Media ilə iş bacarıqları- Orta məktəblər bu məsələdə nəyi necə etməlidirlər?- 2-ci yazı

20/07/2019 [19:53] - Cəmiyyət (229)



Media ilə iş bacarıqları - orta məktəblər bu məsələdə nəyi necə etməlidirlər?
 
Çünki media özü də dayanmadan inkişafdadır: "Əksər ekspertlərin, mütəxəssislərin dediyinə görə, ənənəvi medianın – televiziyanın və yazılı medianın tarixə, keçmişə qovuşacağı dövr elə də uzaqda deyil, hərçənd, bu mübahisəli fikrə yanaşmalar müxtəlifdir və bunun tam əksini deyənlər də var. İstənilən halda bu günün mənzərəsi belədir: ənənəvi media bəzən sosial mediaya uduzur. Məhz bu amil yetərlidir ki, məktəblər işlərini həm də sosial media ilə qurmalı olduqlarını qəbul edib, əməli fəaliyyətə keçsinlər.  Çünki sosial media artıq günün tələbidir". 

Nüşabə Hüseynlinin də qeyd etdiyi kimi sosial media vasitələrinə internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları, forumlar daxildir: "Sosial media vətəndaş cəmiyyətinin formalaşması üçün başlıca faktorlardan biridir. Sosial ünsiyyət və paylaşma üçündür, o, daha əlçatan və miqyaslı texnikalardan istifadə edir; Sosial media veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir; Sosial media insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. Bu gün bizim məktəblərə, həm də valideynlərə lazım olan da məhz budur.  Adi bir misal çəkmək istəyirəm. Qızımın ali təhsili ilə bağlı bir məsələni dəqiqləşdirmək üçün ölkəmizin ən sanballı ali təhsil ocaqlarından birinin "facebook" səhifəsinə məni maraqlandıran məsələyə dair sualımı yazdım. Həmin gündən 2 ay keçsə də sualıma bir kəlmə ilə olsa belə cavab ala bilmədim. Hərçənd, səhifə işlək vəziyyətdə görünür. İşin bu şəkildə birtərəfli qurulması da, əslində, yarımçıqlıqdan xəbər verir və çox təəssüf ki, məndə, yəni valideyn olaraq, qarşı tərəfdə həmin təhsil müəssisəsi barədə heç də yaxşı olmayan rəy formalaşdırır". 

Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Nüşabə Hüseynli onu da qeyd edib ki, sosial media bu gün məktəblərin ictimaiyyət arasında öz imicini formalaşdırması, nüfuz və sanbal qazanması üçün ən effektli vasitədir:  "Çünki bu gün hər kəsin yolu internetdən keçir. İnternet, sosial şəbəkələr artıq çoxdan,  sadəcə və yalnız əyləncə olmaqdan çıxıb. İnsanlar daha ciddi və praktik məsələlər üçün artıq buraya baş çəkirlər. İş qurmaq istəyən də, malını satmaq və ya nəsə almaq istəyən də, o cümlədən uşağına məktəb axtaran da ona lazım olan məlumatları məhz buradan öyrənir.  Məhz bu zaman da hansı məktəbin sosial media ilə iş bacarığının olması həlledici rol oynayır. Tutaq ki, "X" saylı məktəbin SMM-i, yəni sosial media meneceri öz işini yetərincə effektli şəkildə qura bilibsə, məktəblə bağlı valideyni maraqlandıran məsələlərə yetərincə əhatəli şəkildə aydınlıq gətirə bilibsə, demək, həmin məktəb artıq digərlərindən, ən azı, bir xal irəlidədir". 
Yəni bu iş elə qurulmalıdır ki, vətəndaş istənilən, daha doğrusu, istədiyi vaxt məktəbə dair hər hansı məlumatı rahat şəkildə əldə edə bilsin. Belə məlumatlar konkret hansısa bir hadisə zamanı, situativ vəziyyətlərdə müdafiə xarakterli olmamalı, məktəbin gündəlik fəaliyyəti, prioritet məsələləri, hədəfləri barədə informativ şəkildə yayılmalı, sosial şəbəkədəki səhifələrinə yerləşdirilməlidir: "Araşdırma nəticəsində bu qənaətə gəlinir ki, özəl təhsil ocaqlarından fərqli olaraq, dövlət məktəblərinin bəziləri bu işin qurulmasının, ümumiyyətlə, bu istiqamətin nə dərəcədə vacib olduğunu axıradək dəyərləndirmirlər. Özəl məktəblərin sosial media səhifələrindəki paylaşımları, fotoları, məktəbin tanıtım videoçarxları izləyicidə yetərincə bitkin və hərtərəfli təsəvvür yaradır, üstəlik, daim onlayndır, verilən suallar çox operativ şəkildə, anındaca cavablandırılır. Çox təəssüf ki, dövlət hesabında olan məktəblərin səhifələri bu mənada çox geridə qalır". 

Qeyd etmək yerinə düşər ki, layihə çərçivəsində seminarların keçirildiyi məktəblərin, həmçinin həmin şəhər, yaxud rayondakı məktəblərin sosial şəbəkələrdəki səhifələrinin durumu, səhifə olduğu təqdirdə profil və örtük şəklinin seçilməsi, həmçinin paylaşımları, paylaşımlarının kontenti və intervalı da ən çox müzakirə edilən məsələlərdən olub: "Bu məqamda bir haşiyə çıxım ki, istər keçirilən tədbirlərdə, istərsə də adi hallarda həmsöhbət olduğumuz ayrı-ayrı məktəblərin pedaqoqlarının bu məsələyə müxtəlif yanaşmaları olur. Məsələn, bəziləri özəl məktəblə müqayisəni əsassız sayır, bu sahədə işin axsamasını dövlət hesabında olan təhsil ocaqlarında sosial media meneceri vakansiyasının olmaması ilə əlaqələndirirlər. İlk baxışdan tutarlı səbəbdir. Amma bu, heç nə etməməyə haqq qazandırmır, necə deyərlər, vəziyyəti qətiyyən yüngülləşdirmir.

Bu duruma belə yanaşaq: məktəb dövlət tərəfindən təmir edilib, dövlət tədris üçün lazımi şəraiti yaradıb, vəsaitlərlə, kadrla müəllim kollektivini formalaşdırıb  – necə deyərlər, məktəbi tam işlək vəziyyətə gətirib. Məktəbin bundan sonrakı fəaliyyəti artıq məhz həmin tədris müəssisəsinin sırf öz xidməti olacaq. Yəni məktəb rəhbərliyi bacaracaqsa, kollektivin, məktəbin nüfuzunu yüksəldəcək, vizual görünüşə zəngin, bitkin bir məzmun da verəcək ki, bu da onun sayılan-seçilən məktəblər sırasına daxil olması ilə nəticələnəcək. Əks təqdirdə, yəni bunu bacarmayacağı halda isə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun da qeyd etdiyi kimi, hətta qazanılan uğurlardan belə cəmiyyətin xəbəri olmayacaq. Demək istədiyim budur ki, SMM xidmətinin formalaşmasında məktəbin tabe olduğu qurum deyil, birbaşa məktəb özü maraqlı olmalı, bunu lap əvvəldən fəaliyyətinin tərkib hissəsi kimi, məktəbinin adını, nüfuzunu yüksəltmək istiqamətində bir vasitə kimi görməli, bu işi realizə etməyin yollarını, mümkün variantlarını nəzərdən keçirməlidir. 

Yeri gəlmişkən, apardığımız müşahidələr zamanı bəzən bu işin, əsasən, məktəbin informatika və ya riyaziyyat müəlliminə həvalə edilməsi halı ilə rastlaşırıq. Amma mən daha uğurlu variant təklif edərdim: bunu elə yuxarı sinif şagirdlərinin özlərinə tapşırmaq olar. Biri kontenti işləyir, biri fotolar, videoları çəkir, hazırlayır, üçüncüsü isə səhifəyə yerləşdirir.  Gəlin razılaşaq ki, şagirdlər bu işi müəllimlərdən daha həvəslə yerinə yetirəcəklər.  Üstəlik, bu texniki alətlərlə işləmək yeniyetmələrdə, gənclərdə daha yaxşı alınır, onlar bunu zövqlə yerinə yetirəcəklər. Ən başlıcası isə, bu tapşırığı yerinə yetirmək şagirdlərdə məsuliyyət, cavabdehlik hissini formalaşdırmağa, onların özlərini məktəbin həyatında vacib şəxs hesab etməsinə səbəb olacaq.  İşin bu şəkildə qurulacağı təqdirdə ayrıca SMM vakansiyasına ehtiyac qalmayacaq və nəticədə məktəb bu işi şagird qüvvəsi hesabına realizə edəcək".

Orta məktəblərin media ilə iş bacarıqlarından bəhs edərkən vurğulamaq yerinə düşər ki, çağdaş dövrümüzdə media ilə işləməyin effektli, sınanılmış yolları çoxdur.  Məsələn, məktəbdə keçirilən tədbirlər haqqında – əlamətdar günlərə həsr edilmiş ədəbi-bədii gecələr, yarışlar, olimpiadalar, lap elə əlifba bayramları, hazırlıq qruplarının dərsləri və s. – press-relizlər hazırlayıb ayrı-ayrı informasiya saytlarının elektron ünvanlarına göndərmək də bu üsullardan biridir: "Əvvəla onu qeyd edim ki, belə tədbirlərə müxbirlərin dəvət edilməsi məqsədəuyğundur. Hər hansı bir səbəbdən tədbirdə iştirak edə bilməyən müxbir onun elektron ünvanına hazır şəkildə göndərilmiş press-relizi diqqətdən kənarda qoymayacaq, ondan istifadə edəcəkdir. Bir daha qeyd etməliyəm ki, press-relizin hazırlanması müxbirin işini yüngülləşdirsə də, bu işdə yenə də maraqlı və qazanan tərəf məktəb olacaq. Seminarlarda da vurğuladığımız kimi, bu tapşırığı da eynilə şagirdlərə həvalə etmək olar. Təbii ki, bu işin öhdəsindən hansı şagirdin gələcəyini ona yaxşı bələd olan müəllim təyin edəcəkdir.
Təşkilatın gəldiyi qənaətə əsasən orta təhsil müəssisələrinə media-turların təşkili də kifayət qədər effektli üsullardandır: "Müşahidələrimiz belə deməyə əsas verir ki, KİV nümayəndələrinin məktəblə tanışlığını təşkil etmək daha məqsədəuyğundur, nəinki qapıları onların üzünə bağlamaq. Bunun üçün bəlli bir gün, saat təyin edilir, bir həftə əvvəlcədən dəvətlər göndərilir, bir gün qalmış isə xatırlatma edilir. Müxbirlər  məktəb həyatı ilə bağlı ən çox mübahisə doğuran məsələlərlə tanış edilirlər – yeməkxana, sanitar qovşağı, dərs vəsaitləri. Hətta bir qədər də irəli gedib KİV nümayəndələrinin dərslərdə iştirakına şərait yaradılması da mümkündür".

Bir sözlə, aparılan araşdırmalar göstərir ki, hər bir məktəb imicinin, nüfuzunun qayğısına özü qalmalıdır. Bunu kənardan gözləmək, yaxud da ümumiyyətlə, bunun fərqində və marağında olmamaq isə bu günün reallığından kənarda qalmaq, məktəb haqqında bəri başdan qərəzli, qeyri-obyektiv məlumatların yayılmasına şərait yaratmağa xidmət edir. Buna ikinci dərəcəli kimi yanaşmanın sonu birinci dərəcəli hesab edilən işlərə sərf edilən zəhmətin, əməyin puç olması ilə nəticələnə bilər ki, bu vəziyyətdə zərərçəkən yenə də məktəb olacaqdır.

Məqalə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" layihəsi çərçivəsində hazırlanıb.

Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
Xəbər lenti
12/12/2019 [22:14]:
Hava çirklənməsinə görə etiraz aksiyası keçirilir
12/12/2019 [21:37]:
Yeni radio kanalının açılması ilə bağlı müsabiqə başa çatıb
12/12/2019 [20:55]:
ABŞ-da səudiyyəlilərin təlimlərinə qadağa qoyulub
12/12/2019 [20:30]:
Vilayət Eyvazov yeni səfirlə görüşüb
12/12/2019 [19:50]:
Ölkə başçısı 12 nəfəri dövlət mükafatlarından məhrum etdi
12/12/2019 [18:36]:
Qarabağ üçün kapitulyasiya aktı olmayacaq və.. nida işarəsi!
12/12/2019 [17:42]:
Hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib
12/12/2019 [17:00]:
BƏƏ bəşər qardaşlığı mesajını yayır
12/12/2019 [16:39]:
Azərbaycanda qadınlar kişilərdən çox yaşayır - STATİSTİKA
12/12/2019 [16:20]:
Heydər Əliyev: “Bizim dostumuz Əflatun Amaşov burada dedi ki...”
12/12/2019 [15:48]:
Kağız üzərində sənədləşmə ləğv ediləcək
12/12/2019 [15:22]:
Göyərtəsində uşaq dünyaya gəldiyindən təyyarə məcburi eniş edib
12/12/2019 [14:55]:
FED uçot dərəcəsini sabit saxlayıb
12/12/2019 [14:34]:
Londonda terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb
12/12/2019 [13:46]:
Vladimir Zelenski AŞ-ni Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa çağırıb
12/12/2019 [13:30]:
Kolumbiya səfiri: “İqtisad, ticarət və turizm sahələrində davamlı irəliləyiş var”
12/12/2019 [13:18]:
ABŞ Senatının komitəsi Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib
12/12/2019 [12:50]:
İran Fransa vətəndaşlarını azad etmək niyyətində deyil
12/12/2019 [12:25]:
Məşhəd-Bakı birbaşa uçuşlara start verilir
12/12/2019 [12:22]:
Azərbaycan Türkiyədə yaradılan xarici kapitallı səhmdar cəmiyyətlərin sayına görə ilk üçlükdə yer alıb
12/12/2019 [11:42]:
Psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır
12/12/2019 [11:30]:
AFFA “Qəbələ”nin futbolçusunu cəzalandırdı
12/12/2019 [10:44]:
Azərbaycanda builki pambıq tədarükünün həcmi 294 min tona yaxınlaşıb
12/12/2019 [10:35]:
Prezident İlham Əliyev və xanımı ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12/12/2019 [10:21]:
Prezidentin "Facebook" səhifəsində Heydər Əliyevlə bağlı paylaşım edilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Elmar Məmmədyarov Latviyaya gedəcək
Mübariz Mənsimov Oqtay Gülalıyevdən yazdı: “Naşükürlük etmək lazım deyil”
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO
BƏƏ bəşər qardaşlığı mesajını yayır
MSK Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Təqvim Planını təsdiqləyib
Vasif Qafarov Lerikdən namizəd olacaq
Ən hərbiləşmiş, ən yoxsul ölkə: Ermənistan bahalı işğalın altında qalıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin