ilə əlaqədar təşkil olunan mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, yarışların təşkili ilə bağll işlərin böyük hissəsinə yerli mütəxəssislər məsuliyyət daşıyır: "Bu, Azərbaycan üçün və Avropa üçün çox vacib bir yarışdır. Avropadan başqa heç bir qitədə gənclər arasında belə yarış keçirilmir. Biz buna nail olduq. Bu, bizim idmançılar üçün böyük bir təcrübə, böyük bir sınaq olacaq... Açılış mərasiminə 6700 bilet satılıb. Təəssüflər olsun ki, bəzi arenalarda oturacaqların sayı azdır. Baxmaq istəyənlər isə çoxdur".

Nazir vurğulayıb ki, bəzi yarışlar üçün biletlərin 60 faizi, bəziləri üçün isə 50 faizi satılıb. İdmançıların xərclərinin ödənilməsinə gəlincə isə, A.Rəhimov qeyd edib ki, komandalar xərclərini özləri ödəyirlər: "Azərbaycana bu yarış üçün gələn hər bir idmançı 90 avro pul ödəyir. Bura 3 dəfə yemək və qalmaq daxildir. Nəqliyyat və uçuş xərclərini hər bir ölkə özü ödəyir".

Nazir əlavə edib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda bu yarışların keçirilməsi üçün nəzərdə tutulan büdcə daha azdır.

Qeyd edək ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.

XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Onu da qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi bu gün saat 20:00 da “Bakı Kristal Zal”da keçiriləcək.
Vilayət Eyvazovdan yeni təyinat
Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır - Vitse-prezidentin adı FETÖ siyahısından necə “silindi”?
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
Xəbər lenti
22/08/2019 [00:04]:
ABŞ-ın MQ-9 tipli pilotsuz uçan aparatı vurulub
21/08/2019 [23:17]:
Vergi Məcəlləsinə dəyişiklik edildi
21/08/2019 [22:28]:
Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı
21/08/2019 [21:32]:
Vilayət Eyvazovdan yeni təyinat
21/08/2019 [20:46]:
Gömrük Komitəsi yoxlamaları sadələşdirir
21/08/2019 [20:08]:
Ali məktəblərə qəbul planı 91,03 faiz dolub
21/08/2019 [19:31]:
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
21/08/2019 [18:59]:
Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib – ermənilərdən etiraf
21/08/2019 [18:07]:
Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır - Vitse-prezidentin adı FETÖ siyahısından necə “silindi”?
21/08/2019 [17:43]:
Bu il Bakıya 542 lift gətiriləcək
21/08/2019 [16:51]:
Tramp Danimarka səfərini təxirə saldı
21/08/2019 [15:07]:
XİN: “Azərbaycan terrorizmə qarşı yönəlmiş beynəlxalq səyləri dəstəkləyir”
21/08/2019 [14:23]:
AFFA “Qarabağ”ı cəzalandırıb
21/08/2019 [13:37]:
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
21/08/2019 [12:58]:
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
21/08/2019 [12:49]:
Rusiya ilə sərhəddə nə baş verib? - təfsilat
21/08/2019 [11:24]:
Azərbaycanda kərə yağının istehlakı sürətlə aşağı düşür
21/08/2019 [10:13]:
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20/08/2019 [23:19]:
Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək
20/08/2019 [22:24]:
"Real"dan Neymara son təklif
20/08/2019 [21:41]:
Bakıda Avrasiya Xalqları Günləri keçiriləcək
20/08/2019 [20:35]:
Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi
20/08/2019 [19:24]:
Bakı-Naxçıvan-Bakı sərnişin avtobusları İranda gömrük nəzarətindən keçməyəcək
20/08/2019 [18:38]:
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
20/08/2019 [17:55]:
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Vaqif Əliyevin ailə biznesi: Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
Bakıda bu ərazilərdəki evlər söküləcək
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Daha bir rayona yeni polis rəisi təyin edilib
Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır - Vitse-prezidentin adı FETÖ siyahısından necə “silindi”?
Deputat İqbal Məmmədovun oğlu həbs edildi
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
Atambayevin həbs qoyulan əmlakları - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin