Sabitliyə hücum polisdən polisə hücumdan başlayır...

18/07/2019 [17:54] - Köşə (130)



Geosiyasi, geostrateji anlamda həssas bölgədə yerləşən Azərbaycan qlobal qarşıdurmaların təsirini hər zaman çox aydın şəkildə hiss edib. Bu qarşıdurmalar qarışıqlıq, yadelli əsarət və torpaq itkiləri, vətəndaş müharibəsi ilə təzahür edib. Tariximiz elə bu qarşıdurmalar və onların fonunda formalaşıb.

 Bu baxımdan, azərbaycanlıların altşüurunda sabitlik prioriteti xüsusi önəm daşıyır. Xüsusən SSRİ-nin son və müstəqillik dövrünün ilk illərində baş vermiş hadisələr sabitliyə ictimai şüurda necə böyük önəm verildiyini sərgiləyib. Qlobal miqyasda baş verən hadisələr, dəyişikliklər Azərbaycanda ilk növbədə məhz sabitlik amili nöqteyi-nəzərindən qiymətləndirilir. Sabitlik üçün, azacıq da olsa, təhlükə daşıyan tendensiyalara, proseslərə cəmiyyətdə böyük şübhə ilə yanaşırlar. 2003, 2005-ci illərdə və hazırda da dünyada, qonşu dövlətlərdə  baş verən proseslər fonunda bu şübhə və tərəddüdləri aydın hiss edirik.

Azərbaycanlılar islahatlara da sabitlik prizmasından yanaşırlar. İslahatlar niyyəti və proqramı sabitlik prioritetinə zidd olmadıqca, yaxud belə qəbul olunmadıqca, ictimai dəstək çox aydın şəkildə ifadə olunur. Azərbaycan cəmiyyəti  məhz sabitlik prioriteti çərçivəsində islahatları dəstəkləməyə hazırdır. Bu çərçivədən kənar bütün təşəbbüslər xaos, qarşıdurma, dincliyin pozulmasına təhlükə kimi qiymətləndirilir. Bu baxımdan, cəmiyyət, adətən, yuxarıdan başlayan islahatları daha çox həvəslə dəstəkləyir. Ümumun qəbul etdiyi yanaşma “yuxarıların islahata təşviqi”dir. Yuxarıdan başladılan islahatlar məhz sabitlik prioriteti çərçivəsində nəzərdən keçirilir.

Son zamanlar həyata keçirilən islahatların təsiriylə xaricdən körüklənən emosiyalar vulkanı getdikcə sakitləşir və görünən budur ki, cəmiyyət, vətəndaşlar hökuməti islahatlara təşviq etməyə daha çox üstünlük verirlər.

Hökumət bu islahatlara olan ehtiyacı anlayır və müvafiq addımlarla cəmiyyətin gözləntilərinə cavab verir. Xüsusən bu ildə həyata keçirilən sosial islahatlar, sosial müdafiə siyasətinin gücləndirilməsi, əhalinin aztəminatlı hissəsinin dəstəklənməsi,  biznes üçün əlverişli mühit yaradılması, vergi-maliyyə tədbirləri cəmiyyətdə xeyli müsbət gözləntilər yaradıb.

Yuxarıda qeyd etdiyimiz kimi, insanlar üçün hakimiyyəti islahatlara təşviq etmək yanaşması sabitlik prioritetindən doğan əsas davranış formasına çevrilib. Son 3 ildə  xaricdən idarəolunan genişmiqyaslı manipulyasiya, təhqir, təhdid kampaniyası məhz cəmiyyətin bu yanaşmasının dəyişməsinə hesablanmışdı. Amma görünən budur ki, hakimiyyət əleyhinə total təhqir, söyüş kampaniyası  gözlənilən nəticəni vermədi. Cəmiyyət bu şəxsləri, ən yaxşı halda, sosial şəbəkə “don kixotları” kimi qəbul edir və onlar, faktiki olaraq, şou-biznes xəbərləri kimi, ötəri maraq dairəsindən kənara çıxa bilmirlər. Bu uğursuzluq və gözləntilərin doğrulmaması taktika dəyişikliyinə səbəb olub. Yeni hücum istiqaməti seçilib – hüquq-mühafizə sistemi və onun əsas sütunlarından biri olan polis.

İctimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir. Respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Ölkəmizin ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının vacib rolu vardır.

Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunması, kriminogen durumun nəzarətdə saxlanılması, digər hüquq-mühafizə orqanları ilə birlikdə ölkədə daxili sabitliyin və asayişin qorunması işini uğurla davam etdirir. Təsadüfi deyil ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında yer alır.

Azərbaycan polisi qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, tərəqqinin mühüm şərti olan sabitliyin təminatı üçün tədbirləri həyata keçirməklə öz effktivliyini nümayiş etdirib. Məhz bu səbəbdən cəmiyyət polisə dövlətin iğtişaşlara, başıpozuqluğa qarşı duran əsas təsisatı kimi yanaşır. Bir çox hallarda polisin fəaliyyəti ilə bağlı tənqidi yanaşma qabarsa da, bütövlükdə, ümumən polisə  münasibət məhz pozitivdir.

Azərbaycan cəmiyyətinin yalnız qorxu, manipulyasiya ilə idarə olunması ilə bağlı iddialar da mifdən başqa bir şey deyil. Yalnız bu faktorlarla cəmiyyətin loyallığına, dəstəyinə nail olmaq mümkün deyil. Bunun kökündə yuxarıda qeyd etdiyimiz amillər həlledici təsirə malikdir. Azərbaycan polisinə münasibət də bu kontekstdədir.

Polisin fəaliyyəti ilə bağlı neqativ ictimai rəy yaratmaq, manipulyasiya, polisə reputasiya zərbəsi vurmaq cəhdləri  bu münasibəti dəyişməyə hesablanıb. Polisin zorakı siyasi mübarizə, qarşıdurma, iğtişaş mühiti,  kütləvi itaətsizlik nümunələri yaradılması və təbliği səylərinin qarşısını qətiyyətlə alması, ölkədə sabitliyin təmin olunmasıyla bağlı həyata keçirilən siyasi, iqitisadi islahatların müvafiq hüquq-mühafizə tədbirləriylə tamamlanması daxili işlər orqanlarını əsas hücum hədəfinə çevirib.

İqtisadi imkanları artdıqca, daxili işlər orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, polis əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər, həyata keçirilən yeniliklər, polisin güclənməsi Azərbaycanı təzyiq altında saxlamağa çalışanları ciddi narahat edir.

Polisə hcum etməklə eyni zamanda ölkədə ictimai-siyasi vəziyyətlə bağlı yaranmış konsensusu zədələmək, itaətsizliyi kültləvi davranış normasına çevirməyə çalışırlar. Mövcud ictimai-siyası sabitliyin, ölkə rəhbərliyinin bu istiqamətdə aparıdğı siyasətin əsaslarını sarsıtmağa səy göstərirlər.

İlk dəfə dövlətə münasibətdə “stabillik” terminini işlədən məhşur “Hökmdar”  əsərinin müəllifi Nikolla Makiavelli vəhdət və stabilliyi ölkə rəhbərliyinin iki başlıca vəzifəsi kimi qeyd edirdi. Makavelli hesab edirdi ki, dövlətdə sabitliyin təminatı üçün ən effktiv yol, iğtişaşlara və sui-qəsdlərə yol veilməməsidir.

Qonşu bölgə və ölkələrdə baş verənləri təhlil edən cəmiyyət, vətəndaşlar Azərbaycanın bu sahədə uğurunu yüksək qiymətləndirir və sabitliyi ən vacib amil, şərt kimi dəyərləndirir, qəbul edirlər.

Məhz bu mühakimənin Azərbaycan cəmiyyətində əsas yanaşma olması, konsensusu təmin etməsi, ölkə rəhbərliyinin və polisin asayişin qorunması və ictimai-siyasi sabitliyin təmin edilməsiylə bağlı əldə etdiyi uğurlar Azərbaycanı təzyiq altında saxlamağa çalışanlara dinclik vermir.

Hazırda Azərbaycan rəhbərliyinə, polisə olan hücum və qarayaxma, gözdənsalma kampaniyası da ölkədə bərqarar olan sabitliklə bağlı ümumi  yanaşma və konsensusun pozulması, iğtişaşlara zəminlər yaradılmasıdır. Bu vaxta qədərki təcrübə isə deməyə əsas verir ki, Azərbaycan cəmiyyətində bu cür təxribatlara qarşı güclü immunitet yaranıb və bu planlar uğursuzluğa düçar olacaq.
2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Bu, Prezidentin həm xarici güclərə, həm daxildəki mafiozlara mesajı idi - Qüdrət Həsənquliyev
“NATO PA-da bizə ciddi dəstək ifadə olunmur” - Qüdrət Həsənquliyev
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
Xəbər lenti
21/10/2019 [21:18]:
Səfirlik: "Azərbaycan hökumətini sözügedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq"
21/10/2019 [21:10]:
Müstəqillik Günü Jitomir şəhərində qeyd olunub
21/10/2019 [20:52]:
Bankın keçmiş rəhbəri yeni böhran haqqında xəbərdarlıq edib
21/10/2019 [19:22]:
Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək
21/10/2019 [18:40]:
Ölkəyə 15 kq narkotik keçirilməsinin qarşısı alınıb
21/10/2019 [17:50]:
Efiopiya 700 mindən artıq qaçqına sığınacaq verib
21/10/2019 [17:46]:
Təbii qaz ucuzlaşıb
21/10/2019 [17:35]:
“Şanxayda Kolumbiya” Biznes Forumu keçiriləcək
21/10/2019 [17:33]:
Suriya müharibəsinin qalibi hansı ölkədir?
21/10/2019 [17:08]:
Səfir: “Türkiyəyə qucaq açan həmin insanlar üçün 40 milyard dollar vəsait xərclənib”
21/10/2019 [16:50]:
Pantomima Teatrı noyabr repertuarını açıqlayıb
21/10/2019 [16:43]:
Prezident İlham Əliyev Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi üçün verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
21/10/2019 [16:38]:
Prezident İlham Əliyev Əli Həsənovu vəzifədən azad edilməsi üçün verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
21/10/2019 [16:37]:
Zidan üçün son şans
21/10/2019 [16:34]:
Hacıbala Abutalıbov Baş Nazirin müavini vəzifəsindən azad edilib
21/10/2019 [16:32]:
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib
21/10/2019 [16:12]:
Azərbaycan nefti bahalaşıb
21/10/2019 [16:08]:
“Əli Kərimli başını avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub”
21/10/2019 [15:50]:
Bakıda Elektron Ticarət Forumu keçirilir
21/10/2019 [15:45]:
Zakir Həsənov Çində bir sıra görüşlər keçirib
21/10/2019 [15:28]:
2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
21/10/2019 [15:22]:
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir
21/10/2019 [14:48]:
Bakıda yanğın olub
21/10/2019 [14:15]:
Sabunçuda yaşayış binaları sökülür
21/10/2019 [14:00]:
Kanadada 43-cü parlament seçkisi keçirilir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda yeni agentlik niyə yaradılıb? - təhlil
“Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır”
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Xorvatiyanın tanınmış musiqi qrupu Bakıda konsert verib
Səfir: “Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 70 milyon dollardan çox qarşılıqsız kömək edib”
Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil
Elmar Məmmədyarov Qətərin yeni Səfiri ilə görüşüb
40-a yaxın rəssamın Qandiyə həsr olunan əsərləri sərgilənib
Etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub
Ukraynadakı səfirimiz gülüş hədəfi oldu - VİDEO
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin