Büdcə kəsiri kritik həddən 2 dəfədən çox azdır - təhlil

19/07/2019 [11:06] - İqtisadiyyat (335)



2019-cu ilin birinci yarısında  dövlət büdcəsinin icrası ilə bağlı məlumatlar açıqlanıb.  İlin ilk 6 ayında dövlət  büdcəsinin gəlirləri  10 milyard 405,5  milyon manat,  xərcləri 10 milyard 951 milyon manat olub,  545,5 milyon  manat məbləğində dövlət büdcəsinin kəsiri (defisit) yaranıb.

545 milyonluq büdcə kəsiri bəzi KİV-lərdə az qala iqtisadi fəlakət kimi qeyd edilir. Ancaq əvvəlcə  2019-cu il dövlət büdcəsi haqqında qanuna baxmaq lazımdır.  2019-cu il dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri 25 milyard 190 milyon manat nəzərdə tutulub. Yəni qanunla bu ilin sonunadək 2 milyard 22 milyon manat büdcə kəsiri planlaşdırılıb. Orta hesabla götürsək, ilin birinci yarısı üçün büdcə kəsiri 1 milyard 11 milyon manat olmalı idi. Ancaq ilin birinci yarısının kəsiri yarım illik proqnozdan 85 faiz azdır. Yəni büdcə kəsirinin çox olması haqda manipuliyasiyalara ehtiyac yoxdur.

Təbii ki, büdcə kəsirinin proqnozdan az olması büdcə gəlirlərinin proqnozdan daha çox yığılması ilə bağlıdır. Maliyyə Nazirliyinin məlumatına görə, ilin ilk 6 ayında büdcə gəlirləri 10 miliyard 405,5 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz və yaxud 590,2 mln. manat çoxdur.

 Təbii ki, büdcə xərcləri də artıb. 2019-cu ilin birinci yarısı ilə müqayisədə büdcə xərcləri 15 faiz və ya 1 milyard 426,7 milyon manat artıb. Xərclərin artımı əsasən əməkhaqqı və pensiyaların artımı ilə, eləcə də dollar kreditləri ilə bağlı təzminatların ödənilməsi ilə bağlıdır.  Yüksək  xərc artımının böyük kəsirə gətirib çıxarmamasının səbəbi isə büdcə xərclərinin optimallaşdırılması  və idarəetmə xərcləinə qənaət edilməsidir. 

Ümumiyyətlə, büdcə kəsirinin fəlakətli həddə olması kəsrin Ümumi Daxili Məhsul (ÜDM) istehsalına nisbəti ilə ölçülür. Dünya ölkələrinin təcrübəsi göstərir ki, büdcə kəsiri ölkənin ümumi milli məhsulunun 3-4 faizindən çox olduqda iqtisadiyyata daha güclü mənfi təsir göstərir. Bu ilin birinci yarısında ölkənin ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 37 milyard 825,2 milyon manata çatıb. 545 milyonluq büdcə kəsiri  37 milyard 825 milyonluq ÜDM-in cəmi 1,4 faizidir və kritik həddən ən azı 2 dəfədən çox aşağıdır. 

Dövlət büdcə kəsirinin örtülməsi üçün yerli mənbələr bunlardır: vergilərin sayının və vergi daxilolmalarının həcminin artırılması, gömrük rüsumları, əhalidən daxil olan vergilər və ödənişlər, özəlləşdirmədən daxil olan gəlirlər, bank ödənişləri, sığorta gəlirləri, uduş istiqrazları və s.

Maliyyə Nazirliyinin məlumatına görə, ilin birinci yarısında  Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3632,8 mln. manat vəsait daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz və ya 250,3 mln. manat çoxdur.  Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2065,2 mln. manat vəsait təmin edilib ki,, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz və yaxud 446,2 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən  daxilolmaları 234,4 milyon. manat təşkil etmişdir ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 30,9 faiz və ya 55,5 milyon. manat çoxdur. 

Yəni yerli mənbələrdə artım dinamikası var ki, bu da büdcə kəsrinin örtülməsi üçün yetərlidir. Dövlət büdcə kəsirinin aradan qaldrılmasında yerli mənbələrin təsiri zəif olduqda xarici mənbələrdən istifadə edir. Onlardan ən başlıcası xarici ölkələrdən, beynəlxalq banklardan alınan dövlət kreditləri və investisiya vəsaitidir. 

Göstəricilərin təhlili göstərir ki, büdcə kəsrinin örtülməsində xarici mənbələrə ehtiyac yoxdur. Bu həm də hökumətin strateji xəttidir – xarici borclanmanı azaltmaq və daxili resurslardan effektiv istifadə. Bütün hallarda ÜDM-in 1,4 faizi nisbətində olan büdcə kəsirinin fəlakət kimi qabartmaq peşəkar yanaşma deyil və spekulyasiyadır.

İlin birinci yarısında icmal büdcə ilə bağlı yekun göstəricilər də narahatçılığa  heç bir əsas vermir.Cari ilin altı ayında icmal büdcənin gəlirləri 17 milyar 583,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 467,6 milyon  manat və ya 16,3 faiz çoxdur. İcmal büdcənin xərcləri  11 milyard 682 milyon manat icra olunmuşdur ki,  bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 milyon manat və ya 7,7 faiz çoxdur. 

İcmal büdcədə 5 milyard  901,1 milyon. manat büdcə artıqlığı (profisit) yaranıb. Yəni ilin birinci yarısının maiyyə göstəriciləri qənaətbəxşdir. İndi əsas məsələ biznes mühitinin yaxşılaşdırılması və sosial sferanın təkmilləşdirilməsi barədə növbəti qərarların verilməsidir. Adekvat qərarların verilməsi üçün maliyyə təminatı artıq var.

Qadir İBRAHIMLI


Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Xəbər lenti
11/12/2019 [10:00]:
Ərdoğan: “Tramp və Putinlə gizli agentləri olmadan əməkdaşlıq edirik”
10/12/2019 [23:59]:
AQTA əkin sahələrində monitorinqlər aparıb
10/12/2019 [22:52]:
Fransada etirazçılar neftayırma müəssisələrini mühasirəyə alıblar
10/12/2019 [21:33]:
10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb
10/12/2019 [20:54]:
Maskerano Veronun klubu ilə müqavilə bağladı
10/12/2019 [19:52]:
Rusiya hərbçiləri ilk dəfə Raqqa şəhərinə girib
10/12/2019 [18:25]:
İlk Azərbaycan-Rusiya regionlararası gənclər forumu 2020-ci ildə Şahdağda keçiriləcək
10/12/2019 [17:55]:
İordaniya Kralının Azərbaycana rəsmi səfəri başa çatıb
10/12/2019 [17:32]:
"Rusiya düşmənimiz deyil, münasibətləri düzəltməyə çalışırıq"
10/12/2019 [16:48]:
Qızıl və dollar kəskin şəkildə bahalaşdı
10/12/2019 [16:00]:
“Mançester Yunayted”in kilidini aça biləcək adam odur”
10/12/2019 [15:55]:
BMT-nin Bakıda təşkil etdiyi tədbir insan hüquqlarının təbliğində gənclərin lider rolunu vurğulanıb
10/12/2019 [15:44]:
Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO
10/12/2019 [15:18]:
Husilər ABŞ təyyarədaşıyanını batırmaqla hədələyirlər
10/12/2019 [15:15]:
Elmar Məmmədyarov Latviyaya gedəcək
10/12/2019 [15:10]:
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10/12/2019 [14:50]:
İmadəddin Nəsimiyə həsr olunan ədəbi-bədii tədbir
10/12/2019 [14:49]:
İordaniyanın Kralının Bakıda rəsmi qarşılanma mərasimi olub
10/12/2019 [14:35]:
AMEA doktorantura və dissertanturaya qəbul elan edib
10/12/2019 [13:44]:
Uels millisinin nümayəndələri Bakı Olimpiya Stadionunda olublar
10/12/2019 [13:16]:
Tsereteli: "Biz növbədənkənar parlament seçkilərinin elan edilməsi prosesini izləyirik"
10/12/2019 [12:50]:
Dmitri Medvedev WADA-nın qərarını anti-Rusiya isteriyasının davamı adlandırıb
10/12/2019 [12:22]:
Türkiyədə saxta erməni soyqırımı iddialarına cavab vermək məqsədilə sayt yaradılıb
10/12/2019 [11:47]:
Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Minskdə təlim-məşq toplanışına başlayıb
10/12/2019 [11:21]:
Bakıda tibbi preparatların istehsalı müəssisəsi açılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə
Bakı Dövlət Sirkində “Buz krallığı- Fantastik Sirk Şousu”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
Ançelotti gələn həftə qovula bilər
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Elmar Məmmədyarov Latviyaya gedəcək
Hərbi qulluqçumuz vəfat edib
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Prezident: "Gənc peşəkar kadrlara imkan verək ki, onlar özlərini göstərsinlər "
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin